Məhkəmə qərarları › İş №2(102)-536/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-536/2024

16.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(104)113/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Samux rayonu Çobanabdallı kəndində yerləşən ayrı-ayrılıqda 2,2074 ha və 0,6156 ha kənd təsərrüfatı təyinatlı, habelə 0,28 həyətyanı torpaq sahələri ümumi paylı mülkiyyət kimi Cavabdeh2 (3/14 hissə), X1 (2/14 hissə), X2 (2/14 hissə), Cavabdeh1 (1/14 hissə) və İddiaçı (6/14 hissə) mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Çobanabdallı kəndində yerləşən 0,28 ha həyətyanı, eləcə də 0,6156 ha və 2,2074 ha pay torpaq sahələrinin aralarında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Samux Ra yon Məhkəməsinin qətnaməsi ilə Samux rayonunun Çobanabdallı kəndində yerləşən həyətyanı 0,28 ha torpaq sahəsi, eləcə də 0,6156 ha və 2,2074 ha torpaq sahələri üzərində tərəflərin payları müəyyən olunmuş və adlarına müvafiq çıxarış verilmişdir. Cavabdehlər həmin torpaq sahələrinin könüllü olaraq bölünməsinə razı olmadıqları üçün payların naturada bölünməlidir.

4. Samux Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(058)-62/2021 nömrəli qətnaməsi ilə (hakim S.N.Zeynalova) iddia təmin edilərək, Samux rayon Çobanabdallı kəndində yerləşən, **********56 reyestr nömrəli çıxarışda göstərilən 0,6156 ha (6156,28 kv.m.) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/14 hissəsi - 2637,26 kv.m., **********31 reyestr nömrəli çıxarışda göstərilən 2,2074 ha (22073,64 kv.m.) kənd təsərrüfatı təyinatlı t orpaq sahəsinin 6/14 hissəsi - 9460,47 kv.m. və **********90 reyestr nömrəli çıxarışda göstərilən 0,28 ha həyətyanı torpaq sahəsindən küçə tərəfdən evin yerləşdiyi hissədən eni bir tərəfdən “17,3” metr, digər tərəfdən “20,5” metr, uzunu isə “65,9” metr olmaqla 0,12 ha torpaq sahəsinin rəyə əlavə edilmiş bölgü planında göstərilmiş şəkildə naturada ayrılmaqla İddiaçı verilməsi və dövlət qeydiyyatına alınması, 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının və cavabdehlərin, habelə digər 3 nəfər şəxsin paylı mülkiyyətində 0,6156 ha və 2,2704 ha olmaqla kənd təsərrüfatı təyinatlı 0,28 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsindən özünə düşən 6/14 hissənin naturada bölünməsini xahiş etmiş, müst əqil mütəxəssis, 16 il Azərbaycan Respublikası DTXK Samux rayon şöbəsinin müdiri işləmiş X3 20 dekabr 2021-ci il tarixli rəyini ona əlavə edilmiş bölgü planı ilə birgə məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş rəydən görünür ki, Samux rayonunun Çobanabdallı kəndində yerləşən İddiaçı və qeyrilərinin mülkiyyətində olan 0,6156, 2,2074 və 0,28 ha həyətyanı torpaq sahələrinə baxış keçirilib ölçü aparılmış və müəyyən olunmuşdur ki, tərəflərin ümumi birgə mülkiyyətində olan 0,6156, 2,2074 və 0,28 ha həyətyanı torpaq sahələrindən iş üzrə İddiaçı payına düşən **********56 reyestr nömrəli çıxarışda göstərilən 0,6156 ha (6156,28 kv.m.) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/14 hissəsi (2637,26 kv.m.), **********31 reyestr nömrəli çıxarışda göstərilən 2,2074 ha (22073,64 kv.m.) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/14 hissəsi (9460,47 kv.m.) və **********90 reyestr nömrəli çıxarışda göstərilən 0,28 ha həyətyanı torpaq sahəsindən küçə tərəfdən evin yerləşdiyi hissədən eni bir tərəfdən 17,3 metr, digər tərəfdən 20,5 metr uzunu isə 65,9 metr olmaqla 0,12 ha torpaq sahəsidir.

6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı payına düşən pay torpaq sahəsi digər mülkiyyətçilərin payından ayrıldıqdan sonra onun payına düşən torpaq sahələri iş üzrə iddiaçıya faktiki olaraq yerində göstərilmişdir. Rəyə hər bir torpaq sahəsi ilə bağlı mülkiyyətçilərə düşən hissələrin yerinin müxtəlif rənglərdə aydın şəkildə göstərildiyi 3 vərəqdən ibarət bölgü planı əlavə edilmişdir.

7. Birinci instansiya məhkəməsi mütəxəssis rəyini sübut kimi qəbul edərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, M ülki Məcəllənin 152.1, 220.1, 220.2, 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(058)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mübahisəli həyətyanı sahədə öz vəsaiti ilə tikdirdiyi evin və valideynlərdən qalan, onun və digər payçıların da hüquqları olan evin olduğu nəzərə alınmaqla mübahisəli həyətyanı sahənin bölünməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərin mərhum atalarından miras qalmış mülkün aralarında bərabər bölünmələrinə razılaşmışlar. İndi məlum olmuşdur ki, valideynlərindən qalan mülk bütövlükdə deyil, onun bir hissəsi bölünmüşdür. Küçə tərəfdən həyətyanı sahənin digər baş tərəfində apellyatorun evinin yerləşməsi nəzərə alınmamış, küçə tərəfdən sahə yarıya bölünmüşdür. Bu halda bölgü onun evinin ortasına düşür və evə giriş-çıxış məhdudlaşır. Küçə tərəfdən bölgü elə aparılmışdır ki, digər payçılara cəmi 20,7 metr məsafə qalmışdır. Nəzərə alınmalıdır ki, həmin hissədə onun evi yerləşib və evin küçə boyu uzunluğu 12 metrdir. Dörd payçıya qalan 20,7 metrdən 12 metr çıxılsa, cəmi 8,7 metrlik məsafə qalır. O da nəzərə alınsa ki, hər payçının giriş-çıxışı üçün ən azı 4 metrlik məsafə tələb edilir. Belə olan halda digər payçıların hüquqları pozulmuş olur. Onun evi isə birbaşa bölgünün təsiri altına düşür.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 08 avqust 2023-cü il tarixli, 2(104)-113/2023 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Samux Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(058)-62/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılmaqla, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir.

12. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsa sən iddianı təmin etmişdir. Lakin, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

13. Qeyd olunan halları nəzərə alan apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrinin onların paylarına uyğun olaraq naturada bölünə bil məsinin mümkünlüyünün müəyyən olunması baxımından ekspert rəyi mütəxəssis rəyindən daha obyektiv və mötəbər sübutdur.

14. Apellyasiya baxışı zamanı tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrinin onların paylarına uyğun olaraq naturada bölünə bilməsinin mümkünlüyünün müəyyən olunması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, torpaq sahələrinin ayrı-ayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbin dən, **********31 və **********56 reyestr nömrəli çıxarışlara əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada real bölgüsü mümkün olmadığı, lakin yuxarıda qeyd edilən hallar nəzərə alınmazsa, **********31 və **********56 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələrinin texniki cəhətdən bölgüsünün tədqiqat prosesinin təsvirində qeyd olunduğu formada olacağı; həmçinin sözügedən həyətyanı torpaq sahəsinə dair çıxarışa əsasən 5 (beş) mülkiyyətçidən, həmin həyətyanı torpaq sahəsində yalnız 2 (iki) mülkiyyətçinin faktiki yaşadığı və 2 (iki) fərdi yaşayış evinin həmçinin 2 (iki) giriş-çıxış hissəsinin mövcud olduğu müəyyən olunmuş, bu səbəbdən də **********90 reyestr nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehlərin ümumi mülkiyyətlərində olan 0,28 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətinə əsasən mülkiyyətçilər arasında bölgüsü mümkün deyil.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Samux rayonu Çobanabdallı kəndində yerləşən 0,6156 ha və 2,2074 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Ekspert rəyindən göründüyü kimi həmin torpaq sahələri ayrı-ayrılıqda paylı mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə, bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpaq sahələrinin öz məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəyə xələl gəlməsi yolverilməz olduğundan tərəflərin paylı mülkiy yətində olan Samux rayonu, Çobanabdallı kəndində yerləşən 0,6156 ha və 2,2074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada paylı mülkiyyətçilərin payına uyğun bölünməsi istisna təşkil edir.

16. Həmçinin məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan Samux rayonu Çobanabdallı kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin də naturada paylı mülkiyyətçilərin payına uyğun bölünməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyinin tədqiqat prosesinin təsvirindən görünür ki, sözügedən həyətyanı torpaq sahəsinə dair çıxarışa əsasən 5 (beş) mülkiyyətçidən, həmin həyətyanı torpaq sahəsində yalnız 2 (iki) mülkiyyətçinin faktiki yaşadığı və 2 (iki) fərdi yaşayış evinin həmçinin 2 (iki) giriş-çıxış hissəsinin mövcud olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsi üzərində mövcud olan tikililər 5 (beş) mülkiyyətçi arasında bölünərək, hüquqları Dövlət qeydiyyatına alınacağı təqdirdə, torpaq sahəsinin mülkiyyətçilər arasında paylarına uyğun bölgüsünə baxıla bilər. Göründüyü kimi Samux rayonu Çobanabdallı kəndində yerləşən və tərəflərin paylı mülkiyyətində olan 0,28 ha həyətyanı torpaq sahəsinin üzərində iki ədəd fərdi yaşayış evi mövcuddur və hər evin giriş-çıxış hissəsi vardır. Nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsi ilə fərdi yaşayış evləri vahid əmlakdır. Belə olduqda isə qeyd olunan torpaq sahəsinin tərəflərin mülkiyyət payı nisbətində paylara ayrılması, əslində torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin də naturada paylara ayrılmasını ehtiva etmi ş olur. Halbuki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olsa da, lakin fərdi yaşayış evlərinin özü paylı mülkiyyətçilərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisə predmeti olan Samux rayonu Çobanabdallı kəndində yerləşən və tərəflərin paylı mülkiyyətində olan 0,28 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilərin mülkiyyət payı nisbətində naturada paylara ayrılması yolverilməzdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 144.5, 152.1, 213.1, 213.2, 213.3, 220, 221, 223-cü, Torpaq Məcəlləsinin 10.1, 13-cü, Mülki Prosessual Məcəllənin 103.1, 217.3, 218.1, 384.0.2-ci madd ələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(104)-113/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71 -ci, Mülki Prosessual Məcəllənin 9.1-ci maddələri pozulmuşdur. Belə ki, mübahisəli torpaq sahələrinin birinci instansiya məhkəməsində təqdim olunmuş mütəxəssis rəyinə əsasən naturada ayrılmasının mümkün olduğu müəyyən olunmasına baxmayaraq, apellyasiya məhkəməsi yeni məhkəmə ekspertizası keçirmiş və iddiaçı tərəfin həmin ekspertizadan xəbəri olmamışdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması t əşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, ye r təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hə r birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini n paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübut lara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini səlahiyyətləri çərçivəsində araşdırmış, o cümlədən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin onun üzərində yerləşən fərdi yaşayış evləri ilə vahid daşınmaz əmlak olmasını, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin tərəflərin paylarına uyğun bölündüyü halda, onların təyinatına uyğun istifadəsinin mümkünsüzlüyünü nəzərə alıb əsaslı olaraq həmin torpaqların naturada ayrılmasının qeyri-mümkün olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə tam razılaşır.

29. Kassasiya şikayətinin apellyasiya instansi yası məhkəməsində keçirilmiş ekspertiza barədə məlumatlandırılmamasına dair dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən məhkəmə tikinti-texniki ekspertizası iddiaçının iştirakı ilə keçirilmiş məhkəmə iclasında təyin edilmiş, bununla bağlı müvafiq qərardad iddiaçının ünvanına göndərilmiş, habelə müvafiq ekspertiza keçirilərək, rəy məhkəməyə təqdim edildikdən sonra da iddiaçı növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o, gəlməmiş və ekspert rəyi ilə razılaşmaması ilə bağlı hər hansı vəsatət verməmişdir.

30. İddiaçının təqdim etdiyi mütəxəssis rəyinin nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. İlk olaraq, prosessual qanunvericiliyinə əsasən mülki işin icraatında ekspertiza mülki iş üzrə əhəmiy yət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Mütəxəssis qismində isə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs çıxış edə bilər. (MPM-in 64.1, 97.1-ci maddələri) Əlbəttə ki, torpaq sahələrinin tərəflərin paylarına uyğun olaraq naturada bölünə bilməsinin mümkünlüyünün müəyyən olunması baxımından ekspert rəyi mütəxəssis rəyindən daha mötəbər sübutdur.

31. Digər tərəfdən, iddiaçının istinad etdiyi mütəxəssis rəyinin məzmununa nəzər saldıqda müəyyən olunur ki, həmin rəydə həyətyanı torpaq sahəsində tikililərin olması nəzərə alınmamış, habelə cavabdehlərin və işə cəlb olunmayan digər paylı mülkiyyə tçilərin torpaq sahələrinin onların payına uyğun qalan hissələrindən təyinatlarına uyğun istifadənin mümkünlüyünə münasibət bildirilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(104)-113/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar