Məhkəmə qərarları › İş №2(102)-530/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-530/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-530/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3593/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilərək, daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia qismən təmin edilməklə İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3593/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) qətnamədən kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, kassasiya şikayətini yazmaq və elektron qaydada imzalayıb göndərmək kimi bacarığı olmamış, bundan əvvəlki nümayəndə və vəkili Vəkil1 mobil nömrəsi işləmədiyindən onunla əlaqə saxlaya bilməmiş, ofisi bağlı olmuş, bir sözlə çoxsaylı cəhdləri nəticəsiz qalmış, qətnamə ilə tanış ola bilməmi şdir. Sonradan ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni əldə etmişdir. Buna görə də kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizəyə etiraz edərək bildirmişdir ki, cavabdeh hazırkı ərizəni sadəcə vaxtı uzatmaq üçün vermiş, qətnamə iyun ayında qəbul edilmiş, o vaxtdan artıq 5 ay keçmişdir. Qarşı tərəfin əvvəlki vəkilinin nömrəsi işləkdir və onunla guya əlaqənin yaradıla bilməməsi yalandır. Hazırda cavabdeh tərəf düşünülmüş formada yeni vəkillə müqavilə bağlayaraq, müddətin bərpasına nail olmağa və bununla da qətnamənin icrasına süni şəkildə mane yaratmağa çalışır. Əsassız olduğundan ərizənin rədd edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3593/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinin təmin edilməməsi və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

8. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla cavabdeh müddətin ötürülmə səbəbi kimi istinad etdiyi hala dair sübut verməmişdir. İkincisi isə hətta bu hal sübut edilsə belə, bu, müddətin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməzdi. Belə ki, mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə cavabdehin nümayəndəsi və vəkili kimi Vəkil1 məxsus elektron kabinetə xx.xx.2024- cü il t arixdə yerləşdirilmişdir. Bununla da müəyyən edilir ki, qətnamənin qəbul edilməsindən uzun müddət vaxt keçmişdir və müddətin bərpasına dair ərizədə qeyd edilənlər müddətin ötürülmə səbəbi kimi üzrlü hesab oluna bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsinə, kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə və onun kassasiya şikayətinə baxılması üçün müvafiq prosessual hərkətlərin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaununvericilik aktlarına görə kassasiya şikayəti yalnız vəkillə verilə bilər, mülki prosessual hüquq normalarına əsasən kassasiya şkayəti xüsusi prose ssual formada, elektron məhkəmə sistemi vasitəsilə verilə bilər. Cavabdeh elektron məhkəmə kabinetində qeydə alınmayıb, elektron kabineti yoxdur, elektron qaydada şikayət verə bilmir, belə bir bacarıq və vərdişlərə sahib deyil, hazırkı işdə də işin ilk mərhələsindən ona hüquqi yardım göstərən vəkilin köməyindən istifadə edib. Lakin kassasiya mərhələsi zamanı uzun müddət nümayəndəsi olmuş vəkillə əlaqə saxlaya bilməmiş, onun mobil və whatsapp nömrələri işləməmiş, telefonu və ofisi bağlı olmuş, çoxsaylı cəhdlər etsə də, iradəsindən asılı olmayan səbəblərdən vəkili ilə görüşə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə onun yaşadığı ünvana poçtla göndərilməmiş, nəticədə o, qətnaməni ala bilməmiş, qətnamənin məzmunu barədə məlumatı olmamışdır. Yalnız xx.xx.2024-cü il tarixdə Bak ı Apelliyasiya Məhkəməsinə müvafiq məzmunda ərizə ilə müraciət etdikdən sonra həmin tarixdə iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsini almışdır. Cavabdeh vəziyyəti MM-nin 382-ci maddəsinin təsiri altına düşür, kassasiya şikayəti vermək üçün ilk növbədə qətnaməni almaq lazımdır, bundan sonra xüsusi təhsili, hüquq təhsili olan şəxsin savadlı yanaşması və köməyi zəruridir. Bu hallar müstəsna hallardır, qanunun tələbindən irəli gəlir. Apellyasiya instansiyasında qətnamənin qəbulundan altı ay keçməyib, göstərilən hallar üzrlü sayılmalı, Cavabdeh pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə ərizəyə baxrakən MM-nin 382-ci maddəsini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şika yətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3593/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

14. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

21. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

22. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkr et haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

23. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli qətnaməsi 03 iyul 2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili olan Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkilinə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.

24. Cavabdeh tərəf hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini ağlabatan müddətdə deyil, təxminən 5 ay keçdikdən sonra, 15 noyabr 2024-cü il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 25. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetir ilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

26. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.

27. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

28. Kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin vəkili eyni zamanda etibarnamə əsasında onun nümayəndəsi olduğundan və etibarnamədə üçüncü şəxs vəkilə digər səlahiyyətlərlə yanaşı, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini verdiyindən, həmçinin Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin məzmununa görə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli olduğundan, məhkəmə aktından şikayətin verilmə müddətinin axımının həmin aktın nümayəndəyə rəsmi verildiyi tarixindən hesablanmalı olmasına dair apellyasiya məh kəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

29. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-3593/2024 nömrəli qərardadı dəyişdirilmədən s axlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar