Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-543/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamə üzrə vərəsəlik, miras əmlakda məcburi pay hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1078/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 mülkiyyətində Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) olmuşdur. 2. 01 iyul 1999-cu il tarixli vəsiyyətnamə ilə X10 mübahisəli evi bibisi qızı Cavabdeh4 vəsiyyət etmişdir.
3. X10 14 oktyabr 1999-cu il tarixdə, onun qardaşı X13 isə 29 iyul 2011-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçı (bundan sonra – iddiaçı) sonuncunun oğlu, X7 qardaşının oğludur.
5. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən 28 dekabr 2021-ci il tarixdə Cavabdeh4 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 07 yanvar 2022-ci il tarixdə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 6. 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan mübahisəli evi X1.
7. Mübahisəli ev (yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi, 51 nömrəli ev) 18 fevral 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrin də X8 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun mübahisəli evə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İşə məhkəmədə baxılarkən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçü ncü şəxs kimi cəlb edilmişdir.
10. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, 06 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda da faktiki yaşayır. X4 29 iyul 2011-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt başı ailə problemlərinə qarışdığından, atasının bacısı X7 vaxtı ilə adına rəsmiləşdirilmiş ata-baba yurdu haqqında maraqlana bilməmişdir. Sonradan Şəki rayonuna gəldikdə məlum olmuşdur ki, ata-baba yurdu olan ev artıq başqa şəxslərin sərəncamındadır. Bu məsələni araşdırdıdan sonra mənzilin vərəsəlik qaydasında Cavabdeh4 keçdiyini və onun tərəfindən satıldığını öyrənmişdir. X3 14 oktyabr 1999-cu il tarixdə vəfat etdikdən 22 il sonra vəsiyyət üzrə vərəsə mirası qəbul etmək üçün müraciət etmişdir. Lakin vərəsəlik işinə baxdıqda orada Cavabdeh4 sözügedən əmlaka nə sahiblik etməsi, nə də faktiki idarə etməsi görünmür. Belə olan halda hesab edir ki, notarius konkret olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmiş və müddətin bərpası ilə bağlı qərar olmadan birbaşa həmin şəxsə vərəsəlik şəhadətnaməsi vermişdir. Mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı Cavabdeh4 sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi. Hazırkı işdə cavabdehin mirasın qəbul edilmə müddəti ərzində konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə mirası qəbul etməsi notarius tərəfindən aydınlaşdırılmam ışdır. Bibisinin birinci növbə vərəsələrindən heç kim yoxdur və qanun üzrə yeganə qalan 2-ci növbə vərəsəsi kimi onun, mirasın qəbulu müddətini ötürməsi cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir.
11. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli evdə bibisi Rəhimə Dilarə ilə birlikdə yaşamışdır. Atasıgil 4 uşaq olmuşlar və hamısı da vəfat etmişdir. O, həmin evdə yaşamamışdır. Atası ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Bibisi ilə əlaqəsi olmamış, onun xəstə olmasından və yas mərasimindən məlumatı olmamışdır. Hesab edir ki, mübahisəli ev satılarkən ona da məlumat verilməli idi.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmiş dir ki, mübahisəli evi ipoteka ilə almışdır. Evin sənədləri tam olduğundan, bank ipoteka krediti verərkən heç bir problem yaranmamışdır. Evi alarkən müəyyən etmişdir ki, Dilarə tərəfindən evin dam örtüyü yenilənmiş, evdə müəyyən təmir işləri aparılmışdır. İddiaçı ilə görüşəndən sonra belə bir mübahisənin olduğunu bilmişdir. Hazırda ev, "xxxx" ASC-də ipotekadadır. Artıq kredit müqaviləsi üzrə borcunu 1 ildir ödəyir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir.
13. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Rəhimə onun dayısının qızıdır. Onu anasından götürərək Rəhimə baxıb böyütmüşdür. Daha sonra Rəhimə qocalarkən ona qulluq etmişdir. Ölməmişdən əvvəl notariusu evə dəvət edərək mübahisəli evi ona vəsiyyət etmişdir. Rəhimə vəfat etdikdən sonra evi təmir etdirmiş və kirayə vermişdir. Daha sonra evi iş üzrə digər Cavabdeh1 satmışdır. İddiaçını tanımır. Səhəri isə 1 dəfə görmüşdür. Rəhimə öləndən sonra 1 dəfə gəlmişdir. Hətta Rəhimə icazə vermədiyindən onun ölümü barədə də Səhərə məlumat verilməmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Dilarənin qonşusudur. Rəhiməyə Dilarə qulluq etmişdir. Mübahisəli evi də Dilarə təmir etdirmişdir. İddiaçını isə tanımır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Dilarə onun həm qohumu, həm də qonşusudur. Rəhimə onun atasının əmisi qızıdır. Rəhiməyə Dilarə qulluq etmişdir. Rəhimə vəfat edən zaman iddiaçı və onun atası yasa gəlməmişlər.
16. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(075)-406/2023 nömrəli, 4 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X7 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh4 qalmışdır. İddiaçı 06 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda da həmin şəhərdə yaşayır. İddiaçının X4 da Sumqayıt şəhərində yaşamış və 29 iyul 2011-ci il tarixdə Sumqayıt şəhərində də vəfat etmişdir. Nə iddiaçı, nə də ki, onun atası mirası qəbul etməmişlər.
18. Məhkəmə qeyd etmişdir ki, 14 oktyabr 1999-cu il tarixdə vəfat etmiş X7 birinci növbəli vərəsəsi olmamışdır.
19. X10 öz əmlaklarını Cavabdeh4 vəsiyyət etdiyindən, İddiaçı və onun atası X2 Rəhimə Məmməd qızının birinci növbə vərəsə ləri olmadıqlarından, İddiaçı X6 qalmış mirasda məcburi payı yoxdur.
20. İddiaçının mübahisələndirdiyi çıxarışlar və alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada verildiyindən məhkəmə iddianın həmin hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139, 140, 146, 1133, 1145, 1151, 1159, 1166, 1167, 1179, 1193, 1194, 1195, 1196, 1243, 1246, 1255 və 1274, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli və 18 iyul 2014-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh ümumiyyətlə bibisinə baxmayıb, onun qulluğunda durmayıb. Sadəcə bibisinin xəstəliyindən istifadə edərək qanunsuz və saxta vəsiyyətnamə tərtib etdirib, həmin sənəddəki imza bibisinə məxsus deyil. Şahidlər məhkəmə iclasında yalan ifadə vermişlər, onlar Cavabdeh4 yaxın olan şəxslərdir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1078/2023 nömrəli mülki iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı iş üzrə X10 14 oktyabr 1999-cu il tarixdə ölməklə, həmin tarixdə vərəsəlik açıldığından MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən iddia tələbinin vərəsəlik hüququnun tanınması hissəsində həmin vaxt qüvvədə olmuş Mülki Məcəllə tətbiq edilməlidir.
26. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.
27. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində vəsiyyətnamə üzrə vərəsə olan Cavabdeh4 miras əmlakı qəbul etmədiyini iddia edir.
28. Halbuki iş üzrə həm şahid ifadələrində n, həm də digər cavabdeh X8 izahatından məlum olur ki, Cavabdeh4 mübahisəli evi təmir etdirmişdir.
29. Mülki Məcəllənin 552-ci maddəsinə müvafiq olaraq, vərəsə miras əmlakı faktiki surətdə idarə edib, ona yiyələnməklə onu qəbul etmiş hesab olunur. Hazırkı halda da, Cavabdeh4 miras əmlakı təmir etdirdiyi həm şahid ifadələri, həm də digər cavabdehin izahatı ilə təsdiq edildiyindən, sonuncu miras əmlakı idarə etməklə ona yiyələnmiş hesab olunur.
30. İddiaçı apellyasiya şikayətində şahid ifadələrinin yalan olduğunu bildirsə də, bu barədə heç bir sübut və ya dəlil təqdim etməmişdir.
31. Məhkəmə nəzərə almışdır ki, iddiaçının özünün də izahatından, o cümlədən, Cavabdeh4 və şahidlərin ifadələrindən göründüyü kimi, iddiaçı və onun 09 avqust 2011-ci il tarixdə ölmüş X4 Şəki şəhərində yaşamamış, mir as əmlakla maraqlanmamış, X10 ölərkən onun dəfnində belə iştirak etməmişdir. Belə olan halda, miras əmlakın Cavabdeh4 tərəfindən faktiki qəbul edilib-edilməməsi məsələsində şahidlər olan qonşuların ifadələri daha mötəbər hesab edilməlidir.
32. Apellyasiya şikayətinin vəsiyyətnamənin saxtalığı barədə dəlilləri formal mülahizələrdən ibarət olmaqla, işdə olan heç bir sübut və ya dəlillə təsdiqini tapmır.
33. Həmçinin iddiaçı tələbində X7 Cavabdeh4 qoyduğu vəsiyyətnaməni mübahisələndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki Məcəllənin 1243.2, 1246, 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətinə dair həmin Məhkəmənin icraatında olan işlə bağlı iş üzrə icraatı dayandırmamış və bununla da prosessual pozuntuya yol vermişdir. Eyni zamanda, Cavabdeh4 2023-cü ilin sentyabr ayında vəfat etmişdir. İş üzrə tərəfin ölməsinə baxmayaraq məhkəmə tərəfi onun hüquq varisi ilə əvəz etməmiş, işə baxaraq yekun qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış dır. Tətbiq edilən hüquq 1 sentyabr 2**0-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə
37. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
38. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
39. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
40. Maddə
537. Hər bir vətəndaş öz əmlak ının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.
41. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vər əsəyə məxsus hesab olunur.
42. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
43. Maddə
562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Qüvvədə olan Mülki Məcəllə
44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əm ələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
45. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
46. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən ş əxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olm ur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
51. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
65. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki Məcəllənin 1243.2, 1246, 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciəti qüvvədə olan Mülki Məcəllənin maddələri ilə bağlı olmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi baxılan mübahisə üzrə miras 01 sentyabr 2**0-ci ilədək açıldığı üçün həmin dövrdə qüvvədə olmuş əvvəlki Mülki Məcəllənin müddəalarına uyğun həll edilməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında olmuş işlə bağlı icraatın dayandırılm asına əsas olmamışdır.
66. Eyni zamanda iddiaçı kassasiya şikayətində Cavabdeh4 2023-cü ilin sentyabr ayında vəfat etdiyini qeyd etsə də, iş materiallarında bu məlumatı təsdiq edən hər hansı sübut yoxdur və iddiaçı tərəfindən də belə sübut kassasiya instansiyası məhkəməsinə də təqdim edilməmişdir.
67. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1078/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.