Məhkəmə qərarları › İş №2(102)-5445/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5445/2019

01.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5445/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(104)-1883/2019 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Seyfullayev, iş 2(021)-4238/2018) Ərizəçi ərizəsi təmin edilərək onun Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 36 il istifadəsində olm uş 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.V.Bayramov, L.S.Süleymanov və F.Ə.Mehtiyev) məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İşin halları: Ərizəçi 2018-ci ilin avqust ayında ərizə ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 12 saylı evin 1 saylı mənzilinin həyətyanı sahəsində yerləşən 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Ərizəçi kassasiya şikayəti verərək qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə maraqlı şəxs Bərdə şəhər Bələdiyyəsinin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiy a işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən ərizəçinin istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması ilə bağlı mülkiyyət hüquqlarını qeydiyyata alan orqana müraciət etmədən məhkəməyə müraciət etməsinə əsaslanmışdır. Belə ki, apellyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, ərizəçinin istifadəsində olan 0.20 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması ilə bağlı ilk əvvəl müvafiq orqana müraciət etmək, həmin orqan onun müraciətindən imtina etdiyi halda, müvafiq orqanın hərəkət və hərəkətsizliyindən inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ olmuşdur. İşin müəyyən olunmuş həmin hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə məhkəmədə baxılmalı olmadığı üçün Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya işin müəyyən olunmuş həmin hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəti cə ilə razılaşır və hesab edir ki, qərardad qanunun tələbinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar