Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5424/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli 2(103)1127/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş 2(006)-5490/2019) İddiaçı Cavabdeh İKB ASC-yə qarşı Reyestrdən Çıxarışın etib arsız hesab edilməsi tələbinə dair, iddiaçı Cavabdeh İKB ASCnin İddiaçı qarşı isə borcun tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, İ.K.Xəlilov və X.A.Cəmilova) tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 14 fevral 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İKB ASC tərəfindən İddiaçı illik istifadə dərəcəsi 18 faiz olmaqla 240 ay müddətinə 35.000 ABŞ dolları məbləğində kredit verilmiş və İddiaçı həmin pul məbləğindən istifadə etməklə aldığı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzili almış və həmin mənzili kredit müqavi ləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı məxsus mənzil kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə bankın tələbi təmin edilərək İddiaçı bankın xeyrinə cəmi 39.612,83 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılıb əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, qalan vəsaitin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar mənzil hərraca çıxarılmış və 10 may 2012-ci il tarixdə keçirilmiş hərracda mənzil 15.938 manata banka satılmış və bankın mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatın a alınmışdır. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun ondan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamənin mövcudluğundan və mənzilin hərracda satılmasından xəbərsiz olmasını, həmin qərarların qəbul edilərək mübahisəli mənzildə yaşamasını, həmin mənzilin dövlət ehtiyacları üçün söküldükdə ona görə verilmiş kompensasiyanın da bank tərəfindən alınmaqla hüquq və azadlıqlarının pozulmasını əsas göstərməklə mənzilə dair bankın adına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh İKB ASC qarşılıqlı iddia verərək İddiaçı 15 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 16.403,11 ABŞ dolları məbləğind ə borcunun qalmasını əsas göstərməklə həmin məbləğin İddiaçı bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: “xxxx” ASC (əvvəlki Cavabdeh İKB ASC) kassasiya şikayəti verərək İddiaçı banka 16.403.11 ABŞ dolları məbləğində borcunun qalmasına baxmayaraq məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini, iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsindən eyni zamanda İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessu al hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bank tərəfindən mübahisəli mənzilə dair mülkiyyət hüququ hərrac yolu ilə əldə edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hərracın nəticələri qanuni hesab edilərək İddiaçı iddiası rədd edilmişdir. Göstərilən vəziyyətdə mənzilə dair verilmiş Reyestrdən Çıxarışın etibarsız sayılması üçün əsaslar olmadığından apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1 və 140 və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə əsaslanaraq İddiaçı iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcə llədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşə baxan məhkəmə kollegiyası tərəfindən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması və Reyestrin qeyri-dəqiqliyi müəyyən olunmamışdır. Bankın qarşılıqlı iddia ərizəsində İddiaçı ilə bağlanmış kredit müqaviləsinə istinad olunmaqla sonuncunun banka 16.403,11 ABŞ dolları məbləği ndə borcunun olması iddia olunsa da borcun yaranma əsaslarına münasibətdə iddia tələbi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bank tələbinin əsaslı olmasını, yəni İddiaçı bank qarşısında icra edilməmiş öhdəliyinin qalmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstəri lənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 mart 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5424/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5424/2020
04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver