Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5454/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı eyni tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəliyin üçüncü şəxs tərəfindən icrası, iddianın hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 24 may 2021-ci il tarixli, 2(103)4399/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh "xxxx" ASC ilə bağladığı 11 iyun 2013-cü il tarixli müqavilə ilə bankdan 38115 manat məbləğində kredit almış və öhdəliyinin icrasının təminatı olaraq həmin pul vəsaiti hesabına aldığı “xxx” markalı *** qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Cavabdeh 13 avqust 2014-cü il tarixli etibarnamə ilə “xxx” markalı *** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2022-ci il tarixədək idarə etmək səlahiyyətini İddiaçı vermişdir. X5 Azərbaycan Respublikasının Ci nayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh təqsirləndirilən şəxs (mülki cavabdeh) X6 və mülki cavabdeh İddiaçı qarşı mülki iddiasının qismən təmin edilməsi, “xxx” markalı, *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış 02 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmişdir. "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli rəyinə əsasən “xxx” markalı avtomobilin 2014-2020-ci illər ü zrə hər bir ildə aylıq ortalama kirayə (icarə) haqlarının bazar dəyərinin müəyyən edilməsi barədə rəyə əsasən 2013-cü il buraxılış ili olan “xxx” markalı nəqliyyat vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş “xxx” minik markalı, *** (10UM505) dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı tərəfindən ödənilmiş 77063 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı məxsus 77063 manat pulun müqabilində “xxx” minik markalı avtomobili əldə etməklə əsassız olaraq varlanmışdır. Belə ki, iddiaçı 2013-cü ildə özünə məxsus olmuş “xxx” markalı avtomobilini satdıqdan sonra, yeni avtomobil almaq üçün rəfiqəsi olmuş cavabdehlə birlikdə “xxx” Bakı Mərkəzinə getmiş, orada 49500 manat dəyərində olan “xxx” markalı avtomobili bəyənmiş, avtomobili nağd şəkildə almaq iqtidarında olmadığından kreditlə almaq qərarına gəlmişdir. Lakin iddiaçının "xxxx" ASC-də borcu olduğundan krediti öz adına rəsmiləşdirə bilməmiş, cavabdehlə birlikdə "xxxx" ASC-nin Nəsimi rayon f ilialında kredit müqaviləsini sonuncunun adına bağlamışdır. İddiaçı cavabdehin adına aldığı avtomobilə görə ilkin ödəniş kimi 11500 manat pul ödəmiş, “xxx” markalı avtomobilə öz köhnə avtomobilinin nömrəsinə uyğun *** dövlət qeydiyyat nişanını almışdır. Sonradan uzun müddət maşının kreditini ödəyə bilməmiş, bununla bağlı bank iddiaçını narahat etməyə başlamış və o, Moskvada yaşayan əmisindən pul istəmiş, əmisi xxx 24 oktyabr 2017-ci il tarixdə ona 10000 ABŞ dolları və 1000 manat pul göndərdikdə, avtomobilinin kreditini tam bağlamışdır. Bundan sonra iddiaçı dəfələrlə avtomobilin onun adına keçirilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan yayınmışdır. İddiaçının əri xxxv iddiaçının iştirakı olmadan etibarnamə əsasında avtomobili onun adına rəsmiləşdirilmiş, avtomobilə yeni 10UM505 dövlət qeydiyyat nişanını almışdır. 2017-ci ilin fevral-mart aylarında iddiaçıya məlum olmuşdur ki, avtomobilin addan ada keçirilməsi qeyri-qanuni yolla baş tutmuş, bununla bağlı xxxv barəsində cinayət işi başlanılmışdır. Həmin hadisələrin cərəyan etdiyi dövrdə iddiaçının hamiləliyin axırıncı aylarında olmuş, stress yaşamış, mənəvi zərərə məruz qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxx” markalı *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 111850 manatın, 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxx” minik markalı avtomobil Cavabdeh tərəfindən öz istifadəsi üçün kreditlə əldə edilmiş, avtomobilin dəyərinin ilkin ödənişi məhz onun tərəfindən ödənilmiş, qalan məbləğin ödənilməsi üçün kredit alınmış, bu zaman qanunvericilikdə nəzərdə tutulmuş rəsmiləşdirmələr aparılmış və nəqliyyat vasitəsini məhz o idarə etmişdir. 06 mart 2014-cü il tarixdə “xxx” minik markalı avtomobili idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsindən sonra həmin nəqliyyat vasitəsinə Cavabdeh marağı itmiş və sığorta şirkəti tərəfindən təmir bitdikdən sonra o, həmin nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. Nəqliyyat vasitəsinin satışı barədə yaxın rəfiqəsi olmuş İddiaçı ilə razılıq əldə edilmiş, razılığa əsasən sonunc u nəqliyyat vasitəsinə görə 8000 manat vəsaiti buna maddi imkanı olanda hissə-hissə ödəməli, bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu ödəməli, Cavabdeh isə İddiaçı etibarnamə verməli, kredit tam ödənildikdən və Cavabdeh ödənilməli olan 8000 manat ödənildikdən sonra nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilməli idi. Nəqliyyat vasitəsi təmirdən çıxdıqdan sonra Cavabdeh onu idarə etmək üçün İddiaçı 13 avqust 2014-cü ildə notarial etibarnamə vermişdir. Bundan sonra nəqliyyat vasitəsini İddiaçı istifadə etməyə başlamış, bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu Cavabdeh ödəməmişdir. İddiaçı ona ödəməli olduğu vəsaiti yaxın rəfiqə olduqlarına görə tələb etməmişdir. 2017-ci ilin təxminən oktyabr aylarında bankdan Cavabdeh ilə əlaqə saxlanılm ış və kredit üzrə borcun mövcud olması, kredit üzrə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən dərhal İddiaçı ilə əlaqə saxlanılmış, sonuncu öz növbəsində maddi imkanının olmamasını və borcu ödəməkdə çətinlik çəkdiyini bildirmiş, ondan yardım istəmişdir. Cavabdeh məhkəməyə verilməməsi üçün sonradan ya nəqliyyat vasitəsinin, ya da ki, İddiaçı yeganə vərəsəsi olduğu nənəsinin mənzili satıldıqdan sonra həm nəqliyyat vasitəsinə görə ona ödənilməli olan 8000 manatı, həm də borcun ödənilməsi üçün gərəkli olan vəsaiti geri ala biləcəyini düşündüyündən, borcun tam ödənilməsi üçün 17300 manatı ona vermişdir. Bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcu 24 oktyabr 2017-ci il tarixində tam ödənilsə də, İddiaçı Cavabdeh ödənilməli olan vəsaiti ödəməkdən yayınmış, nəticədə münasibətlər gərginləşmiş və faktiki olaraq bitmişdir. Cavabdeh ödənilməli olan vəsaitin tələb edilməsi üçün İddiaçı ilə əlaqəyə çıxmağa cəhd etsə də, bu mümkün olmamışdır. Sonradan Cavabdeh məlum olmuşdur ki, İddiaçı tərəfindən ona ödənilməli olan vəsaitin ödənilməməsinə baxmayaraq, nəqliyyat vasitəsi saxta sənədlər əsasında onun adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh şikayəti əsasında İddiaçı xeyrinə saxta rəsmiləşdirmə aparılması ilə bağlı sonuncunun əri X7 Azərbaycan Respublikası CM-in 320.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun və digər təqsirli şəxslərin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü çıxarılmış, “xxx” markalı *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış 02 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv edilmiş, həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı ilə X5 və X4 Azərbaycan Respublikası CMin 320.1 və 322.1-ci maddələri ilə, X1 Azərbaycan Respublikası CM-in 320.1ci maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Nəqliyyat vasitəsi uzun müddətdir ki, xüsusi duracaqda saxlanılır. Nəqliyyat vasitəsi 2014-cü ilin avqust ayından İddiaçı istifadəsində olmuş, məhz həmin tərəfin hərəkətləri nəticəsində ond an istifadə mümkün olmamaqla xüsusi duracaqda saxlanılmışdır. 2013-cü il buraxılış ili, qara rəngli, sedan tipli “xxx” markalı nəqliyyat vasitəsinin və ya onunla eyni seqment və sinifdə olan digər markalı nəqliyyat vasitəsinin 2014-2020-ci illər üzrə hər bir ildə aylıq ortalama kirayə (icarə) haqlarının nə qədər olması barədə rəy verilməsi üçün "xxxx" MMC-nə müraciət edilmiş və 26 oktyabr 2020 tarixli rəyə əsasən 2013-cü il buraxılış ili olan “xxx” markalı nəqliyyat vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir. Beləliklə 2014-cü il avqust ayından 111850 manat vəsait Cavabdeh ödənilməli dir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)1549/2020 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, 33027,92 manatın və dövlət rüsumu kimi ödənilmiş 13 manatın, cəmi 33040,92 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın digər hissədə rədd edilməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin mübahisələndirilən hallarını yoxlamaq məqsədi ilə işdə olan materiallara nəzər salmaqla hesab etmişdir ki, ilk öncə mübahisəli nəqliyyat vasitəsinin kimin tərəfindən əldə edildiyi halı araşdırılmalıdır. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə avtomobilin Cavabdeh tərəfindən əldə edilməsi daha məntiqli görünür və həmin fakt işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, “xxx” markalı *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə ilk iddia üzrə cavabdeh tərəfindən bağlanmış kredit və ipoteka müqavilələri mülki, bank və notarial əməliyyatları qanunvericiliyinin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Həmin müqavilələrin etibarsız hesab edilməsi ilə əlaqədar hər-hansı tələblə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanmad ığı qeyd edərək hesab etmişdir ki, mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Belə ki, Cavabdeh müvafiq məbləğ (8000 manat) və banka edilməli olan aylıq ödənişlər müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. İlkin ödəniş qismində ödənilməli olan 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi faktı öz təsdiqini tapmasa da, Cavabdeh izahatında etiraf etdiyinə əsasən müəyyən edilmişdir ki, o, banka avtomobilə görə 2014-cü ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər ödənişləri etməmişdir. İş materiallarında olan 14 avqust 2014, 01 sentyabr 2014, 19 sentyabr 2014, 17 dekabr 2014, 27 yanvar 2015, 17 fevral 2015, 13 may 2016, 04 iyul 2016 və 27 fevral 2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, 11 iyun 2 013-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə müvafiq olaraq cəmi 15790 manat pul ödənilmişdir. Bundan başqa iş materiallarında olan **********9 nömrəli kassa mədaxil orderindən görünür ki, 24 oktyabr 2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün 17237,92 manat məbləğində pul “X10 Edilməsi Agentliyi” MMC-nin hesabına köçürülmüşdür. İlk iddia üzrə cavabdeh göstərilən məbləğin İddiaçı tərəfindən banka aparıldığını etiraf etsə də, həmin pulu anası Zərifənin yanında yaşadığı evdə banka ödəmək məqsədi ilə İddiaçı özünün verdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən xüsusatlar əsassızdır və mülahizə xarakteri daşımaqla öz təsdiqini məhkəmə baxışı zamanı tapmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh avtomobilin üzəri ndə mülkiyyət hüququnu bərpa etməklə ilkin iddia üzrə iddiaçının hesabına 33027,92 manat (15790 manat + 17237,92 manat) məbləğində əsassız varlanmışdır. Məhkəmə cavabdehin ilkin iddiaya etiraz ilə əlaqədar göstərmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə İddiaçı mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququnu itirmiş və bununla da faktiki olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddiaya kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. Qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, obyekti nəqliyyat vasitəsi olan digər ə qdlər kimi bəhs edilən kirayə münasibətləri yazılı qaydada müqavilə bağlanmaqla rəsmiləşdirilməli, kirayə haqqının hansı məbləğdə və qaydada ödənilməli olduğu isə bu müqavilədə göstərilməli idi. Məhkəmə hesab etmişdir ki, sözügedən icarə haqqının məhz kirayə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda, hər-hansı ekspert rəyinə istinad etməsi yolverilməzdir. İddiaçı Cavabdeh məxsus “xxx” markalı *** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2022-ci il tarixədək idarə etmək səlahiyyətinə 13 avqust 2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən malik olduğundan, onun həmin avtomobildən istifadə etməsi qanuni olmuşdur. Avtomobilin qalan müddət ərzində cərimə meydançasında saxlanması isə Cinayət Məcəlləsinin 320.1 və 322.1-c i maddələri ilə X7 və qeyriləri barəsində aparılan ibtidai və məhkəmə araşdırmaları çərçivəsində, daha sonra isə avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qərardadına əsasən həyata keçirilmişdir. Beləliklə, Cavabdeh mülkiyyətçisi olduğu “xxx” markalı, *** dövlət qeydiyyat nişanlı avtomobildən uzun müddət ərzində istifadəsinin mümkün olmamasında cavabdehin təqsirli olduğu, onun tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)1549/2020 nömrəli qətnamənin ilkin iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilən hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)-4399/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-1549/2020 nömrəli qətnaməsi ləğv edilmiş və ilkin iddia qismən təmin edilərək, Cavabdeh 33027,92 manatın və dövlət rüsumu kimi ödənilmiş 13 manatın, cəmi 33040, 92 manatın alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri olduğunu zənn edərək, hazırki mübahisəyə həmin normaları tətbiq etmiş və bununla da səhvə yol vermişdir. Çünki, ilk iddia üzrə cavabdehin iddiaçının hesabına əsassız varlandığı iş materialları ilə təsdiq olunmur. Məhkəmə öhdəliyinin borclunun əvəzinə ü çüncü şəxs tərəfindən icra edilməsinə dair Mülki Məcəllənin 421.1, 421.3-cü maddələrinə istinad etməklə göstərmişdir ki, ilk iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da, etiraz da etməmişdir. İlk iddiaçının həmin tələb üzrə cavabdehin bank qarşısında olan öhdəliyinə görə 33027,92 manat ödəməsi işin mübahisəsiz halıdır, apellyasiya şikayətində və apellyasiya baxışı zamanı da qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili bu halı təkzib etməmişdir. Demək, ilk iddiaçının üçüncü şəxs kimi kreditoru təmin etməsi mübahisə doğurmadığından bankın Cavabdeh qarşı olan tələb hüququ avtomatik olaraq ona keçmiş olur ki, o, da bu hüququndan istifadə edərək məhkəmədə hazırki ilk iddianı irəli sürmüşdür. Düzdür, ilk iddiaçı cavabdehin onun hesabına əsassız varlandığını düşünə bilər. Ancaq məhkəmənin tərəflərin qarşılıqlı münasibətlərinə uyğun maddi hüquq normalarını tətbiq etmək vəzifəsi vardır. Ona görə də birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin olunmalı olduğu hissədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyi üçün qətnamə ləğv edilməli, lakin iddia yenə də qismən təmin edilməlidir. Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qarşılıqlı İddiaçı 13 avqust 2014-cü ildən 29 sentyabr 2022-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti vermişdir. Tərəflər arasında həmin avtomobilin kirayə yaxud icarəyə verilməsinə dair hansısa müqavilə olmamışdır. Bu da işin mübahisəsiz halıdır. Ancaq qarşılıqlı iddiaçı hesab edir ki, ən azından 2014-cü ilin avqust ayından 2018-ci ilin aprel ayınadək İddiaçı əvəz (kompensasiya) ödənilmədən ondan faydalanması haqqa-ədalətə uyğun deyil. Mübahisə predmeti olan avtomobillə bağlı tərəflər arasında hansı münasibətlərin, başqa sözlə hansı razılaşmaların olduğunu birinci instansiya məhkəməsi müəyyən etmiş və tərəflərin heç biri bunu mübahisələndirmir. Mübahisələndirilən hal budur ki, qarşılıqlı iddiaçı da avtomobilin ilk iddiaçının istifadəsində olduğu dövr üçün sonuncunun istifadə (kirayə) haqqı, yaxud hansısa formada kompensasiya ödəməli olduğunu bildirir. Göründüyü kimi, qarşılıqlı iddiaçının iddiasının əsasını yalnız ilk iddiaçının göstərilən dövrdə həmin avtomobildən istifadə etməsinə və duracaqda qalmasına görədir. Lakin bu əsasla qarşılıqlı iddia təmin edilə bi lməz. Çünki, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında razılaşma avtomobildən kirayə məqsədilə istifadə edilməsi ilə bağlı olmamışdır. Belə ki, Cavabdeh şikayətində göstərdiyi kimi qarşı tərəfdən avtomobilin faktiki aşındığına, köhnəltdiyinə yaxud dəyərinin azaldığına görə pul tələb etməmişdir. Başqa sözlə, qarşılıqlı iddianın əsası həmin avtomobildən ilk iddiaçının istifadə etməsinə görə ondan pul tələb etməsi ilə bağlıdır. Yəni, qarşılıqlı iddiaçı şikayətində ilk iddiaçının avtomobilin aşınmasına və köhnəlməsinə ona kompensasiya ödəməli olduğunu bəyan edirsə, ilk növbədə bu cür iddiası olmalı idi. Ancaq qarşılıqlı iddia bununla bağlı olmamışdır. Ona görə də, qarşılıqlı iddiaçının qeyd olunan əsasla, yəni avtomobilin istismarı və köhnəlməsi ilə bağlı iddiası olardısa, qeyd olunan dəl illərlə bağlı məhkəmə tədqiqi aparıla bilərdi. Ona görə də məhkəmə nəqliyyat vasitəsindən etibarnamənin verildiyi avqust 2014-cü ildən nəqliyyat vasitəsinin duracağa qoyulduğu aprel 2018-ci tarixləri arasında qarşılıqlı iddiaçının bəyan etdiyini faydalanma kimi nəzərə ala bilməzdi və məhz bu cür qarşılıqlı iddia üzrə gəlinən nəticə də qarşılıqlı iddiaçının bəyan etdiyi kimi haqq-ədalət (bərabər mənafelərə bərabər münasibət) tələblərinə zidd ola bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)-4399/2021 nömrəli qətnaməsini qi smən, yəni ilk iddianın təmin olunmuş hissəsində, qarşılıqlı iddianın isə rədd olunmuş hissəsində ləğv edilməsi və həmin hissələrdə işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi işə baxılmanın hədlərindən kənara çıxaraq qətnaməni tam ləğv etmiş, nəqliyyat vasitəsinin kim tərəfindən alınması məsələsini tam araşdırmamış, əsassız olaraq MM-in 421.3-cü maddəsinə istinad etmiş, MM-in 431.3-cü maddəsinin düzgün tətbiq etməmiş, 13 avqust 2014-cü ildə verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında notarial etibarnamə, alqı-satqı barədə əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olduğu halda, MM-in 340.2-ci maddəsini tətbiq etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən avtomobilin uzun müddət istifadəsi nəticələrini nəzərə almayaraq, əsassız olaraq qarşılıqlı iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəd ə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia qismən təmin edilsə də, həmin tələb üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətində irəli sürülmüş tələbə uyğun olaraq hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsi, habelə qarşılıqlı iddianın rədd olunmasının qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1 -ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən s əlahiyyətləri çərçivəsində işin faktiki hallarına hüquqi qiymət verilmiş, müəyyən etdiyi hallara maddi hüquq normalarını tətbiq etməklə qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya baxışının hədlərini müəyyən etmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulmasını müəyyən etdiyindən qətnaməni ləğv etmiş və iş üzrə yeni qətnamə qəbul etmişdir. Kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya hədlərindən kənara çıxmasına dair dəlili hazırki qətnamənin ləğvi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəyə öhdəliyin üçüncü şəxs tərəfindən icrasına dair maddi hüquq normalarının tətbiq etmişdir. Belə ki, müəyyən olunur ki, ilk iddiaçının tələbi onun həmin tələb üzrə cavabdehin banka olan öhdəliyinin icrasından irəli gəlir. Belə olan halda, İddiaçı Cavabdeh kredit borcunun ödənilməsi məhkəmələr tərəfindən müəyyən edildiyindən, MM-in 431.1 və 431.3-cü maddəsinə əsasən onun həmin pulu reqress qaydasında tələb etmək hüququ yaranmışdır. MM-in 431.3-cü maddəsinin hazırki işə tətbiqinin qeyri-mümkün olmasına dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qanunun həmin normasının 2-ci cümləsi yalnız həmin maddənin 1-ci cümləsində göstərilən hallara deyil, 431.1- ci maddəsinə də tətbiq olunmalıdır. Əks yanaşma öhdəliyi könüllü icra etmiş üçüncü şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına, öhdəliyi icra etməmiş borclunun isə hüquqlarından sui-istifadəsinə gətirib çıxaracaqdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsində MM-in 421.3-cü maddəsini qeyd etməsini texniki (mexaniki) səhv kimi qiymətləndirir. Belə ki, qətnamənin mətnindən də müəyyən olunur ki, məhkəmə faktiki olaraq MM-in 431.3-cü maddəsinin məzmununa istinad etmişdir. Odur ki, kassasiya şikayətinin bununla bağ dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd olunmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin iddianın tə min edilməsi istinad olunan əsasa görə (avtomobildən istifadəyə görə icarə haqqının tutulması) qeyri-mümkündür. Belə ki, tərəflər arasında icarə münasibətlərinin olması məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Avtomobilin ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) istifadəsində olduğu müddətdə aşınmasının kompensasiya olunması isə verilmiş iddiadan kənardadır, həmin əsas üzrə birinci instansiya məhkəməsində araşdırma aparılmamış və bu əsas üzrə apellyasiya məhkəməsində qətnamənin qəbul edilməsi MPM-in 218.3-cü maddəsinin tələblərinin pozulmasına səbəb olacaqdır. Apellyasiya instansiyası məhkəməsinin izah etdiyi kimi, qarışlıqlı iddia üzrə iddiaçı həmin əsasla yeni iddia verəcəyi təqdirdə, məhkəmələr tərəfindən tədqiq edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin digər dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının araşdırılması ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cava bdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)-4399/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilkin iddianın təmin olunmuş hissəsində, qarşılıqlı iddianın isə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5454/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5454/2021
01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver