Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5428/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı, vəkili X9, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X4 nümayəndəsi X11 və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(103)1127/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutununkassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2(007)-1139/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi X1rşı “töhmət verilməsinə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrlərin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(103)1127/2019 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova sədrlik edən, məruzəçi, E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, işəgötürənin iddiaçıya töhmət verilməsinə dair 29 dekabr 2017-ci il tarixli, 1385 saylı əmri və işdən azad edilməsinə dair 12 yanvar 2018-ci il tarixli, 97 saylı əmri ləğv edilib, iddiaçının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X4 uşaq ağciyər vərəmi şöbəsinin həkimi vəzifəsinə bərpa edilməsi və ona işdən azad edildiyi 13 yanvar 2018ci il tarixdən məcburi işburaxma günləri üçün işə bərpa ediləcəyi tarixədək əmək haqqının hesablanaraq ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “töhmət verilməsinə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrlərin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 01 dekabr 1998-ci il tarixdən cavabdeh təşkilatda əmək fəaliyyətinə başlayıb və 17 il şöbə müdiri vəzifəsində işləyib. Tibb elmləri namizədidir. Cavabdeh təşkilatın rəhbərliyi dəyişdikdən sonra ona qarşı münasibət dəyişib, yeni rəhbərlik əvvəlcə onu şöbə müdiri vəzifəsindən azad edib, daha sonra həkim kimi işləməsinə imkan verməyib və qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Belə ki, işəgötürənin 12 yanvar 2018-ci il tarixli, 97 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən əsaslayəni əmək funksiyasını pozduğuna və əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozmasına görə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13 yanvar 2018-ci il tarixdən onunla bağl anmış əmək müqaviləsinə xitam verilib. Onun müalicə etdiyi xəstə xxxnin ******* saylı xəstəlik tarixinin araşdırması ilə bağlı keçirilən terapevtik konsiliumun 25 dekabr 2017-ci il tarixli qərarı ilə müəyyən edilib ki, xəstə xxx birinci dəfə 2017-ci ilin oktyabr ayında şöbəyə daxil olub və ona “sağ tərəfi vərəm etiologiyalı ekssudatuv plevrit VMB (-)” diaqnozu qoyulub. Lakin bakterioloji cəhətdən vərəm diaqnozu təsdiq edilməyib və törədicinin həssaslığı təyin edilmədən həssas vərəmin müalicə sxeminə uyğun müalicə aparılıb. Vəziyyətinin pisləşməsi ilə bağlı xəstə ikinci dəfə, yəni 07 dekabr 2017-ci il tarixdə cavabdeh təşkilata müraciət edib və bu dəfə də müayinələr tam aparılmayıb. Xəstəyə yenidən həssas vərəmə qarşı səmərəsiz müalicə təyin edilib. Müalicə həkimi xəstənin vəziyyətinin ağır laşmasının səbəblərini araşdırmayıb. 22 noyabr 2017-ci il tarixdə referens laboratoriyası tərəfindən verilən analizin nəticələrinə görə, xəstədə MDR vərəmi aşkar edildiyi halda, xəstə təsiri olmayan dərmanlarla müalicə olunub”. Əvvəla, xəstə xxx onun xəstəsi olmayıb və soununcu xəstəxanaya 2017-ci ilin oktyabr ayında daxil olub. Xəstə həkim xxxnın xəstəsi olub və dekabr ayında xəstənin vəziyyəti ağırlaşıb və sonuncu xəstəni qəbul edərək onun müalicəsini xəstəxanada əmrsiz işləyən həkim xxxya tapşırıb. Beləliklə də, xəstənin müalicəni o, deyil, həkim xxx aparıb və xəstəlik tarixinə imza atıb. Baxmayaraq ki, 11 noyabr 2017-ci il tarixdən xəstənin analizi şöbə müdirində olub. Həkim işləməsi barədə əmr olmayan xxx xəstəni müalicə edib və 07 dekabr 2017-ci il tarixdə müalicə başlayıb. 11 dekabr 2017-ci il tarixdə xəstəyə diaqnoz qoyulub. 2017ci ilin dekabr ayında Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda cavabdeh təşkilatın rəhbəri həkim xxxnın bölgüyə getməsinə imkan verməyib ki, əgər getsə onu göndərəcəklər hansısa rayona. Bundan sonra direktor onun əmrini başqa şöbəyə verib. Belə olan halda xəstə həkimsiz qalıb və xəstənin valideyni Xumar Yusifova ondan xahiş edib ki, uşağı o müalicə etsin. Həkim olaraq bir həftə xəstəyə nəzarət edib və xəstəni sağlam vəziyyətdə evə yazıb. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədən və onun diaqnozunu səhv qoyan həkim xxx olduğu halda, sonuncu barəsində heç bir tədbir görülməyib və xəstəni sağaltdığı halda, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilib. Xəstə ilə bağlı dediyi xüsusatlar, xəstənin valideyni tərəfindən verilən yazılı izahatla da təsdiq olunur. İşəgötürənin 12 yanvar 2018-ci il tarixli əmrində göstərilir ki, guya o, əvvəllər əmək funksiyasını pozduğuna görə işəgötürən tərəfindən dəfələrlə cəzalandırılıb, lakin bundan heç bir nəticə çıxarmayıb. O, yalnız bir dəfə işəgötürən tərəfindən xəbərdarlıq alıb. Qalan intizam tənbeh tədbirləri barədə ona heç bir məlumat verilməyib və ona intizam tənbehi verilməsi üçün araşdırma aparılmayıb, ondan yazılı izahat alınmayıb. Ona görə də işəgötürənin ona töhmət verilməsi və işdən azad edilməsinə dair əmrləri ləğv edilməli, o, cavabdeh təşkilatda əvvəlki vəzifəsinə işə bərpa edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya ins tansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X4 nümayəndəsi xxx və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uy ğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməyib. Cavabdeh təşkilat isə kassasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdeh təşkilatın kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv ed ib, iddia ərizəsini qismən təmin edərkən, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, eləcə də əmək vəzifələrini kobud şəkildə pozmasının mülki iş materialları ilə təsdiq edilməməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “ə” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normaları nın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı cavabdeh təşkilatda uşaq ağciyər vərəmi şöbəsinin müdiri vəzifəsində işləyib və işəgötürənin 03 iyul 2017-ci il tarixli, 701 saylı əmri ilə şöbə müdiri vəzifəsindən azad edilərək, həkim vəzifəsinə keçirilib. Bundan sonra işəgötürənin 29 dekabr 2017-ci il tarixli, 1385 saylı əmri ilə iş növbəsini rəsmi qaydada təhvil vermədən özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçıya “töhmət” verilib. Eləcə də işəgötürənin 12 yanvar 2018-ci il tarixli, 97 saylı əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13 yanvar 2018-ci il tarixdən xitam verilib və o, işdən azad edilib. Əmrin verilməsinə əsas kimi isə cavabdeh təşkilatın Terapevtik Konsiliumunun 25 dekabr 2017-ci il tarixli iclasının qərarı və Həmkarlar Komitəsinin iclasının protokolu göstərilib. Əvvəla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfi ndən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Mə cəllənin 72-ci maddəsinin ə) bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Sadalanan maddələrin mənasına görə, əmək müqaviləsi işəgötürən tərəfindən qeyd olunan əsaslar üzrə o, vaxt ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmuş olsun. Eləcə də əmək vəzifələrinin kobud şəkildə pozulması o, halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasa səbəb olur ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, eyni zamanda törətmiş olduğu hüquq pozuntusu işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafelərinə hər hansı formada ciddi xələl gətirmiş olsun. Həmçinin işçi, həqiqətən əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş olsun. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini arışdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib düzgün olaraq müəyyən etmişdir ki, işəgötürənin əmri ilə iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, eləcə də həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan əsaslarla xitam verilərkən, həmin maddələrdə nəzərdə tutulan əsaslar olmamışdır. Belə ki, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud onun əmək vəzifələrini kobud şəkildə pozması və bunun nəticəsində cavabdeh təşkilatda həqiqətən işin, əmək və icra intizamının normal ahənginin pozulması, həmçinin iddiaçının yol verdiyi intizam xətasına görə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi mülki iş materialları ilə təsdiq olunmur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və kassasiya şikayətinin dəlillərinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh təşkilat kassasiya şikayətində “Medera” hospitalının 31 may 2019-cu il tarixli məktubuna istinad edib iddiaçının 2017-ci ilin dekabr ayında həmin tibb müəssisəsinə müraciət etməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki işə əlavə edilmiş 26 dekabr 2017-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən 23 dekabr 2017-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq sözügedən tibb müəssisəsinə müraciət etmişdir və bu fakt tibb müəssisəsinin kassasına ödənilən kassa mədaxil çekinin surəti ilə də təsdiq olunur. Eyni zamanda cavabdeh təşkilatın həkimi xxxun işə əlavə edilmiş 23 dekabr 2017-ci il tarixli izahatı ilə müəyyən olunur ki, idd iaçı 23 dekabr 2017-ci il tarixdə növbədə olarkən həkim xxx zəng vuraraq özünü pis hiss etdiyini və onu əvəz etməsini xahiş edib və sonuncu da həmin gün saat 16:20-də xəstəxanaya gələrək onu əvəz edib. İddiaçı isə 28 dekabr 2018-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək 23 dekabr 2017-ci il tarixdə qan təzyiqi qalxdığı və burundan qanaxma baş verdiyi üçün xəstəxanadan gedib və hazırda səhhəti yol vermədiyinə görə növbədən azad olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçı 23 dekabr 2017-ci il tarixdə iş yerini üzürlü səbəbdən tərk etmişdir. Bundan başqa iddaçı özü də məhkəmədə verdiyi izahatında, apellyasiya şikayətində cavabdeh təşkilatın ona töhmət verilməsinə dair sözügedən əmrindən xəbərsiz olub, əmr verilən zaman onun izahatı alınmayıb, eləcə də ona bu barədə məlumat veri lməsinə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilib, imzalanmış 11 yanvar 2018-ci il tarixli aktda göstərilənlər həqiqəti əks etdirmir. Kassasiya instansiyası məhkəməsi bu fakt üzrə qeyd edir ki, işəgötürən, iddiaçının xəstələndiyinə görə üzrlü səbəbdən işdən getməsini nəzərə almadan, eləcə də intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahat tələb etmədən, 29 dekabr 2017-ci il tarixli, 1385 saylı əmri ilə ona töhmət verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 187-ci maddəsinin 1-ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddələrin mənasına görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Eləcə də işəgötürən tərəfindən, əmək qabiliyyətini m üvəqqəti itirən işçilərlə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi və ya işçiyə intizam tənbehi növündə töhmət verilməsi qadağandır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh təşkilatın kassasiya şikayətinə əlavə etdiyi “Medera” Hospitalının 31 may 2019-cu il tarixli arayışında göstərilənlər obyektiv həqiqəti ifadə etmiş olsa belə, həmin arayış gecikmiş sübut olmaqla, onun mötəbər sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbləri baxımından yolverilməzdir. Çünki həmin maddənin mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilib-edilməməsini yoxlayır. İşin faktiki hallarının mülki prosessual qanunverciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına o, vaxt səbəb ola bilər ki, cavabdeh təşkilat tərəfindən kassasiya şikayətinin dəlili olaraq istinad olunan arqument birinci və ya apellyasiya instansiyası məhkəmələrində araşdırma predmeti olmuş olsun. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 12 yanvar 2018-ci il tarixli, 97 saylı əmrində göstərilir ki, xəstə xxxnin müayinə və müalicəsində müalicə həkimi kimi iddiaçı kobud səhvlərə yol verib. Belə ki, xəstə xxx “MDR” formalı vərəm olduğu halda, iddiaçı onu həssas formalı vərəm xəstəsi kimi müalicə edib. Eyni zamanda bundan əvvəl işdə yol verdiyi nöqsanlara görə ba rəsində tətbiq edilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmayıb. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qeyd olunan hissədə rədd edərkən, gəldiyi nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 08 iyun 2018-ci il tarixli ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xəstə xxxnin səhv müayinə və müalicə olunmasında məhz iddiaçının təqsirli olması və məhz sonuncunun hər hansı kobud səhvlərə yol verməsi və nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənə, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə, o cümlədən xəstə xxxnin səhhətinə hər hansı formada ziyan dəyməsi mülki iş materialları, həmçinin ekspert rəyləri ilə öz təsdiqini tapmır. Əksinə, işdən görünür ki, xəstə xxxnin valideynləri tərəfindən ötən müddət ərzində iddiaçının hər hansı qanunsuz hərəkətləri barədə aidiyyəti orqanlara şikayətlər etməmişlər. Daha sonra birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, iddiaçıya işəgöürən tərəfindən 29 dekabr 2017-ci il tarixli, 1385 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “töhmət” verilməsinə baxmayaraq, 2018-ci ilin yanvar ayında o, yenidən əmək müqaviləsi ilə müəyyən olunan əmək funksiyasını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi bununla da razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, 29 dekabr 2017-ci il tarixli əmrlə iddiaçıya töhmət verildikdən sonra, onun, işdən azad edilməsinə dair 1 2 yanvar 2018-ci il tarixli əmr verilənədək hansı əmək intizamının pozuntusuna yol verilməsi mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa cavabdeh təşkilat kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, prosessual normaların tələblərini pozaraq, işə əlavə edilmiş ekspert rəylərinə düzgün hüquqi qiymət verməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılışmır. Belə ki, əvvəla, Azərbaycan Respublikası MPM-nin 101.3 və 103.1-ci maddələrinin mənasına görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi də məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Digər tərəfdən iş üzrə verilmiş 08 iyun 2018-ci il tarixli və 16 yanvar 2019-cu il tarixli ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəylərin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və həmin rəylərdə göstərilən məlumatlar məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və ekspertlərin rəyləri də, işə əlavə edilmiş digər sübutlarla yanaşı məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə isə ekspertizanın hazırlanması; təyini; keçirilməsinin prosessual qaydasına riayət edilməsi; qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; rəyin tamlığının müəyyən edilməsi; rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi və sair d axildir. Qeyd olunan mülki prosessual normaların mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Ona görə də kassasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, o cümlədən ekspertlərin rəylərinə sadalanan prosessual normaların tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Göründüyü kimi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq iddiaçının altı ay ərzində təkrarən əmək funksiyasını pozması, eləcə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl ondan yazılı izahatı n alınması və ya sonuncunun bu barədə izahat verməkdən imtina etməsi mülki iş materialları ilə təsdiq olunmur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barəd ə göstərdiyi dəlilləri əsassız hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 İnstitutununkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(103)-1127/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5428/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5428/2019
17.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver