Məhkəmə qərarları › İş №2(102)-5353/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5353/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5353/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və xxx oğluna qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin "xxxx" MMC-nin vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarix li, 2(103)3682/2020 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)3070/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, 28354 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(004)-3070/2019 nömrəli qətnaməsi cavabdeh "xxxx" MMC-yə müna sibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(102)2445/2021 nömrəli qərardadı ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunaraq, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qərardad ilə həmin Məhkəmənin 02 iyul 2020-ci il tarixli, 2(103)-3682/2020 qətnaməsindən iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qərardadının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti MMC-nin direktoru vəzifəsində çalışan, həmin müəssisənin qanuni təmsilçisi olan xxx tərəfindən verilmiş, onun səlahiyyətləri əvvəllər nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin tarixi səhv olaraq 02 iyul 2020-ci il kimi göstərilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazı lı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdehin mübahisələndirildiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2020-cı il tarixli qətnaməsindən şikayət verməklə, əslində mövcud olmayan qətnaməni mübahisələndirmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsində kassasiya şikayət inin məzmununa dair irəli sürülən tələblər pozulmuşdur. Bundan əlavə, kassasiya şikayətini "xxxx" MMC-nin direktoru kimi qeyd edilən şəxs imzalasa da, həmin şəxsin MMC-nin qanuni təmsilçisi olmasını, bu barədə müvafiq sənəd əlavə edilmədiyi üçün müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bil ər. 407.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərardadı Ali Məhkəmənin 16 fevral 2021-ci il tarixli qərardadına əsasən qəbul edilmişdir. Cavabdehin hazırki kassasiya şikayətinə MMC-nin direktorunun səlahiyyətlərini təsdiq edən təsisçinin 14 dekabr 201 6-cı il tarixli qərarını əlavə etməsi, mübahisələndirilən qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, qərardadda göstərilən nöqsanları aradan qaldırılması qanuni və əsaslı olan qərardadın ləğvi üçün əsas kimi mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. MPM-in 408.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellya siya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-3682/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar