Məhkəmə qərarları › İş №2(102)-5346/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5346/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5346/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vurulmuş maddi və mənəvi zərər tələbi ) Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-467/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, bu barədə iddiaçıya Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı “Xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsi”nə əsasən, “kirayə verən” Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə, “kirayəçi” İddiaçı arasında xüsusi təyinatlı yaşayış X4 ilə, Bakı şəhəri, Sabunçu rayon u, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzili iddiaçıya verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzilinin təmirinə çəkilən 26.000 manat pulun və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailəsi Kəlbəcər rayonunun işğal edilməsi ilə əlaqədar olaraq 1993-cü ildən müvəqqəti olaraq Gəncə, Şamaxı, daha sonra isə Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilində məskunlaşmışlar. Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən (İddiaçı adına) 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 180 saylı qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11-ci mənzili (himayəsində İ dərəcəli əlil bacısı X1 olmaqla) İddiaçı verilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzili onlara təqdim olunarkən qarşı tərəfdən “mənzillə bağlı narazılığınız varmı, yoxmu” sualı verilmədən onlara müqaviləni imzalatdırmışlar. May ayının əvvəlində mənzillərin təmirinin yararsızlığı barədə bir neçə narazılığını bildirmiş, lakin bu günə kimi bununla bağlı heç bir tədbir görülməmişdir. Cavabdehlərin bu cür laqeydlikləri onları əsəb xəstəliyinə salmışdır. 16 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasından verilmiş arayışda da bu öz təsdiqini tapır. Bacısı etibarnamə üzrə onu bir çox yerdə təmsil etdiyindən ən çox əsəbi, stressi də məhz elə bacısı yaşayıb. Əsəb psixoloji sarsıntılardan artıq onda beyin işemiyasının əlamətlərinə gətirib çıxarmışdır və bu üzdən davamlı şəkildə ambulator müalicələr alaraq bu şirkət tərəfindən mənəvi psixoloji-emosional zorakılığa məruz qalmışlar. Göründüyü kimi, cavabdeh "xxxx" MMC mənzillərini təmir etməmiş, mənzildə yaşamaq mümkün olmamışdır. Məcburiyyət qarşısında qalıb mənzili qohumlardan borc alaraq özləri təmir etdirmişlər. Həmin mənzilin təmirinə ümumilikdə 26.000 manat məbləğində pul xərcləmişlər. Mənzilin yararsız vəziyyətdə olması barədə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və "xxxx" MMC-yə dəfələrlə (012) ***-**-** saylı və digər şəhər nömrələrinə zəng edib vəziyyəti demiş, müraciətlərini sadə məktublar şəklində, sonra isə əlində olan qəbzlərə əsasən xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin şirkət ilkin müraciət məktub larını alıb, heç bir cavab verməmiş, 21 fevral 2020-ci il tarixdə təkrar müraciət məktubuna bu dəfə də ünvanın dəqiq göstərilmədiyini qeyd edib geri qaytarmışlar. Nəhayət ki, iddia ərizəsini məhkəməyə təqdim etdikdən 2 ay sonra cavab gəlmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktorunun onun ünvanına göndərdiyi 11 iyun 2020-ci il tarixli, 801 saylı məktubunda qeyd edilmişdir ki, “yaşadığınız mənzilin təmir edilməsi barədə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, mənzilinizin təmiri cari təmir hesab edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı müvafiq müqavilənin 2-ci bölməsinin 2.4.6-cı bəndinə əsasən mənzilin cari təmiri mənzil sahibinin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən müraciətinizin müsbət həlli imkan xaricindədir”

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: Q.Y.Əliyeva) xx.xx.2021-ci il tarixli, 2(007)-1897/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edən 20 avqust 2019-cu il tarixli, 4/11 saylı xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsinin 2.4.6-cı bəndindən də göründüyü kimi, qeyd olunan yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin, yəni iddiaçının vəzifəsidir və iddiaçı müqavilənin qeyd olunan şərtini qəbul edərək, özünü n də etiraf etdiyi kimi mənzili təhvil almış, həmin mənzildən istifadə etməyə başlamışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, mənzili təhvil aldıqdan sonra onun cari təmirini kirayə verən ödəməli olmamışdır, sonuncu üzərinə bu barədə hər hansısa öhdəlik götürməmişdir. Buna görə, məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilin təmirinə çəkilmiş xərcə görə ona dəymiş maddi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsi hissəsində iddia tələbinin hüquqi əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir.

7. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı maddi ziyan tələbində olduğu kimi, mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. İddiaçının “vurulmuş mənəvi zərərə görə 20.000 manat p ulun ödənilməsi” ilə bağlı tələbi maddi ziyan tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələb öz təsdiqini tapmadığı və sübut olunmadığı halda törəmə tələbin təmin edilməsi üçün də əsaslar yoxdur.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4, 9, 14 və 88-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki halları araşdırılmamış, ona obyektiv hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarılmaqla qanunun aliliyi prinsipi pozulmuşdur. Məhkəmə qətnaməsi ciddi prosessual pozuntularla qəbul edilmişdir. Belə ki, mülki iş üzrə hazırlıq iclasında sadəcə bacısı olan nümayəndəsi iştirak etmiş, daha sonralar məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmamışdır. Nümayəndəsi olan bacısı COVİD-19 virusuna yoluxduğu üçün məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarının daha sonrakı vaxtlara təyin edilməsinə dair xahişləri isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işin hərtərəfli, obyektiv və çəkişmə prinsipi əsasında aparılmasında maraqlı olmamışdır. Göründüyü kimi, məhkəmə ciddi prosessual pozuntuya yol verməklə onu hüquqlarının müdafiəsindən məhrum etmişdir. Tərtib edilmiş məhkəmə qətnaməsi əsaslı deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, tərəf iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsinin 3-cü səhifəsində qeyd edilmişdir ki, “məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunm uş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir”. Məhkəmənin bu nəticəyə gəlməsi, hansı sübutları tədqiq etməsi çox maraqlıdır. Mülki iş üzrə iddia ərizəsi tərəfindən verilmiş, iddia tələbinə dair bütün sübutlar isə onda olmuş, tərəfindən məhkəməyə təqdim etməyə imkanı olmamışdır. Belə olduğu halda, məhkəmə hansı sübutları tədqiq etmişdir? Kimlər məhkəməyə hansı sübutları təqdim etmişdir? Bu barədə məhkəmə qətnaməsində heç bir qeyd yoxdur. Qətnamədə tələbin rəddi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2,4, 2.4.1, 2.4.2, 2.4.4 və 2.4.6-cı bəndlərinə əsasən, yaşayış sahəsini təhvil aktına əsasən kirayəyə verəndə təhvil almaq, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subic arəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək və yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin vəzifəsidir". Göründüyü kimi, məhkəmə müqavilənin bəndlərinə yanlış istinad edərək yanlış nəticəyə gəlmişdir. İstinad edilən müqavilənin bəndləri mənzilin təhvilini deyil, yaşayış üçün qəbul etdikdən sonrakı münasibətləri aydınlaşdırır. Əslində məhkəmə bilərəkdən müqavilənin kirayəçiyə aid bəndlərinə istinad etmişdir. “Xüsusi Təyinatlı Yaşayış X4”nin 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərinə istinad etməli idi. Müqavilənin həmin bəndlərində cavabdehin etməli olduğu və ya edəcəyi öhdəliklər konkret olaraq göstərilmişdir. Məhkəmə həmin bəndlərə istinad edərək iddia tələbini təmin etməli idi. Təəssüflər olsun ki, iştirak etmədiyi bir məhkəmənin gəldiyi nəticə də təəssüf doğurucudur. Həmin müqavilənin 4.1-ci maddəsində qeyd edilir ki, "Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar". Mənzil tərəfindən məcburiyyət qarşısında qalaraq qəbul edilərkən etmiş olduğu etirazlar yazılı şəkildə cavabdehlərə və digər dövlət qurumlarına rəsmi qaydada göndərilmişdir. Onlara mənzil ayrılana qədər Nəsimi rayonu ərazisində yerləşən 1 otaqlı mənzildə qalmışlar. Nəsimi RİH onları həmin mənzildən məhkəmə qaydasında çıxardaraq tələsik bu mənzildə yerləşdirmişdir. Hazırda yaşadıqları mənzil yeni tikili olmasına baxmayaraq, yaşayışa hazır olmadığı halda onları tələsik həmin mənzillərə köçürmüşlər. Məcbur qalıb hə min mənzildə yaxşılaşdırma və təmir işləri aparmışdır. Məcburi köçkün olaraq təmir aparmağa artıq vəsaiti olmayıb. Sadəcə yaşadığı mənzildə zəruri təmir işlərini aparmasaydı, həmin mənzildə yaşamaq mümkün olmazdı. Məhkəmə bu xüsusatları nəzərə almalı idi. Lakin məhkəmə bu kimi vacib halları qiymət vermədən səthi bir qətnamə qəbul etmişdir. Məhkəmənin daha bir hal diqqətindən yayınmışdır ki, bu hal da ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlərdən biri "sifarişçi", digəri isə "Podratçı"dır. "Sifarişçi" ilə "Podratçı" arasında binanın tikilməsinə dair PODRAT müqaviləsi mövcuddur. Məhkəmə bu müqaviləyə də hüquqi qiymət verməmişdir. Axı binanın tikintisinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılıb. Bu vəsait hesabına "podratçı" mənzilləri yüksək keyfiyyətlə tikib, təmir edib təhvil v erməli idi.

11. Apellyasiya icraatı zamanı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 10/7049 nömrəli rəylə "xxxx" MMC-yə məxsus tikintiyə müəllif nəzarəti kitabındakı layihəsinin və FHN TTNDA Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə Dövlət Nəzarəti Jurnalındakı qeydlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində 800 məcburi köçkün ailəsi üçün 2 girişli, 54 saylı mənzilin ərazidə aparılan qazıntı və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirildiyi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxan ı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 21494,5 manat məbləğində olduğu müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) 2(103)-467/2022 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mənzilin təmirinə çəkilmiş xərcə görə ona dəymiş maddi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsi hissəsində i ddia tələbinin hüquqi əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə keçirilmiş məhkəmə mühəndis-tikinti ekspertizasının rəyi ilə, habelə iddiaçının istifadəsində olan yaşayış sahəsinin yerləşdiyi binanın yararlı hesab edilərək istismara qəbul edilməsi ilə bağlı müxtəlif səlahiyyətli dövlət orqanlarının sənədlərinə əsasən həmin tikinti işləri layihəyə uyğun şəkildə aparılmışdır. İddiaçının istifadəsində olan mübahisəli yaşayış sahəsinin ona yararsız vəziyyətdə təhvil verilməsi və əsaslı təmirə ehtiyacının olması müəyyən edilmir.

16. Məhkəmə kollegiyası işin araşdırılmış faktiki hallarının məcmusuna uyğun olaraq belə nəticəyə gəlmişdir ki, mənzildə aparılmış təmir işləri iddiaçının özü tərəfindən həyata keçirilmiş təmir işləri olmuşdur ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsinin müddəalarına əsasən yaşayış sahəsində cari təmir işlərinin aparılması kirayəçinin vəzifəsi kimi müəyyən edilmişdir.

17. İddia tələbinin digər cavabdeh olan "xxxx" MMC-yə aid hissəsi ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı mübahisəli yaşayış sahəsinə hüquqları onunla cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında bağlanmış yaşayış X4 əsasında yarandığından, "xxxx" MMC isə həmin kirayə müqaviləsi üzrə tərəf olmadığından, habelə tikinti işlərinin keyfiyyətli aparılması ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik götürmədiyindən, iddiaçının çəkmiş olduğu xərcin tikinti işlərini aparmış MMC-dən tələb etməsinin hüquqi əsası olmamışdır.

18. İddia tələbinin mənəvi zərərin öd ənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Lakin hazırkı işdə cavabdehlərin iddiaçıya qarşı hər hansı hüquq pozuntusu törətməsi müəyyən edilmir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə, Mənzil Məcəlləsinin 64, 99, 66-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 9, 14, 77 və 88-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş üzrə iddianın tam həcmdə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 217.3-cü maddəsinin tələblərini pozaraq qətnaməsini işin hallarına uyğun əsaslandırmamış, ümumiyyətlə işin həqiqi hallarını müəyyən etməmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul etmiş və qeyd etmişdir ki, iddiaçının istifadəsində olan mübahisəli yaşayış sahəsinin ona yararsız vəziyyətdə təhvil verilməsi və əsaslı təmirə ehtiyacın olması iş üzrə müəyyən olunmamış və deməli həmin mənzildə aparılmış təmir işləri iddiaçının özü tərəfindən həyata keçirilmiş cari təmir işləri olmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iş üzrə keçirilməsi qeyd olunan (əslində formal olaraq keçirilmiş) məhkəmə tikinti-texniki ekspertizasının əsassız (formal) rəyinə istinad etmişdir. Buna baxmayaraq məhkəmə ekspert rəyində “müəyyən edilmiş hesab edilən halların” işin faktiki hallarına qəti uyğun gəlmədiyinin fərqinə varmamışdır və bu halların araşdırılması üçün qanunla müəyyən edilmiş hər hansı bir tədbiri görməmişdir. Məhkəmə ona əsaslanmışdır ki, iddiaçı maddi və eləcə də mənəvi ziyanla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzildə əsaslı deyil, cari təmir işləri aparmışdır ki, bu da müqavilənin 2.4.6-cı bəndinin tələbinə əsasən iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə kollegiyası mənəvi ziyanın ödənilməsi tələbini təmin etməyərək ona istinad etmişdir ki, hazırkı halda cavabdehlərin əməlində mülki hüquq pozuntusu olmadığından mənəvi ziyan tələbinin də hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əvvəla iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi müəyyən olunmamışdır və eləcə də iddiaçı hətta fiziki və ya mənəvi sarsıntı keçirmiş olsa da belə, bu cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməmiş, yəni mənəvi ziyanla qanunsuz hərəkət və ya hərəkətsizliklər arasında səbəbli əlaqənin və bunda cavabdehlərin təqsirinin olması müəyyən olunmamış, iddiaçı mənəvi ziyanla bağlı məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mənzil Məcəlləsi

27. Maddə 64.2. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin aşağıdakı vəzif ələri vardır: 64.2.1. digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək; 64.2.2. yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının lazımınca saxlanmasında və təmirində iştirak etmək; 64.2.3. yaşayış sahəsinin əsaslı təmirini aparmaq;

28. Maddə 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq;66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq;

29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış X4nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən sə lahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

30. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış X4ndə müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir

31. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən t am mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, müəyyən edilmişdir ki, mübahisəli mənzil təsdiq olunmuş layihəyə uyğun tikilmiş və ona təhvil verilərkən əsaslı təmir işlərinin aparılmasına zərurət olmamışdır. Mənzildə cari təmir işlərinin aparılması müəyyən edlilmiş, bu təmir işlərinin aparmaq vəzifəsi isə tərəflər arasında bağlanmış müqavilənin razılaşdırılmış şərtinə görə iddiaçıya aid edilmişdir. Digər cavabdehə münasibətdə isə qeyd edilmişdir həmin cavabdeh iddiaçı ilə müqavilə münasibətlərində olmamış, baxılan iş üzrə irəli sürülən tələbə cavab verən şəxs deyildir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

43. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının aydınlaşdırılmaması ilə əlaqəlidir. Ko nstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Beləliklə, məhkəmə kollegiyası, ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-467/2022 nömrəli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar