Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-532/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5817/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyy əti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Nağıyev X2 Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 26 avqust 2016-cı il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ləğv olunmuş və İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2016-ci il tarixli hökmü ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir.
4. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkə məsinin 13 noyabr 2017-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin olunmaqla, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsiri sübuta yetirilmədiyindən İddiaçı bəraət verilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
6. Daxili İşlər Nazirliyinin Respublika Hospitalının 813963 №-li əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar müalicədə olmuşdur.
7. Bakı Baş Səhiyyə İdarəsinin “X4”nin 020903 №-li əmək qabiliyyəti olmamaq v ərəqəsinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar müalicədə olmuşdur.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli “Müayinə olunan şəxs üzrə məlumat sənədi”nə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixindən "hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən əməliyyatdan sağ bud sümüyün orta 1/3 sol bud sümüyünün aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı, Kontraktura” diaqnozu qoyulmuş, hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir.
9. Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixli “Müayinə olu nan şəxs üzrə məlumat sənədi”nə əsasən, xx.xx.2021-ci il tarixində aparılmış müayinə zamanı İddiaçı “bud sümüyü cisminin (diafizinin) sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücüaçıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması” diaqnozu qoyulmuş, lakin diaqnoz əlillik əlaməti təyin etmədiyindən, əlilliyin verilməsindən imtina edilmişdir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş daxili işlər orqanlarında xidməti fəaliyyət barədə arayışa əsasən, İddiaçı xx.xx.2007-xx.xx.2008-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.2009-xx.xx.2011-ci illərdə Ağcabədi Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində, xx.xx.2011-xx.xx.2012-ci illərdə həmin şöbənin İstintaq bölməsində müstəntiq vəzifəsində işləmiş, xx.xx.2012-xx.xx.2013-cü illərdə sərəncamda olmuş, xx.xx.2013-cü il tarixdə isə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş Ağcabədi rayon Polis Şöbəsinin sabiq əməkdaşı İddiaçı 2009-2012-ci illərdə almış olduğu əmək haqqı barədə xx.xx.2022-ci il tarixli a rayışından görünür ki, İddiaçı 2009-cu il üzrə 3460,00 manat (mart-dekabr ayları - hər ay 346,00 manat), 2010-cu il üzrə 4320,90 manat (yanvar-mart ayları - hər ay 346,00 manat, aprel-oktyabr ayları - hər ay 360,10 manat, noyabr-dekabr ayları - hər ay 381,10 manat), 2011-ci il üzrə 4671,75 manat (yanvar-mart ayları - hər ay 381,10 manat, aprel-noyabr ayları hər ay 384,10 manat, dekabr ayı 455,65 manat) və 2012-ci il üzrə 911,30 manat (yanvar-fevral ayları hər ay 455,65 manat) əmək haqqı almışdır.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 24 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, xəstə İddiaçı DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır. Təqdim etdiyi sənədlərdən və anamnezdən məlum olur ki, xx.xx.2011-ci ildə xidmətlə əlaqəli olmayan bədbəxt hadisə-avtoqəza nəticəsində çoxsaylı travma almış, ilkin tibbi yardım Şirvan şəhər Mərkəzi xəstəxanasında göstərilmiş və xx.xx.2012-ci ildə Bakı şəhəri X5 “Hər iki budun: sağda orta, solda arxa və aşağı 1/3-nin açıq çoxqəlpəli yerini dəyişən sınıqları, sol daban sümüyünün qapalı qəlpəli az yerini dəyişən sınığı, hər iki aşıq sümüyü boynunun çoxqəlpəli qapalı yerdəyişən sınıqları travmatik şok-İİ dərəcə” olmaqla xx.xx.2012-ci ilədək stasionar müalicədə olmuş, xx.xx.2012 və xx.xx.2012-ci il tarixlərində cərrahi əməliyyat “Hər iki bud sümüyü sınıqlarının ekstramedulyar osteosintezi” icra olunmuşdur. Sonrakı müalicəsini xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək DİN-nin 1 nömrəli poliklinikasında ambulator və xx.xx.2013-cü ildən xx.xx.2013- cü ilədək DİN-in Respublika Hospitalında stasionar şəraitdə davam etdirmişdir. Diaqnoz: “Hər 2 bud sümüklərinin orta 1/3 hissəsinin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatlarından sonrakı sol bud sümüyünün refraksiyası. Sol aşağı ətrafın 3.0 sm qısalığı, funksiyanın cüzi dərəcədə pozulması”. xx.xx.2013-cü ildə Bakı şəhər ElmiTədqiqat Travmatologiya-Ortopediya institutunda konsultasiya edilmiş, “hər iki bud sümüyünün əməliyyatdan sonra, sağ bud sümüyünün orta bitişmiş sınığı, sol bud sümüyünün orta 1/3 hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının bükücüaçıcı, sağ diz oynağının bükücü kontrakturaları”. Hazırda rəhbərlik tərəfindən DİO-da gələcək xidmətə yararlılığının təyini üçün DİN- nin X.H.K-na göndərilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli 24 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı DİO-da xidmətkeçmə dövründə travma alması ilə əlaqədar Xüsusi Həkim Komissiyasının qərarına əsasən DİO-da xidmətə yararsız hesab edilmişdir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli Ə175ş/h-001-13 nömrəli əmrdən çıxarışa əsasən, Ağcabədi rayon X3 bölməsinin müstəntiqi, polis baş leytenantı İddiaçı “istefada olan polis baş leytenantı” sayılmaqla xx.xx.2013-cü il tarixdən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Xidmət müddəti 06 il 10 ay 22 gün təşkil edir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktubdan görünür ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən İddiaçı hər hansı növ əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qərarı ilə barəsində çıxarılmış bəraət qərarına əsasən cavabdehdən maddi ziyana görə 11 400 (on bir min dörd yüz) manatın, mənəvi ziyana görə isə 150 000 (yüz əlli min) manatın xeyrin ə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini belə əsaslandırmışdır ki, barəsində 6 il 3 ay müddətində cinayət işi aparılmış, bu müddətin 8 (səkkiz) ay 25 (iyirmi beş) günü azadlıqdan məhrum edilmişdir. Bu müddət ərzində nə qədər mənəvi əzab və sarsıntı keçirdiyini sözlə ifadə edə etmək mümkün deyil. Həmçinin, bu müddətdə 1 (bir) il 1 (bir) ay ərzində almalı olduğu 7800 (yeddi min səkkiz yüz) manat məbləğində əmək haqqından məhrum edilmişdir. xx.xx.2013-cü il tarixdən xidməti uyğunsuzluqla polis orqanlarından xaric edilmiş və 2021ci ilin aprel ayından ona təyin edilən pensiya da kəsilmişdir. Bu günədək ona ödənilməli olan pensiyanın miqdarı 3600 (üç min altı yüz) manat təşkil edir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmı ş, əldə edəcəyi əmək haqqı, vəzifədə yüksəlmə, rütbədən və digər gəlirlərdən məhrum olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Qanunsuz saxlanıldığı 8 ay 25 gün müddətində mənəvi sarsıntı keçirmişdir və vurulmuş mənəvi ziyana görə 150 000 (yüz əlli min) manat pul tələb edir. Digər tərəfdən, polis əməkdaşı olaraq azadlıqdan məhrum edildiyi müddət ərzində saxlanıldığı istintaq təcridxanasında işlərini apardığı məhkumlar tərəfindən təhdid və təzyiqlərə məruz qalmışdır. Şərəfli bir polis zabitinin həbsxanala rı özlərinə yaşayış yeri seçmiş və dəfələrlə məhkum edilmiş residivist cinayətkarlarla dəfələrlə eyni maşında etap edilərək məhkəməyə gətirilməsi və MSY-də saxlanılmasının nə qədər ağrılı və iztirablı olmasını sözlə ifadə etmək qeyri-mümkündür.
18. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və etiraz edərək bildirmişdir ki, nazirlik tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir və Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə nazirlik deyildir. Nazirlik dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sər bəst vəsaitə malik deyildir. Digər tərəfdən “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Nazirlik Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Nazirliyin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya qarşı o nun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkət və hərəkətsizliyə yol verməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərə bilməmişdir..
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2302/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 8500 (səkkiz min beş yüz) manatın İddiaçı xeyrinə ödənilməsi qət edilm iş, iddia qalan hissədə təmin edilməməmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01 dekabr 2015-ci il tarixdən 26 avqust 2016-ci il tarixədək, yəni 8 (səkkiz) ay 25 (iyirmi beş) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır və iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nət icəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qe yri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
21. Məhkəmə göstərmişdir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir.
22. Məhkəmə vurulmuş maddi ziyanla bağlı qeyd etmişdir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 11.400 (on bir min dörd yüz) manat ziyan dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının qərarına əsasən, iddiaçı DİO-da xidmətkeçmə dövründə travma alması ilə əlaqədar DİO-da xidmətə yararsız hesab edilmiş, Daxili İşlər Nazirliyinin xx.xx.2013-cü il tarixli Ə175ş/h-001-13 nömrəli əmri ilə “səhhətinə görə” xidmətdən xaric edilmişdir.
24. İşin materiallarından göründüyi kimi, iddiaçı xx.xx.2012-xx.xx.2013-cü il tarixlərində DİN-nin sərəncamında olmuş, lakin onun təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması səbəbindən vəzifədən kənarlaşdırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində iddiaçı özü də qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması səbəbindən xx.xx.2011-ci il tarixdən 2014-cü ilin sonunadək yataq xəstəsi olmuşdur.
25. Eyni zamand a iddiaçıya xx.xx.2021-ci il tarixində, yəni həbsdən azad olunduqdan sonra əlilliyin verilməsindən imtina edilmiş, bununla əlaqədar o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş həmin məhkəmənin icraatındadır. Qeyd edilməlidir ki, ona əlilliyinə görə təyin edilmiş pensiyanın dayandırılmasına əsas Tibbi- Sosial Ekspert Komissiyasının qərarı olmuşdur (növbəti müayinədən keçdiyi zaman əlilliyin əlaməti təyin edilməmişdir).
26. Məhkəmə, mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək iddianın bu hissəsini qismən, yəni 8500 (səkkiz min beş yüz) manat həc mində təmin olunmasını ədalətli hesab etmiş, qeyd etmişdir ki, iddiaçının 8 (səkkiz) ay 25 (iyirmi beş) gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 150 000 (yüz əlli min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1101.1, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarlarına, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 3-cü və 9-cu və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti iddia ərizəsinin göstərilən məzmununa uyğun onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi zərər tələbini təmin etməmiş, ədalətsizliyə yol vermiş, mənəvi zərərin məbləğini isə düzgün müəyyənləşdirməmişdir.
30. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə alma dan ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəlmiş, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbini nəzərə almamış, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etməmiş, bununla bağlı izah verməmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5817/2022 nömrəli mülki iş üzrə 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməkl ə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərəri 8500 (səkkiz min beş yüz) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuş və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri əsaslı deyildir. Çünki həmin məbləğ iddiaçının mənəvi iztir ablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
35. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmişdir, belə ki, o, əks nəticə gəlinməsini mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, o, iş yerini qanunsuz məhkum edilmə ilə bağlı olaraq itirməmiş, əmlakı müsadirə edilməmiş, götürülməmiş və ya üzərinə həbs qoyulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişd ir.
37. Kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
42. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödə nilir. Mülki Prosessual Məcəllə:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş dur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5817/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.