Məhkəmə qərarları › İş №2(102)-546/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-546/2022

07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-546/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3738/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X12 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq a şağıdakı qərarı qəbul etdi: İşin halları Satıcı İddiaçı adından çıxış edən X14 ilə alıcı Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış, Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evi 100000 manat məbləğində pula alıcıya satılmış, X2 tərəfindən 100.000 manat X10 təqdim edilməsi üçün notariusun bank hesabına köçürülmüşdür. Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli, iş № 2(012)-2800/2017) İddiaçı, X6 və Cavabdeh1 Cavabdeh2 2oğluna qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, pulun qaytarılması, evin sahibinin mülkiyyətinə verilməsi barədə ilk, Cavabdeh2 2oğlunun İddiaçı, X10 və Cavabdeh1 qar şı mülkiyyət hüququnun bərpa edilməsi və evin təhvil verilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə ilk iddia təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmiş, habelə qarşılıqlı iddia təmin olunmaması, Cavabdeh2 2oğlunun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun bərpa edilməsi, həmin evin mülkiyyətçiyə təhvil verilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Cavabdeh2 2oğlun a, Cavabdeh3 və Cavabdeh1 qarşı Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 318 kv.m. sahəsi olan fərdi yaşayış evinin 18.12.2015-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən evin dəyəri olan 135000 ABŞ dollarının 100000 manatının (50000 ABŞ dollarının) cavabdehlər Cavabdeh3 və Cavabdeh1, qalan 85000 ABŞ dollarının isə Cavabdeh2 2oğlundan tutularaq ona qaytarılması, əks təqdirdə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 100000 (bir yüz min) ABŞ dolları, cavabdeh lər Cavabdeh2 2oğlu və Cavabdeh4 müştərək qaydada "Toyota Camry" markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olaraq 35000 (otuz beş min) ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi, cavabdehlərdən ona dəymiş 100000 (bir yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin müştərək qaydada onun xeyrinə tutulması və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 318 kv.m olan 6 otaqlı fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 07.05.2013-cü il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin əmlaka dair sərəncam vermək hüququ X10 etibarnamə əsasında eti bar edilmişdir. X14 ilə cavabdehlər Cavabdeh1 və onun qohumu Cavabdeh3 uzun illər ərzində dostluq etmiş, aralarında qarşılıqlı inam və etibar yaranmışdır. Cavabdeh1 bizneslə məşğul olur. Biznesinin inkişafı üçün ona 2015-ci ilin dekabr ayında borc pul lazım olmuşdur. Borc götürmək üçün 2İbrahimova müraciət etmiş, borcverən ondan təminat kimi ipotekaya qoymağa əmlak verməyi istəmişdir. Bu dəfə o və Cavabdeh3 dostu YYYa müraciət etmiş, sonuncu dostlarına etibarı nəticəsində evin borca təminat olaraq verilməsinə razı olmuşdur. 2İbrahimov evin sənədləri əsasında Cavabdeh1 borc verməyə razı olduğunu bildirmişdir. Evə baxış keçirildikdən sonra öz aralarında evə 135000 ABŞ dolları dəyərində qiymət qoymuşlar. Halbuki, evin dəyəri reallığı əks etdirmir. 2İbrahimov təminat kimi qoyulması müqabilində 100000 ABŞ dolları pul və 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı avtomobil vermişdir. Onunla Cavabdeh2 arasında 18.12.2015-ci ildə Abşeron rayonu, 1 saylı Notariat kontorunda evin satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Evin reallıqda dəyəri 400000 manatdan artıq olsa da, borca təminat verildiyindən formal az qiymət göstərilmişdir. Bu barədə nümayəndə ona məlumat vermiş, o da borca təminat verilməsinə, lakin borc ödənildikdən sonra evin geri qaytarılmasına razılıq vermişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilən 100.000 ABŞ dolları valyutadəyişmə məntəqəsində 105000 manata dəyişdirilmiş, həmin ödənilən pulun 5000 manatını əvvəlcə Cavabdeh3 götürmüş, 100000 manatını da YYY bank depozitindən götürdükdən sonra Cavabdeh3 vermişdir. Evin dəyəri üçün 35000 ABŞ dolları dəyərində “Toyota Camry” markalı **-HM-*** dövlət qeydiyyatlı avtomobil isə evin alqı- satqısının səhərisi günü, yəni 19.12.2015-ci il tarixində Cavabdeh4 mülkiyyətinə verilmişdir. Bu minvalla alqı-satqı müqaviləsindən sonra ödənilən pulların heç biri nə ona, nə də onu təmsil edən YYYa çatdırılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 2oğlu, Cavabdeh4 və Cavabdeh1 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-220/2020 nömrəli (hakim T.Məmmədov) 27.01.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.201 9-cu il tarixli qətnaməsinin preyudisia kimi nəzərə alınmalı olduğunu qeyd etmiş və göstərmişdir ki, həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəsində iddiaçı tərəfin cavabdeh tərəfdən pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçı tərəfin cavabdeh tərəfdən müqavilə münasibətlərindən yaranan əsaslarla həm daşınmaz əmlakla bağlı, həm də avtomobillə bağlı yenidən pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Alqı-satqı müqaviləsinin əsasını satıcının əmlakı alıcıya verməsi müqabilində alıcının həmin əmlakın dəyərini satıcıya verməsi təşki l edir. Belə olan halda, nə qədər ki, müqavilə etibarlı hesab edilmişdir, demək ki, iddiaçı tərəf də razılaşdırılmış satış pulunu qəbul etmiş sayılır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-nin 14, 77, 217, 218-ci maddələrə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Cavabdeh4 vəkili-nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş edərək qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 iştirak etməmiş, sadəc ə qohumu olan Cavabdeh3 xahişi ilə şəxsiyyət vəsiqəsinin surətini telefonla ona göndərmiş, sonuncu mübahisəli avtomobili onun adına rəsmiləşdirsə də, Cavabdeh4 həmin avtomobilə heç bir aidiyyəti olmamış, cəmi 1 aydan sonra isə, yəni 25.01.2016cı il tarixdə Cavabdeh3 avtomobili özgəninkiləşdirərək pulunu özünə götürmüşdür. Apellyasiya Məhkəməsinin 2(103)-5772/2020 nömrəli, 14.09.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X16) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)220/2020 saylı iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 135.000 ABŞ doll arı məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və 233.3-cü maddəsinə əsasən preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Ona görə də qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)2800/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə İddiaçı üçün məcburi olsa da, Xətai Rayon Məhkəməsində baxılmış işdə o, iştirak etmədiyindən, həmin məhkəmənin 28.06.2019cu il tarixli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətə malik deyildir. Birinci işdə isə həmin iş üzrə tərəflə r arasında borc yox, alqı-satqı münasibətlərinin baş verməsi müəyyən olunmuşdur. Qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(012)-2800/2017 saylı qətnaməsi və işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçılə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Evin satılmasında məqsəd cavabdehlər Cavabdeh1la Cavabdeh3 pula olan ehtiyaclarını ödəmək üçün satışdan əldə olunan vəsaitin onlara borc verilməsi olmuşdur. Tərəflər evin qiymətini 135.000 ABŞ dollarına razılaşmış, həmin vəsaitin 100.000 ABŞ dolları pul, 35.000 ABŞ dolları isə avtomobil şəklində verilmişdir. 100.000 ABŞ dolları alqı-satqıdan bilavasitə öncə azərbaycan manatına konvertasiya edilərək 100.000 manatı notariusun depozit hesabına qoyulmuş, 5.000 manatını isə Cavabdeh3 götürmüşdür. Al qı-satqı müqaviləsinin rəsmiləşdirilməsində satıcının nümayəndəsi kimi çıxış etmiş YYY 100.000 manatı notariusun depozit hesabından çıxardaraq dərhal Cavabdeh1la M.Abassova vermişdir. Eləcə də, 35.000 ABŞ dollarının əvəzində verilən avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq qohumu Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmiş və sonuncu cəmi 1 aydan sonra həmin avtomobili sataraq pulunu şəxsi ehtiyaclarına sərf etmişdir (i.v.50 - DİN BDYPİ-dən verilmiş kompüter çıxarışı). Kollegiya hesab etmişdir ki, 18.12.2015-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinin alqısatqı müqaviləsi rəsmiləşdirildikdən dərhal sonra həmin evin dəyəri olaraq ödənilmiş 135.000 ABŞ dolları məbləğində vəsait (pul və avtomobil) cavabdehlər Cavabdeh1 və Cava bdeh3 borca verilməklə iddiaçı ilə həmin cavabdehlər arasında həmin məbləğə dair borc müqaviləsi bağlanmışdır. Ona görə də hazırki iddia tələbinn qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi çıxış edir. Tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı pulu Cavabdeh3 və Cavabdeh1 borc vermiş, həmçinin 35000 ABŞ dolları dəyərində avtomobil verilmiş, lakin Cavabdeh3 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, alınan 135000 ABŞ dolları məbləğində pulu geri qaytarmamışlar. İddiaçı 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb etsə də, avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsi səbəbindən onun dəyərinin – 35.000 ABŞ dollarının Cavabdeh4 və avtomobili sonuncuya verdiyinə görə Cavabdeh2 tutulmasını tələb etmişdir. Lakin, işin halları ilə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, yaşayış evinin alqısatqı müqaviləsi bağlanarkən Cavabdeh4 orada olmamış, heç bir danışıqda iştirak etməmiş, o cümlədən tərəflərin borc münasibətlərinn iştirakçısı olmamış və avtomobilin adına rəsmiləşdirilməsi yalnız qohum kimi Cavabdeh3 xahişi ilə baş vermişdir. Artıq qeyd olunduğu kimi, avtomobil Cavabdeh3 tapşırığı ilə formal olaraq Cavabdeh4 adına rəsmiləşsə də, avtomobil faktik olaraq Cavabdeh3 istifadəsinə və sahibliyinə keçmişdir. Kollegiya həmçinin hesab etmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh1 və Cavabdeh3 xeyrinə 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etdiyi halda həmin məbləğin 135.000 ABŞ dolları olaraq müəyyənləşdirilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir, çünkü İddiaçı həmin məbləği müəyyənləşdirərkən avtomobilin Cavabdeh4 adına rəsmiləşdirilməsini nəzərə almışdır. Ona görə də Kollegiya hesab etmişdir ki, 135.000 ABŞ dolları məbləğində vəsait məhz Cavabdeh3 və Cavabdeh1 tutulmalıdır. Kollegiya həmçinin hesab etmişdir ki, göstərilən məbləği cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçıdan birgə götürdükləri üçün, həmin vəsaitin onlar tərəfindən hansı qaydada (kim nə qədər) istifadə olunmasından asılı olmayaraq, onlar iddiaçı qarşısında birgə məsuliyyət daşımalıdırlar. Beləliklə, müəyyən olunmuşdur ki, avtomobil Cavabdeh4 verilməmiş, Möhübbəddin İbrahimov tərəfindən Cavabdeh3 verilmiş və sonuncunun göstərişi ilə sadəcə Cavabdeh4 adına qeydiyyata alınmış və sonradan satılmışdır. Belə olan halda isə iddiaçının Cavabdeh4 və Cavabdeh2 aid hissədə iddia tələbi əsassızdır, avtomobilin dəyərinin Cavabdeh4 və Cavabdeh2 tutulması yolverilməzdir. İddianın mənəvi zərər hissəsinə dair Kollegiya hesab etmişdir ki, bu hissədə iddia tələbi əsassızdır, belə ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385, 442, 448,739, MPM-nin 14, 77-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3738/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgəkassasiya şikayəti, həmçinin iddiaçı ayrıca kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Zaur Əliyev) 08.02.2021-ci il tarixli 2(102)-1503/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5772/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissələrdə, yəni iddia tələbinin rədd edilən hissələrində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməmiş, iddia tələbi cavabdehlər Cavabdeh4 və Cavabdeh2 münasibətdə rədd edilməsi, İddiaçı iddia tələbində Cavabdeh1 və Cavabdeh3 xeyrinə 100000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etdiyi halda həmin məbləğin 135000 ABŞ dolları olaraq müəyyənləşdirilməsinin iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməli olması, mənəvi ziyan tələbinin rədd edilməsi hissələrində qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası cavabdehlərin birgə verdiyi kassasiya şikayətini isə əsaslı hesab edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh3 rəsmi qeydiyyat ünvanı kimi ünvan 1rmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və Tovuz rayonu, Əyyublu kəndində yaşamasını və həmin ünvanda pasport qeydiyyatında olmasını qeyd edərək işin ərazi aidiyyatı üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, lakin məhkəmə vəsatəti rədd etmişdir. Vəsatətin rədd edilməsi əsası kimi məhkəmə digər Cavabdeh1 qeydiyyat ünvanının Suraxanı rayonu ərazisində olmasını və bu səbəbdən də iddia ərizəsinin iddiaçının seçiminə görə, cavabdehlərdən Cavabdeh1 rəsmi qeydiyyat ünvanı kimi Suraxanı Rayon Məhkəməsinə verildiyindən aiddiyat qaydalarının pozulmamasını qeyd edilmişdir. Məhkəmə ərazi aidiyyatı barədə vəsatəti rədd etsə də, Cavabdeh3 ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verdiyindən birinci instansiya məhkəməsi həmin cavadehlə bağlı bütün məhkəmə bildirişləri Tovuz rayonu, Əyyublu kəndinə göndərilmişdir. Cavabdeh3 məhkəməyə ünvanının dəyişdirilməsi barədə məlumat verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin cavabdehlə bağlı məhkəmə bildirişlərini iddia ərizəsində göstərilən ünvana, yəni ünvan 7mişdir. Lakin bildirişlərə əlavə edilmiş poşt xəbərnamələrindən görünür ki, həmin bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytımışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş Cavabdeh3 iştirakı olmadan işə baxmışdır ki, bu da qətnamənin kassasiya şikayə tinin dəlillərindən asılı olmayaraq ləğvi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Təkrar apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdirlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X3 və X7) 2(103)-3738/2021 nömrəli iş üzrə 14.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-220/2020 saylı iş üzrə 27 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 135.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan manatın məzənnəsinə uyğun olaraq tutulub İddiaç ı verilməsi qət edilmişdir. İş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissəsində yoxlanılması təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mülkiyyətçi İddiaçı adından çıxış edən YYYun alqı-satqını həyata keçirməkdə məqsədi təmsil etdiyi şəxsin iradəsinə uyğun olaraq əldə etdiyi vəsaiti Cavabdeh1 və Cavabdeh3 borc vermək olmuşdur. Tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı pulu Cavabdeh3 və Cavabdeh1 borc vermiş, həmçinin 35000 ABŞ dolları dəyərində avtomobil verilmiş, lakin Cavabdeh3 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, alınan 135000 ABŞ dolları məbləğində pulu geri qaytarmamışlar. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd etmişdir ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilmiş və Cavabdeh3 nümayəndəsi eyni zamanda vəkili vasitəsi ilə məhkəmə kollegiyasının iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası həmçinin təkrar apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, digər Cavabdeh3 isə birinci instansiya məhkəməsinin iclasılarından xəbərdar olmuş, belə ki, sonuncu mülki işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə məhkəməyə vəsatət ünvanlamış və həmin vaxt, yəni işə birinci instansiya məhkəməsində baxılan zaman qeyd olunan ərizə ilə müraciət etmədiklərind ən, eləcə də həmin ərizənin verilməsi üçün əsasların təkrar apellyasiya baxışında yaranması halı təsdiq edilmədiyindən hazırda qeyd olunan iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onl ardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər qeud edilən ərizələrin birinci instansiya məhkəməsinə təqdim etməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, ümumiyyətlə iddianın təmin etmə tədbiri barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim etməyə cəhd etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgəkassasiya şikayət verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onlara qarşı deliktdən irəli gələn ödəlik ürə vurulmuş ziyan la bağlı iddia qaldırdığı üçün birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməmişdir. Lakin apellyasiya məhkəməsi tərəflər arasıda borc müqaviləsindən irəli gələn münasibətlər olması qənaətinə gəldiyindən iddia müddətinin tətbiqi barədə ərizəni onlardan asılı olmayan səəblərdən apellyasiya məhkəməsinə təqdim etmişdirlər. İddia ərizəsinə görə borc 18.12.2015-ci il tarixdə verildiyi halda, iddia 29.08.2019-cu il tarixdə qaldırıldığıüçün 3 ilik iddia müddətini iddiaçı ötürmüşdür. İddiaçının borcla bağlı onlara qarşı iddia qaldırmaq səlahiyyəti yoxdur. Belə ki, iddiaçı YYY qohumudur, o heç vaxt cavabdehləri görməmiş, onları tanımamışdır. Alqı-satqı zamanı onu YYY təmsil etmişdir. Məhkəmənin istinad etdiyi məhkəmə qətnaməsində ümumiyyətlə Cavabdeh3 adı cavabdeh kimi göstərilməmiş, onun iddiaçıdan və ya onun nümayəndəsindən pel alması barədə bir cümlə də yazılmamışdır. Eyni zamanda həmin işdə olan məhkəmə iclas protoklundakı Cavabdeh3 şahid ifadəsi sübut hesab edilə bilməz. Həmin izahatı Cavabdeh3 YYY xahişi ilə vermişdir. Kassator kassasiya şikayətinin dəlillərində MM-nin 385, 739-cu, 373.2-ci, 375.2-ci, Mülki Prossesual Məcəlləsi-nin 82.3-cü madələrinin pzulduğuna istinad etmişdir. Kassasiya şikayətinə etiraz edən İddiaçı bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Müşviq Abbasov məhkəmə mübahisəsinin uzadılması məqsədilə kassasiya şikayəti vermiş, iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlilləri haqsızdır, formallıq naminə verilmişdir. Belə ki, cavabdehlər evin dəyəri olaraq verilən pulun onlara verildiyini iz ahatlarında dəfələrlə bildirmişlər. Hətta məhkəməyə Müşviq Abbasovun səsli yazısı ilə bağlı fonoskopik ekspertizanın rəyində səsli yazı hərfi yazıya çevrildiyi mətndə də Cavabdeh3 evin müqabilində 135000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir. İddiaçı etirazında kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri ed ən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya baxıçının predmetini yalnız iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsi təşkil etdiyindən cavabdehlərin kassasiya şikayəti əsasında qətaməni tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraat ının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərli yi şübhə yaratmamalıdır. Cavabdehlərinı kassasiya şikayətində işdə olan sübutların düzgün qiymətləndirilməməsi, başqa işə aid məhkəmə iclas protokollarının sübut hesab edilməməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmçinin kassasiya məhkəməsi apellyasiya baxışında araşdırılmayan yeni sübutlar qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3738/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar