Məhkəmə qərarları › İş №2(102)-5393/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5393/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5393/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5393/22 (Açar sözlər: borcun qaytarılması tələbi) Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1840/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanaraq təsdiq olunmuş 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 10.000 manat məbləğində pulu Cavabdeh borc vermişdir.

2. Müqavilənin 1.2-ci bəndinə görə borcalan Cavabdeh kredit borcunu 04 oktyabr 2015-ci il tarixədək borcverən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia qaldıraraq Cavabdeh 10.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayır. Oğlu Katib epilepsiya xəstəsidir, həkimlər oğluna Bakı şəhərində yaşasa xəstəliyinin keçəcəyini bil dirdiklərinə görə Bakı şəhərində oğluna ev almaq qərarına gəlmişdir. 7 may 2015-ci il tarixdə Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə ev alğı-satqısı ofisində cavabdeh ilə tanış olub torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. Cavabdeh ona bu işdə kömək edəcəyini deyərək Ramana qəsəbəsi, Südçülük Sovxozunda torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin sotunu 2.500 manata satdığını bildirmişdir. Həmin yeri bəyəndiyi üçün 4 sot torpaq alacağını ona demişdir. 7 may 2015-ci il tarixdə oğlu Katiblə Ramana qəsəbəsində torpaq sahəsini almaq üçün cavabdehlə görüşüb alacağı torpağı alğı-satqı etmək istədiyini ona demişdir. Sonra cavabdehlə bir yerdə alacaqları torpaq sahəsinə getmişlər və orada 10.000 manat pulu cavabdehə vermiş, sonuncu da 4 sot torpaq sahəsi aldığına dair notari al qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Cavabdeh etibarnaməni verdikdən sonra 2015-ci ilin iyun ayının əvvəllərində qardaşı oğlu X2 aldığı torpaq sahəsinin yaxınlığında torpaq sahəsi almaq istədiyini bildirdiyindən bu barədə Aqilə bildirmiş və sonuncu da 2 sot torpaq sahəsi üçün 5.000 manat alacağını bildirmişdir. 5 iyun 2015-ci il tarixdə Rəhman 5.000 manat pulu ona verərək Aqilə çatdırmağını demişdir, elə həmin gün saat 14:00 radələrində Ramana qəsəbəsi, "Hallavar" kafesində Aqillə görüşərək 5.000 manat pulu ona vermişdir. Cavabdeh pulu aldıqdan sonra şəxsiyyət vəsiqəsini alaraq 2 sot torpaq sahəsi üçün etibarnamə vermişdir. Sonradan torpaq sahəsinin sənədləri barədə soruşduqda, Aqil yaxın müddət ərzində sənədlərin düzələcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabd ehin heç bir yerdə torpaq sahəsi olmamışdır. Ona görə də pulunu cavabdehdən tələb etmişdir. 2015-ci ilin sentyabr ayında cavabdeh X1 3.000 manatı qaytarmışdır və pulu tam şəkildə 4 dekabr 2015-ci il tarixdə qaytaracağını demişdir. Ona görə də 44 saylı notariusa gedib onunla borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh ondan aldığı pulu qaytarmamışdır.

5. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

7. Məhkəmə işin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır.

8. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 442, 445, 465, 448, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin 10.000 manat pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin pulu yalnız aylıq 150-200 manat olmaqla ödəyə bilər. Çünki həbsdən yeni azad olmuşdur. Həmçinin məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə o, xəbərndar edilmiş, ancaq məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. O, Zaqatala rayonunda qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi Südçülük savxozu ərazisindən kirayə mənzildə qalır və məhkəməyə gəlib iştirak etməsinə maddi imkanı olmamışdır. Həbsdən yeni çıxmışdır. Hal-hazırda işsizdir. 55 yaşı olmasına görə onu heç yerdə işə götürmürlər. Hesab edir ki, onun məhkəmədə dinlənilmək hüququ vardır. Həmin hüququ birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və G.Abbasov) 2(107)-1840/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfin dən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 433.3, 529.3, 739.1, 740.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya qarşı cinayət törətməklə maddi ziyan vurmuş və buna görə də müvafiq qaydada cəza almışdır. Notariusda borc və ya kredit müqaviləsi bağlanarkən verilmiş borc və ya kredit pulu notariusun bank hesabına keçir. Şəxs həmin notariusun bank hesabından pulu götürür. Lakin hazırki işdə belə hal baş verməmişdir. Notarius pulu görmədən müqaviləni təsdiq etmişdir. xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş 3M-413 saylı Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış müqavilə qanunun tələblərinə uyğun olmayan əqddir.

17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 739.2, “Notariat haqqında” qanunun 40.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Belə ki, iddiaçı notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən icra vaxtı çatmış borcun qaytarılmasını tələb etmişdir. İşə mahiyyəti üzrə baxılarkən cavabdehin irəli sürdüyü etirazlar isə iddianın rədd edilməsinə əsas təşkil etməmişdir. Belə olan halda iddianın təmin olunması yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1840/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar