Məhkəmə qərarları › İş №2(102)-5439/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5439/2019

10.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5439/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)8961/2018 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)8961/2018 saylı qərardadı ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Cavabdeh həmin məhkəmənin 19 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Cavabdeh qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, x rayon məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh və digərlərinə qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, bu, mümkün olmadığı təqdirdə əmlakın açıq hərracdan satılması və pulun paylara mütənasib bölüşdürülməsi” barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, x rayonu, x küsəçi, 14 saylı evin, 8-ci mənzilinin açıq hərracdan satılması, əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında, müvafiq olaraq 3/5 və 2/5 hissədə olmaqla bölünməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədə n apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, x rayon məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 29 dekabr 2018-ci il tarixdə Cavabdeh “poçt göndərişinin çatdırılması haqqında” məktuba imza etməklə qətnamənin surətini alıb. 28 fevral 2019-cu il tarixdə Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qərardadı ilə Cavabdeh qətnamədən kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təm in edilməyib. 17 may 2019-cu il tarixdə Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, qətnamədən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Səlimə Cəfərova, Cavabdeh, vəkili xx və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən, kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 130.3, 405.0.1, 408.1.3-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında lə ğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1, 130.3 və 133.1-ci maddələrinin mənasına görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən ş əxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, qətnamədən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpası barədə vəsatət verilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq kassasiya şikayəti geri qaytarılıb və sadalanan prosessual normaların tələbləri hazırkı mübahisəli məsələyə düzgün tətbiq edilib. Belə ki, işdən görünür ki, Cavabdeh “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini rəsmi qaydada 29 dekabr 2018-ci il tarixdə aldağı halda, ondan, 17 may 2019-cu il tarixdə, yəni 4 aydan sonra kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürüb. Cavabdeh kassasiya şikayətində qətnamədən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməsini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İşin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya in stansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)-8961/2018 saylı qərardadı onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar