Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5357/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(103)-1856/2021 saylı qərardadından İddiaçı verdiyi kasasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri, Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 95 saylı evin 59 saylı mənzilin X1 adına özəllişdirilməsinin və 25 may 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi iddiasına dair mülki iş üzrə icraata xitam verilib. İddiaçı qərardaddan şikayət verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. İddiaçı Elnarə Barymaova qərardaddan kasasiya şikayəti verib. Mülki iş materiallarını öyrənib, kasasiya şikayətlərini nəzərdə keçirib hesab edirəm ki, aşağıdakılara görə kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmamışsa kasasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 89.2 və 89.3-cü maddələrində göstərilir ki, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kasasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlav ə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kasasiya şikayətindən görünür ki, kasasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili kimi Vəkil2 tərəfindən imzalanıb. Lakin kasasiya şikayətinə Vəkil2 vəkil orderinin və etibarnamənin əsli deyil, kserosurəti əlavə edilib və mülki iş materialları ilə həmin sənədlərin həqiqilyini müəyyən etmək mümkün deyil. Belə ki, sözügedən etibarnamənin əsli ümumiyyətlə işə əlavə edilməyib, işin 44-cü vərəqində olan vəkil orderi isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi üçün verilib. Apelyasiya instansiyası məhkəməsi İddiaçı verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, kasasiya şikayəti ni mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Göstərilənlərə əsasən, hesab edirəm ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkə tlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5357/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5357/2021
26.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver