Məhkəmə qərarları › İş №2(102)-536/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-536/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-536/21 (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil2, Cavabdeh: Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X4 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020 -ci il tarixli, 2(103)4392/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunmağı, məhkəməyə verilməyinə və qanunsuz həbsə alınmağına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması və ona dəymiş 82.720 manat maddi, 25.000 manat mənəvi ziyanın kompensasiya olaraq ödənilməsi vəzifəsinin Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini onunla əsaslandırıb ki, xx xxxxx 2015ci ildə saat 22:30 radələrində Ələt-Astara-İran sə rhədi yolunun Lənkəran rayonu, Gərmətük kəndi ərazisindən keçən 205,5 km-də X3 idarə etdiyi “VAZ-21063” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt istiqamətində hərəkətdə olarkən, eyni zamanda Astara istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi “Mercedes Benz E-240” minik markalı, **-FK*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş verib və nəticədə “VAZ-21063” markalı avtomobilin sürücüsü, sərnişinləri bədən xəsarətləri alıblar, X5 isə aldığı bədən xəsarətlərdən hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə barəsində cinayət işi başlanıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Elə həmin günü məhkəmə iclas zalından həbs edilib. Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli hökmü ilə müdafiəçi və zərərçəkmiş şəxs X2 apelyasiya şikayətinə əsasən ona aid olan hissədə ləğv edilib və iş üzrə yeni hökm çıxarılmaqla Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona bəraət verilib. Hökmdən verilmiş kasasiya protesti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb. Cinayət işi materiallarında və şahid ifadələrində qeyd olunduğu kimi, həbs olunan günədək “Mercedes Benz E-240” minik markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomobillə Lənkəran şəhərindən Bakı şəhərinə və geriyə adam daşıyaraq ailəsini dolandırıb. Hər iki istiqamətə gedib-gəldiyi üçün ümumilikdə isə gündəlik gəliri 120 manat təşkil edib. Əsassız olaraq həbsdə saxlanılmaqla azadlığından məhrum olunduğu 481 gün üçün 57.720 manat məbləğində qazancdan məhrum olub. Hadisə nəticəsində ona məxsus olan avtomobil əzilib və o, ailəsinin yeganə qazanc gətirəndir. Həbsdə olduğu dövrdə ailə üzvlərinin saxlanıldığı istintaq təcridxanasına ona yemək və ərzaq gətirilməsinə, bu məqsədlə hər dəfə Lənkəran şəhərindən Bakı şəhərinə gəlinməsinə və geri qayıdılmasına maddi imkanı olmadığından avtomobili qəzalı vəziyyətdə dəyərindən çox ucuz qiymətə satılıb. Hazırda 2001-ci il model “Mercedes Benz E240” markalı avtomobilin bazar qiyməti təxminən 15.000 manat təşki l edir. Əgər o qanunsuz olaraq həbs olunmasaydı, ailəsi avtomobili satmaq məcburiyyətində qalmazdı. Həbsdə saxlanılmaqla azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, bu məqsədlə hər dəfə Lənkaran şəhərindən Bakı şəhərinə gəlinməsinə və geri qayıdılmasına, həmçinin hüquqlarını müdafiə edən vəkilin Bakı İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 10.000 manatdan çox vəsait sərf olunub. Bundan əlavə çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarıb. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb və bir ildən çox həbsxanada qalmağa məcbur olub. Nəticədə çox böyük psixoloji sarsıntı və əsəb gərginliyi keçirib. Bu səbəbdən də cavabdeh lər maddi ziyanla yanaşı, mənəvi ziyana görə də ona 25.000 manat kompensasiya ödəməyə borcludurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edilərək, həmin Nazirliyin vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2.500 manat pulun tutulub İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, əsassız olaraq həbsdə saxlanılması nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirib. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində o, fəal ictimai həyat tərzi ndən məhrum edilib. İddiaçı dəymiş mənəvi zərərin 2.500 manat məbləğində qiymətləndirilməsi ədalətli olmaqla, ağlabatandır. İddiaçı qanunsuz məhkum edilməsi nəticəsində ona 67.720 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1101.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat pulun tutulub İddiaçı verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, İddiaçı dəymiş mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1100, 1101.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandır ılıb ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini bütövlükdə təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Fəxri Məmmədov və vəkili Rüfət Bədirli məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ed ilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsində göstərilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə si: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı, öz iddiasının əsasını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hal larını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, İddiaçı dəymiş mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rli bilinərək, 4 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin hökmlə İddiaçı cəzasını ümümi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müdətinin başlanğıcının onun həbs edildiyi vaxtdan, yəni xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilib. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü İddiaçı aid hissədə ləğv edilib, iş üzrə yeni hökm çıxarılmaqla, onun təqsiri sübuta yetmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsinə əsasən ona bəraət verilib. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx x 2017-ci il tarixli qərarı ilə kasasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli hökmü İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılıb. Hazırda İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunduğuna, məhkəməyə verildiyinə və qanunsuz həbsə alındığına görə ondan rəsmi surətdə üzr istəmək vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması, ona dəymiş maddi zərərə görə 82.720 manat, mənəvi zərərə görə 25.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasını iddia edir. Mülki qanunverciliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır (Mülki Məcəllənin 1096-cı maddəsi). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (Mülki Məcəllənin 1100-cü maddəsi). Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getmə mək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (Mülki Məcəllənin 1101.1-ci maddəsi). “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya su iistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması, şəxsin qanunsuz həbs olunması və ya tibb, yaxud tərbiyyə müəssisəsində məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş ə mlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişir ki, İddiaçı xx xxxxxx 2016-cı ildən xx xxxx 2017-ci il tarixədək, yəni 1 il 4 ay müddətində cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hər əkətləri nəticəsində əsassız olaraq həbsdə saxlanılmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və sonradan təqsiri sübuta yetirilmədiyi üçün məhkəmənin hökmü ilə ona bəraət verilməsi işin mübahisə olunmayan hallarıdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məkəməsi iddia tələbini maddi ziyana görə 67.720 manat pulun tutulması hissəsində rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzügün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Lakin, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin İddiaçı dəymiş mənəvi zərəri bütövlükdə 3.000 manat məbləğində qiymətləndirməsi ilə razılaşmır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Eələcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəz iyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüs usiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. “Mənəvi ziyanla” bağlı məhkəmə təcrübəsi göstəririr ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Mənəvi ziyan xüsusi xarakterə malikdir və bu həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri- inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə almalıdır. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb hesab edir ki, İddiaçı dəymiş mənəvi ziyanın bütövlükdə 3.00 0 manat məbləğində qiymətləndirilməsi açıq-aşkar onun keçirdiyi mənəvi sarsıntı və fiziki iztirabların xarakterinə, dərəcəsinə, habelə işin sair diqqətəlayiq hallarına uyğun deyil. Belə ki, ibtidai istintaq orqanunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri, yəni İddiaçı cinayət məsuliyyətinə qanunsuz cəlb edilməsi və onun barəsində qətimkan tədbiri kimi həbsəalmanın qanunsuz tətbiqi nəticəsində o, öz azadlığından məhrum olub və bu müddət 1 il 4 ay davam edib. İddiaçı kasasiya şikayətində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona 67.720 manat maddi, 25.000 manat mənəvi ziyan dəydiyini iddia etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14. 2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi İddiaçı kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və belə qənətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəymiş mənəvi ziyanın 3.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişiklik edilməli, həmin məbləğ 5.000 manat məbləğində müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4392/2020 saylı qətnaməsinə qismən- Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə 3.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsində dəyişiklik edilsin, həmin məbləğ 5.000 manat müə yyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar