Məhkəmə qərarları › İş №2(102)-5471/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5471/2021

05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5471/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5471/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 vəkili Vnun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-688/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikay əti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh2 qarşı “pul, maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin aldadaraq mənimsədikləri 52659 ABŞ dolları əsas borc, hüquqi yardıma çəkdiyi 150 manat, əldən çıxmış fayda kimi 15000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla cəmi 52659 ABŞ dolları və 15180 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin noyаbr аyının аxırlаrındа qаrdаşının qаynı olаn Əhmədo v P Əzim oğlu onа mürаciət edərək Rusiyа Federаsiyаsının Kаzаn şəhərində аlver etmək məqsədi ilə pul lаzım olduğunu bildirərək ondаn borc pul istəmişdir. Eyni zаmаndа, P İsmаyıllı şəhəri, M.F.Axundov küçəsindəki 28 sаylı evinin sənədlərini və evə dаir sərəcаm vermək hüququ ilə dövlət notаriаt kontorundа təsdiq olunmuş bаş etibаrnаmə vermişdir. O, Pın mürаciətinə müsbət cаvаb verərək onа borc pul verməyə rаzılаşmışdır. İlkin olаrаq Pın xаhişi ilə İsmаyıllı şəhər sаkini Rnа olаn 3000 ABŞ dollаrı məbləğində borcunu Pın iştirаkı ilə şəxsən ödəmiş, həmin gün evin sənədləşdirilməsi məqsədilə Pın xаhişi ilə onа 2000 ABŞ dollаrı məbləğini vermişdir. Bir neçə gün sonrа isə Pın xаhişi ilə onun qаynıXnа 5000 ABŞ dollаrı vermiş və X pulu аlıb Türkiyəyə getmişdir. Bundаn sonrа Əhmədov P Əzim oğlunun аr vаdı Tnın аdındаn və iştirаkı ilə bаnk vаsitəsi ilə Türkiyədə ticаrətlə məşğul olаn Pın qаynıXnа 08.12.2011-ci ildə 5201 ABŞ dollаrı, 09.12.2011-ci ildə 5201 ABŞ dollаrı, 13.12.2011-ci ildə 4161 ABŞ dollаrı, 16.12.2011-ci ildə 5201 ABŞ dollаrı, 20.12.2011-ci ildə iki dəfəyə (2000+5201)=7201 ABŞ dollаrı, 21.12.2011-ci ildə 5201 ABŞ dollаrı, 19.03.2012-ci ildə 5201 ABŞ dollаrı, 29.12.2012-ci ildə 2091 ABŞ dollаrı olmаqlа cəmi bаnk xərcləri ilə birlikdə 42659 ABŞ dollаrı məbləğində pul göndərmişdir. Eyni zаmаndа, Rusiyа Federаsiyаsının Kаzаn şəhərinə getməsi üçün Pа 1000 ABŞ dolları məbləğində pul vermişdir. Bütün bu pullаr Pın göstərişi və pullаrın qаytаrılmаsınа dаir məsuliyyəti öz üzərinə götürməsi əsаsı ilə verilmişdir. X isə göndərilən pullаrlа Türkiyədən müxtəlif meyvə məhsullаrını аlаr аq Rusiyа Federаsiyаsının Kаzаn şəhərində olаn Əhmədov Pın ünvаnınа göndərmişdir. P isə həmin məhsullаrı sаtаrаq pullаrı reаlizə etmiş, lаkin borcunu ödəməmişdir. Həmin puldаn cəmi 6000 ABŞ dollаrını P Türkiyədə olаn Xа göndərmiş, qаlаn pullаrın tаleyi məlum deyildir. Pdаn dəfələrlə borcun qаytаrılmаsını tələb etmiş, əks hаldа verdiyi bаş etibаrnаmə əsаsındа evi sаtıb pulu götürəcəyini bildirdikdə P ondаn xəbərsiz notаriаl qаydаdа verdiyi etibаrnаməni ləğv etdirmişdir. Bununlа dа, Pın borcu mənimsəmək niyyəti bir dаhа məlum olmuşdur. Eyni zаmаndа, bu bаrədə Xа bildirildikdə X də P tərəfindən аldаdıldığını demişdir. Uzun sürən dаnışıqlаrdаn sonrа P birmənаlı olаrаq pulu verməkdən imtinа etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi ilə (hakim Azad Əliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 əsas borc 7000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 manatın və Cavabdeh2 32000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının və cavabdehlərin izahatları, habelə işdə olan sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 ilə Rusi ya Federasiyasının Kazan şəhərində Türkiyə Respublikasından gətiriləcək kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olma barədə qarşılıqlı razılığa gələrək Cavabdeh1 mülkiyyətində olan, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 28 ünvanda Əhmədov X3 şəhəri, M.F.Axundov küçəsi ev 28 ünvanda 0,17 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1976-cı ildə inşa olunmuş, 1 mərtəbəli, 2 otaqlı, 53,7 kv.metr yaşayış, 68,6 kv.metr köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evini və 0,17 hektar həyətyanı torpaq sahəsini girov qoyaraq kredit götürmək qərarına gəlmişlər. Bu məqsədlə İddiaçı tərəfindən evin sənədləşdirilməsi üçün Cavabdeh1 2000 ABŞ dolları verilmişdir. Sənədləşmə aparılaraq evə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına Çıxarış alınmışdır. Cavab deh1 tərəfindən İddiaçı evə dair sərəncam vermək hüququ ilə notarial qaydada təsdiq olunmuş etibarnamə verilmişdir. Lakin razılaşdırılmış kredit bankdan alınmamış, Cavabdeh1 ərizəsinə əsasən İddiaçı adına verilmiş etibarnamə notariat qaydasında ləğv olunmuşdur. Cavabdeh1 Fərhad adlı şəxsə olan borcunun verilməsi üçün İddiaçı tərəfindən 3000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən Cavabdeh2 Türkiyəyə getməsi üçün 5000 ABŞ dolları məbləğində pul verilmişdir. Bundan sonra İddiaçı şəxsi vəsaitindən Cavabdeh2 bacısı və Cavabdeh1 arvadı olan Cavabdeh3 qızının adından Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsi vasitəsi ilə «Western union» köçürməsi ilə 16 dekabr 2011-ci il tarixdə 5201 ABŞ dolları, 19 dekabr 2011-ci il tarixdə 5201 ABŞ dolları, 20 dekabr 2 011-ci il tarixdə 5201 ABŞ dolları və 21 dekabr 2011-ci il tarixdə 5201 ABŞ dolları və Muğanbank İsmayıllı filialı vasitəsi ilə «Western union» köçürməsi ilə 08 dekabr 2011-ci il tarixdə 5201 ABŞ dolları, 09 dekabr 2011-ci il tarixdə 5201 ABŞ dolları, 13 dekabr 2011-ci il tarixdə 4161 ABŞ dolları, 29 mart 2012-ci il tarixdə 2091 ABŞ dolları olmaqla, cəmi 42659 ABŞ dolları məbləğində pulu Türkiyə Respublikasında olan Cavabdeh2 adına göndərmişdir. Cavabdeh2 Türkiyədən əvvəl 26110 ABŞ dolları məbləğində 20 ton pomidor alaraq Rusiyanın Kazan şəhərində olan İddiaçı və Cavabdeh1 adına göndərmişdir, ikinci dəfə isə 12700 ABŞ dolları məbləğində apelsin və limon alıb eyni qaydada həmin şəxslərin adına göndərmişdir. Pomidor məhsulunun satışı ziyanla başa gələrək 18000 ABŞ dolları məbləğində zərər çə kilmiş, həmin zərərin 9000 ABŞ dolları İddiaçı, digər 9000 ABŞ dolları isə Cavabdeh2 aid edilmişdir. Cavabdeh2 ərizə ilə müraciət edərək İddiaçı borcunun 32000 ABŞ, Cavabdeh1 isə ərizə ilə müraciət edərək borcunun 7000 ABŞ dolları məbləğində olmasını etiraf etmişlər. Beləliklə də, son nəticə etibarı ilə İddiaçı Cavabdeh2 32000 ABŞ dolları, Cavabdeh1 isə 7000 ABŞ dolları məbləğində borcunun qalması təsdiq olunmuşdur. İş üzrə göründüyü kimi İddiaçı mülkiyyəti olan 32000 ABŞ dolları məbləğində pulu Cavabdeh2, 7001 ABŞ dolları məbləğində pulu isə Cavabdeh1 qanunsuz sahibliyində qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 32000 ABŞ dolları, Cavabdeh1 isə 7000 ABŞ dolları məbləği alınaraq İddiaçı ödənilməlidir. İş üzrə göründüyü kimi İddiaçı hüquqi yardıma 150 manat məbləğində xərc çəkm əsi və cavabdehlər tərəfindən pulunun ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 15000 manat məbləğində maddi zərər vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu hallar məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.1, 157.2, 157.5, 329.2, 329.3, 385, 442, 445.1, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh X2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddanın təmin edilmiş hissəsində ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Gündüz Abbasov) 2(107)-688/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, CаvаbdehX birinci instansiya məhkəməsin ə təqdim etdiyi ərizəsində onun Dəmirov Bаbаcаn Ağа oğlunа 32000 ABŞ dollаrı məbləğində borcu qaldığını etiraf etmişdir. Göründüyü kimi, iddiаçı Dəmirov Bаbаcаn Ağа oğlunun mülkiyyəti olаn 32000 ABŞ dollаrı məbələğində pulu cаvаbdehXnun qаnunsuz sаhibliyində qаlmışdır. Beləliklə, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili V) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o İsmayıllı rayon məhkəməsində işə baxılan zaman iddianı qəbul etməmiş və ğöstərmişdir ki, 2011-ci ildə iddiaçı, yeznəsi Pilə aralarında olan şifahi razılaşmaya əsasən üçü şərikli iş qurmaq qərarına gəlmişlər. Şifahi razılaşmaya əsasən M maliyyə-pul verir, o, Türkiyəyə gedir, oradan ucuz kənd təsərrüfatı məhsullarını Rusiyanın Kazan şəhərinə göndərir, M ilə Porada malları qəbul edir və satışını təşkil edirlər. Əldə olunan gəlirin əsas hissəsi Ma çatır, qalan hissələri isə onunla Yaşara verilir. Üçlükdə razılaşdıqları kimi o, Türkiyənin Antalya şəhərinə getmiş, oradan kənd təsərrüfatı məhsullarını tədarük edib Rusiyanın Kazan şəhərinə göndərirdi. M ilə Phəmin məhsulları satırd ılar. M ümumlikdə ona 41.000 ABŞ dolları məbləğində pul göndərmişdir. İlkin olaraq 26.110 ABŞ dolları məbləğində 20 ton pomidor alaraq Rusiyanın Kazan şəhərində malı gözləyən M və Yaşara göndərmiş, bundan sonra isə 12. 700 ABŞ dolları məbləğində apelsin və limon alıb göndərmişdir. Göndərdiyi 26.110 ABŞ dolları məbləğində 20 ton pomidordan 18.000 ABŞ dolları məbləğində hissəsi Mın və Yaşarın deməsinə görə xarab olmuşdur və zərərə düşmüşlər. Göndərdiyi apelsin və limon məhsullarını satan M və Pxeyli qazanc götürmüşlər. Ona qazancadan heç nə verilməmiş, aralarında hesablaşma apararkən M müxtəlif yollarla onu borlu çıxarmışdır. Məhkəmə kollegiyası onların razılığa əsasən üçlükdə iş qurmalarını və alver edib qazancı bölüşdürməklərini müəyyən etmişdir. Lakin işdə olan onun tərəfindən yazılmamış və imzalanmamış ərizəni sübut kimi qiymətləndirməkdə səhvə yol vermişdir. Bu ərizə onun sərbəst iradə ifadəsi deyildir. Onun Ma heç bir borcu yoxdur. Əksinə Mın və Yaşarın Kazan şəhərində olarkən satışdan əldə etdiyi qazancın ona çatan hissəsini özünə götürmüş və ona çatan hissəni tələb edəndə mənə qarşı belə bir iddia tələbi irəli sürmüşdür. Məhkəmədə dediklərinin sübutu kimi Mın və Yaşarın Kazan şəhərində olmasını və onlara göndərilən məhsulların sərhəddən keçirilməsini müəyyən edilməsi üçün Azərbaycan Respublikası Sərhəd və Gömrük Xidmətinə sorğuların verilməsinə dair Azərbaycan Respublikası MPM-nin 85-ci maddəsinə müvafiq şifahi vəsatətini məhkəmə təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-sı da bu xahişi nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyası yalnız MM-nin 21.1,21 -2 və 191.1-ci maddələri səhv tətbiq edərək guya Mın 32.000 ABŞ dolları pulunun qanunsuz sahibliyində qalması nəticəsinə gəlmişdir. Bu tam yanlış bir yanaşmadır. Maddi hüquq normasının səhv tətbiqidir. Tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qızı məhkəməyə ərizələr ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövri yyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndəri lən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətini də cavabdeh iddiaçıya borcunun olmaması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 həqiqətən də iddiaçıya 32000 ABŞ dolları borcunun olmasını etiraf etmişdir. Odur ki, kasasiya ş ikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabde h2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-688/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar