Məhkəmə qərarları › İş №2(102)-5427/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5427/2022

11.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5427/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: miras əmlakdakı paya mütənasib pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakdakı paya mütənasib pul” tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünm əsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3656/2022 nömrəli mülki iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 31 may 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 13 iyul 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda, İddiaçı2 isə 08 iyul 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mərhum ataları X3 miras qalmış əmlaklardan onlara çatan payları notarial qaydada qəbul etmişdirlər.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-99264 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləş ən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı2 ¼ hissədə və İddiaçı1 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 03 fevral 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, “Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququnun tanınması və tanınmış paya mütənasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsi MK-nın 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - yəni, ““Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olma larının izah edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 20 aprel 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5053/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçıların 1/6 hissədə miras pay hüquqlarının olması müəyyən edilmiş və Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələb hüquqlarının yaranması halı öz əksini tapmışdır. 6. “Nissan Navara” m arkalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil 23 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəməyə müraciət edərək, “Nissan Navara” markalı, ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 30.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin 5000 (beş min) manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin 5000 (beş min) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

8. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırl ar ki, miras əmlaka daxil olan “Nissan Navara" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ataları, İddiaçı1 adına qeydiyyatda olmuş, sonradan onun 2-ci həyat yoldaşı olan Cavabdeh adına alqı-satqı müqaviləsi ilə qeydiyyata alınmışdır. Həmçinin hazırda X5 övladları İddiaçı1, İddiaçı2 və həyat yoldaşı Cavabdeh başqa heç bir vərəsəsi yoxdur, “Nissan Navara" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobil atalarının ölümündən sonra 28 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, hamin avtomobil X2 adına X5 təşəbbüsü ilə (özgəninkiləşdirməklə) keçsə də, faktiki olaraq həmin əmlak ar-arvadın nikah dövründə əldə edilmiş əmlak olmaqla onların ümumi istifadələrində olmuş və mərhum, ər kimi avtomobilin 1/2 payına münasibətdə mülkiyyət hüququna malik idi. Cavabdeh isə həmin avtomobili ilk dəfə özgəninkiləşdirməklə faktiki olaraq həmin əmlaka münasibətdə onları vərəsə paylarından məhrum etmişdir.

9. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 24.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 4000 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərcin Cavabdeh tutularaq iddiaçıların xeyri nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X5 ölümündən əvvəl borclu olduğu 120.038 (bir yüz iyirmi min otuz səkkiz) manat məbləğində pul vəsaitinin 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın cavabdeh İddiaçı1, 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın isə İddiaçı2 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 (iyirmi üç min) manat məbləğə satılmışdır. Həmin avtomobilin satılmasında məqsəd mərhum əri Qulu Qasımovun xəstəliyi ilə əlaqədar onun tərəfindən alınmış borcların qaytarılması olmuşdur. Belə ki, mərhum əri X7 vəfat etməzdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında Medipol xəstəxanasında 2 dəfə ağır əməliyyat keçirdi. Ərinin xəstəliyi ilə əlaqədar çəkdiyi xərclərin (yeri gəlmişkən iddiaçılar tərəfindən hər hansı bir xərc çəkilməmişdir) böyük bir qismi ayrı-ayrı şəxslərdən mərhum ərinin aldığı (daha doğrusu ərinin xahişi və istəyi əsasında ayrı-ayrı şəxslərdən alınmış) borcların hesabına ödənilmişdir ki, hazırda da hələ həmin borcların bir hissəsi qalmışdır. “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pul bütünlüklə borcların qaytarılmasına sərf edilmişdir. 12.Şahid qismində dindirilmiş X6 (qarşılıqlı iddiaçının kürəkəni) bildirmişdir ki, Afət xanım onun qaynanasıdır. Qulu əmi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Müalicəsi üçün ondan on altı min dollar almışdı. Rövşən adlı başqa tanışından isə beş min dollar almışdı. İstanbulda əməliyyat olundu. Daha sonra müalicə xərcləri üçün əlavə beş min dollar tələb olunurdu. Müalicə üçün tələb olunan qalan məbləği Qulu əminin Türkiyədəki dostu, “Mete” ticarətin sahibi Xəlil İpək verdi. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Qulu əmi xərçəng xəstəsi idi. İcarəyə mağaza götürmüşdü və orada xırdavat və inşaat materiallarının satışı ilə məşğul olurdu. Türkiyədən qayıtdıqdan sonra vəziyyəti ağırlaşdığı üçün B akıya gətirdilər və Zəfəran klinikasında müalicəsi davam etdirildi. Zəfəran klinikasında müalicə üçün altı min manat xərc çəkilmişdir. Dəfn mərasimində iştirak edib, bütün xərclər Afət xanım tərəfindən ödənilib. Oğullarını tanımır, indi görsə belə tanımaz. Qulu əmini hamı insan olaraq tanıyırdı, biznesmen olaraq tanınmırdı. Qulu əminin maddi vəziyyəti, imkanı çox yaxşı deyildi. Əgər maddi vəziyyəti yaxşı olsa rəhmətə getməzdi, vaxtında müalicə olunardı. Xırdavat mağazasında satmaq üçün malları “Baha” adlı Türkiyədəki şirkətdən alırdı. O, borcu 2016-cı ilin sonları Qulu əmiyə vermişdi. Qulu əmi ilə birlikdə Türkiyəyə o, qaynanası Afət xanım və qaynı getmişdilər. Gedənə qədər pul Qulu əmidə idi. Xəlil İpək pulu verəndə onlar xəstəxanada idilər. Qəbir daşı üçün beş min altı yüz manat xərc çək ilmişdi. 13.Şahid qismində dindirilmiş X10 (miras qoyanın dostu) bildirmişdir ki, o Afət xanımın həyat yoldaşı Qulu ilə yaxın dost olub. Müalicə üçün ondan və digər ortaq tanışlarından borc almışdır. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Naxçıvandakı obyektində xırdavat və tikinti materialları satırdı. Satdığı materialları Türkiyədən “Mete” və “Baha” adlı ticarət şirkətlərindən alırdı. Yas mərasimində və dəfn mərasimində iştirak edib. Yas və dəfn mərasimləri üçün çəkilən xərclər Qulu bəyin həyat yoldaşı və qaynı tərəfindən ödənilib. Qəbir üstü abidə üçün təxmini altı min manat xərc çəkildi. Yaxın dost olduqları üçün borcun alınmasını notarial qaydada rəsmiləşdirməmişdilər. Qulunun avtomobili var idi, rəhmətə getdikdən sonra o avtomobil satıldı. Avtomobilin satışından əl də edilən pul ilə onun borcunu və digər borcları ödədilər. Afət xanım borcunu qaytaranda 2017-ci ilin avqust-sentyabr ayları idi. Mərhum ilə yaxın dostluq münasibətləri olduğu üçün borc alınarkən heç bir sənəd imzalamayıblar. “Mete” şirkətinin rəhbəri Xəlil İpək ona dedi ki, beş min dollar müalicə üçün əlavə pul verib. O, borcu manatla vermişdi, səkkiz min beş yüz manat borc verib. Borcu Naxçıvanda, evdə verib və həmin vaxt qardaşı da evdə idi. Mərhum üçün qoyulan qəbir daşının eynisi onun qəzada rəhmətə gedən dostu üçün qoyulmuşdu, ona görə qəbir üstü abidənin qiymətini bilir. 14.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 23.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin 3833 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 3833 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərcin iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. 15.Məhkəmə hər iki ilk iddia tələbi ilə bağlı hesab edir ki, ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakdakı paya mütənasib pul tələbinə dair iddiası qismən əsaslıdır, Cavabdeh “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilin ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin 1/6 hissəsi ilk iddiaçılar İddiaçı1 və 1/6 hissəsi İddiaçı2 xeyrinə tutulmalıdır. 16.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Türkiyə qanunlarına əsasən, həmin ölkənin Maliyyə Nazirliyinin tələblərinə uyğun olaraq xüsusi mətbəələrdə çap olunmalı, seriyası, nömrəsi, verilmə tarixi, sənədi verən sahibkarın qeydiyyata alındığı ərazinin kodu (il kodu) göstərilməmişdir, həmçinin maliyyə nazirliyi möhürü (damğası) əks olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə isə bu rekvizitlər yoxdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar Türk dilində olduğu halda, onların heç birinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmiş, bunlar da iddian tələbi üzrə əsaslı və mötəbər sübut növləri kimi qiymətləndirilə bilməz. 17.Məhkəmə hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində bildirdiyi kimi, yəni miras qoyanın ölümündən sonra 120038 manat məbləğində borc geri qaytardığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. İddiaçı mərhum ərinin ölümündən sonra ödədiyi borclar barədə məhkəməyə təkzibedil məz sübutlar təqdim edə bilməmişdir. Onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi b axımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlər X8 və X4 ifadələrinə hüquqi qiymət verərək bildirmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Şahidlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qohumu, habelə yaxın ailəvi münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi miras qoyanın ölümündən sonra borcların mövcudluğu, Cavabdeh tərəfindən ödənildiyi və s. hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Habelə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilmədiyindən hazırki mülki iş üzrə şahid ifadələri mübahisəli halın təsdiqi üçün mötəbər hesab edilə bilməz. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh miras qoyanın miras aktivi ilə yanaşı borclarının qaldığını, həmin borcların onun tərəfindən mərhumun ölümündən sonra geri qaytarıldığına istinad edirsə bu zaman mülki qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada təsdiqlənmiş və mötəbər sübutlar təqdim etməlidir. Məhkəmə qeyd etmişdir ki, həmin sübutlar hazırki mülki mübahisə üzrə şahid ifadələri ilə əvəz oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat 19.İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti vermiş qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 20.Şikayətdə qeyd edilmişdir ki, rayon məhkəməsi ilkin iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəməyə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir və həmin müqavilədə avtomobilin 24.000 manata satıldığı göstərilmiş, rayon məhkəmə tərəfindən həmin sübuta düzgün qiymət verilmədən avtomobilin satış qiyməti cavabdehin izahatına əsasən 23.000 manat qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. 21.Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 (iyirmi üç min) manat məbləğə satılmışdır. Həmin avtomobilin satılmasında məqsəd mərhum əri Qulu Qasımovun xəstəliyi ilə əlaqədar onun tərəfindən alınmış borcların qaytarılması olmuşdur. Belə ki, mərhum əri X7 vəfat etməzdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında Medipol xəstəxanasında 2 dəfə ağır əməliyyat keçirdi. Ərinin xəstəliyi ilə əlaqədar çəkdiyi xərclərin böyük bir qismi ayrı-ayrı şəxslərdən mərhum ərinin aldığı (daha doğrusu ərinin xahişi və istəyi əsasında ayrı-ayrı şəxslərdən alınmış) borcların hesabına ödənilmişdir ki, hazırda da hələ həmin borcların bir hi ssəsi qalmışdır. “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pul bütünlüklə borcların qaytarılmasına sərf edilmişdir. Ərindən təkcə avtomobil, həmçinin onun tərəfindən alınmış borclar da miras qalmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3656/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Anar Tanrıverdiyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəm əsinin 2(005)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan pul məbləği hissəsində dəyişdirilməsi, həmin avtomobilin satışından əldə olunan pul məbləğinin 24.000 manat müəyyən olunması, 24.000 manat pul vəsaitinin (vərəsələrin miras payına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsi - 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsi - 4000 manat müəyyən edilməklə cavabdehdən alınaraq onlara verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli alqı -satqı müqaviləsinin surətindən görünür ki, “Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobil satış qiyməti 24.000 manat olmuşdur 24.Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi avtomobilin satış qiymətinin yazılı sübutda göstəriləndən fərqli olması barədə qənaətə gəlməsi və bu vaxt yalnız cavabdehin deməsinə əsasən onu 23.000 müəyyən etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin bu yanaşması MPM-in 88-ci maddəsinin tələblərinə uyğun deyildir. Bu səbəbdən də, qətnamə avtomobilin satışından əldə olunan vəsait məbləğinə aid hissəsində dəyişdirilməli, həmin məbləğ alqı-satqı müqaviləsindəki satış qiymətinə uyğun olaraq 24.000 manat müəyyən edilməlidir. 25.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə əsasən isə, birinci instansiy a məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi ilə bağlı təqdim etdiyi sübutlar- şahid ifadələrinə birinci instansiya məhkəməsi tənqidi yanaşaraq, onların hazırkı işin cavabdehin xeyrinə həll edilməsində maraqlı olan şəxslər olması (həmin şahidlərin işin nəticəsində bilavasitə maraqlı olması) barədə düzgün qənaətə gələrək, həmin sübutları mötəbər sübut kimi qiymətləndirməməkdə, buna müvafiq olaraq da qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 27.Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. 28.Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvercilik normasının tələbləri də pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ya hər hansı bir münasibət bildirməmiş, ya da gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3656/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hü quq 30.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 31.Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 32.Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 33.Maddə 1159.1 Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 35.Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 36.Maddə 1275. Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 37.Maddə 1276. Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 38.Maddə 1299.1. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 39.14.2-c i maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 41.76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 42.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.82.3-cü maddəsin ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir 44.88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 45. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 47.416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48.416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısını n alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Ka ssasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qə bul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53.İlk iddianın təmin olunduğu hissə üzrə apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, nə qədərki həmin miras əmlak üzərində iddiaçıların payı müəyyən edilmişdir, lakin cavabdeh tərəfindən satılmışdır, iddiaçılar alqı-satqı məbləğinin onların payına düşən hissəsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi rəsmi olaraq alqı-satqı müqaviləsində nəzərə tutulan məbləğə münasibətdə iddiaçıların payının dəyərini müəyyən etməkdə haqlı olmuşdur. 54.Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddiaçı miras qoyandan miras passivinin qalması və satılmış nəqliyyat vasitəsinin dəyərini miras passivinə sərf etməsinə dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. 55.İddiaçı sübut növü kimi yalnız şahid ifadələrinə istinad etmiş, lakin məhkəmə onların ifadələrində göstərilənlərin işin araşdırılmış digər halları ilə təsdiq olunmadığını müəyyən etmişdir. 56.İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önə mli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 57.İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 58.Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. 59.Sübutların mahiyyətinə qiymətin ver ilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 60.Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 61.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3656/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar