Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-534/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: su sayğacına qeyri-qanuni qoşulma, qanunsuz hesablanmış cərimənin silinməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6540/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin (bundan sonra – cavabdeh) Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 600847 saylı aktda İddiaçı (bundan sonra – iddiaçı) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən bağ sahəsində diametri d-40 mm-lik plastmas boru vasitəsilə sudan qeyri-qanuni sayğacdan kənar istifadə olunduğu qeyd olunmuşdur. 2. 04.04.2022-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 8172 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600847 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8172 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus həyətyanı sahədə yaşayış olmadığından içməli su istifadə edilmir. Bunu abonent saldosundan aydın görmək mümkündür. Torpaq sahəsində yerləşən meyvə ağacların sulanmasını həyətyanı sahədə qazılmış artezian quyuları vasitəsi ilə həyata keçirir. Cavabdehin əməkdaşları xx.xx.2022-ci il tarixdə ona məxsus həyətyanı sahəyə gəlmiş, sudan sayğacdan kənar istifadə olunduğunu iddia etmişlər. Həmin vaxt orada olmamış, qapını onla ra həyətə nəzarəti həyata keçirən bağban açmışdır. Əməkdaşlar əraziyə baxış keçirdikdən sonra heç bir qanunsuz qoşulma aşkar edə bilməmiş və getmişlər. Bir müddət sonra ona məlum olmuşdur ki, barəsində özünün və nümayəndəsinin iştirakı olmadan, qanunvericiliyin tələbi pozulmaqla xx.xx.2022-ci il tarixli, 600847 saylı akt tərtib edilmişdir. Həmin aktın harada, kimin iştirakı ilə yazılması qeyri-məlumdur. Akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, həmçinin aktda qeyd edildiyi kimi sudan qeyri-qanuni sayğacdan kənar istifadə faktını təsdiq edən foto və video materiallardan istifadə ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı uzun müddətdir su ilə bağlı ödəniş etm əmişdir. Bu da onu göstərir ki, sayğacdan kənar qanunsuz qoşulma halı mövcud olmuş, buna görə də akt tərtib olunaraq, borc hesablanmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-3500/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya yazılmış 8172 manat cərimənin ləğv edilməsi, 101,72 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssi səsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, iş materialları ilə iddiaçıya borcun hesablanması üçün əsaslar müəyyən edilməmiş, cavabdeh iddiaçı tərəfindən qanunsuz qoşulma hallarının mövcudluğunu sübuta yetirə bilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddia cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600847 nömrəli aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Belə ki, iş materialları ilə aktın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 14, 30.1, 59.3-cu maddələrinə, “S udan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın rədd olunması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı sayğaca d=40 mm-lik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 8172 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən hesablanmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6540/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, iddiaçının sayğacdan kənar bir ədəd d=40 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi və ya hər hansı qan un pozuntusu törətməsi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına mötəbər sübutlar təqdim olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil Bağır-zadə Nofəl İsax oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50,86 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi iş üzrə “Su təchizatı və tullantı su ları haqqında” Qanunun 67.1, 72-ci maddələrini, Sudan istifadə Qaydaları”nın 3.1.1, 8.7-ci bəndlərini və Mülki Məcəllənin 1096, 1097-ci maddələrini tətbiq etməli olduğu halda etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən son ra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
19. Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqd a isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir.
20. Bənd 2.1.7. İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir.
21. Bənd 2.1.8. İstehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir.
22. Bənd 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüqu qlarındandır.
23. Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
25. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi il ə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
26. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
27. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı iddianın kommersiya məhkəməsinə aid olmasını yoxlamadan, iddiaya ümumi məhkəmədə baxmaqla, məhkəmə aidiyyətini pozulubpozulmamasına qiymət verməmişdir. 33. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birl ikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.
34. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiy i zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
35. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəx slər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
36. İşdən görünür ki, mübahisənin əsasını təşkil edən 02 mart 2022-ci il tarixli akt sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı barəsində tərtib olunmuş, aktda onun fəaliyyət növünün tərəvəzçilik olduğu göstərilir. Aktla müəyyən edilmişdir ki, göstərilən obyektdə diametri d=40 mm-lik plasmas boru vasitəsi ilə sudan qeyri-qanuni, sayğacdan kənar olaraq istifadə olunur.
37. İddia ərizəsində isə göstərilir ki, akt həyətyanı torpaq sahəsində sudan qeyriqanuni olaraq istifadə ilə bağlı tərtib olunmuşdur.
38. Vergi ödəyicisi barədə məlumatdan aydın olur ki, Bakı şəhəri Yasamal rayon Murtuza Muxartov küçəsi 188 saylı evin 45 saylı mənzilində yaşayan İddiaçı ********** VÖEN verilmişdir.
39. Belə olan təqdirdə, ilkin olaraq mübahisənin sahibikarlıq fəaliyyəti ilə bağlı yaranıbyaranmaması aydınlaşdırılmalı, bundan sonra məhkəmə aidiyyəti müəyyən olunmalıdır. Lakin işin hallarından aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr bu istiqamətdə hər hansı araşdırma aparmamışlar.
40. Nəzərə alınmalıdır ki, yaranmış mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması müəyyən olunduğu halda, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.4.9-cu maddəsinin tələbinə əsasən işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxı lması kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş prosessual normalarının tələblərinə riayət edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)6540/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.