Məhkəmə qərarları › İş №2(102)-536/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-536/2020

23.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X15 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X17 və iddiaçının vəkili Xanlar Aydınbəyovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Qusar rayon “xxxx” Firmasının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-18/2019, hakim R.V.Kazımov) İddiaçı1 Əthəm oğlu, İddiaçı2, İddiaçı3 və Qusar ş əhər X20 X16 rayonu “xxxx” Firmasına qarşı iddiası qismən təmin edilmiş, “xxxx'’ firmasının direktoru X10 və firmanın digər əməkdaşlarının bazar üzrə toplanmış zibil tullantılarının Qusar şəhər X20 Malları Yarmarkasının istifadəsində olan torpaq sahəsində yandırılaraq antisanitariya hallarının yol verilməsinə son qoyulması qət edilmiş, qalan hissədə iddia rədd edilmiş, Qusar rayonu “xxxx” firmasının İddiaçı1 Əthəm oğlu, İddiaçı2, İddiaçı3 və Qusar şəhər Təsərrüfat X1rşı iddiası qismən təmin edilmiş, Qusar şəhər X20 Malları Yarmarkası, İddiaçı1 Əthəm oğlu, İddiaçı2 və İddiaçı3 yol verdikləri zibil tullantılarının yandırılaraq insan həyatı və sağlamlığı üçün təhlükə yaradan antisanitariya hallarına, “xxxx” firmasının qanuni icarəsində olan torpaq sahəsində fəaliyyət göstərən bazarda ərzaq və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan şəxslərin normal fəaliyyətinə olan maneçiliklərə son qoyulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2757/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) İddiaçı2 və İddiaçı3 və Qusar şəhər X20 Malları Yarmarkasının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddia tələblərinin Qusar şəhər X20 Malları Yarmarkasının istifadəsində olan torpaq sahəsində, iddiaçılar İddiaçı2, İddiaçı3 məxsus obyektlərin qarşısında qanunsuz olaraq kənd təsərrüfatı və digər məhsulların satdırılmasının təşkil olunması və vətəndaşların yarmarkanın ərazisinə və iddiaçılara məxsus obyektlərə gəlmələrinə maneçilik yaradılmasına son qoyulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia təmin edilmiş, iddiaçı Qusar şəhər X20 Malları Yarmarkasının istifadəsində olan torpaq sahəsində və iddiaçılar İddiaçı2, İddiaçı3 məxsus obyektlərin qarşısında qanunsuz olaraq kənd təsərrüfatı və digər məhsulların satdırılmasının təşkil olunması və vətəndaşların yarmarkanın ərazisinə və iddiaçılara məxsus obyektlərə gəlmələrinə “xxxx” Firmasının direktoru X10 və firmanın digər əməkdaşlarının maneçilik yaratmalarına son qoyulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Qusar rayon “xxxx” Firması verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2016-cı il tarixdə İddiaçı1 Əthəm oğlu, İddiaçı2, İddiaçı3 və Qusar şəhər X20 X16 rayonu “xxxx” Firmasına qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” firmasının direktoru X6, eləcə də firmanın digər əməkdaşlarının bazar üzrə toplanmış zibiltullantılarının Qusar şəhər X20 Malları Yarmarkasının istifadəsindətorpaq sahəsində yandırılaraq antisanitariya hallarına yol verilməsi, həmin sahədə, eləcə dədigər iddiaçılar İddiaçı1 Əthəm oğlu, İddiaçı2,İddiaçı3 məxsus obyektlərin qarşısında qanunsuz olaraqözbaşına kənd təsərrüfatı və digər məhsulların satdırılması təşkil olunaraq pul yığılması,vətəndaşların yarmarkanın ərazisinə və iddiaçılara məxsus obyektlərə gəlmələrinə maneçilikyaradılması, bununla da həmin Yarmarkanın, həmçinin digər iddiaçılar İddiaçı1thəm oğlu, İddiaçı2 və İddiaçı3mülkiyyətlərinə qəsd edilərək onlara məx sus obyektlərin fəaliyyətinə maneələr yaradan hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda, Qusar rayonu “xxxx” firması Qusar şəhər X20 Malları Yarmarkasına, İddiaçı1 Əthəm oğluna, İddiaçı2 və İddiaçı3 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Qusar şəhər X20 Malları Yarmarkasının, İddiaçı1 Əthəm oğlunun, İddiaçı2 və İddiaçı3 yol verdikləri zibil tullantılarının yandırılaraq insan həyatı və sağlamlığı üçün təhlükə yaradan antisanitariya hallarına, “xxxx” firmasının qanuni icarəsində olan torpaq sahəsində fəaliyyət göstərən bazarda ərzaq və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan şəxslərin normal fəaliyyətinə, bazarın giriş qapısına qıfıl asmaqla qapını qanunsuz bağlamalarına və vətəndaşların bazarın ərazisinə daxil olmaları na maneçilik törədən hərəkətlərinə, “xxxx” firmasının sahibkarlıq fəaliyyətinə olan qanunsuz müdaxilələrinə və mülkiyyətinə edilən qəsdlərə son qoyulması və belə hərəkətlərin gələcəkdə cavabdehlər tərəfindən edilməsinə yol verilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçılar “xxxx” firması tərəfindən malların satışının təşkil edilməsinin qadağan edilməsini tələb etdikləri torpaq sahəsinə dair hüquqlarının olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Qusar şəhəri, Bazar ərazisində 0,01083 ha torpaq sahəsində yerləşən umumi sahəsi 102,4 kv.metr qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına xx xxxxxxx 2011-ci il tarixdə, Qusar şəhəri, N.Şərifov küçəsində 0,045 ha torpaq sahəsində yerləşən umumi sahəsi 436,6 kv.metr qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3 adına xx xxxxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin Cavabdeh1 başçısının xx xxxxxx 1999-cu il tarixli, 20 saylı sərəncamı ilə bazarın ilkin torpaq ayırma sənədlərindəki ərazidən 0,25 hektar götürülməklə şəhər torpağından da 0,40 hektar əlavə edilərək cəmi 0,65 hektar sahədə rayon İcra Hakimiyyətinin nəzdində ayrıca sənaye məhsulları satışı üçün müstəqil təsərrüfat hesablı ticarət yarmarkası yaradılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar şəhəri, N.Şərifov küçəsində 0,0180 ha torpaq sahəsində yerləşən umumi sahəsi 172,6 kv.metr qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X13, X14, X18, X2, X8, X9 və X3 adlarına xx xxx 2015-ci il tarixdə daşınm az əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 Əthəm oğlunun və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və qeyrisinə qarşı texniki pasport və icarə müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair mülki iş üzrə iddia təmin edilmiş, açıq və sərbəst torpaq sahəsi 19777 kv.metr, faktiki istifadədə olan torpaq sahəsinin cəmi 20457 kv.metr olması göstərilən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Qusar şəhər kolxoz bazarı barədə tərtib olunmuş xx xxx 1999-cu il tarixli texniki pasportun və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət Əmlakının registri, icarəyə verilməsi və torpaq Departamentinin d irektoru Ç.İbadovla icarəçi“xxxx” firmasının direktoru R.Həzərov arasında bağlanmış, özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi 20457,0 kv.metrdən ibarət torpaq sahəsinin “xxxx” firmasının icarəsinə verilməsinə dair xx xxxx 2000-ci il tarixli, 17 saylı müqavilənin İddiaçı1 Əthəm oğlunun mülkiyyətindəki mağazanın yerləşdiyi 12 kv.metr, İddiaçı2 mülkiyyətindəki mağazanın yerləşdiyi 108,3 kv.metr, X5 mülkiyyətindəki Ticarət mərkəzinin yerləşdiyi 1400 kv.metr, Qusar şəhər X20 malları yarmarkasının qanuni istifadəsində olan 2500 kv.metr, İddiaçı3 mülkiyyətindəki 450 kv.metr - cəmi 4470.3 kv.metr torpaq sahəsi hissələrində etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı2, İddiaçı3 və Qusar şəhər X20 Malları Yarmarkasının iddia tələbləri “xxxx” firmasının direktoru X4, eləcə də firmanın digər əməkdaşlarının bazar üzrə toplanmış zibil tullantılarının Qusar şəhər X20 Malları Yarmarkasının istifadəsində olan torpaq sahəsində yandırılaraq antisanitariya hallarına yol verilməsi, həmin sahədə, eləcə də digər iddiaçılar İddiaçı2, İddiaçı3 məxsus obyektlərin qarşısında qanunsuz olaraq özbaşına kənd təsərrüfatı və digər məhsulların satdırılmasının təşkil olunaraq pul yığılması, vətəndaşların Yarmarkanın ərazisinə və iddiaçılara məxsus obyektlərə gəlmələrinə maneçilik yaradılması, bununla da həmin Yarmarkanın, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 mülkiyyətlərinə qəsd edilərək onlara məxsus obyektlərin fəaliyyətinə maneələr yaradan hərəkətlərinə son qoyulması barədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-c i maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə alınmış xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Qusar rayonunda yerləşən, iddiaçılar və cavabdehlər İddiaçı2, İddiaçı3 istifadəsində olan torpaq sahələri Qusar rayonu, “xxxx” firmasının icarəsində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Bundan başqa, qanuni qüvvəyə minmiş Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 Əthəm oğlunun və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və qeyrisinə qarşı texniki pasport və icarə müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair mülki iş üzrə iddia təmin edilmiş, açıq və sərbəst torpaq sahəsi 19777 kv.metr, fakti ki istifadədə olan torpaq sahəsinin cəmi 20457 kv.metr olması göstərilən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Qusar şəhər kolxoz bazarı barədə tərtib olunmuş xx xxx 1999-cu il tarixli texniki pasportun və Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət Əmlakının reyestri, icarəyə verilməsi və torpaq Departamentinin direktoru Ç.İbadovla icarəçi-“xxxx” firmasının direktoru R.Həzərov arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi 20457,0 kv.metrdən ibarət torpaq sahəsinin “xxxx” firmasının icarəsinə verilməsinə dair xx xxxx 2000-ci il tarixli, 17 saylı müqavilənin İddiaçı1 Əthəm oğlunun mülkiyyətindəki mağazanın yerləşdiyi 12 kv.metr, İddiaçı2 mülkiyyətindəki mağazanın yerləşdiyi 108,3 kv. metr, X5 mülkiyyətindəki Ticarət mərkəzinin yerləşdiyi 1400 kv.metr, Qusar şəhər X20 malları yarmarkasının qanuni istifadəsində olan 2500 kv.metr, İddiaçı3 mülkiyyətindəki 450 kv.metr - cəmi 4470.3 kv.metr torpaq sahəsi hissələrində etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, Qusar rayonu “xxxx” firması tərəfindən İddiaçı2 və İddiaçı3 adına olan çıxarışlar da mübahisələndirilməmişdir. Qusar şəhəri, N.Şərifov küçəsində 0,0180 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,6 kv.metr qeyri-yaşayış binası xü susi mülkiyyət hüququ əsasında X13, X14, X18, X2, X8, X9 və X3 adlarına xx xxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər i edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar