Məhkəmə qərarları › İş №2(102)-5359/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5359/2021

11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5359/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 11.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2391/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(006)-1268/2020 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4040 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi "xxxx" MMC-də satış meneceri kimi tanımış, həmin vaxt MMC-dən sement alıb, satdıqdan sonra pulunu MMC-yə verirdi, işlədiyi müddətdə MMC-nin nümayəndəsi kimi cavabdehə pul verirdi. Pulların bəzilərini kitaba qol çək dirməklə və bəzilərini isə "xxxx" hesabına vurmuş, MMC ilə işlədiyi müddətdə heç bir borcu qalmamışdır. Bir müddətdən sonra "xxxx" MMC ona qarşı iddia qaldıraraq ondan 4007 manat pul tələb etmiş və şirkətlə əlaqə saxlayıb pulları MMC-nin işçisi olan X verdiyini deyəndə onlar X şirkətə pul köçürmədiyini bildirmişlər. İşə Masallı Rayon Məhkəməsində baxılaraq ondan 4007 manat pul, 117 manat məbləğində faiz borcu və 31 manat dövlət rüsumu olmaqla, cəmi 4155 manat pulun alınıb MMC-yə verilməsi barədə 23.05.2018-ci ildə 2(050)-1029/2018 saylı qətnamə çıxarılmışdır. Halbuki həmin məbləğləri o, X bank hesabına göndərmişdir. X 21.07.2017-ci ildə 500 manat "xxxx" ASCdə, 24.08.2017-ci ildə 1040 manat "xxxx" ASC-də, 12.09.2017- ci ildə 500 manat "xxxx" ASC-də, 13.09.2017-ci ildə 1500 manat post termin alı ilə"xxxx" MMC-yə 500 manat "xxxx" ASC-də, cəmi 4040 manat pul göndərmişdir. Sonradan pulu X tələb etməsinə baxmayaraq o, pulu verməmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 23 oktyabr 2020-ci il tarixli 2(006)- 4100/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə yalnız iddiaçının adı dəyişdirilərək eyni tərəflər arasında pul tələbi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə tələblərin oxşar olmasını, eyni məsələdən qaynaqlandığını, habelə onunla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu, iddia edilən məbləğin maddi yardım ilə könüllü şəkildə verildiyini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir.

6. Bundan başqa iddiadan görünür ki, tərəflər arsında nə zərər vurulması, nə əsassız varlanma, nədəki müqavilə münasibətləri mövcud olmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 119.1, 217.3, 217.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. 9.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2391/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Babayev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin 2(006)-4100/2020 saylı iş üzrə 23 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı qarşı “pul tələbinə dair” dair iddiası rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə preyudisiallıq prinsipi baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi nəzərə alınaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının prey udisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar).

12. Göründüyü kimi, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmənin istinad etdiyi qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi ilə isə iddiaçı X1 iddia tələbinə baxılmışdır.

13. Bundan başqa kollegiya qeyd etmişdir ki, iddiaçı tələbinin əsasını təşkil edən halları, yəni cavabdehin qeyd edilən MMC-də işlədiyini, özünün həmin MMC-dən mal aldığını və buna görə MMC-nin nümayəndəsi kimi cavabdehə pul verdiyini və iddia etdiyi digər halları sübutetmə yükünü daşıyır, lakin, o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbinin əsası kimi istinad edərək məhkəməyə təqdim etdiyi Cavabdeh "x xxx" ASC-də olan hesabına pul köçürməsi barədə bildirişlər isə kserosurət olmaqla, onların nə əsli, nə də ki, "xxxx" ASCdən müvafiq çıxarışları təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

22. Mülki Məcəllə

23. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

29. Kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2391/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar