Məhkəmə qərarları › İş №2(102)-544/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-544/2022

18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-544/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pəncərənin sökülməsi və yerinin əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8088/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “açılmış pəncərənin sökülməsi və onun yerinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda açılmış və həyətə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlanılaraq əvvəllki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evi və torpaq sahəsi atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Atası 18.02.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda anası, o, bacısı qeydiyyatda olmaqla yaşayırl ar. ünvan 3 ünvanında qeydiyyatda olub yaşayan qonşusu Cavabdeh tərəfindən onun evindən onun həyətinə iki qanunsuz pəncərə açılmışdır. Onun yaşadığı ünvanın 11.06.2018-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 3 ünvanında yaşayan qonşu Cavabdeh tərəfindən hasardan həyətinə iki pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Evin texniki pasportundan da aydın görünür ki, qonşu ilə aralarında olan hasarda iki pəncərə yoxdur. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşd ırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 dekabr 2020-ci il tarixli, 2(003)-2723/2020 saylı qərardadı ilə (hakim Sabit Bəhrəmzadə) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/51 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi 28 saylı evin arxa divarında olan cavabdeh tərəfindən açılmış nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda nəzərdə tu tulmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə, həmin nəfəslik oyuqlarınnın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarına əsasına tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Nəfəslik oyuqlarının açılmasının İddiaçı Alikoviçə maneə yaradıb-yaratmaması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə bu sual cavablandırılmamışdır. Cavabdeh tərəfindən açılan nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda öz əksini tapmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə həmin nəfəslik oyuqlarının texniki cəhətdən bağlanması mümkündür. Həmçinin qeyd ol unmuşdur ki, nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin 2(003)-239/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ev ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilməklə evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə pəncərələrin (nəfəsliklər) Cavabdeh öz hesabına bağlanması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəna ətini onunla əsaslandırmışdır ki, məhkəmə, ünvan 3 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunduğunu, mübahisəli pəncərələrin yerləşdiyi otaqların işıqlandırılması və havalandırılması üçün həmin otaqların digər tərəfdən pəncərələrlə (ikinci işıqla) təmin olunduğunu, mübahisəli pəncərələrinin iddiaçının müvafiq texniki pasport üzrə nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tərəf açılmasını və bunun nəticəsində iddiaçının mülkiyyətində olan evinin həyətindən sərbəst istifadəsinə mane olduğunu nəzərə alaraq hesab edir ki, ünvan 3 ünvanda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə inşa edilmiş nəfəslik oyuqları cavabdehin öz hesabına bağlanmalıdır. Məhkəmə hesab edir ki, ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin (nəfəsliklərin) quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, iddiaçı qanunsuz inşa etdiyi pəncərənin (nəfəsliklərin) cavabdehin öz hesabına bağlanmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 2 9.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 18 avqust 2021-ci il tarixli, 2(103)8088/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003 )-239/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyində qeyd olunanları əsas götürərək ünvan 3 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunduğu qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı mübahisəli ünvanda yerləşən evin faktiki mülkiyyətçis idir və cavabdeh tərəfindən açılmış pəncərə onun mülkiyyət hüquqlarını pozduğundan onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmini əsası kimi təyin olunmuş ekspert rəyinə istinad etmişdir. Ekspert rəyinə nəzər saldıqda nəfəsliklərin tikinti norma və qaydalarına uyğun olmadığı göstərilir, lakin iddiaçının bu əsasla ona qarşı iddia sürməyə hüquqi əsası yaranırmı, iddiaçının ona qarşı belə bir tələblə çıxış etməsi üçün subyektiv hüququnun yaranması üçün ona məxsus evin divarında açılmış nəfəsliyin onun hansı hüququnun pozduğunu sübut etdiyi təqdirdə yaranardı. Lakin mübahisələndirilən qətnamədə belə həmin nəfəsliklərlə iddiaçının hansı hüququnun pozulduğu qeyd edilməmişdir. İddiaçı ilə aralarında ara divarı yalnız ona məxsus yaşayış evidir ki, iddiaçı tərəfindən heç bir ara divarı inşa edilməmişdir. Bundan başqa, mübahisələndirilən qətnamədən belə bir fikir formalaşır ki, sanki iddiaçının həyətinə baxan pəncərələr inşa edilmişdir ki, həmin pəncələrdən iddiaçının həyəti göründüyündən onun və ya ailə üzvlərinin həyətdə hərəkətləri üçün narahatlıq yaranmış olur. Əslində isə həmin nəfəsliklər otaqların havalanması üçün inşa edilmişdir və ordan da iddiaçının həyətinə baxmaq mümkün deyil. Amma nədənsə məhkəmə qərəzli mövqe nümayiş etdirərək bu fakları araşdırmaq əvəzinə, iddiaçının yalanlarını əsaslı sübut kimi qiymətləndirib iddianı təmin etmişdir. Nədənsə məhkəmə həmin nəfəsliklərin bağlanması nəticəsində onun ailə üzvlərinin pozulan hüquqlarına diqqət yetirmir. Həmin nəfəsliklərin bağlanması nəticəsində otaqların havasız olması, nəmişliyin yaranması evdə yaşayanların səhhəti üçün mənfi təsirin göstə rə biləcəyi halı məhkəmə nəzərə almamışdır. Bundan başqa nədənsə nəfəsliklər pəncərə kimi qeyd olunur və həmin nəfəsliklərdən iddiaçının həyəti görsənmədiyi halda əxlaq normalarına zidd olduğu qeyd olunmuşdur. Nəfəsliklərdən biri ümumiyyətlə iddiaçı həmin ünvana köçməmişdən əvvəl açılmışdır. ikinci nəfəslik isə təzəliklə açılmışdır, lakin nəfəsliklərin heç biri iddiaçı üçün narahatlıq törətmir. Bununla da apelyasiya məhkəməsi işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət vermiyərək qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə m ülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyin dən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ilkin olaraq kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən 11.11.2020-ci il tarixdə göstərilən ünvanda yerində müayinə keçirilmiş və bu barədə t ərtib edilmiş yerində müayinə protokolunda (səh 51) qeyd edilmişdir ki, yerində müayinə zamanı Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evin iki mərtəbədən ibarət olduğu, həmin evin birinci mərtəbəsinin arxa divarının sol və sağ hissələrində pəncərələrin açıldığı, həmin evlə iddiaçının yaşadığı evin həyətinin arasında hasarın olmadığı, həmin pəncərələrin iddiaçının yaşadığı bir mərtəbəli evin əks istiqamətində yerləşdiyi müəyyən edilmişdir. Bu fakt yerində müayinə zamanı tərtib edilmiş protokolda öz əksini tapdığı halda birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, apelyasiya kollegiyası da məhkəmə araşdırmasını həyata keçirərkən göstərilən xüsusatları araşdırmamış və hər hansı qiymət verməmişdir. Digər tərəfdən işə birinci i nstsansiya məhkəməsində baxılarkən ekspert qarşısında suallar qoyulan zaman pəncərələrlə bağlı suallar qoyulmuş, lakin ekspert rəyində cavabdehin evində iki ədəd nəfəsliyin mövcud olmasından bəhs edilmişdir ki, sözlərin izahlı lüğətində nəfəslik sözünün anlayışı “Otağın havasını dəyişdirmək üçün pəncərədə kiçik göz” kimi verilmişdir. Pəncərə ilə nəfəslik anlayışı tamam fərqli terminlərdir ki, bu xüsusata da nə birinci instansiya məhkəməsi, nə də apelyasiya kollegiyası əhəmiyyət verməmişdir. Bundan əlavə, ekspert rəyində göstərilmişdir ki, “nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyildir”. Bu xüsusat da işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Halbuki, nəfəslik oyuqlarının açıldığı otaqla rda başqa tərəfdən nəfəsliyin açılmasının qeyrimümkün olması, mübahisəsi gedən nəfəsliklər bağlanacağı təqdirdə həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konsittusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarına, normal şəraitli mənzillə bağlı hüquqlarına (nəfəsliklər bağlanacağı təqdirdə otaqlarda yaranacaq nəmişlik və sair kompanentlər əsasında evin normal vəziyyətdə saxlanmasının qeyri-mümkün olacağı, evin tənəzzülə uğramaq ehtimalının yüksək olması) əhəmiyyətli dərəcədə əks təsir göstərmiş olacaqdır və qeyd edilən hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 41.1-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Konstitusiyanın 41.3-cü maddəsinə əsasən, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Qeyd olunanlardan əlavə kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən nəfəsliklərdən birinin 1947-ci ildə açıldığını bildirmiş, işə baxmış birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən bu halın araşdırılması üçün də hər hansı tədbir görməmişdir. (nəfəsliklərin açılma tarixi ilə bağlı araşdırma aparmamış, ekspert qarşısında sual qoymamışdır) Halbuki bu halın araşdırılması ona görə zəruri idi ki, əgər nəfəsliklərin açılma tarixi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf edəcəkdisə bu zaman qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə və normalara uyğunsuzluq əsası ilə iddia tələbi təmin edilə bilməzdi. Məhkəmə araşdırmasını davam etdirmiş olan apelyasiya kollegiyası da bu xüsusata apelyasiya şikayətində də göstərildiyi halda hər hansı münasibət bildirməmişdir və o da öz növbəsində bu istiqamətdə hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndi rilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə ə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara d üzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab ed ir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.08.2021-ci il tarixli, 2(103)-8088/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18.08.2021-ci il tarixli, 2(103)8088/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar