Məhkəmə qərarları › İş №2(102)-5417/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5417/2020

24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5417/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Əliyev Sübhan Fərmayıl oğlunun, Cavabdeh1 MTK–nın vəkili Vəkil iştirakları ilə, Cavabdeh1 MTK–nın və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-240/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhər Suraxanı Rayon Məh kəməsinin 17 oktyabr 2016-cı il tarixli, 2(010)8828/2016 saylı qətnaməsi ilə (hakim R.Y.Həsənov) İddiaçı Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, **, Qara Çuxur ŞTQ, məhəllə ** ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m. olan 3 otaqlı, 11 nömrəli mənzil sahəsinə iddiaçı İddiaçı sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(010)715/2017 saylı qətnaməsi ilə (hakim E.Z.Ağayev) İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddiası təmin edilərək, Bakı şəhəri, **, Qara Çuxur ŞTQ, məhəllə ** ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşay ış binasının 1-ci blok, 3cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m. olan 3 otaqlı, 11 nömrəli mənzilin Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində əmlak hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)4305/2019 saylı ilə (hakim A.A.Paşayeva) iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-240/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi R.Ə.Qurbanov, C.A.Yusifov və V.Ə.Baxışova) Cavabdeh1 MTK tə rəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8828/2016 saylı mülki iş üzrə qəbul etdiyi 17 oktyabr 2016-cı il tarixli qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-715/2017 saylı mülki iş üzrə qəbul etdiyi 10 fevral 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4305/2019 saylı mülki iş üzrə qəbul etdiyi 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: (Birinci mülki iş) İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, **, Qara Çuxur ŞTQ, məhəllə ** ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m., 3 otaqlı 11 nömrəli mənz il sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə 2013-cü il iyunun 10-da bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, ** məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m. olan 3 otaqlı, 11 nömrəli mənzil ona pay kimi verilmişdir. O, müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi müəyyən edilmiş qaydada icra etməsinə baxmayaraq MTK qeyd edilən pay mənzili ona təhvil vermir. (İkinci mülki iş) İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, **, Qara Çuxur ŞTQ, məhəllə ** ünvanında C avabdeh1 MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m., 3 otaqlı 11 nömrəli mənzil sahəsini iddiaçıya təhvil vermək və onun həmin əmlaka hüquqlarını həyata keçirməyinə mane edən əməllər etməmək vəzifəsi cavabdehin üzərinə qoyulması, həmin yaşayış sahəsini özgəninkiləşdirə bilməsi üçün iddiaçıya mane törədilməməsini və özgəninkiləşdirmənin həyata keçirilməsi üçün cavabdehdən asılı hərəkətləri etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə 2013-cü il iyunun 10-da bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, ** məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m. olan 3 otaqlı, 11 nömrəli mənzil ona verilmişdir. O, üzərinə düşən öhdəliyini müəyyən edilmiş qaydada icra edərək müqavilə ilə müəyyən edilmiş məbləği tam ödəmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)8828/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə onun qeyd edilən mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Lakin cavabdeh mənzili ona təhvil vermir, hətta sahiblik və istifadə hüquqlarını həyata keçiməsinə mane olur. (Üçüncü mülki iş) İddiaçı Cavabdeh1 MTK cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 10.000 manat maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandır ılmışdır ki, Cavabdeh1 MTK ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, **, Qara Çuxur ŞTQ, ** ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 105.36 kv.m. olan 3 otaqlı, 11 saylı mənzilinə dair 10.06.2013-cü il tarixli müqavilə imzalanmış, müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m. üçün 450 manat təyin edilir. Cəmi 105.36 kv.m. sahə üçün 47.412 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100 faiz miqdarında, yəni 47.412 manat məbləğində pul ödənilmişdir. Belə ki, həmin müqavilə formal olaraq bağlanmışdır. Ümumiyyətlə, Cavabdeh1 MTK ilə cavabdeh İddiaçı arasında 10.06.2013-cü il tarixli müqavilə müəyyən şərtlər daxilində bağlanmışdır. Belə ki, Ramin adlı şəxs (İddiaçı tanış ı) Cavabdeh1 MTKya dəmir materiallarının (armatur) verilməsini təmin etməli idi. Cavabdeh1 MTK isə həmin materialların qarşılığında Ramin adlı şəxsin xahişi ilə İddiaçı ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə Ramin adlı şəxs bildirmişdir ki, o, dəmir materiallarının verilməsini təmin edəcək və materialların əvəzi olaraq İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanacaq.Ramin adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə Cavabdeh1 MTK tərəfindən İddiaçı borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmiş, həmin maliyyə arayışı da İddiaçı verilmişdir. Daha sonra Ramin adlı şəxs dəmir materiallarının Cavabdeh1 MTK-ya verilməsini təmin etməmişdir. Belə olan halda iddiaçı hesab etmişdir ki, material təmin olunmadığı üçün onlar arasında ola n sövdələşmə də qüvvədən düşmüşdür.Daha sonra 2 saylı İnzibati-İqtisad Məhkəməsində İddiaçı məhkəməyə müraciət edən zaman məhkəmə tərəfindən MTK-dan payçıların siyahısı tələb olunmuş, siyahı təqdim edilmiş, həmin siyahıda İddiaçı adı olmamışdır. Bu zaman iddiaçı xəbər tutmuşdur ki, artıq İddiaçı Suraxanı Rayon Məhkəməsində sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia irəli sürmüş, məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Eyni zamanda işin faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya pulun ödənilməsi ilə bağlı ödəniş qəbzi mövcud deyildir. Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Müqavilənin bağlanmasının əsas səbəbləri məlum olduğu kimi tamam başqadır. Ramin adlı şəxslə iddiaçını Cavabdeh2 tanış etmişdir. İddiaçı hesab edir ki, m üqavilənin bağlanmasına məsuliyyət daşıyan şəxs Cavabdeh2dur. İddiaçı məhkəməyə müraciətlərindən sonra Nurəli adlı şəxsi axtarmağa başlamış, lakin onu tapa bilməmişlər. İddiaçı hesab edir ki, Cavabdeh2 bu hərəkətləri nəticəsində MTK-ya ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(103)-1842/2020 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) mülki işlər bir icraatda birləşdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 MTK həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv e dilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 MTK və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Cavabdeh1 MTK ilə cavabdeh İddiaçı arasında olan müqaviləyə istinad etsə də, müqavilədə İddiaçı adının qarşısındakı imzanın ona məxsus olmadığını məhkəmə iclasında İddiaçı özünün də etiraf etməsinə baxmayaraq bu kimi xüsusatlara münasibət bildirməmiş, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış 2(010)-8828/2016 saylı qətnaməsinə istinad etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfində n qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK –nın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Əliyev Sübhan Fərmayıl oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məh kəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 MTK –nın vəkili Vəkil, İddiaçı nümayəndəsi və vəkili Əliyev Sübhan Fərmayıl oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 MTK–nın kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda göstərilən verilmiş iddia tələbləri üzrə mülki işlər bir-biri ilə birbaşa əlaqəli olduğundan apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq bir icraatda birləşdirilmişdir. Bununla əlaqədar tə rəflərdən birinin iddia tələblərinin təmin olunması digər tərəfin iddia tələblərinin rədd edilməsi üçün əsasdır. Apelyasiya instansiyası tərəfindən Cavabdeh1 MTK-nın iddiasının əsassız olması aşağıdakı kimi əsaslandırılmışdır. Cavabdeh1 MTK müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni müqavilə üzrə mənzilin dəyərinin ödənilməməsinə, həmçinin mənzilin dəyərinin pul vəsaiti ilə deyil, tikinti materiallarının verilməsi müqabilində ödənilməsi barədə razılığın əldə olunmasına, lakin həmin razılığa əməl olunmamasına istinad etmişdir. Halbuki, həmin hal müqavilənin etibarsızlığı deyil, ləğvi (Mülki Məcəllənin 421.2-ci maddəsi - müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) üçün əsas ola bilər. Lakin MTK bununla bağlı hər hansı bir tələb irəli sürməmiş dir. Bundan başqa Cavabdeh1 MTK-nın həmin dəlilləri də əsassızdır. Belə ki, qeyd olunan razılığın əldə olunmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş 10 iyun 2013-cü il tarixli arayışa əsasən isə İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Göründüyü kimi həmin iddia tələbləri əsassızdır və mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Bundan əlavə Cavabdeh1 MTK tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bil məli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh1 MTK isə müqavilənin 10 iyun 2013-cü il tarixdə bağlandığını bildiyi halda, hazırki iddianı 2019-cu ilin may ayında irəli sürmüşdür. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin iddia tələbləri rədd edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəməsi düzgün olmayaraq qeyd etmişdir ki, müqavilənin etibarsızlığı üçün Cavabdeh1 MTK-nın istinad etdiyi hal müqavilənin etibarsızlığı deyil, ləğv üçün əsas ola bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcə lləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. İddiaçı Cavabdeh1 MTK-nın iddia tələbində də müqavilənin bağlanmasının əsas səbəblərinin tam başqa olduğu göstərilmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddiaçı Cavabdeh1 MTK tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsinə düzgün istinad edilməmişdir. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni, həmin maddəyə əsasən əhəmiyyətsiz əqdə Mülki M əcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət tətbiq oluna bilməz. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin etibarsız hesab olunması ilə bağlı iddiaçı Cavabdeh1 MTK-nın apelyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi 10 iyun 2013-cü il tarixli müqavilə İddiaçı oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bununla əlaqədar birinci instansiya məhkəməsində iddiaçı tərəfindən xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, cavabdeh İddiaçı həmin vəsatətlə bağlı imzanın ona məxsus olmadığını, lakin həmin imzanın səlahiyyətli nümayəndəsi tərəfindən icra olunduğunu göstərmişdir. Lakin iş materiallarında olan 10 iyun 2013-cü il tarixli müqavilədə həmin müqaviləni n İddiaçı oğlunun nümayəndəsi tərəfindən imza etməsinə dair hər hansı qeyd yoxdur. Bununla əlaqədar cavabdeh İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə 06 iyun 2011-ci il tarixli onun tərəfindən Şükürov Nəsib Heybət oğluna səlahiyyət verilməsinə dair ƏN seriyalı, 249388 saylı etibarnamə təqdim olunmuşdur. Müqavilə isə 10 iyun 2013-cü il tarixində imzalanmışdır. E. Əsədov özünün vermiş olduğu iddia tələblərində müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğinin eyni tarixdə şəxsən onun tərəfindən ödənildiyini qeyd etsə də, müqavilənin onun tərəfindən deyil, heç bir zərurət olmadan nümayəndəsi tərəfindən imza etməsinə dair özünün cavabdeh olduğu iddia tələbi üzrə etirazının ziddiyyətli dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Buna görə işə yenid ən apelyasiya qaydasında baxılarkən müqavilədə nəzərdə tutulmuş pul məbləğinin ödənilib-ödənilməməsi, həmin pul məbləği ödənildiyi halda bunun kim tərəfindən ödənilməsinə dair işin həqiqi halları müəyyən edilməklə müqavilənin etibarsızlığına dair iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verilməlidir. Bütün bunlarla əlaqədar həmçinin yuxarıda qeyd olunan etibarnamədə nümayəndə kimi göstərilmiş Şükürov Nəsib Heybət oğlunun şahid kimi dindirilməsi cavabdeh İddiaçı MPM-nin 14.1-ci maddəsinə əsasən təklif edilməlidir. Həmin maddəyə görə “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri b arədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir”. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh1 MTK–nın kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-240/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar