Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5452/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Abdulməcid oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5452/21 (Açar sözlər: vərəsəlik paylarının müəyyən edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh Abdulməcid oğlunun nümayəndəsi X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-52/2021 saylı qətnaməsind ən İddiaçı kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh Abdulməcid oğluna və digərlərinə qarşı iddia qaldıraraq, Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 42,4 kv.metr olan fərdi yaşayış evinin, 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə payının müəyyən edilməsi, payına düşən hissənin real bölünərək mülkiyyətinə verilməsi, həmin hissələrdən istifadəyə yaradılan maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndərov) iddia qismən təmin edilərək, mərhum X1 miras qalan Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsində və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının payının 1/2 hissədə müəyyən edilməsi, onun payına düşən hissəsinin real bölünərək sərhədlərinin müəyyən edilməsi və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsinin, həmçinin 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsindən istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulması və iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mərhum X8 rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahə si, həmin torpaq sahəsinin üzərində yerləşən sahəsi 42,4 kv.metr olan fərdi yaşayış evi, habelə 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalıb. 16 yanvar 2006-cı il tarixdə Züleyxa Axundova ölüb və onun 10 övladı olub. Züleyxa Axundovanın övladlarından İlham 1958-ci ildə, Abdulkərim 2007-ci ildə ölüblər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının mərhum anası Züleyxa Axundovadan miras qalmış əmlaka vərəsəlik hüququ tanınıb. X9 vərəsələrindən Xuraman Abdullayeva, Nərgiz Abdullayeva, Mahiyyə Abdullayeva və Abdulkərim Abdullayev məhkəməyə teleqrama göndərərək miras əmlakdan iddiaçının xeyrinə imtina etdiklərini bildiriblər. Lakin, sahəsi 42,4 kv.metr olan fərdi yaşayış evinə gəlincə isə həmin ev sənədlərdə göstərilsə də, hazırda mövcud deyil. Ona görə də iddia q ismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1134, 1151.1, 1243-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsi qismən- “Şabran rayon AİK-nın qərarı ilə verilmiş 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin real bölünərək sərhədlərinin müəyyən edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd edilib, həmçinin mərhum Züleyxa Axundovadan miras qalmış Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin ölçüləri 31,87 metr, 37,43 metr və 31,06 metr hissəsi yarımçıq tikili qalmaqla və yeni açılacaq giriş qapısı olmaqla ölçüləri müəyyən edilib iddiaçıya və ölçüləri 40,16 metr, 32,19 metr və 28,66 metr hissəsi cavabdehin istifadəsində olan fərdi yaşayış evi, yardımçı tikili qalmaqla və faktiki istifadə olunan giriş qapısı olmaqla cavabdehə ekspert tərəfindən tərtib edilmiş torpaq sahəsinin bölgüsü sxemi əsasında bölünüb verilməsi, torpaq sahəsinin cənub-qərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıdan şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxi linə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarınin çəkilməsi və qətnamənin mərhum Züleyxa Axundovadan miras qalmış Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və Şabran rayon AİK-nın qərarı ilə verilmiş 0,64 ha torpaq sahəsinin 1\2 hissəsində iddiaçının payının müəyyən edilməsi və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 0,24 ha torpaq sahəsi və həmçinin 0,64 ha torpaq sahəsinin 1/2 hissəsindən istifadə edilməsindəki məhdudlaşdırmaya son qoyulsun hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsinin künc hissəsində yerləşir. Ölçülərini, texniki parametrləri ni nəzərə alaraq, həmin 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən 42,4 kv.metr fərdi yaşayış evinə (faktiki olaraq tikintialtı sahəsi 90 kv.metr) giriş-çıxış üçün zəruri torpaq sahəsinin olması nəzərə alınmaqla ½ hissədə təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi nəzərə alınmadan ½ hissədə naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin cənubqərb tərəfindəki küncdən şimal-şərq istiqamətində 28,66 metr aralıda şimal-qərb istiqamətinə (torpaq sahəsinin daxilinə) doğru 38,82 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Bu zaman payların birində fərdi yaşayış evi və yardımçı tikililər, digərində isə yarımçıq tikili qalacaqdır. Həm çinin Şabran rayon AİK-nın qərarı ilə mərhum Züleyxa Axundovaya verilmiş 0,64 ha torpaq sahəsinin ½ hissədə naturada ayrılması mümkün olmadığından torpaq sahəsinin sərhədlərini ayrılıqda müəyyən etmək mümkün deyil. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaq. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payın naturada ayrılması hissəsində ləğv edilməli, həmin hissədə rədd olunmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1134, 1151.1, 1243-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırıl ıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh nümayəndəsi Bəsti Axundova məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdeh və üçüncü şəxslər Rəfiqə Axundova, Mahiyə Axundova, Nadirşah Axundov, Xuraman Axundova, Nərgiz Axundova, Ramil Axundov və İlqar Axundov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbə rdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəll ənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci m addəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. K assasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəy işdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh adına miras əmlaka dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Reyestr Xidməti tərəfindən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına verilmiş 28 noyabr 2013-cü il tarixli Çıxarışın, Cavabdehla Məlahət Qurbanov arasında 0,64 ha torpaq sahəsinə dair bağlanmış 29 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, habelə mərhum Züleyxa Axundovaya məxsus olan və Şabran rayonu, Daşlıyataq kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi və Şabran rayon AİK-nın qərarı ilə Züleyxa Axundovaya verilmiş 0,64 ha torpaq sahəsinə dair, eləcə də sonuncunun bütün miras əmlakına dair İddiaçı qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilib. Eyni zamanda işdən görünür ki, tərəflərin atası X3 14 yanvar 1982-ci il tarixdə, anası X4 isə 16 yanvar 2006-cı il tarixdə ölüblər. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki eksperizasının 30 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Şabran rayon AİK-nın Aqrar qərarı ilə X9 mülkiyyətinə verilmiş 0,64 ha kənd təsər rüfatı təyinatlı torpaq sahəsinin ½ hissədə naturada ayrılması mümkün deyil. Belə ki, qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaq. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada ayrılması mümkün deyil. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, mübahisəli 0,64 ha kənd təsərrüfatı torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi mümkün olmadığından, bu hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və qeyd olunan maddənin tələblərini pozub. Ona görə də apellyasiya instansiyası məhkəməsi, mülki iş materiallarını, ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib düzgün olaraq qeyd etmişdir ki, bu hissədə iddia təmin edilə bilməz. Çünki, qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torp aq sahəsi olduğundan həmin torpaq sahəsinin tərəflər arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaq. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada ayrılması mümkün deyil. Eyni zamanda, işə əlavə edilmiş 08 sentyabr 2016-cı il tarixli Çıxarışdan görünür ki, Şabran rayonu, Daşlı Yataq kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instan siyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır hesab edir ki, mübahisəli 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılmasının mümkün olmaması, tərəflərin həmin torpaq sahəsində olan öz paylarından sərbəst şəkildə istifadə etmələrinə mane ola bilməz. Cavabdeh özü də iddiaçının öz paylı mülkiyyətində olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsinə mane olmamalıdır. Həmçinin cavabdehin, ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini- 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsindən iddiaçının istifadə etməsinə maneə yaratmasına son qoyulması hissəsində mübahisələndirməməsi də, həmin torpaq sahəsinin tərəflərin paylı mülkiyyətlərində olması nəticəsinə gəlməyə əsa s verir. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Hə min hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli, 2(105)-52/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5452/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5452/2021
14.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver