Məhkəmə qərarları › İş №2(102)-5418/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5418/2020

18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5418/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqların 200.000 ABŞ dolları məbləğində dəyərinin ödənilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs: “xxxx” MMC Üçüncü şəxsin iddiası üzrə cavabdehlər: “xxxx” İKF, Cavabdeh Üçüncü şəxsin tələbi: KjAr 2-1 havaayırıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması və xüsusi qərardad çıxarılması Açar sözlər: qanunsuz sahiblik, sübuetmə yükü, preyudusiallıq Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki Kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Rusiya Federasiyasının “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin direktoru Nizami Hacıyevin adına xx xxxxxx 2008-ci il tarixdə kommersiya təklifi göndərilərək azot-oksigen istehsalı üçün nəzərdə tutulmuş “KjAr 2-1” qurğusunun hərracında iştirak etmək təklif edilmişdir. xx xxxx 2008-ci il tarixdə “xxxx” ASC ilə “xxxx” MMC arasında alqı-satqı müqaviləsi, xx xxxx 2009-cu il tarixdə isə həmin müqavilə üzrə əlavə razılaşma bağlanılmışdır. Müqaviləyə əsasən, alıcı hava ayırıcı qurğusu avadanlığını qəbul edərək, dəyərini ödəməyi, satıcı isə malın ümumi dəyərinin tam ödənildikdən sonra malı alıcıya təqdim etməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC əldə etdiyi həmin avadanlığı ölkəyə gətirə bilmədiyindən, tərəflər avadanlıqların satıcı tərəfindən əvəzi ödənilməklə saxlanmasına dair xx xxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. xx xxxx 2012-ci il tarixli müqaviləyə əsasən, “xxxx” MMC bir dəst hava ayırıcı qurğusu və kompleks təmizləmə blokunu “xxxx” MMC-nin tapşırığı ilə təyinat məntəqəsi olan “xxxx” İKF-yə göndərməyi, yükü “xxxx” MMC-yə verməyi, sonuncu isə yü kün daşınması üçün müqavilə üzrə müəyyən edilmiş ödənişi icra etməyi öhdəsinə götürmüşdür. 2011-ci ilin oktyabr ayında bağlanmış müqaviləyə əsasən, “xxxx” MMC bir dəst miqdarında yükü “xxxx” MMC-nin tapşırığı ilə İddiaçı göndərməyi, yükü “xxxx” MMC-yə verməyi, sonuncu isə yükün daşınması üçün müqavilə üzrə müəyyən edilmiş ödənişi icra etməyi öhdəsinə götürmüşdür. İddiaçı onun adına göndərilmiş həmin avadanlığın “xxxx” İKF-nin adına rəsmiləşdiirlməsinə etiraz etməmişdir. xx xxxx 2012-ci il tarixli məktubla “xxxx” MMC-nin direktoru Nizami Hacıyev “xxxx” İKF-nin direktoru Cavabdeh avadanlıqların müvəqqəti saxlanılmasını təmin etməsini xahiş etmişdir. xx xxxxx 2015-ci il tarixli məktubla isə “xxxx” MMC-nin direktoru Nizami Hacıyev “xxxx” İKF-nin direktoru Cavabdeh sözügedən avadanlıqların qeyr i-qanuni olaraq quraşdırılması və istifadəsi məqsədil ilə görülən hərəkətlərin dayandıırlmasını xahiş etmişdir. İş üzrə icraat Hacıyev X6 İlyaz Usub oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “6BM-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqların və ya onların dəyəri olan 2 000 000 ABŞ dollarının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” MMC isə “xxxx” X3 və Cavabdeh qarşı müstəqil tələblər irəli sürərək, ona məxsus “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini və cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2018 nömrəli iş üzə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddiaçı İddiaçı iddiası rədd edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiası təmin edilmiş, “KjAr 2-1” havaayrıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və “xxxx” İKF-nın qanunsuz sahibliyindən alınaraq “xxxx” MMC-yə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2, 384.0.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” M MC öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır və bu tələbə iddia müddəti tətbiq edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi iş üzrə xüsusi qərardad qəbul edərək mülki işdə cinayət əlamətlərinin olduğundan qanun pozuntusuna yol vermiş şəxsləri müəyyən etmək üçün prokurora xəbər verilməsini qərara almışdır. Cavabdehlər tərəfindən həmin qətnamə üzrə verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və üçüncü şəxsin iddia ərizəsində mübahisə predmetləri olan avadanlıqlar fərqli olduğu halda, eyni qurğu olması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Həmçinin, mülki prosessual qanunvericiliyin tələblərinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bir tərəfə və yaxud hər iki tərəfə qarşı i ddia irəli sürməklə işə qarışa bilərlər. Lakin üçüncü şəxs “xxxx” MMC “xxxx” İKF-ya qarşı iddia irəli sürmüşdür ki, sonuncu ilk iddia üzrə bu işdə tərəf olmamışdır. Bundan başqa məhkəmə iddia müddətləri ilə bağlı bir sıra hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Üçüncü şəxs “xxxx” MMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin iyul ayında şifahi razılaşmaya əsasən “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların 1 il müddətində pulu “xxxx” MMC-yə ödənildikdən sonra arada rəsmi alqı-satqı müqaviləsi bağlanmalı idi. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2017-ci ildə, 6 il 5 aydan sonra daxil olmuşdur. İş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Bununla bərabər, tərəflər arasındakı başqa məhkəmə mübahisə ləri üzrə qətnamələr nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2211/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) cavabdehlərin apelyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə (üçüncü şəxsin iddiasının təmin edilməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan avadanlıqlar “xxxx” ASC-yə məxsus olmuş, “xxxx” MMC tərəfindən əldə edilmiş, “xxxx” MMC tərəfindən isə yükün daşınması təşkil edilmişdir. “xxxx” İKF həmin avadanlığı “xxxx” MMC-dən əvəzli şəkildə alıdığını iddia etsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Apelyasiya məhkəməsi mübahis əli əmlakın xx xxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməkləə məhz “xxxx” MMC tərəfindən əldə edildiyi, başqa sözlə həmin avadanlığın “xxxx” MMC-yə məxsus olması ilə əlaqədar gəlinən qənaətin məntiqi davamı olaraq iddia müddətinin ötürülməsi barədə dəlilləri də əsassız hesab etmişdir. Cavabdehlər həmin qətnaməni eyni məzmunlu dəlillər irəli sürməklə kasasiya qaydasında mübahisələndirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5664/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva, Q.A.Əsgərov, S.F.Hacıyev) kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiy a instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin məhkəmə aidiyyəti müzakirə edilməmiş, hazırki iş üzrə preyudusial əhəmiyyət daşıyan məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-601/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov, Ş.Vəkil1, X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, “xxxx” MMC-nin iddiası rədd edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları “xxxx” MMC kasasiya şikayəti verərək apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, təqdim edilmiş sübutlar qiymətləndirilməmiş, iş üzrə qanunsuz və əsassız nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini, cavabdehlərin nümayəndəsi və vəkili kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxxx” MMC-nin kassasiya şikayəti əsasında yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MMC-nin iddiasının əsasını ona məxsus avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması təşkil edir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün əmlakının özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiası ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin normanın məzmunundan göründüyü kimi, mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd ol unmasına əsasdır. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması əsaslarını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işlərə baxılarkən işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı, onların məcmusuna qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan havaayrıcı qurğu, kompressor və onların avadanlıqları Rusiya Federasiyasının xxxx ilə “xxxx” MMC aras ında bağlanmış xx xxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncu tərəfindən əldə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən avadanlıqlar cavabdehlərin sahibliyindədir və bunun üçün hər hansı bir qanuni əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini müəyyən etmədən və iş üzrə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmadan, qətnaməni yalnız o əsasla ləğv etmişdir ki, həmin qətnamə mübahisə ilə əlaqədar başqa məhkəmə mübahisəsi üzrə qəbul edilmiş digər qətnamə ilə ziddiyyət təşkil etdiyindən “hüquqi müəyyənlik” prinsipi pozulmuş, qeyri -müəyyənlik yaranmışdır. Lakin apelyasiya instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, Nizami Hacıyevin şikayəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi “xxxx” İstehsalat X1rşı əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi tərəfindən işə sübutlar əsasında mahiyy əti üzrə baxılmadığından və iş üzrə gəldiyi nəticənin yeganə əsası olan qətnamə ləğv edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin faktiki halları barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, apelyasiya intansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi sübutlar əsasında işə baxaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmas ı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar