Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-543/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlak və pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-1288/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı övladı X2 üçün Cavabdeh2 20 mart 2022-ci ildə nişan aparmışdır. Qız toyu zamanı İddiaçı gəlinə qızıl-zinət və geyim əmlakları aparmışdır.
2. Cavabdeh2 valideynləri Cavabdeh1 və Cavabdeh3 tərəfindən isə 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd masa, 1 ədəd servant olan cehiz əşyaları alınaraq İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanına yığmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən nişan aparılarkən və qız toyunda verilmiş 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük-sırğa-qolbaq və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd) - 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun alınıb iddiaçıya verilməsi və Bakı şəhəri, ünvan 2 ünvanında cavabdehlərə məxsus olan cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, övladının Cavabdeh2 ilə qız toyu 21 may 2023-cü il tarixdə təyin edil miş, qız toyunda gəlin üçün 2540 manat dəyərində 25,4 qramlıq sırğa, üzük, qolbağı və boyunbağı dəsti, 800 manat dəyərində 1 ədəd 4,5 qramlıq nişan üzüyü, 250 manat dəyərində 2,5 qramlıq üzük, 40 manat dəyərində və 35 manat dəyərində 2 ədəd gümüş boyunbağı aparmışlar. 2023-cü ilin iyul ayında Fidanın valideynləri tərəfindən - 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı 3 ədəd yastıqçası,1 ədəd masa, 1 ədəd servant iddiaçının Bakı şəhəri, ünvan 3 ünvanına gətirilmişdir. Lakin, aralarında olan çox kəskin və ağır narazılığa görə münasibətləri tam pozulmuş və oğlan toyu baş tutmamışdır. Fidana nişan və qız toyunda apardığı qızıl-zinət əşyalarından başqa, Fidanın “hə” cavabı alandan qız toyuna qədər Fidanın a d günü 18 yanvar 2022-ci ildə - 200 manat, Fidanın ad günü 18 yanvar 2023-ci ildə - 250 manat, 8 mart bayramı 2022-ci ildə - 300 manat, 8 mart bayramı 2023-cü ildə - 350 manat, Yeni İl bayramı 2023cü ildə - 250 manat, Novruz bayramı 20 mart 2023-cü ildə - 350 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasimində – 1000 manat, başlıq (süd) pulu 1700 manat, qız toyuna çəkilən xərc 2000 manat, Fidana aldıqları “Samsung” markalı mobil telefona 450 manat xərci çıxmışdır. Bayramlara gediləndə qız evinə şokolad konfetlər, şirniyyat, kosmetika, bəzi pal-paltar alınır və hər dəfə bayramlığa gedəndə xərci hətta göstərilən məbləğdən çox olub. Bütün bu xərclər gələcək qohumluq naminə çəkilib, qohumluq cavabdehlərin təqsiri üzündən baş tutmadığı üçün cavabdehlərin onun evində olan cehiz əşyalar ının çıxarılması və cavabdehlərdən cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, qız toyuna qədər və qız toyuna çəkdiyi 6850 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qismən etiraf edərək qeyd etmişlər ki, 2023-cü ilin iyul ayında cehiz mebelləri Bakı şəhəri, ünvan 4 ünvanına aparıldıqdan sonra aralarında olan münasibət pozularaq nişan qaytarılmışdır. Apardıqları mebel əmlaklarına 4700 manat pul təşkil etmişdir. Hazırda həmin mebelləri istəmədikləri üçün onların dəyəri olan 4700 manat pulun iddiaçıdan alınıb cavabdehlərə verilməsi, iddianın qalan hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
6. Şama xı şəhəri "xxxx" ASC Şamaxı filialının eksperti X1 14 mart 2024-cü il tarixdə verdiyi rəydə qeyd edilmişdir ki, 585 əyarlı, 25,4 qramlıq x100 manat = 2540 manat dəyərində qızıl dəsti (Türkiyə istehsalı), nişan üzüyü 1 ədəd 585 əyyar 4,5 qramlıq (0,20 sd) = 800 manat (Azərbaycan istehsalı), üzük 1 ədəd 585 əyyar 2,5 qramlıq x 100 manat = 250 manat (Azərbaycan istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 4,00 qramlıq x 10 manat = 40 manat (Türkiyə istehsalı), gümüş boyunbağı 1 ədəd 925 əyyar 3,5 qramlıq x 10 manat = 35 manat (Türkiyə istehsalı), cəmi 3665 manat təşkil edir.
7. Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-204/2024 nömrəli qətnaməsi ilə (hakim M.Quliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2540 manat dəyərində Türki yə istehsalı 25,4 qram 585 əyarlı üzük sırğa-qolbaq və boyunbağı dəsti, 800 manat dəyərində Azərbaycan istehsalı 4,5 qram (0,20 sd) - 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manatın, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manatın, 2022-ci ildə 8 Mart bayramına çəkilmiş xərc 200 manatın, 2023-cü ildə 8 Mart bayramına çəkilmiş xərc 250 manatın, 2023-cü ildə Yeni İl bayramına çəkilmiş xərc 150 manatın, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manatın, başlıq (süd pulu) üçün verilmiş 1700 manatın, qız toyuna çəkilən xərc 1000 manatın və Fidana aldıqları “Samsung” markalı mobil telefonun dəyəri olan 450 manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus - 1 ədəd taxt, 2 ədəd balaca şkaf, 1 ədəd kamod, 1 ədəd oturacaq, 1 ədəd kiçik çəkməcə, 1 ədəd şifoner, 1 ədəd sandıqça, künc divanı və 3 ədəd yastığı, 1 ədəd masa, 1 ədəd servantın Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi 1-də yerləşən İddiaçı məxsus ev 27 ünvanından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3 -cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin 200 manat, 250 manat, 200 manat, 250 manat, 150 manat, 800 manat, 1700 manat, 1000 manat pullara aid olan hissəsində hədiyyə verilmiş 450 manat “Samsung” markalı mobil telefona aid hissəsində və iddiaçı tərəfindən 3665 manat dəyərində hədiyyə verilmiş qızıl-zinət əşyaları hissəsində qətnamənin tamamilə ləğv edilməsi və bu hissələrdə yeni qətnamə qət edilərək, iddia tələbinin rədd edilməsini, ödənilmiş 123 manat iddia rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişlər.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-1288/2024 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 yanvar 2022-ci ildə Fidanın ad gününə çəkilmiş xərc 200 manat, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə çəkilmiş xərc 250 manat, 2022-ci ildə 8 Mart bayramına çəkilmiş xərc 200 manat, 2023-cü ildə 8 Mart bayramına çəkilmiş xərc 250 manat, 2023-cü ildə Yeni İl bayramına çəkilmiş xərc 150 manat, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə çəkilmiş xərc 800 manat pul vəsaitin alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddian ın həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mübahisəli “Samsung” markalı mobil telefon və qızıl zinət əşyalarla bağlı qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında həmin əşyalarının mövcud olmasını, həmçinin iddiaçı tərəfindən 1700 manat cavabdehlərə verilməsini və qız toyuna xərcin çəkilməsini Cavabdeh1 apellyasiya icraatı zamanı məhkəmə iclaslarında inkar etmədiyindən, birinci instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə doğru olmuşdur.
12. Apellyasiya kollegiyası nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələrə münasibətdə hesab etmişdir ki, zinət əşyaları gələcəkdə rəsmi n ikahın baş tutacağı ümidi ilə verilmişdir. Belə ki, rəsmi nikahın baş tutmaması ilə əlaqədar nişanlı olma müddətində verilmiş “Samsung” markalı mobil telefon, zinət əşyaları və iddiaçı tərəfindən bayram, nişan və qız toyuna çəkilmiş xərclərlə əlaqədar olduğundan həmin hissə əsassız hesab edilərək təmin edilməməlidır.
13. Cavabdehlərdən tutulmuş pul məbləğləri ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı 18 yanvar 2022-ci ildə Fidanın ad gününə 200 manat çəkilmiş xərcin, 18 yanvar 2023-cü ildə Fidanın ad gününə 250 manat çəkilmiş xərcin, 2022-ci ildə 8 Mart bayramına 200 manat çəkilmiş xərcin, 2023-cü ildə 8 Mart bayramına 250 manat çəkilmiş xərcin, 2023-cü ildə Yeni İl bayramına 150 manat çəkilmiş xərcin, 20 mart 2022-ci il tarixdə keçirilən nişan mərasiminə 800 manat çəkilm iş xərcin çəkilməsini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 21.1, 152.1, 157.2, 1091.1, 1092.1, 1092.2, 1092.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-1288/2024 nömrəli qətnaməsində dəyişiklik edilməsi və “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2540 manat dəyərində Türkiyə istehsalı 25,4 qram 585 əyarlı üzük - sırğa-qolbaq və boyunbağı dəsti, 800 manat dəyərində Az ərbaycan istehsalı 4,5 qram (0,20 sd) - 585 əyyarlı nişan üzüyü, 250 manat dəyərində Azərbaycan istehsalı 2,5 qram 585 əyyarlı üzük, 40 manat dəyərində Türkiyə istehsalı 4 qram 925 əyarlı gümüş boyunbağı, 35 manat dəyərində Türkiyə istehsalı 3,5 qram 925 əyarlı gümüş boyunbağı olmaqla, cəmi 3665 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyəri”, “başlıq (süd pulu) üçün verilmiş 1700 manat, qız toyuna çəkilən xərc 1000 manat və Fidana aldıqları “Samsung” markalı mobil telefonun dəyəri olan 450 manat pul” hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 157.2, 165, 1092 və 109 4-cü, Mülki Prosessual Məcəllənin 14, 217.1, 217.3-cü maddələri pozulmuşdur.
17. Belə ki, nişanı iddiaçı özü geri qaytarmış və Cavabdeh2, habelə onun valideynlərinə maddi ziyandan başqa, mənəvi ziyan da vurmuşdur. İddiaçının cavabdehlərə vurduğu mənəvi ziyanın miqdarı ölçüyəgəlməz dərəcədə olduğu halda məhkəmə iddiaçının cüzi miqdarda olan iddiasını təmin etmişdir. Bir halda ki, iddiaçıların cavabdehlərə vurduğu mənəvi ziyan heç bir pulla ölçüyə gəlməz dərəcədədir. Əfsuslar olsun ki, iddiaçı özü öz hərəkətindən bir nəticə əldə etməyərək, öz günahını başa düşməyərək cavabdehlərə qarşı belə bir iddia versə də, məhkəmə özü də buna düzgün hüquqi qiymət verməmiş və bununla da cavabdehlərin əsassız olaraq maddi məsuliyyətə cəlb edilməsinə və həmçinin cavabdehlərə vurulmuş maddi və mənəvi ziyan ın ödənilməməsinə gətirib çıxarmışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və digər cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin iddianın Cavabdeh1 tərəfindən mübahisələndirilən, yəni iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin cavabdehə münasibətdə təmin olunan hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (va rlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkə mə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış s übutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, nişanlanan qıza müxtəlif hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları və vəsaitlər oğlan tərəfi övladının ailə qurması məqsədi, gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.
27. Hazırkı iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın və qız toyunun rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar iddiaçı tərəfin verilmiş əşyalarının və vəsaitlərin tələbi ilə əlaqədardır. Belə olan təqdirdə hazırkı iddianın hüquqi əsasını qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa sö ykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsini təsbit edən Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir.
28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində nikahın baş tutmaması nəticəsində özlərinin də maddi və mənəvi ziyana uğramalarını bildirir. Lakin, cavabdeh tərəf bununla bağlı qarşılıqlı iddia verməmiş və cavabdeh tərəfə vurulan hər hansı zərər hazırkı mülki işin predmetini təşkil etmir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübah isənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-1288/2024 nömrəli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.