Məhkəmə qərarları › İş №2(102)-54/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-54/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-54/21 (Açar sözlər: eyni tərəflər arasında, eyni əsaslarla eyni predmet barəsində iş olub) 02.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1319/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 2000 manat, ümumilikdə 12000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz olaraq işlətdiyi avtoyuma hissəsinin fəaliyyəti nəticəsində onun mülkiyyətində olan yaşayış sahəsinə ziyan dəymiş, bu hadisələr zamanı mənəvi ziyan çəkmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)5453/2019 saylı qərardadı ilə (sədrlik edən hakim R.Xəlilov) İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə icraata, tələbin “maddi zərərin ödənilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Şamayev (sədrlik edən və məruzəçi),M.Məmmədov və İ.Kərimli ) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1319/20 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)5453/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qərardadda prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.2 eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış sahəsində rəsmi icazə olmadan fəaliyyət göstərən avtoyuma hissəsinin fəaliyyətinin dayandırılması və mənzilə vurulmuş ziyanın əvəzi kimi 3000 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-2721/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin qismən - avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin tələb təmin olunmaqla, Bakı şəhəri, X nömrəli fərdi yaşayış evinin Cavabdeh aid hissəsindəki avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırıması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8262/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında cavabdehin istifadə etdiyi avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğu halda, İddiaçı təkrarən eyni predmet barəsində və eyni əsasla - yəni cavabdehin avtoyuma fəaliyyəti ilə məşğul olması nəticəsində mənzilinə vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddia tələbinin bir hissəsi ilə bağlı art ıq qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasını nəzərə alan məhkəmələr haqlı olaraq həmin hissədə iş üzrə icraata xitam verilməsini zəruri hesab etmişlər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi icraata xitam verilməsi ilə razılaşarkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1319/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar