Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5352/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nəqarşı hərracın və onun nəticələri barədə protokolun etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı 1 və iddiaçıların vəkili Nemətov Rauf Feyzi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin İddiaçı2 və İddiaçı1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək, İddiaçı2 və İddiaçı1 müştərək qaydada cəmi 18.460,54 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Muxtadır qəsəbə si, X3 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 32.000 manat dəyərində qiymətləndirilərək, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi və evin açıq hərracda satılması, satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)-2989/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, "xxxx" KB ASC-nin apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tar ixli qətnaməsi qismən, yəni ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X3 küçəsindəki 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ən geci 1 ay ərzində boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X3 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 həmin evdən çıxarılması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.01.2016-cı il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 61532 və 314650 nömrəli icra işi materiallarından görü nür ki, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)-2989/2016 saylı qətnaməsi 18.11.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir və 27.01.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən 02.03.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında İddiaçı1 bildiriş göndərilmişdir. Yasamal rayon icra şöbəsinin 04.04.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-yə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, X3 küçəsindəki İddiaçı2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32.000 manat olmaqla açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi barədə sifariş verilmiş, eyni zamanda həmin məktubun surəti ipoteka qoyan İddiaçı2 göndərilmişdir. Yasamal rayon icra şöbəsinin 19.06.2017-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə hərrac vasitəsi ilə satılmalı olan əmlak Xaçmaz rayonunda yerləşdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2016-cı il tarixli, 2(103)-2989/2016 saylı icra vərəqəsi icra edilməsi üçün Xaçmaz rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. ünvan 1ünür ki, icra vərəqəsində göstərilən ipoteka predmetinin satılması üçün Yasamal rayon icra şöbəsi Cavabdeh1 MMC-yə sifariş v ermiş, Cavabdeh1 MMC-nin 17.07.2017-ci il tarixli hərracın yekunlaşması barədə protokoluna əsasən icra vərəqəsində göstərilən ipoteka predmeti barədə hərrac yekunlaşdığından, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2989 saylı, 11.04.2016-cı il tarixli icra vərəqəsi Yasamal rayon icra şöbəsinə geri qaytarılmışdır. Yasamal rayon icra şöbəsinin sifarişi, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə İddiaçı2 və İddiaçı1 məxsus Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə 15.05.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirilərə k 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, əmlak "xxxx" KB ASC tərəfindən «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən və poçt qaimələrdən görünür ki, 18.04.2018-ci il tarixdə, 02.06.2018-ci il tarixdə Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinə, tələbk ar "xxxx" KB ASC-yə, borclu İddiaçı2 bildirişlər göndərilmişdir. 065 (3816) nömrəli 15-17 aprel 2017-ci il tarixli, 097 (3848) nömrəli 02.06.2017-ci il tarixli “Kaspi” qazetinin buraxılışlarının surətlərindən görünür ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evin hərracda satışı ilə bağlı elanlar verilmişdir. Cavabdeh1 MMC tərəfindən birinci instansiya məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş məktublardan görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 19.06.2017ci il tarixində dayandırma məktubu göndərilmiş və MMC tərəfindən qeyd olunmuşdur. Qeyd olunan tarix ərəfəsində Cavabdeh1 MMC-də şirkətdaxili struktur dəyişiklikləri baş vermişdi r və qeyd olunan dayanma məktubu itmişdir. Cavabdeh1 MMC tərəfindən texniki səhvlik nəticəsində Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 38.7 kv.m yaşayış, 18.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracı keçirilmişdir. Cavabdeh1 MMC olaraq texniki səhvlik əsasında hərrac keçirildiyinə görə iddia tələbini qəbul edir və hərrac nəticələri barədə 17 iyul 2017-ci il tarixli 01 saylı protokolun ləğv edilməsinə etiraz etmirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1nə, Cavabdeh2nəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzad ə küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış sahəsi, 18,5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış ev barəsində keçirilmiş hərracın və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, həmin nəticə əsasında verilmiş cıxarışın ləğv edilməsi və həmin əmlaka mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəsini alaraq Cavabdeh3nə icra üçün yönəldilmişdir. Yasamal rayon icra şöbəsinin sifarişi əsasında həmin fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Satılmalı olan əmlak Xaçmaz rayonu ərazisində olduğundan icra işi Cavabdeh3 tərəfindən aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya ş öbəsinə göndərilmişdir. Bu səbəbdən Cavabdeh3 tərəfindən 19.06.2017-ci il tarixdə Cavabdeh1 MMC-yə dayandırma məktubu göndərilmiş və bu məktub MMC tərəfindən qəbul edilmişdir. Lakin Cavabdeh1 MMC xidmət göstərən təşkilat olmaqla sifarişçinin tələblərini icra etməmiş, əmlakı açıq hərraca çıxararaq hərracı keçirmişdir. Əmlak ucuz qiymətə "xxxx" KB ASCnin balansına qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 2(004)-3461/2018 saylı 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsinə əsasən tələb iddiaçılara məxsus ipoteka predmeti olan Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçə sində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilmiş və evin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsi qət edilmişdir. Daha sonra ev açıq hərraca çıxarılmış, təkrar hərracda ev "xxxx" KB ASC-yə satılmışdır. İlkin və təkrar hərraclar barədə müvafiq qaydada elanlar verilmiş, tərəflərə bildiriş göndərilmişdir. Hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, hərrac qanunauyğun şəkildə həyata keçirilmişdir. İddiaçı tərəf hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verildiyini, hərracın düzgün keçirilməməsini hərrac təşkilatına hərracın dayandırılması barədə müraciət edilməsinə baxmayaraq, hərracın keçirilməsi ilə əsasla ndırmışlar. Lakin nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı icra şöbəsinin hərracın dayandırılması barədə məktubunun hərrac təşkilatçısı Cavabdeh1 MMC-yə daxil olduğu və həmin məktuba rəğmən Cavabdeh1 MMC tərəfindən hərracın keçirildiyi müəyyən edilməmişdir. İpoteka qoyan İddiaçı2 Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi barədə məlumatlandırılmışdır və icra vərəqəsinin aidiyyəti üzrə Xaçmaz rayon icra şöbəsinə göndərildiyi barədə məlumatlı olan İddiaçı2 Cavabdeh1 MMC-dən hərracın keçirilməsinin dayandırılmasını tələb etməmişdir. Bu hal iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədlərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını formal əsaslardan dolayı uzadılması olduğu barədə əsaslı şübhər yaradır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olmuş Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 38,7 kv.m. yaşayış, 18,8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın etibarsız sayılması üçün hər hansı əsas yoxdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 416, “İpoteka haqqında” Qanunun 44, 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə iddiaçılar apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3461/2018 saylı 21 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin hərtərəfli və obyektiv araşdırılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şi kayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Belə ki, ipoteka predmeti Xaçmaz rayonu ərazisində yerləşdiyi üçün Cavabdeh3 tərəfindən icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh1nə hərracın dayandırılması barədə məktub göndərilmişdir. Lakin bunlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışinski) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 MMC-yə, "xxxx" KB ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın ipoteka predmeti kimi açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı Apellyasiya Məhkəməsinin 27.01.2017-ci il tarixli icra vərəqəsi) həyata keçirmişdir. İddia tələbinin, həmçinin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, Bakı şəhəri Cavabdeh3 tərəfindən icraatın dayandır ılması barədə məktub göndərilməsinə baxmayaraq, Cavabdeh1 MMC qeyd olunan məktubu nəzərə almamış və hərracı keçirtmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan sübutlardan (qətnamə, bildirişlər, elanlar, xəbərnamələr, protokol, alqı-satqı müqaviləsi və s.) aydın olur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildiriş göndərilmiş, qəzetlə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin, işdə olan məhkəmə qərarlarından görünür ki, tələbkar "xxxx" ASC-nin iddiası üzrə hazırki iş üzrə idd iaçıların mübahisə obyekti olan yaşayış sahəsindən çıxarılmaları qət olunmuşdur. İddiaçılarin iddia tələbinin (həmçinin, apellyasiya şikayətinin) əsası kimi göstərdikləri məktubun (Cavabdeh3 19.06.2017-ci il tarixli məktubu) məzmunundan isə görünür ki, həmin məktubda icra işinin aidiyyəti üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə göndərilməsi ilə bağlı məlumat öz əksini tapmışdır. Göründüyü kimi, həmin məktub özü-özlüyündə hərracın nəticələrinin sonradan etibarsız sayılması üçün qanuni əsas təşkil edə bilməz. Qeyd edilən məktub göndərilənədək, artıq təyin olunmuş birinci hərrac (15 may 2017-ci il) baş tutmamış, təkrar hərrac 03 iyul 2017-ci il tarixə təyin olunmuş, bu barədə qəzetdə elan verilmiş, maraqlı şəxslərə bildirişlər göndərilmişdir. Göründüyü kimi, iddiaçılar tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Həmçinin qeyd edilmişdir ki, hərrac təşkilatının (Cavabdeh1 MMC) hazırki vaxtda iddianın təmin olunmasına etirazlarının olmaması barədə münasibəti də iddianın əsaslı olmasını ehtiva etmir. Çünki, ipoteka predmeti qanuni əsaslarla tələbkarın ("xxxx" ASC) mülkiyyətinə keçmişdir. Hərracın nəticələrinin formal əsaslardan çıxış edərək etibarsız sayılması son nəticədə əmlakın hazırki mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələnə bilər ki, bu da mülkiyyətin müdafiəsi ilə bağlı istər daxili, istərsə də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələblərinə zidd olardı. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların irəli sürdükləri dəlillər hərracın nəticələrinin etibarsız sayılm asına əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 oktyabr 2018ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələsgər Əliyev sədrlik edən və məruzəçi, A slan Kalbalıyev və Vəfaddin İbayev) 2(102)-7747/2019 saylı 24.12.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9351/20018 saylı 24.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, "X1” MMC ipoteka qoyan İddiaçı2 və onun arvadı İddiaçı1 hərracın yeri və vaxtı haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsi barədə sənədlərin olmamasına, o cümlədən hərracın dayandırılması barədə Yasamal İcra şöbəsinin məktubunun olmasına baxmayaraq iddiaçıların mülkiyyətində olan evə münasibətdə qanunla müəyyən olunmuş qaydaları pozmaqla hərracı keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və bunun nəticəsində düzgü olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 44-cü maddələrinə istinadən əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – X.A.Cəmilova, M.N.Tağızadə, Ü.A.Mayılov) 2(103)-2406/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edi lməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə iddiaçılara məxsus fərdi yaşayış evi 32.000 manat ilkin satış qiyməti ilə 15.05.2017-ci il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 27200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından əmlak "xxxx" KB ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmış və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdı r. Mübahisəli fərdi yaşayış evinin hərracda satışı ilə bağlı elanlar verilmiş və satış üçün açıq hərracın keçirilməsi barədə Yasamal rayon İcra Şöbəsinə, tələbkar "xxxx" KB ASC-yə, borclu İddiaçı2 və İddiaçı1 bildirişlər göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə borcluya və digər şəxslərə hərracın keçirilməsi ilə bağlı lazımi rekvizitlərin göstərildiyi bildirişin göndərilməsi faktı öz təsdiqini tapdığı halda, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qər arındakı hüquqi mövqeyə əsasən həmin bildirişin borclu və digər şəxslərə çatdırılmasını təmin etmək və hərracın keçirilməsini onların məcburi iştirakından asılı etməklə bağlı da hərrac təşkilatçısının üzərinə öhdəlik qoyula bilməz. Odur ki, hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçılara çatdırılmasını təsdiq edən sübutların təqdim olunması ilə bağlı hərrac təşkilatçısının hər hansı vəzifəsi olmadığı üçün həmin sübutların təqdim olunmaması da hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Cavabdeh3 19.06.2017-ci il tarixli məktubu ilə icra vərəqəsinin Xaçmaz rayon İcra Şöbəsinə göndərilməsi və icra şöbəsinin bu əsasla Cavabdeh1 MMC-dən hərracın dayandırılmasını xahiş etməsinə baxmayaraq MMC tərəfindən hərrac keçirilməsi və iddiaçılara məxsus əmlakın Bankın a dına özgəninkiləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçıların istinad etdikləri Cavabdeh3 19.06.2017-ci il tarixli məktubu göndərilənədək artıq hərrac təşkilatçısı tərəfindən təyin olunmuş birinci hərrac 15.05.2017-ci il tarixdə baş tutmamış, təkrar hərrac 03.07.2017-ci il tarixə təyin edilmiş, bu barədə kütləvi informasiya vasitəsində elan verilmiş, həmçinin maraqlı şəxslərə bildirişlər göndərilmişdi. Buna görə də icra şöbəsinin 19.06.2017-ci il tarixli məktubunun hərrac təşkilatçısı tərəfindən nəzərə alınması artıq mümkünsüz idi. Cavabdeh1 tərəfindən təqdim edilmiş 200 saylı 17.03.2020-ci il tarixli məktuba münasibətdə qeyd edilmişdir ki, hazırki iş üzrə Cavabdeh1 MMC yeganə cavabdeh deyil, belə ki, Cavabdeh3, Cavabdeh2 də digər cavabdehlər kimi iştirak edirlər və onlar tərəfindən iddia qəbul edilməmişdir. Cavabdeh1 MMC-nin iddianı yuxarıda qeyd olunan şəkildə qəbul etməsi digər cavabdehlərin hüquq və mənafeyini pozduğu üçün onun məhkəmə tərəfindən qəbulunu yolverilməz edir. Belə olan halda MMC-nin sözügedən məktubu əsasında iddiaçıların iddia tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların hərracın keçirilməsindən xəbəri olmuş, onlara bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçılar hərracda iştirak etməmiş, digər tərəfdən, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, həmin dövrdə qüvvədə olan normativ hüquqi aktların, ümumiyyətlə qanunvericiliyin tələbləri pozulmadığı ndan hərracın etibarsız sayılmasına dair iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri hallar barədə müvafiq sübutları məhkəməyə təqdim edə bilməyərək sübutetmə vəzifəsini yerinə yetirməmişlər. İddiaçılar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2406/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışlar. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Gündüz Quliyev - sədrlik e dən və məruzəçi, İlqar Xələfov və Zaur Əliyev) 2(102)-596/2021 nömrəli 17.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2406/2020 saylı 29.07.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin 24.12.2019-cu il tarixli qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməni təkrarlamışdır. Belə ki, iddiaçılar tələblərinin əsası kimi 2 hala istinad etmişlər: icra şöbəsinin hərracın dayandırılması barədə məktubu nəzərə alınmamışdır; on lara hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyası “İpoteka haqqında” Qanunun 41.1 və “İcra haqqında” Qanunun 61-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, borclunun əmlakının hərracdan satılması yalnız icra məmurunun sifarişi əsasında baş tuta bilər. Yəni, hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsası yoxdur. İcra orqanının hərracın dayandırılmasına dair məktubu da eynilə həmin hüquqi qüvvəyə malikdir və həmin məktub nəzərə alınmadan həyata keçirilən hərəkətlərin etibarsızlığına səbəb olur. Apellyasiya məhkəməsi isə, işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, həmin məktubun hərrac təşkilatç ısı tərəfindən nəzərə alınmasının mümkünsüz olması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Xumar Mərdanova, - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 2(103)-4540/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(004)-3461/2018 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. Apellyasiy a instansiyası məhkəməsi əvvəl işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alıb “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 41.1, “İcra haqqında” Qanunun 61, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddələrinə əsaslanaraq qeyd etmişdir ki, Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Həmin məktub nəzərə alınmadan, əmlak ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak "xxxx" KB ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilmək lə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə bağlanmışdır. Göründüyü kimi 17.07.2017 tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Bundan başqa 03.07.2017-ci il tarixdə və 17.07.2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçılara çatdırılması iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4-cü maddələrinə istinadən 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol və həmin protokol əsasında bağlanmış 17.07.2017-ci il tarixli müqavilə qanunvericiliyin təl əbləri pozulmaqla bağlanması səbəbi ilə etibarsız hesab edildiyindən və öz etibarsızlığından başqa hər-hansı hüquqi nəticələr yaratmadğından həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* saylı 19.12.2017-ci il tarixli çıxarış ləğv edilməli olduğu qərara alınmışdır. Cavabdeh "xxxx" KB ASC tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli qərtnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə daha əvvəl keçirilmiş bütün məhkəmə araşdırmalarında icra şöbəsinin hərracın dayandırılması barədə məktubunun hərrac t əşkilatçısı Cavabdeh1 MMC-yə daxil olması və həmin məktuba rəğmən Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi müəyyən olunmamışdır, yəni icra şöbəsinin qeyd olunan məktubunun Cavabdeh1 MMC-yə göndərilməsi və ya çatdırılması heç bir rəsmi sənədlə təsdiq olunmamışdır. Eyni zamanda, iş materiallarından da göründüyü kimi ipoteka qoyan İddiaçı2 Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi barədə məlumatlandırılmış və həmçinin, icra vərəqəsinin aidiyyəti üzrə Xaçmaz Rayon İcra Şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da o, Cavabdeh1 MMCdən hərracın keçirilməsinin dayandırılmasını tələb etməmişdir. Bu hal iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədlərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını formal əsaslardan dolayı uzadılması olduğunu deməyə əsas verir. Qeyd olunanlardan da göründüyü kimi ipoteka predmeti olan Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 38.7 kv.m yaşayış, 18.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın etibarsız sayılması üçün hər hansı əsas yoxdur. Lakin Bakı Apellyasiya Məhkəməsi heç bir əsas olmadan formal mülahizələrə görə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir və bununla da səhv nəticəyə gəlmişdir. Apellyasiya instan siyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən “dəlillərə” istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müdafiə etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Nemətov Rauf Feyzi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdirlər. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunveri ciliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərra cın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azə rbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh "xxxx" KB ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, iş üzrə Mülki Prossesual Məcəlləsini 420-ci maddəsinin göstərişlərinə əməl edilmişdir. Ape lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Yasamal rayon icra şöbəsi icra vərəqəsinin Xaçmaz rayon icra şöbəsinə göndərildiyi qeyd olunan və bu səbəblə hərracın dayandırılmasının xahiş olunduğu 19.06.2017-ci il tarixli məktubu Cavabdeh1 MMC-yə ünvanlamışdır. Həmin məktub nəzərə alınmadan, əmlak ilkin satış qiyməti 15% endirilərək 27.200 manat olmaqla, 03.07.2017-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, əmlak "xxxx" KB ASC tərəfindən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 20.400 manata alınmışdır və bu barədə 17.07.2017-ci il tarixdə 01 nömrəli hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və elə həmin tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Gör ündüyü kimi 17.07.2017 tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. 03.07.2017-ci il tarixdə və 17.07.2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçılara çatdırılması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC tərəfindən birinci instansiya məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş məktublarla iddiaçı tərəfindən "xxxx" MMC-yə 19.06.2017-ci il tarixində dayandırma məktublarının göndərildiyini və MMC tərəfindən qəbul olunduğunu etiraf etmişdir. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri icra edilmişdir. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi və işin ha llarının sübut olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşanə Vəliyeva Hakimlər: Elşad Şamayev Aqil Abbasov