Məhkəmə qərarları › İş №2(102)-5308/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5308/2022

27.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5308/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)3954/2022 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şə həri, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli, 11 saylı qərarı ilə X Əzizbəyov rayon İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli, 15 saylı qərarına əsasən vahid mənzil uçotunda (yaşayış yeri üzrə) duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı), 39 saylı MHYH-də qaravul rəisi vəzifəsində işləyən, “Şimal” DRES, XX qurultay küçəsi 19 saylı evin 25 saylı mənzilində yaşayan X layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün Mərdəkan qəsəbəsindən 600 kv.metr torpaq sahəsinin (ümumi sahə- 118,3 kv.metr, o cümlədən yaşayış sahəsi -66 kv.metr) ayrılması qərara alınıb. Mərdəkan qəsəbəsi, 45 saylı sahədə X tərəfindən tikilmiş 1 mərtəbəli, 2 otaqlı, sahəsi 49,0 kv.metr, köməkçi sahəsi 35,5 kv.metr olan 1231,9 kv.metr torpaq sahəsi və yaşayış evin in qeydiyyata alınması, Reyestr Xidmətindən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 19 avqust 1987-ci il tarixli, 19/339 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib X adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi xahiş olunub. “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, X 21 dekabr 2020-ci il tarixdə ölüb. Reyestr Xidməti tərəfindən verilmiş 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən, ünvan 3 ev xüsusi mülkiyyət hüququ üzrə BX adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə İddiaçı Cavabdeh və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1231,9 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Əzizbəyov rayon XDS-nin İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli, 11 saylı qəra rı və Bakı şəhəri, Xəzər rayon İHB-nın 31 mart 1998-ci il tarixli, 243 saylı sərəncamı ilə mərhumX dövlət tərəfindən pulsuz ayrılmasını nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən 7231,9 kv.metr torpaq sahəsinin (mirasın) mərhum X və arvadı Cavabdeh yəni, ər-arvadın ümumi birgə mülkiyyəti olmaması barədə qətnamə çıxarılmasını xahiş edib. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə əldə edilmiş və 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə BXayrıca əmlakı olub və ünvan 1 ünvanda yerləşən 1231,9 kv.metr torpaq sahəsinin ər-arvadın ümumi birgə əmlakı olmaması faktının, yəni mərhum Xn və arvadı Cavabdeh ümumi birgə əmlakı olmaması faktının tanınması və Reyestr Xidmətind ə qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə tərəfindən İddiaçı vəsatəti əsasında Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilib. İkinci iş üzrə: İddiaçı Cavabdeh X5 və digərlərinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci ildə ölmüş X miras qalmış 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 84,5 kv.metr ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə onunla, 1/8 hissədə X5, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X2 arasında bölüşdürülməsi, paylara uyğun “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəf indən Çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Həmçinin, İddiaçı Cavabdeh və digərlərinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BX tərəfindən birgə nikah dövründə əvəzsiz əqdlər üzrə əldə edilmiş və 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum X ayrıca əmlakı olan ünvan 4 ünvanda yerləşən mirasdan, yəni 1231,9 kv.metr torpaq sahəsindən onun, birinci növbəli vərəsə İddiaçı payına düşən 474 kv.metr torpaq sahəsinə (ailəsi ilə ayrıca yaşadığı 2 mərtəbəli evin yerləşdiyi faktiki sahibliyində olan hissədə) “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin və Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən yeni ünvan adı verilməklə, Çıxa rışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. X5 Cavabdeh və digərlərinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən, miras qoyan X mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1231,9 kv.metr (0,12319 ha) torpaq sahəsinin 1/3 hissəsinə X5, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh və X1 qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququnun tanınması, həmin miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri, 7 Saylı Notariat Ofisinə və yen i ünvanlar müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinin Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə hər iki mülki işin bir icraatda birləşdirilməsi və mülki işə 2(003)-303/2022 nömrəsi verilməsi qərara alınıb. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən X oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınması, habelə iddiaçı Cavabdeh X4 və digərlərinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” barədə ilk, İddiaçı Cavabdeh və digərlərinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” barədə və X3 Cavabdeh və digərlərinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qarşılıqlı iddia tələblərinin “hüquqların Reyestr Xidmətində qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilib. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və digərlərinə qarşı “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən Xmülkiyyət hüququ ilə məxsus olan “torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması”faktının tanınması tələbinə dair iddiası təmin edilməyib, iddiaçı Cavabdeh X4 və digərlərinə qarşı “miras şə rikləri arasında mirasın bölüşdürülməsi” barədə ilk iddia tələbi təmin, İddiaçı Cavabdeh və digərlərinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” barədə və X3 Cavabdeh və digərlərinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payın müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qarşılıqlı iddia qismən təmin edilərək, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 84,5 kv.metr olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh, 1/8 hissədə X3, 1/8 hissədə İddiaçı və 1/8 hissədə X1 miras payları müəyyən edilib və “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamənin verilməsinin Bakı şəhəri, 7 saylı Notariat ofisinə həvalə edilməsi və qarşılıqlı iddianın qalan hissədə r ədd edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sözügedən əmlak mərhum X ilə Cavabdeh birgə nikahı dövründə əldə olunub və X ölməsi ilə ondan miras qalmış hissəyə vərəsəlik açılıb. Belə olan halda tərəflər mərhum X oğlunun vərəsələri olmaqla mirasdan pay almalıdırlar. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1243.2, 1291-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib və 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən BX mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması faktının tanınması b arədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov sədrlik edən, məruzəçi, Ş.Məmmədova və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən X mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” fakt ının tanınması tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilib, həmin tələbə məhkəmədə ayrıca iddia tələbi kimi baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilib. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı Cavabdeh X4 və digərlərinə qarşı “mirasın şəriklər arasında bölüşdürülməsi” barədə 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən, 84,5 kv.metr ümumi sahəsi olan yaşayış evinin və 0,12319 ha torpaq sahəsinin miras şərikləri arasında bölüşüdürülməsi ilə bağlıdır və iddia tələbində Cavabdeh mirasın kütləsinə daxil olan sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu və müvafiq olaraq həmin torpaq sahəsinin yalnız ½ hissəsinin vərəsələr arasında bərabər paylara bölünməli olduğunu bildirib. Belə olan halda, işə baxan məhkəmə həmin tələbə də münasibət bildirərkən, digər hallarla yanaşı, həm də sözügedən əmlakın mirası qoyanın vərəsəsi olan arvadı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlak olubolmadığını da mütləq qaydada araşdırmaqla ona müvafiq hüquqi qiymət verməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1, 391-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin mahi yyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, onun sözügedən tələbi üzrə işin icraatına xitam verilməsi üçün Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulan əsaslar olmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunvercili yə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun sözügedən tələbi üzrə işin icraatına xitam verilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Cavabdeh X4 və digərlərinə qarşı “mirasın şəriklər arasında bölüşdürülməsi” barədə iddia ərizəsi, İddiaçının Cavabdeh və digərlərinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” barədə iddia ərizəsi, habelə X3 Cavabdeh və digərlərinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilərək, onlara birlikdə baxılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən his sədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən X mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair hissədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, həmin iddiaya dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı Cavabdeh X4 və digərlərinə qarşı “mirasın şəriklər arasında bölüşdürülməsi” barədə tələbi 19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 84,5 kv.metr ümumi sahəsi olan yaşayış evinin və 0,12319 ha torpaq sahəsinin miras şərikləri arasında bölüşüdürülməsi ilə bağlıdır və iddia tələbi ndə Cavabdeh miras kütləsinə daxil olan həmin torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu və müvafiq olaraq həmin torpaq sahəsinin yalnız ½ hissəsinin vərəsələr arasında bərabər paylara bölünməli olduğunu bildirib. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən tələbə münasibət bildirərkən, digər hallarla yanaşı, həm də qeyd edilən əmlakın miras qoyanın vərəsəsi olan arvadı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmadığı məsələsini də mütləq qaydada araşdırmaqla ona müvafiq hüquqi qiymət verməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mirasın kütləsinə daxil olan sözügedən torpaq sahəsinin miras qoyan X ilə onun birinci növbə üzrə vərəsəsi olan arvadı Cavabdeh ilə birgə nikahı dövründə əldə olunmuş əmlak olub-olmadığı elə Cavabdeh iddia tələbinə əsasən də müəyyən olunacaq. Belə olan halda aydın olur ki, İddiaçı Cavabdeh qarşı “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən BX mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınmasına dair tələbinə ayrıca iddia tələbi kimi iddia icraatı qaydasında baxılması prosessual qanunvericiliyin hamılıqla qəbul olunan ümumi prinsipləri baxımından yolverilməzdir. Mülki Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı de yildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, sözügedən maddənin tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Cavabdeh qarşı “19 iyul 2018-ci il tarixli Çıxarışa əsasən Xa mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair hissədə ləğv edilməli və həmin tələbə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 261.0.1-c i maddələrinin tələblərinə uyğun olduğundan, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)-3954/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar