Məhkəmə qərarları › İş №2(102)-5456/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5456/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5456/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)771/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxx 2015-ci il tarixdə saat 21 radələrində ünvan 1da yerləşən “xxx” marketinin qarşısında “xxx” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı və “xxx” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh arasında baş vermiş mübahisə zamanı sonuncu iddiaçıya yaxınlaşaraq, onu yumruqla vuraraq xəsarət yetirmişdir. Həmin fakta görə xx xxxx 2015-ci il tarixdə Binəqədi rayonu prokuroru tərəfindən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən cinayət işi başlanmış və istintaqın aparılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx xxx 2016-cı il tarixli qərarı ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasın xitam verilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Binəqədi RPİ-in 7-ci Polis bölməsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubun surətinə görə, Cavabdeh barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 1310 manat məbləğində maddi ziyanın, 1000 0 manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə saat 21 radələrində iddiaçı özünə məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ərazisində xxxadlanan ərazi istiqamətində ünvan 2 ilə hərəkətdə olarkən qarşıda hərəkət edən “xxx E240 minik” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yol verməmiş və həmin avtomobilə “siqnal” verib yol istəmişdir. Lakin həmin markalı avtomobilin sürücüsü sonradan adını bildiyi Cavabdeh avtomobili yolun ortasında saxlamış, ona və digər avtomobillərə yol verməmiş, işıqforun yaşıl işığının qırmızı işığa keçməyə bir neçə saniyə qalmış hərəkətə başlamı şdır. İddiaçı hərəkət edib həmin avtomobilin sol tərəfindən keçmək istədikdə, həmin “xxx E240 minik” markalı avtomobil hərəkətini davam etdirib iddiaçının avtomobilinin qarşısına keçmişdir. İddiaçı həmin avtomobilin sağ tərəfinə keçib avtomobili saxlamış, həmin avtomobilin sürücüsünə yaxınlaşaraq “ay kişi, niyə yol vermirsən, sən utanmırsan yol vermirsən” demiş, sürücü Cavabdeh avtomobildən düşüb, heç bir söz demədən ona yaxınlaşıb “ay səni” deyib, onun sifətinin sol tərəfdən qulaq nahiyəsindən bir sillə vurmuş və o, kənarda dayanan avtomobilin üzərinə yıxılmışdır. Sonra isə həmin şəxs küçədə keçənlərin gözü qarşısında yumruqla onun sağ qoluna möhkəm zərbə vurmuşdur. Kənarda olan avtomobildən 25-26 yaşlarında bir qadın və oğlan düşüb həmin şəxsin qolundan tutub avtomobilə əyləşdirmişlər. Hadisə zamanı yolda hərəkət dayanmış, avtomobillərin sürücüləri hadisəyə baxmışlar. Cavabdeh avtomobilə oturduqda iddiaçı sol qulağında olan qızıl sırğanın olmadığını görmüşdür. Həmin hadisədən dərhal sonra DİN-in “102 Xidməti”nə zəng vuraraq, hadisə barədə məlumat vermişdir. Toplanmış materialda Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibi olduğundan fakta görə Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən cinayət işi başlanılaraq, aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən iddiaçıda olan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, alınma müddəti xx xxxx 2015-ci il tar ixə uyğun gələ bilər və ümumilikdə dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sonra müstəntiq xxx öz mülahizəsinə görə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən onun bədəninin üzərində olan xəsarətlərin xarakterini, törədilmə müddətini və dərəcəsini müəyyən etmək üçün əlavə komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X2 xx xxxxxxx 2015-ci il tarixli 471 saylı rəyinə əsasən “İddiaçı aşkar edilmiş xəsarətlər - sağ qulaq seyvanının, sağ bazunun və sağ bud-diz nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən əmələ gəlmiş, törətmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2015-ci il tarixdə və şəraitə uyğun gəlir, həm ümumilikdə, həm də a yrı-ayrılıqda sağlamlığa zərər vurulmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi xxx xx xxxx 2016-cı il tarixdə cinayət işinə xitam vermişdir. Eyni zamanda Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Cavabdeh inzibati məsuliyyətinə cəlb edilməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nə göndərmişdir. 2016-cı ilin avqust-sentyabr aylarında Cavabdeh tərəfindən döyülərək xəsarət almadığı faktı ilə bağlı Cavabdeh barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Cavabdeh iddiaçını döydükdən sonra sonuncu “102 Xidməti”nə zəng edib operatorla danışan zaman, tranzit maşını onun avtomaşına sürt ünmüş və avtomaşınının sol farasını əzmişdir. Toqquşma nəticəsində onun maşınına 560 manat maddi zərər dəymişdir. Bundan əlavə cavabdeh tərəfindən döyülərkən onun qulağından qızıl sırğaları yoxa çıxmışdır. Bu sırğa dəstinin qiyməti 750 manatdır. O, stress vəziyyətində olarkən sırğalarını tapmağı bacarmamışdır. Bununla da cavabdeh ona 750 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdehin onu döyməsi nəticəsində ağır stress keçirmiş və ağır xroniki xəstəliyə tutularaq, 4 ildir ki, Bakı şəhərinin müxtəlif klinikalarında müalicə alır. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı xuliqanlıq hərəkətləri nəticəsində sonuncuya yetirilən bədən xəsarətlərinə görə sağlamlığını itirmişdir. Cavabdeh öz qanunsuz hərəkətlərini cəmiyyətin gözü qarşısında davam etdirərək, onu alçaltmış və bununla da ona ağı r mənəvi zərər vurmuşdur. Dörd il müddətində o, müxtəlif ali idarəetmə və hakimiyyət orqanlarına müraciət edərək Cavabdeh barəsində Binəqədi Rayon Polis İdarəsi müstəntiqinin cinayət işinin icraatına xitam verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etdirmiş və iş təzədən Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinə ibtidai araşdırma aparılması üçün qaytarılmışdır. Lakin xx xxxx 2019-cu il tarixində Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi xxx tərəfindən ona cavab verilmişdir ki, cinayət işi qaldırılması üçün prosessual müddət keçmiş və həmçinin onun xx xxxx 2015-ci il tarixdə döyülüb xəsarət almağı faktı ilə bağlı Cavabdeh barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Dörd il ərzində ona d əymiş mənəvi zərəri hər il üçün 2500 manat olmaqla, 10000 manat məbləğində dəyərləndirir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4028/2019 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı izahatından başqa hər hansı bir digər sübut təqdim edə bilməmiş, həmçinin izahatında da iddianın əsasları ilə bağlı halları göstərə bilmir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4028/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2 (105)-771/2020 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və A.Ə.Abbasovdan ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4028/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh 200 manat məbləğində mənəvi ziyanın və 30 manat rüsumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyanın təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab etmiş, lakin iddianın mənəvi ziyanın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəni qismən düzgün hesab etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-771/2020 nömrəli qətnaməsinin dəyişdirilərək, Cavabdeh iddiaçıya dəymiş maddi və mənəvi ziyanın tam həcmdə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı hadisə ilə bağlı xeyli vaxt itirmiş və maddi vəsait sərf etmişdir. İş qabiliyyəti aşağı düşmüşdür. Cavabdehin iddiaçıya vurduğu maddi ziyanla əlaqədar olaraq bütün sübutları məhkəməyə təqdim etsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini iddiaçı vermiş və iddianın təmin olunmamış hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsin ə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zə rərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formad a qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlil ləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların topla nması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, maddi ziyanla bağlı iddia özü iki hissədə n ibarət olmaqla, hər birinin ayrı-ayrılığında sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qızıl sırğanın cavabdehlə baş vermiş mübahisə zamanı itirilməsi və buna cavabdehin məsuliyyət daşıması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəmələr tələbi rədd etməklə düzgün nəticəyə gəlmişlər. Belə ki, hətta cavabdeh tərəfindən iddiaçıya qarşı edilən zorakı hərəkətlərlə bağlı istintaq zamanı iddiaçının sırğasının itməsinə dair məlumat verilməmiş və təqdim olunmuş istintaq sənədlərində belə halın müəyyən edilməsi öz əksini tapmamışdır. Maddi ziyanla bağlı digər tələblə əlaqədar məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının da göstərdiyi kimi, onun avtomobilinə zərər bilavasitə cavabdehin hərəkətləri nəticəsində deyil, başqa şəxs tərəfindən idarə olunan avtomobillə toqquşması nəticəsində vurulmuşdur. Belə olan halda, cavabdehin hərəkətləri və vurulmuş qeyd olunan zərər arasında səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmir. Digər tərəfdən iş materiallarında olan “xxxx” ASC-nin məxaricə xəzinə orderindən müəyyən olunur ki, İddiaçı sığorta ödənişi olmaq la xx xxxxxx 2015-ci il tarixdə 460 manat məbləğində pul ödənilmişdir. Beləliklə də, iddiaçının avtomobilinə vurulmuş ziyan sığorta şirkəti tərəfindən aradan qaldırılmış və iddiaçı ona həmin məbləğdən artıq zərərin vurulmasına dair hər hansı sübut təqdim etməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi zərərin vurulması apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən hal yalnız həmin mənəvi zərərin əvəzinin müəyyən edilməsidir ki, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində həmin zərəri 200 manat məbləğində dəyərləndirmişdir. Kasasiya şikayətinin dəlilləri bu hissədə qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır ki, ka sasiya icraatı çərçivəsində bu dəlillər üzrə araşdırma aparılmır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-771/2020 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmamış) hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar