Məhkəmə qərarları › İş №2(102)-5421/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5421/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Əmlak tələbi - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5421/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1262/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.S.Şükürova, iş 2(009)-2348/2019) İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair aparılmış qeydiyyatın və Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və xx xxxxx 2005-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,04 ha hissəsi X1, 0,02 ha hissəsi isə Cavabdeh3 satılmışdır. Alıcılar ın həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx xxx 2017-ci il tarixdə X2 vəfat etmiş və xx xxxxxx 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlaka mülkiyyət hüququ bərabər paylarda onun vərəsələri olan Cavabdeh2 və Cavabdeh1 keçmiş və onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə vəziyyətinin ağırlaşması və həyat yoldaşının mütəmadi müalicəyə ehtiyacının olması ilə əlaqədar ona məxsus olan torpaq sahəsinə gedə bilməməsini, 2018-ci ildə torpaq sahəsinə baş çəkdikdə onun başqa şəxslər tərəfindən hasara alındığının şahidi olmasını, bununla əlaqədar Reyestr Xidmətinə müraciət etdikdə torpaq sahəsinin alqı-sat qı müqaviləsi əsasında onun adından cavabdehlərə satılmasının ona məlum olmasını, həmin müqavilənin onun xəbəri olmadan saxtakarlıq yolu ilə bağlanmasını əsas göstərməklə Mülki Məcəllənin 337-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışların və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli hüquq münasibətinə iddia müddətinin şamil edilməməsini, lakin apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən və qanunun qüvvəsini düzgün tətbiq etmədən iş üzrə sə hv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edərkən iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmasının sübuta yetirilməməsini və iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüqu qu çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İşdən görünür ki, müqavilə notariatda təsdiq olunmuşdur. Müqavilə xx xxxxx 2005-ci il tarixdə bağlandığı halda, onun etibarsız sayılması tələbinə dair iddia 2019-cu ilin avqust ayında, 14 ildən artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. İddiaçının bütün bu müddət ərzində özününkü saydığı torpaq sahəsinə getməməsi, hasara alınmasına baxmayaraq torpaq sahəsinin satılmasından yalnız 2018-ci ildə xəbər tutmasına dair göstərdikləri hüququnun pozulmasının həmin vaxtdan ona məlum olması nəticəsinə gəlmək üçün əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasə n bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya işin müəyyən olunmuş yuxarıda göstərilən hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respub likası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar