Məhkəmə qərarları › İş №2(102)-539/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-539/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-539/22 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)5613/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 29 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaç ı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan 223.301 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilərək, cavabdehdən 213.301 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında faktiki olaraq borc hüquqi münasibətləri əmələ gəlib. Belə ki, iddiaçı, cavabdehin ona 224.500 manat borcunun olduğunu sübuta yetirmək üçün ondan yazılı qəbz alıb və tərəflər arasında olan danışıqlar mobil telefon vasitəsilə yazılıb. Hə min sübutlar İddiaçı məxsus külli miqdarda pulun Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı tədqiq edilib. Cavabdeh, iddiaçıya olan borcundan 3 ay boyunca 3.733 manat olmaqla, cəmi 11.199 manat ödəniş etdiyi müəyyən edilir. Ona görə də iddia 213.301 manat məbləğə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 442, 739.1, 739.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xah iş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 740.1, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayəti və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasınd a, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xam malın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, cavabdehin ona pul borclu olmasını sübuta yetirmək üçün ondan yazılı qəbz alıb və aralarında olan danışığı mobil telefon vasitəsilə yazıb. Həmin sübutlar, iddiaçıya məxsus külli miqdarda pulun cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı tədqiq edilib. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 30 noyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 01 iyun 2016-cı il tarixli qeyd kitabçasının səhifəsində “Mən Cavabdeh 07 fevral 2014-ci il, 10 iyul 2014-ci il, 21 oktyabr 2014-cü tarixdə iddiaçıdan 190.000 manat və 34,500 manat pul alıb. Həmin pulu qaytarmaq məqsədilə aldığını, lakin müəyyən səbəblərə görə qaytara bilməyib və qaytarmayıb. Özüm yazdım öz imzamla təsdiqləyirəm.” yazıları və həmin yazıların aşağı tərəfindəki imza Cavabdeh tərəfindən icra olunub. Habelə, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə fonoskopik ekspertizasının 01 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı CD diskdə əks olunan səs yazıları tərəflərə məxsusdur. Danışıqların məzmunundan görünür ki, cavabdeh iddiaçı ilə olan danışığı zamanı sonuncuya 225.000 manata yaxın məbləğdə pul borclu ol duğunu etiraf edib və borclarını qaytaracağını bildirib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş digər sübutları, o cümlədən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sözügedən işin istintaqı zamanı cavabdeh həm əlyazmanın onun tərəfindən yazıldığını, həm də səs yazısının ona aid olduğunu etiraf etdiyindən, həmçinin məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 224.500 manat pul verməsi (190.000+34500=224.500), cavabdehin ona olan borcundan 3 ay boyunca 3.733 manat olmaqla, cəmi 11.199 manat ödəniş etdiyindən, iddianı 213.301 məbləğdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı ma ddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya ödənilməmiş 213.301 manat borcunun qalması mülki iş materialları ilə təsdiq edildiyindən, işdə, bunun əksini təsdiq edən heç bir sübut olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı sayla bilməz. Kassas iya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh kassasiya şikayətində iddiaçıya ödənilməmiş borcunun qalmadığını, sözügedən əlyazmanı iddiaçının təzyiq altında yazdığını, səs yazısındakı etirafını isə mübahisənin böyüməməsi, oğlanlarının bu işə qarışmaması üçün etdiyini, səs yazısının saxtalaşdırıldığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, cavabdehin etirazının əsası kimi istinad etdiyi h allar sözügedən cinayət işi üzrə keçirilmiş xətşünaslıq və fonoskopik ekspertlərinin rəyləri ilə tam rədd olunur və həmin rəylərlə də müəyyən olunur ki, cavabdeh iddiaçıdan iddia olunan məbləğdə borc pul alıb, lakin imkanı olmadığı üçün həmin pulu qaytarmayıb. Bundan başqa, cavabdeh kassasiya şikayətində, iddia olunan borcu iddiaçıdan deyil, onun adına və qaynanası Gulandam Mursalovadan "xxxx" ASC və başqa Banklardan oğlu Sabir İlyasovun “gümüş” alveri üçün aldığını, həmin kredit borcunun da oğlu Sabir İlyasov tərəfindən vaxtlı-vaxtında ödənildiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu dəlillər də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, sözügedən yazılı qəbz və səs yazısı ilə məhz cavabdeh in iddiaçıdan borc pul aldığı müəyyən edilir. Cavabdehin oğlu Sabir İlyasov isə hazırki iş üzrə tərəf deyil. Sabir İlyasov həqiqətən Gulandam Mursalova və Rahim İbrahimli ilə bağlanmış kredit müqavilələri üzrə onların ayrı-ayrı Banklara olan kredit borcları üzrə ödəmələr etmişsə, o bu barədə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisə aça bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar a raşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5613/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar