Məhkəmə qərarları › İş №2(102)-547/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-547/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-547/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1436/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli, 24/4-4 saylı qərarı ilə Cavabdeh Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400,0 kv.metr torpaq sahəsi (400.0 kv.metrX34 qəpik) 136 manata satılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.000 (qırx min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 210 (iki yüz on) manat məbləğində pul, cəmi 40.210 (qırx min iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandır mışdır ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006cı il tarixli, 24/4-4 saylı qərarı ilə Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400 kv.metr torpaq sahəsi onun doğma nəvəsi olan Cavabdeh satılmışdır. 2016-cı ilədək həmin torpaq sahəsi boş qalmış, 20162019-cu illərdə nəvəsi Cavabdeh razılığı ilə onun tərəfindən həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etdirmişdir. Bunu etmək üçün özünün Qusar rayonu Əcəxur kəndində yerləşən evini və bağ sahəsini satmış və əldə etdiyi pul vəsaitləri ilə evi inşa etdirmişdir. Evin inşası üçün 40000 manat məbləğində pul xərcləmişdir. Bundan başqa, həmin evin yanında nəvəsi Məlahətin özü üçün də bir mərtəbəli başqa bir ev inşa etdirmişdir. Onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin layihəsi Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. O, fərdi yaşayış evini inşa etdirərkən nəvəsi Məlahət subay olmuş, evin inşası başa çatdıqdan və o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başladıqdan bir müddət sonra Məlahət Xaçmaz rayonu Xudat şəhər sakini Fərrux adlı şəxslə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra nəvəsi Məlahət əri Fərruxun təsiri və təzyiqi ilə onun həmin evdən çıxmağını tələb etməyə başlamış, evi satıb Rusiyaya gedəcəyini bildirmişdir. O, isə ona həmin fərdi yaşayış evinin həmin şəxsin də razılığı ilə onun şəxsi vəsaiti hesabına onun üçün tikildiyini bildirərək bundan imtina etmişdir. Buna baxmayaraq, nəvəsi Məlahət torpaq sahəsinin onun adına olduğunu, buna görə də, fərdi yaşayış evindən çıxmalı olduğunu bildirmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi həmin fərdi yaşayış evini inşa etdirmək üçün o, özünün evini və bağ sahəmi satmışdır. Hal-hazırda həmin evdən başqa onun yaşamağa başqa yeri yoxdur. Odur ki, hüquq və mənafeyinin müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, Cavabdeh onun vəsaiti hesabına əsassız olaraq varlanmış, o, isə özünün fərdi yaşayış evini və bağ sahəsini satmaqla əldə etdiyi pul vəsaitindən, o cümlədən həmin pul vəsaiti ilə inşa etdiyi yaşayış sahəsindən məhrum olur. Ona görə də, hesab edir ki, Cavabdeh əsassız olaraq onun pul vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evinin tikintisi və yaşayış sahəsinə çevrilməsinə çəkdiyi 40000 manat məbləğində pul vəsaiti həmin şəxsdən alınaraq ona verilməlidir.

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və izahatı nda göstərmişdir ki, cavabdeh onun nəvəsidir. Cavabdeh üçün atası tərəfindən alınmış 4 sot torpaq sahəsi var idi. Məlahət özü Xudat şəhərində ərdə olub və özlərinin icazəsi ilə mübahisəli evi tikmişdir. Su, qaz, işıq pullarını özü ödəmiş, əlavə olaraq da hər ay 200 manat məbləğində dolanışıq üçün Məlahətə pul vermişdir. Sonradan Məlahət ailə qurmuş, evləndikdən sonra problemlər başlamışdır. Cavabdeh və onun əri evi satıb başqa yerdən ev almaq istəmişlər. Ona xəbərdarlıq edilmədən suyu, qazı və işığı kəsmişlər. 5 gün işıqsız və qazsız qaldıqdan sonra, yoldaşı xəstə olduğu üçün, qonşudan uzadıcı ilə işıq çəkmişdir. Hazırda qərar çıxarılana kimi, müvəqqəti olaraq Qusar rayonu Bədirqala kəndində Rusiyada yaşayan oğlunun evində yaşayır. O, həmişə cavabdehə köməklik etmişdir. Xudatda olarkən c avabdehin qazı, işığı kəsilmiş, o, özü gedib 245 manat ödəyib bərpa etmişdir. Cavabdeh onun xərclədiyi pulu versin, evin açarını həmin şəxsə verəcək, özü gedib kirayədə yaşayacaq, Rusiyada olan oğlu ona baxacaqdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir.

5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və qeyd etmişdir ki, 2003-cü ildə ailə həyatı qurmuşdur. 2006-cı ildə isə onun adına torpaq sahəsi alınmışdır. Torpaq sahəsinə dair onun adına bələdiyyə qərarı və alqı-satqı aktı vardır. 2009-cu ildə isə övladı olmadığından onlar ayrılmışlar. Bundan sonra o, Xudat şəhərində yaşamışdır. Bundan sonra isə ona demişlər ki, babası onun üçün ev tikmək istəyir. Daha doğrusu ev tikilmiş, babası həmin evi onun üçün böyütmək istəmişdir. Bunu etməkdə məqsədi o olmuşdur ki, onun əri içir, ona baxmır, onsuz da boşanacaq və buna görə də onun üçün şərait yaratsınlar və o, qayıdanda həmin evə qayıtsın. Bundan qabaq babası kənddəki torpağını satıb oğul nəvəsinin evində gəlini ilə birlikdə yaşamışdır. O da Xudat şəhərində olmuş və yayda arada gəlib-getmişdir. O bilməmişdir ki, babası gəlib həmin evdə yaşayacaq. Elə bilmişdir ki, gəlini ilə həmin yaşadığı evdə yaşamaqda davam edəcək. Buna görə də o, razılaşmışdır ki, qoy tikirsə tiksin, onun üçün tikir və buna görə razılaşmışdır. Sonradan isə babası gəlinlə yola getməmiş və gəlib onun üçün tikilmiş evdə müvəqqəti yaşamağa başlamışdır. Babası nə qədər ömrü varsa onunla yaşayacağını, evi də onun üçün tikdiyini demişdir. Onun iddiaçı pul verməyə imkanı yoxdur, amma iddiaçının haqqı var, onların zəhməti olmuşdur. Onun iddiaç ını evdən çıxarmaq fikri olmamış, istəmişdir ki, ailəsi ilə birlikdə babası ilə yaşasın, amma yaranmış mübahisə buna imkan verməmişdir. Onun həmin evi satmaq fikri olmamış, çıxarış çıxarmaq istəmiş, lakin babası qoymamış, çıxarış aldıqları halda evi satacaqlarını, buna görə də çıxarış almamalarını demişdir. İddiaçı evin tikintisi üçün 40.000 manat xərc çəkməmiş, əgər 10.000 manat xərc çəkibsə həmin yeri satandan sonra iddiaçıya 10.000 manat verə bilər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertrizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/257-9/188 saylı ekspert rəyinə əsasən, qərardadda göstərilən Qusar şəhəri, Şarvili küçəsində yerləşən evin hüquqmüəyyəned ici sənədləri olmadığı səbəbindən həmin evin qiymətləndirilməsi mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Qusar şəhəri, Şarvili küçəsində yerləşən tədqiq olunan yaşayış evində aparılmış yenidənqurma və təmirtikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 17.619 manat məbləğində müəyyən olunmuşdur.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh 17619 (on yeddi min altı yüz on doqquz) manat məbləğində pulun, həmçinin 142,86 (yüz qırx iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə nəticəsini onunla əsaslandırmışdır ki, mübahisəli tikilinin yer ləşdiyi torpaq sahəsi daşınmaz əmlakın reyestrində qeydə alınmasa da, Qusar şəhəri Şarvili küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin Qusar Bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-4 saylı qərarı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün satılması və həmin torpaq sahəsində evin inşa edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında Cavabdeh həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edildiyini, orada yenidənqurma və təmir-tikinti işlərinin aparıldığını və bu evin onun üçün inşa edildiyini etiraf etmişdir. Cavabdeh həmçinin iddiaçının evi öz vəsaiti hesabına inşa etdiyini və təmir-tikinti işlərini apardığını, amma çəkilən xərclərin təxminən 10.000 manat olduğunu bildirmişdir. Tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyə n olunmuşdur ki, həmin tikinti işlərinə çəkilən xərc 40.000 manat deyil, 17.619 manat təşkil etmişdir. Həmin rəydə göstərilən halın əksini təsdiq edən hər hansı sübutu isə iddiaçı məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 157.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 107, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun üçün heç bir ev tikməyib, iddia ərizəsində qeyd olunan m əlumatlar yalandır, əsassızdır və böhtan xarakterlidir. Bir mərtəbəli, bir otaqlı evi öz vəsaiti hesabına tikmişdir. İddiaçı yaşamaq yeri olmadığından müvəqqəti onu öz ailəsi ilə birlikdə öz evinə müvəqəti yerləşdirmişdir, indi isə məhkəməyə yalan və böhtan xarakterli ifadələr verərək məsuliyyətdən yayınmaq istəyir. İddiaçı onun icazəsi olmadan iradəsinə zidd olaraq, tərəfindən inşa edilmiş bir otağı onun icazəsi olmadan genişləndirmiş, yanında yardımçı bina inşa etmişdir. İndi isə ona məxsus olan torpaq sahəsində qanunsuz tikilmiş iki otağın dəyərini ondan tələb edir. Bununla da aydın olur ki, iddiaçının tələbləri qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nüm ayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 2006-cı ildə torpaq sahəsini almış, ev tikdirmişdir. Övladları olmadığı üçün 2009-cu ildə cavabdehlə ayrılmışlar. Cavabdeh 2010cu ildə o başqa şəxslə evlənmiş, 2021-ci ildə yenidən həmin şəxsdən ayrılmışdır. Həmin müddətdə tikdirdiyi evdə arvadının nənəsi, babası və dayısı yaşamağa başlayıblar. 20082009-cu illərdə orada arvadı ilə həmin evdə yaşayıb. Qarşı tərəf qapını açarla bağlayıb gedibsə, gedib qapını zorla aça bilməz. Ona şər ata bilər. Qarşı tərəf hər ikisinə hədəqorxu gəlir. Evin tikintisində istifadə olunmayan tikinti avadanlıqları ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyi əsassızdır. Rəy verilməsi üçün evə gəlib baxış keçirilməyib. Dam örtüyü, döşəmə üçün tamamilə fərqli material istifadə olduğu ha lda, ekspertdə rəyində başqa material qeyd olunmuşdur. Evdə həm plastik, həm də taxta qapılar var. Evin bünövrəsi belə yoxdur, birbaşa yerdən tikilib. Cavabdeh evin tikintisinə 10000 manat xərc çəkildiyini deməyib. 2007-ci ildə boş torpaq sahəsi idi, orada ev tikdirib, növbəti il qazı, suyu çəkdirib. Hazırda evdə heç kəs yaşamır. Qaz, su və işığı kəsdirmişlər ki, iddiaçı çıxıb getsin. Qapını bağlayaraq çıxıb gedib, evə girə bilmirlər. Kirayədə yaşayırlar. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi bələdiyyə tərəfindən alqı-satqı əsasında təmsil etdiyi şəxsin mülkiyyətinə verilmişdir. Torpaq sahəsini öz adına rəsmiləşdirməsə də, MM-in 14.2-ci maddəsinə uyğun olaraq, bu torpaq sahəsinə dair onun hüquq və vəzifələri yaranmışdır. Qusar Rayon İcra Hakimiyyətinin başçısının razılığı ilə layihə çəkilmiş və orada bir otaqlı ev tikdirmişdir. Bir müddət sonra cavabdehin nikahı pozulmuş, əri çıxıb getmiş, evdə tək qalmaq istəmədiyindən ailəsinin yanında yaşamağa başlamışdır. 2011-ci ildə babası ondan bir otaqlı evdə bir müddət yaşamağı xahiş etmiş, təmsil etdiyi şəxs buna icazə vermişdir. Babasının ailəsi böyük olduğundan iki otaq da tikdirmiş, otaqların sayını üçə çatdırmışdır. Əri ilə nikahı bərpa olunduqdan sonra o, iddiaçıdan evdən çıxmasını xahiş etsə də, evdən çıxmamış, məhkəməyə müraciət etmişdir. İddiaçı ekspertiza keçirilməsinə nail olmuş, ekspert müəyyən etmişdir ki, həmin tikintiyə 17 000 manat xərc çəkilmişdir. Ekspert rəyindən görünür ki, yalnız iddiaçının tikdirdiyi hissə deyil, ümumi olaraq tikiliyə, bütün evin təmir xərcləri nəzərə alınaraq qiymət verilmişdir. İddiaçının başqasının torpaq sahəsində tikili inşa etdirməyə ixtiyarı olmamışdır. Məhkəmə şifahi vəsatətə əsasən, heç bir əsas olmadan ekspertiza təyin etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2(103)-1436/2024 saylı qətnaməsi ilə (hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və X2) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-74/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

16. Ekspert tərəfindən torpaq sahəsində yerləşən tikilinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı dəlilini isə məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evində aparılmış yenidənqurma və təmir-tikinti işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 17619,0 manat təşkil etmişdir. Yəni, ekspert torpaq sahəsində yerləşən tikilinin tam həcmdə tikilməsinə və təmirinə çəkilmiş xərci deyil, yenidənqurma ilə bağlı təmir-tikinti işlərini n dəyərini müəyyən etmişdir. Yəni, iddiaçının özünün daha əvvəl bir otağın tikilisi ilə əlaqədar xərclər ekspert tərəfindən nəzərə alınmışdır.

17. Məhkəmə kollegiyası iddiaçının mübahisəli tikilinin onun icazəsi olmadan tikilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh mübahisəli tikilinin 2016-cı il tarixdən etibarən tikildiyini qəbul etmişdir ki, həmin tarixdən indiyədək uzun müddət keçmişdir. Cavabdehin mübahisəli ev inşa edilən zaman tikintiyə etiraz etməməsi və uzun müddət susması, yalnız yaşayış yeri ilə bağlı mübahisə yarandıqdan sonra tikilinin onun icazəsi olmadan inşa edilməsi ilə bağlı mövqeyi, tiklinin məhz onun razılığı və xəbəri olmaqla həyata keçirildiyini təsdiq etməkdədir. Digər tərəfdən isə iş materiallarında olan protokoldan və birinci instansiya məh kəməsindəki məhkəmə iclasının video yazısından görünür ki, cavabdeh evin inşasına görə evi satdıqdan sonra iddiaçıya 10000 manat verə biləcəyini bildirməkdədir ki, qeyd edilən hal da cavabdehin dəlilinin əsassız olmasını təsdiq etməkdədir.

18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2(105)-1436/2024 saylı qətnaməsini tamamilə ləğv edib, sübutların düzgün araşdırılması və təkrar ekspertizanın keçi rilməsi ilə mülki işə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılmamış, aydınlaşdırılmamışdır. Hətta hakimlərin birgə razılığa gəldiyi hallar tətbiq olunmamışdır. Məhkəmənin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Məhkəmə qətnaməsi əsaslı olmalıdır, qanuni olmalıdır, ədalətli olmalıdır. Məhkəməyə təqdim edilən sübutlar araşdırılmalı, aydınlaşdırılmalı, sübutlara hakim tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qətnamə qəbul edilməlidir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1436/2024 saylı qətnaməsinin ləğv olunmasını tələb və rica edir. İşə baxmış məhkəmə həqiqətə nail olmaq, mövcud mübahisəni ədalətli həll etmək üçün tam obyektiv və hərtərəfli araşdırmaaparmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir.İddiaçı tərəf çəkişmə prosesində iştirak etmədən mülki işə baxılmışdır. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İşə baxan məhkəmə iddianın dəlillərinə, sübutlara, izahatlarına obyektiv baxmayaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin sübutları müəyyən etmədən verdiyi rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndir ilir, yox ki, məhkəmələrin əlində qətnamə çıxarılması üçün əsaslı vasitədir. Sözü gedən məhkəmə qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, tərəf olmadan nəyinsə hesabına çıxarılmış qətnamə əsassızdır, qanunsuzdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslarında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən müzakirə olunmuş ekspert rəyi araşdırılmadan, iş üzrə təqdim edilən digər sübutlar araşdırılmadan, aydınlaşdırılmadan, məhkəmə iclaslarında çəkişməsiz qəbul edilən qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Pozulmuş mülkiyyət hüququnun və yaşayış hüququnun, qanuni mənfelərinin bərpası məqsədilə etdiyi müraci ətə işə baxan məhkəmələr və sonda Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmalı olduğu halda heç bir araşdırma və aydınlaşdırma aparmadan, qanunsuz qətnamə qəbul etmişdir.

22. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157,171.3, 324.4, Azərbaycan Respublikası MPM-in 9, 14.2, 88, 103.1, 217-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəy ərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

32. Maddə 418.

3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırk kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərəfindən iddiaçı tərəf çəkişmə prosesində iştirak etmədən mülki işə baxıldığı barəsindəki dəl ili ilə əlaqədar bildirir ki, iş materialları, o cümlədən apellyasiya məhkəməsinin məhkəmə iclasının protokolları ilə təsdiq edilir ki, iddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, apellyasiya məhkəməsi də məhkəmə iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsini qərara almışdır.Məhkəmə kollegiyası qeyd edir ki, tərəfin məhkəmə iclasında iştirak edib-etməməsi onun hüququdur.Tərəfin müraciəti də nəzərə alınmaqla həmin tərəfin iştirakı olmadan apellyasiya məhkəməsi işə baxaraq qətnamə qəbul edərkən hər hansı prosessual hüquq normasının pozuntusuna yol vermiş olmur.Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, dəlil əsassızd ır.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissədə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəli lləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli 2(105)-1436/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar