Məhkəmə qərarları › İş №2(102)-5416/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5416/2019

01.08.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5416/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-1628/2019 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.R.Tağıyev, iş № 2(009)-09/2018) iddiaçı X2 cavabdeh X3 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X8, Bakı şəhəri İcr a Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və T.S.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N yaşayış massivi, 781 “A” saylı 0,03 ha ölçüdə torpaq sahəsi 05 avqust 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsa sən X2 mülkiyyətindədir. 2016-cı ilin sentyabr ayında N iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamaq məqsədi ilə ora gedərkən ona məxsus torpaq sahəsinin yola çıxan hissəsində təxminən 0,01 ha sahədə birmərtəbəli tikilinin inşasına başlandığını görüb həmin tikilini inşa edən Kamran adlı şəxsə iradını bildirdikdə onun tikilinin qanuni şəkildə aparıldığını bildirməsini, aidiyyəti orqanlara müraciət etdikdən sonra tikinti aparan şəxsin X1 olmasını müəyyən etməsini, lakin sonuncunun həmin torpaq sahəsinin ona Badamdar Bələdiyyəsinin 30 noyabr 2016-cı il tarixli 299 saylı qərarı əsasında verilməsini bildirsə də tikinti işlərinin aparılmasına icazəsini bildirən heç bir sənəd təqdim etməməsini, həmin tikilinin ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunu kəsməklə onun mülkiyyətindən istifadəsinə mane olmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164, 165 və 180-ci maddələrinə istinad etməklə ona məxsus torpaq sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi, torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən N iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək həmin tikilinin qanunsuz hesab edilərək Cavabdeh hesabına sökülməsi və onun yola çıxışının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı N kassasiya şikayəti verərək C avabdeh torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarının ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırıb hazırkı iş üzrə icraatın həmin iş üzrə yekun qərarı qəbul edilənə kimi dayandırılması barədə Apellyasiya Məhkəməsinə vəsatət təqdim etməsinə baxmayaraq vəsatətin təmin olunmamasını, cavabdehə ayrılmış torpaq sahəsinin dövlət torpaqları kateqoriyasına aid olmaqla Bələdiyyəyə aidiyyətinin olmamasını, həmin tikilinin onun giriş-çıxışının qarşısını almaqla onun mülkiyyətindən sərbəst istifadə etməsinə mane olmasını, tikinti işinin müvafiq icazələr alınmadan inşa edilməklə qanunsuz tikili kimi sökülməli olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edil məsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən qonşuların ifadələrinə görə mübahisəli tikilinin inşasına iddiaçıya qədər başlanmasını, mübahisəli torpaq sahəsinin Cavabdeh adına Bələdiyyənin qərarı əsasında sənədləşdirilməsini, Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2018-ci il tarixli rəyinə görə iddiaçıya X6 faktiki istifadəsində olan 381 kv. metr torpaq sahəsinin 81 kv. metrindən (300 kv. metri İ.İ.Əhmədovun mülkiyyətindədir) koordinatlarında müvafiq düzəlişlər ediləcəyi təqdirdə gediş-gəliş yolunun açılmasının mümkünlüyünü əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə sübutların möt əbərliyinə qiymət verilmədən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan hallar yoxlanılmadan çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab edərkən istinad etdiyi sübutlardan biri də şahid ifadələri olmuşdur. Şahidlər təsdiq etmişlər ki, cavabdeh tərəfindən mübahisəli tikilinin inşasına iddiaçıdan əvvəl başlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Firqət Mustafayev tərəfindən irəli sürülmüş iddianın əsaslılığı yalnız mübahisəli torpaq sahəsinə və tikiliyə dair cavabdehə verilmiş hüquqverici sənədlərin qanuniliyinin yoxlanılması i lə mümkün olduğundan, məhkəmə yalnız həmin sübutlara istinad etməklə mübahisəni həll etməli idi. Həmin ərazidə tikintinin inşasına kimin tərəfindən daha əvvəl başlanılması iş üçün əhəmiyyət kəsb etməmişdir və bunun müəyyən olunması üçün şahid ifadələrindən istifadə edilməsi MPM-nin 81-ci maddəsinin tələbinə uyğun deyildir. Cavabdeh ona qarşı yönəlmiş iddianın əsassız olmasını təsdiq edən sübut kimi məhkəməyə mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin qərarını təqdim etmişdir. İşdən görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Bələdiyyənin qərarı, torpaq sahəsinin alqı-satqısına dair müqavilə və mübahisəli torpaq sahəsinin cizgi kserosurətdən ibarət olmaqla sənədlərin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surətləri deyildir. Azərbaycan Respub likası MPM-nin 89.3-cü maddəsinə görə məhkəməyə sübut kimi lazımi sənədlərin əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsinə dair onun tərəfindən təqdim olunmuş sənədlər MPM-nin 89.3-cü maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyindən işə baxan apellyasiya instansiyası məhkəməsi mütləq həmin sənədlərin əslini və ya təsdiq edilmiş surətini tələb etməklə işə baxmalı idi. Lakin işdən göründüyü kimi məhkəmə kollegiyası iddianın rədd edilməsi üçün əsas kimi istinad etdiyi Bələdiyyənin sənədlərinin mötəbərliyinə qiymət verməmişdir. İşdən həmçinin görünür ki, N torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Badamdar Bələdiyyəsinin qərarının ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və məhkəmənin 18 yanvar 2019-cu il tarixli sərəncamı ilə işin hazırlıq icraatı üzrə məhkəmə iclası 12 fevral 2019-cu il tarixə təyin edilmişdir. Bununla əlaqədar N hazırkı iş üzrə icraatın həmin iş üzrə yekun qərarı qəbul edilənədək dayandırılmasına dair vəsatət təqdim etməsinə baxmayaraq məhkəmə kollegiyası heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi vəsatəti rədd edərkən onun Azərbaycan Respublikası MPM-nin 254.1.4-cu maddəsinə əsasən iş üzrə icraatın dayandırılması üçün əsas verib-verməməsini müzakirə etməmiş və ona qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxıla n başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa həmin iş üzrə icraat dayandırılmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iş mübahisəli torpaq sahəsində tikinti işinin aparılması üçün əsas olmuş Bələdiyyənin qərarının ləğv edilməsi ilə bağlı olduğundan, kollegiya hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılması üçün kifayət qədər əsas olmuşdur. Badamdar Bələdiyyəsi 3-cü şəxs kimi işə cəlb edilsə də, işdən görünür ki, məhkəmə onun iddiaya münasibətini aydınlaşdırmamışdır. Halbuki, iş üzrə həqiqətin müəyyən edilməsi və işin obyektiv və ədalətli həlli üçün Bələdiyyənin nümayəndəsinin dindirilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən mübahisəli tikilinin inşasına müvafiq səlahiyyətli orqanların razılığının olması da yoxla nılmamışdır. İşin yuxarıda göstərilən hallarını yoxlamadan, onlara müvafiq hüquqi qiymət verilmədən, iddiaçıya başqa torpaq sahəsindən servitut qaydasında giriş-çixış yolunun verilməsinin mümkünlüyü barədə ekspertin rəyinə istinad olunmaqla iddianın rədd edilməsi də əsassız olmuşdur. Kollegiya göstərilənlərlə əlaqədar hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar