Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5455/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və xxx oğlunun cavabdehlər Cavabdeh, X2, X15, X4, X8, X9 qarşı “qeyriyaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, məcburi köçkünün başqasının mülkiyyətində olan sahədən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)1528/2021 nömrəli qətnaməsindən iddiaçılar və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən 0,183340 ha torpaq sahəsi İddiaçı, ünvan 1 ünvanda yerləşən 0,0063 ha torpaq sahəsi və onun üzərində olan 49.10 kv.m. qeyri-yaşayış binası xxx oğlunun xüsusi mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsində və torpaq sahəsinin bir hissəsində Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh öz ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddi açı və xxx oğlu cavabdehlər Cavabdeh, X2, X15, X4, X8, X9 qarşı iddia ərizələri ilə, həmin iddialar birinci instansiya məhkəməsində bir icraatda birləşdirildikdən sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddialar onunla əsaslandırılmışdır ki, Az ərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilmiş 29 may 2019-cu il tarixli 36 saylı obyektin tikintisinə icazəyə əsasən İddiaçı təsisçisi olduğu "xxxx" MTK-ya yuxarıda qeyd edilən torpaq sahələrində yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Lakin Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətçi torpaq sahəsinin bir hissəsindən qanunsuz istifadə etdiyindən, iddiaçılar mülkiyyətində olan daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir və nəzərdə tutulmuş tikinti işlərinin həyata keçirilməsində süni maneələrlə rastlaşır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il, 2(006)-1784/2020 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddialar təmin edilmiş, cavabdehlər Cavabdeh, X1, X 13, X3 (övladları X16, X22 ilə birlikdə), X5, X6 (övladları X11, X7 ilə birlikdə) ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, cavabdehlər Cavabdeh, X1, X13, X3 (övladları X16, X22 ilə birlikdə), X5, X6 (övladları X11, X7 ilə birlikdə) ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən, torpaq sahəsində olan tikililərdən və 66A ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin, torpaq sahəsində olan tikililərin və 66A ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçilər xxx oğluna və İddiaçı təhvil verilməklə, onların mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüquqlarının) bərpa olunması qət edilmiş, bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı” insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na, “Məcburi köçkün ailələrinin mənzil məişət şəraitinin yaxşılaşd ırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1346 saylı 21 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə istinad edərək hesab etmişdir ki, mübahisələndirilən sahələr iddiaçıların mülkiyyətində olduğundan cavabdehlərin həmin sahələrdə məskunlaşması və çıxmamaları hazırki vəziyyətdə mülkiyyətçilərin hüquqlarını pozduğu üçün onların bu hüquqlarının həyata keçirilməsinin təmin etmək məqsədi ilə iddiaları təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il, 2(006)-1784/2020 nömrəli qətnaməsini n ləğv edilməsi və iddianı rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il, 2(006)-1784/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmalarının onların Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməsi qeyd olunmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ni əsaslı saymış və qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə qətnamənin cavabdehlərin Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunmaları üçün əsas olduğunu qeyd etmiş, qətnamə həmin hissədə iddiaçılar tərəfindən mübahisələndirilməmi şdir. Bununla bağlı məhkəmə dəqiqləşdirmə apararaq hesab etmişdir ki, cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı və xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsinin dəyişdirilməklə, qətnamənin nəticə hissəsində “Cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata k eçirilsin.” müddəalarının xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, mövcud olmayan tələb üzrə cavabdeh olmayan Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı qətnamə qəbul etmiş, bununla da qətnamənin icra olunmaması təhlükəsini yaratmışdır. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və pros essual hüquq normalarının pozulması ilə qəbul edilmiş, cavabdehin mübahisələndirilən ərazidə 1993-cü ildən məskunlaşması, orada abadlıq işlərini aparmasını nəzərə almamışdır. Cavabdehlərin yeni mənzillə təmin olunmadıqları və kompensasiya ödənilmədiyi halda iddanın təmin edilməsi qanunsuzdur və cavabdehlərin hüquqlarını pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 tərəflərin mübahisəni məhkəmədən kənar həll etdiklərini, cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilmələrini bildirmiş, lakin kassasiya şikayətindən imtina etmək səlahiyyətində olmadığı üçün kassasiya şikayətlərinin həllini məhkəmənin səlahiyyətinə buraxm ışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçılar və cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərə findən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə da şınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət h üququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” A zərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud old uqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tər əflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən iddia təmin edilərkən düzgün nəticəyə gəlinsə də, qətnamənin icrası ilə bağlı əlavə qeyd edilməklə maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd edilməlidir ki, cavabdehin vəkilinin izahatına əsasən tərəflər arasında olan hazırki mübahisəyə barışıq yolu ilə son qoyulsa da, bununla bağlı kassasiya məhkəməsinə rəsmi hər hansı sənəd daxil edilmədiyindən, o cümlədən tərəflər kassasiya şikayətlərindən imtina etmədiklərindən həmin şikayətlərə mahiyyəti üzrə baxılmalıdır. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır. Belə ki, mübahisələndirilən torpaq sahəl əri və qeyri-yaşayış sahəsi iddiaçıların mülkiyyətində olmaqla dövlət qeydiyyatına alınmış, cavabdeh isə həmin sahədən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda, iddianı təmin etməkdən ibarət işin faktiki hallarını araşdıran məhkəmələrin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrin dispozisiya şərtlərinə uyğun olmuşdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. İddiaçıların isə kassasiya şikayətini məhkəmə kollegiyası əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrası ilə bağlı apellyasiya məhkəməsinin etdiyi dəqiqləşdirmə, iddiaçıların yuxarıda qeyd olunan hüquqlarını pozmaqla yanaşı, dövlətin adın dan çıxarılmış qətnamənin icrasına maneə yaradır. Belə ki, həmin qeydlə qətnamənin icrası hazırki işdə cavabdeh olmayan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin hərəkətlərindən asılı edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan onun icrası ilə bağlı əlavə edilmiş müddəa çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı və xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsinin məzmunundan cavabdehlərin haz ırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmalarının onların Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməsinə dair müddəa xaric edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-1528/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə (iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5455/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5455/2021
01.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver