Məhkəmə qərarları › İş №2(102)-5401/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5401/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5401/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(103)2761/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(005)-3798/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) İ ddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası təmin edilərək, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən zərərçəkənlərə verilmiş sığorta məbləğinin əvəzi olaraq cavabdehlərdən 6.500 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdehlər qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(103)2761/2020 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.Ə.Qurbanov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən zərərçəkənlərə verilmiş sığorta məbləğinin əvəzi olaraq cavabdehlərdən 6.500 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı Sığorta Şirkəti ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müz akirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən avtomobilə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış sığorta müqaviləsində sonuncunun arvadı Cavabdeh1 da avtomobili idarə etməsinə dair hər hansı razılaşma olmayıb, həmçinin Cavabdeh2 tərəfindən arvadı Cavabdeh1 adına etibarnamə verməyib, eləcədə yol nəq liyyat hadisəsi vaxtı mülkiyyətçi Cavabdeh2 avtomobildə olmayıb. Bu səbəbdən də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, işdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “X3” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 24 oktya br 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta edilib. Sığorta müddətində, yəni 13 may 2019-cu il tarixdə Cavabdeh2 arvadı Cavabdeh1 etibarnamə olmadan həmin avtomobili idarə edərkən, yolnəqliyyat hadisəsi baş verib və nəticədə “Renault Megane” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onlara zərər vurub. Eyni zamanda yol nəqliyyat hadisəsi zamanı Vaqif Hüseynov və Rövşən Məmmədov yüngül xəsarətlər alıb. Yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobillərə cəmi 5.000 manat, Vaqif Hüseynovun sağlamlığına 750 manat, Rövşən Məmmədovun sağlamlığına isə 750 manat olmaqla, cəmi 6.500 manat zərər vurulub. Həmin məbləğ işdə olan ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən sözügedə n zərərçəkmiş şəxslərə ödənilib. Eyni zamanda, işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 may 2019-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 təqsiri üzündən baş verib. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, “X3” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin birgə nikahı dövründə və onların ümumi qazancları hesabına əldə olunub. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə və Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, həmin avtomobil onların ümumi birgə mülkiyyəti sayılır və Mülki Məcəllənin 222.1-ci maddəsinə görə, onların hər biri sözügedən avtomobil üzərində sahiblik və ondan istifadə etmək hüququna malikdirlər. Maddənin mənasına görə, ər-arvadın ümum i birgə mülkiyyətində olan avtomobolin idarə edilməsi zamanı mülkiyyət hüququ qeydə alınmış ər və ya arvadın bu hüququ qeydə alınmayan ər və ya arvadın adına etibarnamə verməsinə lüzum yoxdur. Eyni zamanda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi qanunverici sığotaçının əs aslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə hallara şamil olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi f ormada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: Birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Gör ündüyü kimi bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibəti deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasi bətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü“nün nümayəndəsi anlayışı yoxdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, nəqliyyat vasitəsini etibarnaməsiz, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mü lkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Ona görə də iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozub və onların təfsirində səhvə yol verib. Bu isə Azərbaycan Respublikası MPM-nin 418.1, 418.2-ci maddələrinin tələblərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də hazırki işin halları ondan ibarətdir ki, 13 may 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobilin mülkiyyətçisi Xun arvadı kimi Cavabdeh1 həmin avtomobili idarə etməyə tam hüququ olub. Çünki həmin avtomobil Cavabdeh1 ilə onun əri Cavabdeh2 ümumi birgə mülkiyyəti hesab edili r və Cavabdeh1 avtomobildən digər mülkiyyətçi Cavabdeh2 razılığı və iradəsinə uyğun olaraq istifadə edib. Bu fakt Cavabdeh2 izahatı və sonuncunun hazırki mübahisə ilə bağlı Cavabdeh1 ilə eyni mövqedən çıxış etmələri ilə də təsdiq olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmayıb. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia rədd olunmal ıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2(103)-2761/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar