Məhkəmə qərarları › İş №2(102)-5372/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5372/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5372/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)3992/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 idarə etdiyi “Kamaz 61115” markalı, ** BB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Siyəzən rayonu ərazisində hərəkətdə olarkən, lazmi qaydada ara məsafəsi saxlamadığına görə qarşısında hərəkətdə olan, Cavabdeh1 məxsus olan “X3 Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini arxadan vurmuş, sonuncu da lazımi qədər ara məsafəsi saxlamadığından ondan qabaqda olan, İddiaçı məxsus olan, həmin vaxtı onun oğlunun idarə etdiy “Nissan Sunny” markalı, **-DA-*** dövlət qeydiyyat nömrəli avtomobili vurmuşdur. 2. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 900,30 manat sığorta haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 8870 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 9310 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində avtomobilinə əhəmiyyətli dərəcədə ziyan dəymiş, demək olar ki, avtomobil bütün hissələrdən, xüsusilə də arxa hissədən yararsız hala düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehə müraciət edərək vurulmuş ziyanın ödənilməsini, avtomobilin əvvəlki saz vəziyyətinin bərpa edilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalıb avtomobili özü təmir etdirmişdir. “Nurgün Motors” şirkətinin servis mərkəz inin qüsur aktına əsasən avtomobilini əvvəlki vəziyyətə gətirmək üçün ümumilikdə 9771,30 manat məbləğində real xərc tələb olunur.

5. Cavabdehlər iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişlər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(011)-754/2020 saylı qərardadı ilə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2020-cil 9/1683 saylı rəyinə əsasən, hesablama yolu ilə “Nurgün Motors” şirkəti tərəfindən təqdim edilmiş 26.10.2017-ci il tarixli qüsur aktındakı məlumatlara görə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Nissan Sunny” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, ehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə, təxmnən 770 8 manat müəyyən edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(011)754/2020 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 6807,70 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 6837,70 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pulun Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə eksper t rəyini daha mötəbər sübut hesab edir. Belə olan halda dəymiş zərərin məbləğini təşkil edən 7708 manatdan iddiaçıya "xxxx" SŞ ASC tərəfindən ödənilmiş 900,30 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 6807,70 manat məbləğində (7708 manat - 900,30 manat =6 807,70 manat) maddi zərər Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə həmçinin hedab etmişdir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində əsassızdır. İddiaçı mənəvi zərəri hadisə zamanı stress, əsəb, gərginlik, mənəvi sarsıntı, avtomobilsiz qalması, polis orqanlarına düşməsi ilə əsaslandırsa da, qeyd etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1,1096.2, 1097.1, 1108.2, 23 və MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)-3992/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və R.Ə.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın 41, Mülki Prosesual Məcəllənin 14. 2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə qeyd edilən avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin fərqli qiymətlərinə dair sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh3 aid edilməlidır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh2 oğlu kassasiya şikayəti verərək, Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert 2006-cı il buraxılışlı “Nissan Sunny" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərəri dəqiq yox, nəzəri hesablama yolu ilə hesablamış, hesablama zamanı “Nurgün Motors” şirkəti tərəfindən təqdim edilmiş 26.10.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsaslanmışdır. “Nurgün Motors" şirkəti özəl şirkətdir və onun verdiyi rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert isə məhz həmin rəydəki məlumatlara əsasən rəy vermişdir. 2006-cı il buraxılışlı “Nissan Sunny” markalı avtomobilin real bazar qiyməti 6500-7000 manat təşkil edir. Belə olan halda həmin maşına 7708 manat məbləğində ziyan dəyməsi real deyildir. Hazırkı vəziyyətdə dəymiş ziyan dəqiq müəyyən olunmadığından iddia tələbi ilə razılaşmır. İş üzrə təkrar ekspertiza keçirilməli və dəymiş zərər dəqiq müəyyən olunmalıdır. Həmçinin təkrar ekspertiza keçirilən zaman avtomobil ekspertiza mərkəzinə təqdim olunmalıdır. Avtomobilə təxminən 800-900 manat zərər dəyib. Sığorta isə ona 900 manat məbləğində dəymiş ziyanı ödəyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğ u xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlərdən Cavabdeh2 tərəfindən mübahisələndirildiyinə görə, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin müəyyən olunan hallarından göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 tərəfindən yol hərəkəti qaydalarının pozulması (ara məsafəsini saxlamaması), törədilən xətada Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir.

26. Kassasiya kollegiyası qeyd edir ki, iddi a tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissəsi ilə bağlı 15.10.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmaları iş materialları ilə müəyyən olunmur.

27. Belə ki, sığortalanmış avtomobil Cavabdeh2 etibarnamə ilə istifadəsində və sahibliyində olduğundan və onun tərəfindən idarə edildiyindən, həmçinin yol-nəqliyyat hadisəsinin baş verməsində Şahid Avvasovun təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, Şahid Avvasov özü birbaşa məsuliyyət daşıyır.

28. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun araşdıraraq qiymət vermiş, prosessual normanın pozuntusuna yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassatorun maddi zərərin düzgün müəyyən edilmə məsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktik hallarının müəyyən edilməsi ilə əlaqəlidir və kassasiya icraatında qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh2 Tehram oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(103)3992/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar