Məhkəmə qərarları › İş №2(102)-5325/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5325/2022

18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5325/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sərkar oğlunun Cavabdeh1 oğluna (3-cü şəxs Cavabdeh2 Sərkar qızı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması 18.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı “Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1796/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MN seriya ******* №-li Çıxarışa əsasən Mingəçevir şəhəri X1 küçəsində mülkiyyətdə olan 0.05932 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 72.56 kv.metr yaşayış, 104.48 kv.m köməkçi sahədən ibarət 25 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 ½ hissə, İddiaçı Sərkar oğlunun ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-471/2011 №-li 30 iyun 2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Sərkar qızının Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li evə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfind ən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li ev İddiaçı ilə Cavabdeh1 hər birinin ½ hissə payları müəyyən edilməklə mülkiyyətlərindədir. Həmin evdə iddiaçının və cavabdehin ailə üzvlərindən başqa onların bacıları Cavabdeh2 Sərkar qızı da qeydiyyatdadır. Cavabdeh2 və digər bacıları İlahə Məmmədova atalarından miras qalmış əmlakı qəbul etmədiyindən həmin mülk cavabdehlə iddiaçı arasında bərabər paylar şəklində mülkiyyətlərinə keçmişdir. 01 iyul 2009-cu ildə onların mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin yaşayış evi 0.616 ha torpaq sahəsində 4 otaqlı, 72.56 kv.m yaşayış, 104.48 kv.metr köməkçi sahədən ibarətdir. İddiaçı razılı ğı olmadan Cavabdeh1 evin və həyətyanı torpaq sahəsinin çox hissəsini hasara almaqla bölmüş, iddiaçının həyətə darvazadan olan girişini məhdudlaşdırmışdır.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-188/2021 nömrəli qətnaməsi ilə (hakim M.Kərimova) iddia tələbi təmin edərək, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar Cavabdeh1 vəsaiti hesabına sökülsün, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan giriş təmin olunsun, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən İddiaçı Sərkar oğlunun istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələr aradan qaldırılması qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 215.4-cü və Mülki Prosessual Məc əlləsinin 9.1, 9.3, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – A.Eyvazov - sədrlik edən və məruzəçi, G.Abbasov və İ.Şükürov) 29 sentyabr 2021-ci il tarixli 2(107)-1796/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində 0,0593 ha torpaq sahəsi və həmin torp aq sahəsində tikilmiş 25 №-li ev hər birinə ikidə bir hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin mülk üzərində tərəflərin paylarına uyğun naturada bölgüsü müəyyən edilməmişdir. Cavabdeh tərəfindən çəkilmiş hasar isə tərəflərin paylarını qeyri-bərabər bölmüşdür.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir təkzibolunmaz və şübhədən kənar sübut təqdim etməmişdir. Ona görə də daş hasarı Cavabdeh1 tərəfindən sökülməsi qanuni və əsaslıdır.

11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 21.2, 1096.1, 1096.2, 1097, 1115, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli 2(107)-1796/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işin apellyasyia baxışına qaytarılmasını xahiş etmişdir

13. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.2. Zərər dedikd ə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənil məlidir.

18. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

25. Maddə 418.3 Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qi ymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1796/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar