Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5443/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4736/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr və oktyabr aylarında ona ödənilən 4000 manatın tələb olunan məbləğdən çıxılaraq 192000 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 18000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4736/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMCyə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş Bakı Şəhəri Qar adağ Rayon Məhkəməsinə göndərilmişdir.
5. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür.
6. Belə ki, qətnamə İddiaçı tərəfindən 08 dekabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. (iş v. 267) Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü İddiaçı münasibətdə 08.01.2021-ci il tarixi hesab edilir. Lakin onun apellyasiya şikayəti 08.02.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təhvil verilmişdir.
7. Bndan başqa apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə ümumiyyətlə müzakirə etməmişdir. prosessual müddətin ötürülüb-ötürülməməsini Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim 2(002)602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsindən onun tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.
10. Belə ki, B akı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsinin göndərildiyi ünvan və iş materiallarına əlavə edilmiş xəbərbamədəki qətnaməni qəbul edən şəxsin imzası qrafasındakı imza iddiaçıya məxsus deyildir. İddiaçı qeyd edilən qətnaməni 26.01.2021-ci ildə rəsmi qaydada almış və 08.02.2021-ci ildə apelyasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
14. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məh kəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)
19. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
20. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
21. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
22. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. (maddə 129.3)
23. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. (maddə 138.1)
24. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. (maddə 263.6)
25. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. (maddə 360)
26. Kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
28. Kasatorun dəlillərindən görünür ki, sonuncu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsinin göndərildiyi ünvanın və iş materiallarına əlavə edilmiş xəbərnamədə qətnaməni qəbul edən şəxsin imzası qrafasındakı imzanın on a məxsus olmadığını, qeyd edilən qətnaməni 26.01.2021-ci ildə rəsmi qaydada aldığını və 08.02.2021-ci ildə apelyasiya şikayəti verdiyini bildirir.
29. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilərkən İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, nəticədə sonuncu şikayətin qəbul edilməsinin mümkünlüyü ilə bağlı öz etirazlarını bildirmək imkanından məhrum olunmuşdur.
30. Halbuki Mülki Prossesual Məcəllənin 236.6-cı maddəsinin tələblərindən göründüyü kimi məhkəmə tərəfindən qərardad işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsinin surətinin 08 dekabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsi barədə xəbərnamədəki (iş v. 267) imzanın İddiaçı tərəfindən icra edilib-edilməməsi müəyyən edilməli və həmin hala münasibətdə kasasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir.
32. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4736/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.