Məhkəmə qərarları › İş №2(102)-5361/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5361/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5361/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5361/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4856/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 43.200 manat, mənəvi ziyana görə 10.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 53.230 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh arasında 18 noyabr 2011-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinin 40.000 manata satılmasına dair Bakı şəhəri 1 3 saylı Dövlət Notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə cavabdeh iki ay müddətində mənzili tərk etməli olmuş, lakin həmin müddət bitdikdən sonra cavabdeh hələ də köçmək üçün ev tapmadığını bəhanə gətirərək iddiaçıdan dəfələrlə vaxt istəmişdir. O, cavabdehi başa düşərək bir müddət güzəştə getmişdir. Lakin bu proses 3 ilə yaxın davam etdiyi üçün o, məcbur olub cavabdehin mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(011)5177/2014 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və cavabdehin həmin evdən çıxarılaraq ona təhvil verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən yenə qərəzli hərəkətlər davam etdirilmiş və o, həmin qətnamədən apely asiya və kasasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2015-ci il tarixli 2(102)2354/2015 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmişdir. Lakin qərarın qəbul edilməsindən artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qərəzli şəkildə icra olunmamışdır. Onun hərəkətləri nəticəsində ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Belə ki, o, mülkiyyətində olan mənzildən artıq 9 ilə yaxındır ki, istifadə edə bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 fevral 2021-ci il tarixli 2(011)-228/2021 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12000 manat məbləğində pul vəsaitinin və 15 manat dövlət rüs umunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, E saylı mənzil İddiaçı mülkiyyətindədir. O, həmin mənzili 40.000 manat ödəyərək satın almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(011)-5177/2014 saylı qətnaməsi ilə Cavabdeh E saylı evdən çıxarılması və həmin evin onun tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(103)-268/2015 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2015ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməs inin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 2011-ci ildən mənzilin dəyəri olaraq iddiaçı tərəfindən ödənilən 40.000 manatı almış, lakin müqavilədə nəzərdə tutulduğu kimi mənzili vaxtında tərk etməmişdir. 2015-ci il tarixli Ali Məhkəmənin qərarının olmasına baxmayaraq o, mənzili boşaltmamış və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəyməsinə istinad etməkdə və hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, icranı gecikdirmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın bo rclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində tələbkara zərər dəyir. Məhkəmə iddiaçının 43.200 manat məbləğində maddi ziyan tələbini araşdıraraq belə hesab edir ki, tələb edilən məbləğ tənasübsüz yüksək məbləğ olmaqla işin hər hansı halı ilə təsdiq olunmur. Belə ki, iddiaçı mənzil üçün ödədiyi pul vəsaitini hər hansı bankın depozit hesabına qoymaqla illik 12 faiz gəlir əldə edə biləcəyinə istinad etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının digər hesablaması da mənzilin kirayəyə verilməsindən aylıq 400 manat əldə edilməsi ilə bağlı olmuşdur. Məhkəmə istinad edilən məbləğin reallığı əks etdirmədiyi qənaətinə gələrək rəsmi internet saytlarında analoji mənzillərin kirayə qiymətlərini araşdırmış və ortalama kirayə qiym ətinin 200 manat olmasını müəyyən etmişdir. Daha sonra məhkəmə iddiaçının hüquqlarının pozulması ilə bağlı istinad etdiyi müddəti araşdıraraq hesab edir ki, qeyd edilən müddət iddiaçının istinad etdiyi kimi 9 ili əhatə etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin qərarından görünür ki, iddiaçı könüllü olaraq cavabdehə müəyyən müddət həmin mənzildə yaşaması üçün razılıq vermişdir. Belə olan halda müddətin axımı Ali Məhkəmənin cavabdehin mənzildən çıxarılması ilə bağlı qərarının qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Odur ki, müddətin axımı 27 may 2015-ci il tarixdən hesablanmalıdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, 5 il üçün aylıq kirayə qiyməti 200 manatdan hesablanmaqla (200x5x12) cavabdehdən cəmi 12.000 manat pul vəsaiti tutularaq iddiaçiya ödənilmə lidir. Məhkəmə cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlara qiymət verərək hesab edir ki, iddianın məhz iddiaçının məhkəmə qətnaməsini icrasını tələb etmədiyi əsası ilə rədd edilməsi qanunun mənasına zidd olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasından irəli gələrək məhkəmə hesab edir ki, iddiaçının qərarın icrasını tələb etməməsi cavabdehi qərarın icrasından yayınmasına əsas sayıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı razılaşmanın olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin c avabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəmə baxışı zamanı təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcə lləsinin 21.2, 442, 443.1, 443.2, 445.1, 445.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03.11.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-4856/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-228/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətində iddiaçının könüllü şəkildə icra tədbirlərinin həyata keçməməsinə şərait yaratması və hazırda onun hər hansı bir icra tədbirinin ondan asılı olmayan səbəbdən yubadılmasına görə məsuliyyət daşımaması barədə qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən hal hazırki iddia tələbinin rədd edilməsi qənaətinə gəlməyə əsas vermir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra e tməli olduğu halda, onun icrasını həyata keçirməmişdir, icranı həyata keçirməməsini iddiaçının şərait yaratması ilə əlaqələndirməsi əsassızdır, çünki iddiaçı ilə bu barədə hər hansı razılığa gəlməsi müəyyən edilmir, əksinə iddiaçı bunun nəticəsində vurulmuş ziyanı hazırda tələb edir. İddiaçının qərarın icrasını tələb etməməsi cavabdehin qərarın icrasından yayınmasına əsas sayıla bilməz. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh apelyasiya şikayətində fikrini ümumi sözlərlə ifadə etmiş, hər hansı konkret dəlilə əsaslanmamış və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün hər hansı arqumentə istinad etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili N ümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçı onun əslində mənzildə yaşamasına narazı deyil, mübahisə predmeti olan evə dair reallıqda sahibliyə dair marağı olmadığı üçün bir neçə il mənzilə dair icra tədbirlərinin aparılmamasına etiraz etməmişdir. Məhkəməyə iddia ilə müraciət edilən müddətə qədər iddiaçı tərəfindən qətnamənin icrasına nəzarət edən aidiyyatı üzrə Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair müraciət olunmamış, iddiaçı tərəfindən icra məmuruna qətnamənin icrası ilə bağlı hər hans ı bir müraciət ərizəsi (tələbkar olaraq) verilməmişdir. Bütün bu qeyd edilənlər iddiaçının könüllü şəkildə icra tədbirlərinin həyata keçməməsinə şərait yaratmasından xəbər verir. Hazırda o, hər hansı bir icra tədbirinin ondan asılı olmayan səbəbdən yubadılmasına görə məsuliyyət daşımır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

442. Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası mə hkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Həmin dəlillər üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyasının vurğuladığı kimi, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməli olduğu halda, onun icrasını həyata keçirməmişdir, icranı həyata keçirməməsini iddiaçının şərait yaratması ilə əlaqələndirməsi əsassızdır, çünki iddiaçı ilə bu barədə hər hansı razılığa gəlməsi müəyyən edilmir. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilmir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4856/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar