Məhkəmə qərarları › İş №2(102)-5425/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5425/2020

10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5425/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxx MMC-yə (üçüncü şəxs qismində Salyan rayon icra və probasiya şöbəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5425/20 (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4870/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Salyan rayon İcra və Probasiya şöbəsini cəlb etməklə cavabdeh xxxx MMC-yə qarşı məhkəməyə müraciət edərək, xxxx MMC tərəfindən keçirilmiş 25.07.2019-cu il tarixli Y-204 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, xxxx MMC tərəfindən ipoteka ilə yüklü edilmiş – cavabdehə məxsus Salyan şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı ünvanda fərdi yaşayış evinə dair açıq hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Salyan rayon İcra və Probasiya şöbəsinə müraciət etdikdən sonra hərrac protokolu və müqavilə əldə edilmiş və dərhal mübahisələndirilmişdir. Qətnamənin icrası mərhələsində Salyan rayon İcra şöbəsinin sifarişi əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 40.000 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmamışdır. Hərracın nəticələrinə dair 25.07.2019-cu il tarixli, Y-204 nömrəli protokola əsasən ev 25500 manata Banka satılmış, Bank borcluya olan tələb həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. O, 25.07.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-204 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, əmlakla bağlı İki hərrac keçirilmiş, onun bu hərracların heç birindən məlumatı olmamışdır. Evin və torpaq sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma ona şəxsən təqdim edilməmişdir. Evin ipoteka qoyulması və hərracda satılmağa çıxarılması barədə Salyan rayon İcra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri aparılarkən tam anlayışı olub. Tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan məhrum olmuş, hərrac keçirilərkən onun öz evini almaq hüququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq iddiaçı xxxx ASC-yə satılmışdır. Əgər o, hərracda iştirak etmiş olsaydı evinin dəyərini ödəməklə az yaşlı övladlarını küçədə yaşamağa qoymazdı. Hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və həmin evdən başqa yaşayış evi yoxdur. Ev ona qaytarılmazsa, yaşamağa heç bir yerləri yoxdur və küçələrə atılmış olacaqlar. Hərrac təşkilatı hərracın keçirilməsinə ən azı 30 gün qalmış bu barədə məlumat verməlidirlər. 17.05.2019-cu il tarixdə 566 saylı bildiriş göndərməklə, qalan bildirişləri isə göndərməməklə cavabdeh qanunvericiliyin tələbini pozmuşdur. Bildirişdə hərracın keçirilmə qaydası göstərilməmiş, hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmamışdır. Onun yaşadığı ünvana son hərrac barədə bildiriş göndərilməmişdir. Göründüyü kimi, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş və onun mülkiyyət hüququ və onu müdafiə etmək hüququ pozulmuşdur. Ona görə də, həmin hərrac protokolu etibarsız hesab edilməli və onun mülkiyyət və digər konstitusion hüquqları qorunmaqla, hərracın yenidən keçirilməsi təmin edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-534/2020) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2(057)-72/2018 saylı, 27 iyun 2018-ci il tarxli icra vərəqəsinə görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X13, X9, X6 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, cav abdehlər İddiaçı, X5 və X3 müştərək qaydada 13 mart 2013-cü il tarixli 122.LN.2102.130315.00005 saylı kredit müqaviləsi üzrə 11954.03 ABŞ dolları əsas borcu, 3648.61 ABŞ dolları məbləğində faiz borcu, 545 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16148,58 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “xxxx” ASC-nin xeyrinə verilməsi; İpotekaya qoyulmuş Salyan şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi; tutmanın ünvan 2 ünvandakı 0.03 ha torpaq sahəsi üzərində yerləşən yerləşən fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi; satışdan əldə edilən pul vəsaitinin göstərilən pul t ələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi; satışdan artıq qalan pul vəsaitinin cavabdeh İddiaçı verilməsi; ipotekaya qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan İddiaçı və X1 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməklə, boşaldılması; həmin şəxslərin evə istifadə hüququnun itirilməsi qət edilmişdir. 23 noyabr 2018-ci il tarixli Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Sənan Qasımlının icraata başlamaq haqqında qərarından görünür ki, iş üzrə icraata başlanılmış, borclu İddiaçı, X9 və X6 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin b orcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədi lə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokoldan görünür ki, borclu İddiaçı mülkiyyətində olan ünvan 5 fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və əmlak siyahıya alınmışdır. Hərracın keçirilməsi barədə Sifarişdən görünür ki, Salyan rayon Məhkəməsi tərəfindən verilmiş 27.06.2018-ci il tarixli, 2(057)-72/2018 saylı icra sənədinə əsasən, cavabdehlər İddiaçı, X5 və X3 müştərək qaydada 13 mart 2013-cü il tarixli 122.LN.2102.130315.00005 saylı kredit müqaviləsi üzrə 11954.03 ABŞ dolları əsas borcu, 3648.61 ABŞ dolları məbləğində faiz borcu, 545 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16148.58 AB Ş dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “xxxx” ASC-yə verilməsi və ipotekaya qoyulmuş ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi, tutmanın Salyan şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönədilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, satışdan artıq qalan pul vəsaitinin cavabdeh X12 verilməsi və ipotekaya qoyulmuş tutma yönəldildikdə və o satıldıqda ipotek qoyan İddiaçı və X1 itirilməsi qərara alınmışdır və iddiaçı tərəfind ən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, X9 və X7 aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pul tutularaq, iddiaçı “xxxx” ASC-yə verilməsi qərara alınmışdır. Borclu cavabden İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir. Səbail rayon İcra və Probasiya şöbəsinin 08 may 2019-cu il tarixli məktubundan görünür ki, Salyan Məhkəməsi tərəfindən verilmiş 27.06.2018-ci il tarixli, 2(057)-72/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hərrac qaydasında satışının təmin edilməsi barədə 08.05.2019-cu il tarixli Sifariş və ona əlavə edilmiş digər sənədlər “xxxx” MMC-nin direktoru İsgəndər Bayramova göndərilmişdir. “xxxx” MMC-nin “xxxx” ASC-yə ünvanladığı 28.06.2019-cu il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişdən görünür ki, kredit borcu olan şəxs İddiaçı əmlakı keçirilən hərraclar zamanı satılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanması təklif olunmuşdur. “xxxx” ASC-nin “xxxx” MMC-yə ünvanladığı 23 iyul 2019-cu il tarixli məktubdan görünür ki, 28.06.2019cu il tarixli, 487 saylı məktuba cavab olaraq, icra sənədinin icrası ilə əlaqədar Salyan rayon İcra şöbəsinin sifarişi əsasında hərrraca çıxarılmış İ ddiaçı məxsus ünvan 4 ünvanında yerləşən əmlakın hərracdan alınması ilə bağlı təklif qəbul edilmişdir. 14 iyun 2019-cu il, 17 may 2019-cu il tarixli bildirişlərdən görünür ki, 12 iyun 2019-cu il, saat 11:00-da və 25 iyun 2019-cu il, saat 11:00-da keçiriləcək hərracla baqlı tərəflərə bildirişlər göndərilmişdir. Poçt xəbərnamələrindən görünür ki, “xxxx” MMC tərəfindən göndərilmiş bildirişlər həmin məktubların xəbərnamələri imzalanmaqla qəbul edilmişdir. “Market” qəzetinin 17.05.19-23.06.19; 14.06.19-20.06.19; 28.06.19-04.07.19; tarixli surətlərindən görünür ki, həmin qəzetlərdə hərracın keçirilməsi ilə bağlı elanlar yerləşdirilmişdir. «xxxx» hərracın nəticələri haqqında Y-204 nömrəli, 25 iyul 2019-cu il tarixli yekun protokoldan görünür ki, ilkin satış qiyməti 40000 manat olan İddiaçı məxsus ünvan 4 ilə birlikdə ipoteka saxlayan «xxxx» ASC 25500 manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Salyan şəhəri, Nizami küçəsi, 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi «xxxx» ASC-nin adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış q iymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41,3-cü və 41,5-ci mad.). «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsin ə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 gün müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və öz rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən geç olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka poredmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmə k üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab ol unur. Həmin Qanunun 43.1 -ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə: 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirild iyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəsi gedən İddiaçı Talib oğluna məxsus Salyan şəhəri, Nizami küçəsi, 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi və çox aşağı qiymətə satılması barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsinə dair məlumatlar öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-4870/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(009)-534/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. El anda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tut madığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçiri lir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). Apelyasiya instansiya məhkəməsi müəyyə n etmişdir ki, 14 iyun 2019-cu il, 17 may 2019-cu il tarixli bildirişlərdən görünür ki, 12 iyun 2019-cu il, saat 11:00-da və 25 iyun 2019-cu il, saat 11:00-da keçiriləcək hərracla bağlı tərəflərə bildirişlər göndərilmişdir. Poçt xəbərnamələrindən görünür ki, “xxxx” MMC tərəfindən göndərilmiş bildirişlər ünvan sahibləri tərəfindən həmin məktubların xəbərnamələri imzalanmaqla qəbul edilmişdir. Xəbərnamələrdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər X8, X4 və X10 göndərilmiş və müvafiq olaraq 14 avqust 2018-ci il, 28 sentyabr 2018-ci il və 10 oktyabr 2018-ci il tarixlərdə ünvan sahibləri tərəfindən qəbul edilmişdir. “Market” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər iddiaçının qeydiyyatda olduğu və yaşadığı, mübahisə predmetini təşkil edən ünvan 5 ünvana “xxxx” MMC vasitəsi ilə göndərilmiş və imza edilməklə ünvana təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, poçt xəbərnaməsində olan imzanın iddiaçıya və ya onun ailə üzvlərinə məxsus olmamasına dair dəlili əsassızdır. Belə ki, poçt əməkdaşının bildirişi ünvan sahibinə təqdim etmədən poçt xəbərnaməsində imzanın saxtalaşdırması və yalan qeydlərin edilməsi məntiqsiz və qeyri-mümkündür. Apelyasiya instansiya məhkəməsi kollegiyası həmçinin qeyd etmişdir ki, keçirilmiş hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş və iddiaçı əmlakın hərraca çıxarılmasını bildiyi üçün həmin elanları izləmək imkanında olmuşdur. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4870/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilm əsini barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiya sı məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etd iyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4870/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar