Məhkəmə qərarları › İş №2(102)-5391/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5391/2021

22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5391/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xasıyeva Hicran Qismət qızı, Cavabdeh6 Mehranb oğlu, Cavabdeh7, üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5391/2021 (Açar sözlər: maddi və mənəvi zərər, ləyaqətsiz vərəsə hesab edilmə, tələbin hüquqi əsası) Bakı şəhəri, 22 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibl iyi, İddiaçı nümayəndəsi X14, tərcüməçi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, Cavabdeh4, Cavabdeh5 Qismət qızı, Cavabdeh6 Mehrab oğlu və Cavabdeh7 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək qəsdən hərəkətsizliyi, varislərin axtarışına görə tədbirlərin görülməməsi, ünvan 1 ünvanında yerləşən mə nzil üzrə X1 əmlakı üzrə X11 və Cavabdeh3 ilə əlbirliyə görə 41-ci notarial ofisin xüsusi notariusu Cavabdeh7 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulması; ünvan 2 ünvanında yerləşən mənzil üzrə ASAN-xidmət 4 mərkəzinin xüsusi notariusu Cavabdeh4 Cavabdeh1 ilə əlbirliklə dəfələrlə kobud pozuntuların hüquqi nəticələrə səbəb olunması üzrə mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; MM-in 1246-cı maddəsinin kobud pozulması ilə hüquqi nəticələrə səbəb olmasına görə ASAN-xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh5 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 1 0.000 (on min) manat məbləğində pulun tutulması; Cavabdeh3 ilə əlbir olmaqla mirasqoyan T.A.Dadaşovun İsrail dövlətində ölümü ilə əlaqədar V-20 vərəsəlik işinin açılması zamanı beynəlxalq müqavilələrə müvafiq olmayan qəsdən kobud pozuntulara, bunun hüquqi nəticələrə səbəb olmasına görə 38-ci notarial kontorun xüsusi notariusu Cavabdeh6 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən 10.05.1980-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnaməni və 26.12.2002-ci il tarixində vəfat etmiş 31.10.1950-ci il təvəllüdlü X3 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 21.02.2018-ci il tarixində verilmiş arayışı n ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V-551/2015 nömrəli 23.12.2015-ci il tarixli, V-560/2015 nömrəli, 30.12.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasının Xətai rayon Məhkəməsinin öz üzərinə götürməsi; ünvan 1 ünvanında yerləşən mənzil üzrə X1 mirasına münasibətdə varis İddiaçı gizlədilməsi, 2(005)-1880/2014 №-li, 2(009)-1083/2015 №-li mülki işlərdə saxtalaşdırmaya görə X12 vurulan mənəvi zərərə görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bütün əmlak mübahisələri üzrə mülki işlərdə hüquqi nəticələrə səbəb olan saxtalaşdırmaya, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda əmlak zərərinin vurulmasına, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə X4 mənəvi zərərin vurulmasına görə 20.000 (iyirmi min) manat, maddi zərərin vurulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə görə hər 1 kv.m. 2000 (iki min) manat olmaqla 16 kv.m. x 2000 bərabər olan 1/2 payın hesablanması ilə 32.000 (otuz iki min) manat, ünvan 2 ünvanında yerləşən mənzil üzrə 1/2 hissəsinə görə hər 1 kv.m. 1700 (min yeddi yüz) manat olmaqla 30.72 kv.m. x 1700 bərabər olan 1/2 payın hesablanması ilə 52.000 (əlli iki min) manat tutulması və ya MM-in 1159.2-ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzrə İddiaçı 26 dekabr 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X3 vərəsəsi hesab edilməsi, ünvan 3 ünvanında yerləşən texniki sahə üzrə 1/4 paya görə X4 10.000 (on min manat) məbləğində pulun tutulması; ünvan 4 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X6 adına verilən sənədin ləğv edilməsi; ünvan 6 ünvanında yerləşən qeyrı-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X6 adına verilən sənədin ləğv edilməsi, MM-in 1137, 1139, 1143-cü maddələrinə əsasən X6 ləyaqətsiz vərəsə elan edilməsi; bütün əmlak mübahisələri üzrə hüquqi nəticələrə səbəb olan dəfələrlə etibardan sui-istifadəyə, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda zərərin vurulmasına, İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə görə Cavabdeh1 vurulan mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, ünvan 1 ünvanında yerləşən mənzil üzrə 1/2 paya görə vurulan maddi zərər üzrə 32.000 (otuz iki min) manat tutulması; AR MM 1118-ci, 1118.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı sağlamlığına X13 və Cavabdeh1 tərəfindən qəsdən zərərin vurulmasına görə daşınan xərclər, o cümlədən müalicə və tibbi preparatlara görə 8.800 (səkkiz min səkkiz yüz) manat həcmində xərclərin cavabdehlər arasında bölünməsi və hər birindən 4.400 (dörd min dörd yüz) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmədə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Xətai rayon Məhkəməsinin vasitəsilə T.A.Dadaşovun ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyy ətnamənin icrası üzrə order (X23), T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən 05.02.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətinin vətəndaşlığını qəbul etmələrinin aydınlaşdırılması barədə sənədlərin İddiaçı təqdim edilməsi öhdəliyinin Maya Dadaşova və Dinarə Dadaşova üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyi qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Dadaşova Dinarəyə bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun 20.06.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dad aşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanmasının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-34/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3158/2017 saylı mülki iş üzrə 21 iyun tarixli qanunsuz qərarının ləğv edilməsi, üç daşınmaz əmlak üzrə bütün qanunsuz qərarlar, 2-1260/06 saylı mülki iş üzrə Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, notariuslar cavabdehlər Dadaşova Maya və Dadaşova Dinarənin xeyrinə saxtalaşdırmaya yol vermişlər. V.Qolubevin qəsdən öldürülməsinin sifarişçisi olan Dadaşova Maya və Dadaşova Dinarə ilə qa baqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən törədilən cinayətin təşkilatçısı olan İddiaçı keçmiş nümayəndəsi Cavabdeh1 arasında üç daşınmaz əmlak obyektinə münasibətdə cinayət əməlləri faktları vardır. Məhz onlar 2006-cı ildən V.Qolubevin mirası ilə məşğul olurdular.

7. Sənədlərdə saxtalaşdırma halları olmuşdur. 2013-cü ildən 2015-ci ilə qədər Xətai rayonunda yerləşən mənzili iddiaçı bahalı təmir edib. İşığı bərpa edib, telefon çəkib, istilik sistemləri və qaz xəttini bərpa edib. Təmir zamanı köhnə pəncərələr plastik pəncərələrlə əvəzləşdirilib. Elektrik sistemi yenidən çəkilib. Təmirə 15000 manat pul xərclənib. Yasamalda yerləşən texniki sahədə təmir aparılıb. Su və kanalizasiya çəkilib, vitrinlər dəyişdirilib, girişdə dəmir jalüz quraşdırılıb, 5200 manat xərc çəkilib. Xətaidə yerləşə n mənzilin kommunal xidməti 2009-cu ildən 2020-ci ilə kimi iddiaçı tərəfindən ödənilmişdir.

8. İddiaçı L. Fomina “Mediland” hospitalında müalicə olunmuş, indiyə qədər 1500 manat pul xərclənmişdir. Əməliyyat haqqının ödənilməsi haqqında qəbzlə 5200 manat xərc tələb olunduğu görünür. Müalicə, əməliyyat və tibbi parametrlərə görə xərc 8800 manat təşkil edir. Vəkil Səlimov Elvinə 6200 manat pul ödəyib.

9. Bütün bunlar əsassız məhkəmə qərarları, nümayəndə olmuş Cavabdeh1 digər cavabdehlərlə qanunsuz əməlləri sayəsində baş vermişdir.

10. Cavabdeh4 (notarius) nümayəndəsi iddiaya etiraz edərək, etirazını onunla əsaslandırıb ki, hazırki mübahisə ilə bağlı qanuni qüvvəyə minmi. Məhkəmə qərarları vardır.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-3241/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əminə Abbasova)

12. Məhkəmə toplanmış sübutlara, müəyyən etmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-1260/06 nömrəli, 29.08.2006-cı il tarixli qətnaməsinə əsasən X5 miras qoyan – anası X2 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 saylı evin 4 saylı mənzilinə X1 adına verilmiş 05.04.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* saylı, 29.04.2006-cı il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Birinci növbəli vərəsə kimi X7 miras qoyan – anası X2 30/12493 nömrəli, 20.05.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 his sədə payı müəyyən edilmiş, X8 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır.

13. Birinci instansiya məhkəməsi iddiaçının maddi və mənəvi ziyanla bağlı iddiası üzrə hesab edib ki, bu tələb təmin edilə bnilməz. Çünki şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərər vurulduğu öz təsdiqini tapmamışdır.

14. Birinci instansiya məhkəməsi X6 ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı iddia tələbinə münasi bətdə belə qənaətə gəlib ki, İddiaçı Cavabdeh2 vərəsəlik hüququndan məhrum edilməsi nəticəsində faydalanan şəxs olmadığından, iddiaçının qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

15. Birinci instansiya məhkəməsi İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə T.A.Dadaşovun ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyyətnamənin icrası üzrə orderin (X23) İddiaçı təqdim etmək öhdəliyinin Dadaşova Mayanın və Dadaşova Dinarənin üzərinə qoyulması, T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən 05.02.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətin in vətəndaşlığını qəbul etmələrinin aydınlaşdırılması barədə tələbini araşdıraraq hesab edib ki, iddiaçının belə bir tələblə müraciət etmək üçün subyektiv hüququnun olmadığına görə iddia bu hissədə də təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilin ½ payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X6 adına verilən sənədin ləğv edilməsi, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X6 adına verilən sənədin ləğv edilməsi ilə bağlı iddia tələblərini də əsassız sayıb və bunu onunla əsaslandırıb ki, iddiaçı iddia tələblərinin əsasını təşkil edən hallarla bağlı hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. 1

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ünvan 8 ünvanında yerləşən mənzil üzrə İddiaçı 26.12.2002ci il tarixində vəfat etmiş doğma bacısı X3 vərəsəsi hesab edilməsi barədə iddiasını da təmin etməmiş və bunu belə əsaslandırmışdır ki, miras qoyanın vərəsələrinin dairəsi və miras qalmış əmlak olan ünvan 8 ünvanında yerləşən mənzilə dair vərəsələrin payları səlahiyyətli məhkəmələr tərəfindən müəyyən edilmiş və müvafiq qətnamə və qərarlar qəbul edilmişdir. Bu qətnamələr hazırda qanuni qüvvəyə minmişdir və həmin qətnamələrlə müəyyən edilmiş halların mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir.

18. Birinci instansiya məhkəməsi iddia tələbinin Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən 10.05.1980-ci il tarixin də verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnamənin və 26.12.2002-ci il tarixində vəfat etmiş 31.10.1950-ci il təvəllüdlü X3 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 21.02.2018-ci il tarixində verilmiş arayışın ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V-551/2015 nömrəli 23.12.2015-ci il tarixli, V-560/2015 nömrəli, 30.12.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasının Xətai Rayon Məhkəməsinin öz üzərinə götürməsi hissəsi ilə bağlı qeyd edib ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Bu baxımdan, iddiaçının iddia ərizəsində qeyd etdiyi bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1112, 1137, 1139, 1159.2 -ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

22. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edib və göstərib ki, iddiaçı qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları yenidən araşdırmaq istəyir. Hansı ki, həmin məsələlər artıq həll olunub. Hətta iddiaçı qüvvədə olan məhkəmə qərarlarının ləğvini xahiş edir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli 07 aprel 2020-ci il tarix li qərdadı ilə iddia tələbinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-34/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3158/2017 saylı mülki iş üzrə 21 iyun tarixli qanunsuz qərarının ləğv edilməsi, üç daşınmaz əmlak üzrə bütün qanunsuz qərarların, 2-1260/06 saylı mülki iş üzrə Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsi hissəsinə işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilimişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova)

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli 07 aprel 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3241/ 2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Şərafət Məmmədova)

25. Apellyasiya instansiyası qətnamənin ləğv edilməsi ilə bağlı gəldiyi nəticə üzrə qeyd edib ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, yekun məhkəmə aktı ilə qiymət verilməli olan iddia ərizəsinə əlavədə İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyinin qoyulması, Dadaşova Dinarəyə bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun 20.06.2007-ci il tarixli 4-Ə-1-24 bağı şlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanması, üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sənədlərin ləğv edilməsi tələblərinə qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsinə qiymət verilməməsi, prosessual pozuntu ilə nəticələndiyindən, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır.

26. Apellyasiya instansiyası maddi və mənəvi ziyanla bağlı iddia tələbi üzrə qeyd ediub ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi halları müəyyən olunm ur. Şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmış olsun. Lakin iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır.

27. Apellyasiya instansiyası X6 ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı iddia tələbini də əsasız sayıb və qeyd edib ki, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsini tələb etmək hüququ bundan əmlak nəticələri əldə edən şəxsə məxsusdur. İddiaçı Cavabdeh2 vərəsəlik hüququndan məhrum edilməsi nəticəsində faydalanan şəxs olmadığından, iddiaçının qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

28. Apellyasiya məhkəməsi İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin vasitəsilə T.A.Dadaşovun **** ***** nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyyətnamənin icrası üzrə orderin (X23) iddiaçıya təqdim etmək öhdəliyinin Maya Dadaşovanın və Dinarə Dadaşovanın üzərinə qoyulması, T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən 05.02.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətinin vətəndaşlığını qəbul etmələrinin aydınlaşdırılması barədə tələbi üzrə hesab edir ki, iddiaçının belə bir tələblə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

29. Apellyasiya məhkəməsi ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X6 adına veril ən sənədin ləğv edilməsi, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X6 adına verilən sənədin ləğv edilməsi ilə bağlı iddia tələbləri ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən həmin iddia tələblərinin əsasını təşkil edən hallarla bağlı hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim edilməmişdir.

30. Apellyasiya məhkəməsi ünvan 8 ünvanında yerləşən mənzil üzrə İddiaçı 26.12.2002-ci il tarixində vəfat etmiş doğma bacısı X3 vərəsəsi hesab edilməsi barədə iddia tələbini ona görə əsassız hesab edib ki, miras qoyanın vərəsələrinin dairəsi və miras qalmış əmlak olan ünvan 8 ünvanında yerləşən mənzilə dair vərəsələrin payları səlahiyyətli məhkəmələr tərəfindən müəyyən edilmiş və müvafiq qətnamə və qəra rlar qəbul edilmişdir. Bu qətnamələr hazırda qüvvədir, həmin qətnamələrlə müəyyən edilmiş halların mübahisələndirilməsinə və yenidən sübut edilməsinə isə yol verilmir.

31. Apellyasiya məhkəməsi iddianın Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən 10.05.1980-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnaməni və 26.12.2002-ci il tarixində vəfat etmiş 31.10.1950-ci il təvəllüdlü X3 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 21.02.2018-ci il tarixində verilmiş arayışın ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V551/2015 nömrəli 23.12.2015-ci il tarixli, V-560/2015 nömrəli, 30.12.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasının Xətai rayon Məhkəməsinin öz üzərinə götürməsi hissəsi ilə bağlı qeyd ed ib ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Bu baxımdan, iddiaçının iddia ərizəsində qeyd etdiyi bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.

32. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının İddiaçı qaytarılması öhdəliyinin qoyulması hissəsində iddianı əsassız hesab etmi və bunu onuna əsaslandırmışdır ki, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

33. Dinarə Dadaşovaya bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun 20.06.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dada şova Dinarəyə mənzilin 1/2 payının bağışlanması, üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sədənlərin ləğv edilməsi hissəsində iddianı əsassız hesab edən apellyaisya məhkəməsi göstərmişdir ki, qanunverici müqaviləni ləğv etmək hüququnu tərəflərə vermişdir. İddiaçı isə ləğvini xahiş etdiyi müqavilənin tərəfi deyildir. Üç obyekt üzrə (1.Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin, 4 saylı mənzili; 2. ünvan 2; 3. ünvan 9 ünvanda yerləşən 73 saylı təmir emalatxanası) mülkiyyət hüququ isə qüvvədə olan, mübahisələndirilməsinə yol verilməyən məhkəmə qətnamələrinə əsasən yaranmışdır.

34. Apellyasiya məhkəməsi mövqeyini 21.1, 21.2, 423.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1112, 1137, 1139, 1159.2 -ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsas landırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkil X9 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarmasını xahiş etmişdir

36. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi maddi və mənəvi zərələ bağlı düzgün nəticəyə gəlməyib; - sənədlərin saxta olması ilə bağlı imza və xətt nümunələrinin yoxlanması üçün iddiaçı tərəfindən ekspertiza təyin edilməsi barədə vəsatət təmin edilməyib. Bununla bağlı iddiaçının əlavə qətnamə çıxarılması ilə bağlı ərizəsi təmin edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

37. Kassasiya şikayətinə qarşı cavabddehlərin yazılı etirazı daxil olm amışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. İddiaçı nümayəndəsi X16 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

39. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər Bakı Şəhəri 41 saylı notariat ofisinin notariusu T.Qazı-zadə və Bakı şəhəri 38 saylı notariusun notariusu Cavabdeh6 məhkəmə kollegiyasına yazılı müraciət edərək işə onların iştirak olmadan baxılmasını xahiş etmiş, digər cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassas iya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya instansiyasının eyni tarixli qərardadı mübahisələndirilmir. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

44. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

45. İddia tələbi müxtəıif olmaqla, iddiaçı nın hüquqlarını pozan qanunsuz sənədlərin ləğv edilməsi, iddiaçıya maddi mənəvi mənəvi ziyanın ödənilməsi və ləyaqətsiz vərəsənin tanınması barədədir.

46. Barəsində kassasiya şikayəti verilən qatnamədən görünür ki, apellyaisya məhkəməsi iddiaçının hər tələbi üzrə ayrıca qiymətləndirmə aparmış və iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təkzib edildiyini müəyyən etmişdir.

47. Kollegiya qeyd edir ki, həqiqətən də iddiaçının tələbinin əsaslandığı hallar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğu halda, iddiaçının cavabdehlər tərəfindən ona həmin aktlardan irəli gələn hər hansı maddi və mənəvi ziyan vurması da istisna edilir.

48. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 25-34-cü bəndlərində əks olunan dəyərləndirməsini əsaslı və qanuni sayır. Qeyd edilən bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi hər bir iddia tələbini sübutlar əsasında ayrıca qiymətləndirmiş və həmin tələblərə tətbiq edilməli maddi və prosessual hüquq normaların baxımından düzgün qiymət vermişdir.

49. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən maddi və mənəvi zərələ bağlı düzgün nəticəyə gəlinməməsi barədə kassasiya şikayətinin dəlillərini əsasız sayır.

50. Məhkəmə kollegiyası sənədlərin saxta olması ilə bağlı imza və xətt nümunələrinin yoxlanması üçün iddiaçı tərəfindən ekspertiza təyin edilməsi barədə vəsatətin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilini də qəbul etmir. Çünki belə bir vəsatəı verilməyib. İşdə görünür ki, iddiaçının ba şqa məzmunda bir neçə vəsatəti olmuş və apellyasiya məhkəməsi ayrıca akt şəklində qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərardadla həmin vəstətləri təmin etməmişdir. Həmin vəsatətlər işərisində ekspertizanın təyin edilməsinə dair hər hansı vəsatət olmamışdır.

51. İddiaçının əlavə qətnamə çıxarılması ilə bağlı ərizəsinin təmin edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib edilir. Əlavə qətnamənin çıxarılması şərtləri və qaydası MPM-in 229-cu maddəsi ilə nizama salınır. İşdən görünür ki, iddiaçının əlavə qətnamə çıxarılması barədə vəsatəti apellyasiya instansiyası məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və məhkəmə bunu onunla əsalandırmışdır ki, iddiaçının bütün tələblərinə qiymət verilmişdir.

52. Məhk əmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3862/2021 nömrəli 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar