Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5428/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və 3-cü şəxs X15 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5428/21 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və mirası qəbul edilməsi faktının müəyyən edilməsi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi X4, vəkili Vəkil Tufulla qızının, Cavabdeh, vəkili Enun və 3-cü şəxs X12 iştirakları ilə, Sumqayıt A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-216/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanda yerləşən mərhum X2ndan miras qalmış mülkə 08.02.1994-cü ildə mərhum X1nun adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə X6 adına 07.10.2013-cü il tari xdə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və X6 adına 11.03.2019-cu il tarixdə işlənmiş **********470-13301 reyestr saylı Seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1i ünvanda yerləşən mərhum X2ndan miras qalmış mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində mərhum X2na məxsus olmuş 1920-ci ildə tikilmiş yaşayış evi və evin yerləşdiyi həyatyanı torpaq sahəsi miras qalmışdır. X2 24.04.1991-ci ildə vəfat etmiş, onun vəfatı ilə əmlakına vərəsəlik açılmışdır. Mərhumun vəfat etdiyi məqamda onun birinci növbəli vərəsələri o, X21, X13 və X22 olmuşdur. Başqa sözlə mərhumun 4 nəfər birinci növbəli vərəsələri olmuşdur. Miras açıldıqdan sonra yəni, anasının vəfatından sonra miras əmlakı onun tərəfindən idarə olunmağa başlamışdır. Həmin evə o, baxmış və təsərrüfata o, qulluq etmişdir. Elə miras açılandan bir neçə ay sonra yəni, 1991-ci ilin sentyabr ayından mərhumun birinci növbəli vərəsələrindən Sarmanın oğlu X18 ailəsi ilə birlikdə o, anasından miras qalmış evə yerləşdirmişdir ki, təsərrüfata baxsınlar, həm də yaşasınlar. Çünki o, tez-tez kəndə gəlib-gedə bilmirdi. 1991-ci ildən 2007-ci ilin iyun ayına qədər X25 ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. O da mütəmadi o laraq, ailə üzvləri ilə birlikdə miras qalmış mülkə gəlib-getmiş və təsərrüfata rəhbərlik etmişdir. X11 tam təsdiq edə bilər. X3 özünə yeni yaşayış evi tikərək öz evinə köçdü. Miras evə isə Sarmanın qızı X23 baxmağa başladı. Son vaxtlara qədər təsərrüfata özü rəhbərlik etmişdir. Yaşayış evinə qaz və suyun çəkilməsi onun göstərişi və razılığı ilə R və P tərəfindən həyata keçirilmişdir. Miras əmlak son vaxtlara qədər nə mərhum X1nun, nə də cavabdehin istifadəsində olmamışdır. İş üzrə Cavabdeh həyat yoldaşı olmuş mərhum X1 vərəsəlik açıldıqdan sonra qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməsə də, sonradan yəni, X25 həyətyanı torpaq sahəsində kartof əkmiş və gəlib-getməyə başlamışdır. Özü də xəstə olduğuna görə hərdənbir gəlib gedirdi. Mirasla əlaqədar vərəsələr arasında m übahisə mövcud olmadığına görə miras rəsmilləşdirilməmiş qalmışdır. X1 12 iyun 2018-ci il tarixdə vəfat etdikdən sonra eşidib ki, onun arvadı iş üzrə Cavabdeh anasından miras qalmış mülki satışa çıxarmaq istəyir. Bundan sonra vəkil sorğusu vasitəsi ilə müvafiq sənədləri əldə etdikdə məlum olmuşdur ki, anasından miras qalmış Quba rayonun Susay kəndində yerləşən mülk vərəsəliklə mərhum qardaşı, cavabdehin əri olmuş X6 adına qeydə alınmışdır. Miras əmlakın X6 adına keçməsini onun vəfatından sonra bildiyinə görə qanunda nəzərdə tutulmuş iddia müddəti tərəfindən ötürülməmişdir. Yuxarıda göstərildiyi kimi miras əmlaka vərəsəlik açıldıqdan sonrakı dövrdə mirasa o, sahiblik etməmiş, miras evə o, adam yerləşdirmişdir. Yəni Qanunda nəzərdə tutulmuş müddətdə miras onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ona görə də X6 adına işlənmiş 08.02.1994-cü ildə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə 07.2013-cii il tarixdə verilmiş, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədi və X6 adına 11.03.2019-cıı il tarixdə işlənmiş Seriya RX, ******* nömrəli Çıxarış ləğv edilməlidir. Qeyd edir ki, miras əmlaka hazırda cavabdeh sahiblik edir. Göstərilən miras əmlak onun tərəfindən faktiki qəbul edildiyinə görə həmin əmlaka münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Mirasın qəbul edilməsi müddəti 6 ay müəyyən edilmişdir. Qəbul edilmiş miras mirasın açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab olunur. O, qanunda nəzərdə tutulmuş müddətdə və qaydada mirası faktiki qəbul etmiş, ona görə də bu fakt məhkə mə tərəfindən təsdiqlənməlidir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2020ci il tarixli 2(067)-441/2020 nömrəli qətnaməsi ilə (hakim İlkin Xəlilov) iddia tələbinin təmin olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş və 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olm uş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin normalarının tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra mirası qəbul etmiş bütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. Lakin, işin hallarından müəyyən olunur ki, X16 24.04.1991-ci il tarixdə vəfat etmiş, həmin miras əmlaka da ir 08.02.1994-cü ildə mərhum X6 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamənin həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada verilib-verilməməsinin araşdırılması üçün məhkəmə sorğularının verilməsinə baxmayaraq, vərəsəlik işi ilə bağlı materiallar müəyyən edilməmişdir. Belə olduğu halda X8 24.04.1991-ci il tarixdə vəfatından uzun müddət keçdikdən sonra 08.02.1994-cü ildə mərhum X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mötəbərliyi şübhə doğurur. Həmçinin, qanunvericiliyin tələbinə əsasən mirası qəbul etmiş bütün digər vərəsələrin X6 mirası qəbul etməsinə razılıqlarını ifadə edən ərizələr və ya mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair məhkəmə qətnaməsi mövcud olmadığından məhkəmə iddia tələbini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin plan və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsinə dair hissədə əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm də X6 12 iyun 2018-ci il tarixdə vəfatından sonra həmin şəxsə 11.03.2019-cu il tarixdə ünvan 1ində yerləşən mərhum X5 miras qalmış 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsinin qeyri-mümkün olması, vəfat etmiş şəxsə çıxarışın verilməsi üçün hüquqi əsasın olmaması, həmin çıxarışın verilməsini şərtləndirən hüquqi faktların mövcud olmadığına istinad edir. Məhkəmə X9 11.03.2019-cu il tarixdə ünvan 1ində yerləşən mərhum X5 miras qalmış 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün hüquqi əsasların mövcud olmadığını hesab edir. Məhkəmə, həmçinin, cavabdehin v əkili Şahin Mütəllimov tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin aşağıda göstərilənlərə əsasən hazırkı mübahisəyə tətbiq edilməli olmadığını hesab edir. Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin normalarının məzmunundan görünür ki, ümumi iddia müddəti 3 il müəyyən edilmişdir və 1964-cü il Mülki Məcəlləsinin 77-ci maddəsi imperativ qaydada müəyyən edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilməlidir. İşin araşdırılmış hallarından 08.02.1994-cü ildə mərhum X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğunun həmin şəhadətnamə verilən vaxt iddiaçıya məlum olmaması müəyyən edilir. İddiaçıya miras əmlakın vərəsəsi kimi hüququnun pozulduğu iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtlarda məlum olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə hazırkı iddianın təmin edilməməsi üçün tətbiq edilə bilməz. Məhkəmə iddia tələbinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair hissəsi barədə qeyd edir ki, məhkəmə araşdırması zamanı şahid ifadələri ilə mərhum X5 miras qalmış ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə onun vəfatından sonra İddiaçı faktiki olaraq sahiblik etməklə, onu qəbul etdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X23 və X17 ifadələrindən sonuncunun 16 il müddətində, yəni 1991-ci ilin oktyabr ayından 2007-ci ilin iyun ayınadək miras evdə məhz İddiaçı göstərişi və razılığı əsasında yaşadığı, X6 məhz onun razılığı ilə həmin vax t evin açarlarını X19 təhvil verdiyi, X17 və ailə üzvlərinin iddiaçının göstərdiyi otaqda yerləşdiyi müəyyən edilir. Başqa sözlə iddiaçı vərəsə olaraq miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə onu qəbul etmişdir və bu hal məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə bütün yuxarıda qeyd olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin 73, 76, 77, 78, 527, 528, 529, 532, 552, 553, 561, 562-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 2(105)-2114/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 4/186 nömrəli, 17.03.2021-ci il tarixli rəyinə əsasən, mülki işin 182-c i vərəqində İddiaçı adından olan ərizənin kserosurətində əks olunmuş “Quba dövlət notariat kontoruna İddiaçı Bunyat oğlu tərəfindən ərizə...” sözləri ilə başlayıb, “Həmzəyev.A.B” sözləri ilə bitən yazılar və “Həmzəyev.A.B” yazıları qarşısında əks olunmuş imza İddiaçı tərəfindən icra olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 2(105)-216/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(067)-441/2020 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilm əsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat pulun İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 82-ci maddəsinin 1-ci hissəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmam ış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədinin və çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair idiası təmin edi lməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 03.05.2021-ci il tarixli qətnaməsini ləğv mənim ünvan 1ində yerləşən X5 miras qalmış mülkə 08.02.1994-cü ildə X6 adına verilmiş qanunu vərəsəlik hüququ haqqında şəhadətnamə, evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə X6 adma 07.10.2013-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair kadastr sənədi və X6 adına 11.03.2019-cu il tarixdə işlənmiş **********470-13301 reyestr sayli Seriya RX, ******* sayli çıxarışın ləğv edilməsi, ünvan 1ində yerləşən X5 miras qalmış mülkə münasibətdə mirasın mən tərəfdən qəbul edilməsi faktı müəyyən edilməsi tələbinə dair iddial arının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmə ona istinad etmişdir ki, guya o, Quba rayon Dövlət notariat kontoruna ərizə ünvanlamış və həmin ərizədə anası X7 qalmış Quba rayonu, Susan kəndində yerləşən evdən tələbinin olmamasını qeyd etmişəm. Bununla bağlı bildirmək istəyir ki o, Quba rayon DNK-na belə bir ərizə göndərməmişdir. Digər tərəfdən hər bir ərizə vətəndaş tərəfindən şəxsən notariat kontoruna təqdim olunur və həmin vaxtda da onun ərizəsində olan imzanın şəxsə məxsus olması və fəaliyyət qabiliyyəti yoxlanılır və bu barədə şəxsin təqdim etdiyi ərizənin arxasına notarius tərəfindən möhür vurulur və ərizə notariat reyestrində qeydə alınır. Lakin qarşı tərəfin təqdim etdiyi notariat işində onun tərəfindən yazıldığı bildirilən ərizədə notariusun bu barədə hər hansı bir qeydi yoxdur, hətta əgər həmin ərizə onun tərəfdən notariusa ünvanlanmışsa, hansı məktubla, nə vaxt göndərilməsi ilə bağlı hər hansı bir sənəd təqdim olunmamışdır. Digər tərəfdən ərizənin onun tərəfdən notariusa nə vaxt və hansı şəraitdə təqdim olunması həmin ərizədən də görünmür. Ekspert tərəfindən verilmiş rəyin mötəbərliyi şübhə doğurur. Belə ki, əvvəla həmin rəyi ekspert sənədin əsli əsasında deyil, kserokopiya əsasında vermişdir. Halbuki sənədin kserosurəti üzrə rəyin verilməsi mümkünsüzdür, bu cür ksero olunmuş sənəd üzrə ekspertin verdiyi rəy özü özlüyündə həmin rəyin mötəbərliliyinə şübhə oyadır. Belə ki, ksero olunmuş yazıya müdaxilə edilib-edilmədiyini görmək mümkün deyildir. Məhkəmənin həmin ərizənin kserosurətini ekspertizaya göndərməsi ona dəlalət edir ki, bu ərizənin əsli yoxdur. Buradan isə belə aydın olur ki, vərəsəliklə bağlı notariat işi ərizənin əsli ilə deyil, qarşı tərəfin təqdim etdiyi kserosurət əsasında aparılmışdır. Əgər bu ərizə onun iradə ifadəsini əks etdirirdisə, onda nə üçün notarius onu şəxsən dəvət edərək ərizəsini almırdı, həmin ərizəni notariat qeydiyyatından keçirmirdi? Bütün bunlar isə o anlama gəlir ki, bu sənədləşmə «Notariat fəaliyyəti haqqında» Qanunun və Təlimatın tələblərinə ziddir. Konkret halda məhkəmə ekspert rəyinin kserosurət olan ərizə əsasında verilməsini və bir dəfə ekspertin ərizənin kserosurət olması səbəbindən rəy verməkdən imtina etməsini və həmin ərizənin də notariat tərəfindən təsdiq olunmadığını nəzərə almaqla bu rəyə tənqidi münas ibət bildirməklə mübahisəyə işdə olan sənədlər əsasında qiymət verməli idi. Lakin məhkəmə işdə olan digər halları nəzərə almamış, mübahisəyə qanunsuz verilmiş ekspert rəyi əsasında qiymət verməklə iddiamı rədd etmişdir. Bir sözlə o, vərəsə olaraq miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə onu qəbul etmiş və bu hal da birinci instansiya məhkəməsində onun iddia tələbinin təmin olunması ilə nəticələnmişdir. Lakin apelyasiya məhkəməsi təhqiq edilmiş bütün sübutlara düzgün qiymət verməmiş və yalnız bir ekspert rəyini əsas tutaraq onun bir vərəsə kimi hüquqlarının üstündən xətt çəkmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə kasasiya şikayətinə yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçı Ağabala Həmzəyev in iddiaları həqiqi məlumatları həqiqəti əks etdirmir və yalandır. Onun məqsədi əsassız varlanmaqdır. O, 1972-ci ildə Həmzəyev Şirinbala oğlu ilə ailə həyatı qurduqdan sonra Quba rayonu, Susay kəndində olan evdə onunla birgə yaşamışlar. Ev qaynanası Məryəm Həmzəyevanın mülkiyyəti olub. Qaynanası 1964-cü ildən kiçik oğlu Şirinbala Həmzəyev ilə yaşamışdır. Böyük oğlu Sərkər Həmzəyev 1964-cü ildən, ortancıl oğlu İddiaçı 1963cü ildə, baldızı Sarma Bəşirova 1956-cı ildə ata evindən ayrılıb ayrı yaşayırlar. Onların hər birinin özünə məxsus ayrı təsərrüfatları vardır. Onun evliliyinə qədər və ondan sonra da qaynanası kiçik oğlu Şirinbala Həmzəyev ilə yaşamışdır. Evin bütün təsərrüfat işlərini və qayğılarını onlar görmüşlər. Təsərrüfatı əkib becərmiş, evin təmir işlərini, digər qayğılarının hamısı nı onlar çəkmişlər. Qaynanasının sağlığında, xəstəliyində bütün qayğıları onlarla olub. Anaları xəstə olarkən İddiaçı onu bir dəfə olsun ziyarət etməyib. Rəhmətə getdikdən sonra onun bütün dəfn xərclərini oğlu Şirinbala Həmzəyev qarşılamışdır. Hətta 1941-ci ildə rəhmətə getmiş atasının qəbrini də 2007-ci ildə onlar abadlaşdırmışlar. Evin kommunal xidmətlərinin ödənişini, evin təmir işlərinin hamısını onlar görmüşlər. Həyatlarının çox hissəsini kənddə keçirmiş, evin qayğıları ilə məşğul olmuşlar. Qaynanası sağlığında bütün övladlarına vəsiyyət edərək evin əmlakından kimə nə çatacağını söyləmişdir. O cümlədən evin də kiçik oğlu Şirinbala Həmzəyevə çatacağını söyləmişdir. Şirinbala Həmzəyeva tərəfindən vəsiyyətə əməl olunmuşdur. O cümlədən evin Şirinbalanın adına sənədləşdirilməsi üçün varisl ərin hamısı 1994-cü ildə imtina ərizəsi verdikdən sonra hamının razılığı ilə ev Şirinbala Həmzəyevin adına sənədləşdirilmişdir. 2018-ci ildən Şirinbala Həmzəyev rəhmətə gedəndən sonra evin açarları və sənədləri ondadır. Əmlaka mülkiyyət hüququ əsasında sahiblik və yiyəlik edir. İddiaçı miras əmlakı qəbul edərək idarə etdiyini iddia etsə də, iddiaçı ilk gündən başqa ünvanda qeydiyyatdadır və orada yaşayır. Bu fakt özü də onun yalan və əsassız iddia ilə məhkəməyə müraciət etdiyinin sübutudur. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi tərəfindən İddiaçı xətt imza nümunələri alınaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və mirasın qəbulundan imtina barədə ərizənin İddiaçı tərəfindən icra olunduğu bir daha subut olunmuşdur. Qarşı tərəfin iddia etdiyi, yəni ekspertizanın kserosurətlərlə aparılması onun düzgünlüyünə və əsassızlığına heç bir dəlalət etmir. Belə ki, sənədin kserosurətini məhkəməyə notarius təqdim etmiş, ərizələrin üzərində hər hansı bir qaralama və müdaxilə olmamışdır. Həmçinin iddiaçı qüvvədən düşmüş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən müəyyən edilmiş 3 illik iddia müddətini itirmişdir. İddiaçı 1994-cü ildə həmin vaxt notarial razılıq vermiş, evin də Şirinbala Həmzəyevin adına qeydə alındığını yaxşı bilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi X14 və vəkili Vəkil Tufulla qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili E kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelya siya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. 3-cü şəxs X24 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsi: Maddə
73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Maddə 82.1. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanının miras qəbul etmək barədə ərizə verikdə miras qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədiyi halda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək üçün öz razılığını bildirə bilər. Bu müddət 3 aydan az olmadıqda isə həmin müddət 3 aya qədər uzadılır. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəli lləri üzrə ilk olaraq qeyd edir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, iddiaçı kasasiya şikayətinin nəticə hissəsində iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən kasasiya şikayətinin ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız rəyin sənədin kserosurəti əsasında verilməsini bildirmiş, qeyri-mötəbərlik barədə digər istinadlarını öz şəxsi mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilir ki, iddiaçının miras əmlakla bağlı ekspertiza tədqiqatının predmeti olmuş yazılı razılıq ərizəsinin kserosurəti notariat orqanı tərəfindən təqdim edilmiş, kserosu rət üzərində hər hansı pozuntu və ya qaralama mövcud olmamışdır ki, həmin kserosurət əsasında rəy verilməsi qeyri-mümkün olsun. Ona görə də iddiaçının bu barədə dəlili əsaslı hesab edilə bilməz. Digər tərəfdən həmçinin qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində istinad edilmiş maddi hüquq norması olan Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, bununla bağlı maddi hüquq normalarının tələblərinə əməl edilərək qətnamə qəbul edilmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya ş ikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-216/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.