Məhkəmə qərarları › İş №2(102)-5387/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5387/2019

07.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5387/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli 2(103)3030/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş № 2(006)-4623/2018) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin e dilərək cavabdehdən 500 avro və 61.105,2 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, eyni zamanda 2250 manatın alınaraq MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, MMC-nin iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: “xxxx” MMC 16 avqust 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla respublikada pivə hazırlanması üçün xammal satışı ilə məşğul olur. 2011-2012-ci illərdə Xaçmaz rayonunda pivə istehsalı ilə məşğu l olan Cavabdeh pivə istehsalı üçün iddiaçıdan xammal almışdır. 2018-ci ilin iyun ayında “xxxx” MMC iddia ərizəsi və dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh pivə istehsalı üçün MMC-dən götürdüyü xammalın dəyərini tam ödəməməklə MMC-yə 62.848 ABŞ dolları, 500 avro və 2250 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun və eləcə də borcun qaytarılmasının gecikdirilməsinə görə 5000 ABŞ dollarının Cavabdeh MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. İş materiallarından görünür ki, Cavabdeh iddiaçıdan 2011-2012-ci illərdə pivə istehsalı üçün xammal almasını etiraf etsə də MMC-yə borcunun qalmasını qəti inkar etmiş və birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyi üçün iddia müddətinin tətbiqi barədə apellyasiya instansiyası məhkəməsinə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşdən görünür ki, iddiaçının mübahisə etdiyi borc münasibəti tərəflər arasında 20112012-ci illərdə yaranmış, iddiaçı isə borcun qaytarılması tələbi ilə məhkəməyə 2018-ci ilin iyun ayında, təxminən 6 ildən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-c i maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərlə əlaqədar kollegiya iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin olunmasından imtina etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının haz ırkı iş üzrə olan 04 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar