Məhkəmə qərarları › İş №2(102)-5412/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5412/2022

21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5412/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçın cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)5346/2022 saylı qərardadından iş üzrə İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1.İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Cavabdeh ASC-dəki bank hesabında olan 19062 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(009)1240/2022 saylı qərardadı ilə İddiaçın Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmçinin iddiaçıya hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir.

3. Həmin qərardaddan İddiaçı X4 apel lyasiya şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini, əks halda şikayətə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)1240/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2(009)-1240/2022 saylı qərardadı ləğv edilmiş, İddiaçın Cavabdeh ASC-yə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış, həmçinin iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

5. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(009)-1240/2022 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2(009)1240/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən sa xlanılmışdır. 8.Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadının ləğv edilməsi, iddia tələbinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və kassasiya şikayətinin qə bul edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

13. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

14. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil o lduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

15. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

16. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

17. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

19. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

21. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün müddət, iş də iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.

22. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadının surəti iddiaçının vəkilinin (həm də iddiaçı qurumun özünə məxsus olan) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bu halda qərardaddan kassaiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin axımı dı həmin tarixdən başl anmaqla 10 gün davam etmiş olur.

25. Lakin iddiaçı həmin qərardaddan kasassiya şikayətini 26 avqust 2022-ci il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.

26. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

27. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

28. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

29. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-5346/2022 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar