Məhkəmə qərarları › İş №2(102)-5478/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5478/2018

03.09.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5478/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Kollegiyasının Respublikası adındanAzərbaycan RespublikasıAli MəhkəməsiMülki QƏRARİ İş № 2(102)-5478/2018 03 sentyabr 2018-ci il Bakışəhəri Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi- hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarəttərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə,Bakı Apellyasiya Məhkəməsi MülkiKollegiyasının 02.04.2018-ci il tarixli 2(103)-282/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülkiişə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim A.Tanrıverdiyev)08.06.2017-ci il tarixli 2(009)-686/20 17 nömrəli qətnaməsi ilə iddiaçı İsmayılovFirdovsi İsmayıl oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı «07.11.2016-cı il tarixliəmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması» tələbinə dair iddiasıtəmin edilmiş, qeyd edilən qeyri-yaşayış sahəsinin qiymətinin 12.500 manat olduğuəsas götürülərək, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli2(062)-1161/2016 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətindəicra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsi MülkiKollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 02.04.2018-ci iltarixli 2(103)-282/2018 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncüşəxs X3 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakışəhəri Səbail rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli 2(009 )-686/2017 nömrəliqətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx"MMC-yə qarşı «07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədəhesabatın ləğv olunması» tələbinə dair iddiası rədd edilmişdir.İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi MülkiKollegiyasının 02.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsibarədə hesabatın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə 28.11.2016-cı iltarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 07.11.2016-cı il tarixli əmlakınqiymətləndirilməsi barədə hesabatının ləğv olunması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir.İş üzrə yuxarıda göstərilən məhkəməaktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlarki, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı 11.220 manat pul və ödənilmiş dövlət rüsumualınıb X5 verilməlidir. Həmin icra sənədi icra olunmasıüçün Tovuz rayon icra şöbəsinə göndərilmişdir. Tovuz rayon Məhkəməsinin14.03.2017-ci il tarixli qərardadına əsasən iddiaçının Tovuz rayonu ************* kəndindəyerləşən 24,2 m2 sahədən ibarət çayxanası "xxxx" MMC tərəfindən2.500 manat dəyərində qiymətləndirilmişdir. Həmin obyekt iddiaçının xəbəri olmadantələbkarın mülkiyyətinə keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin 07.11.2016-cı iltarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv olunması barədə iddiaərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi iddiaçının iddia ərizəsinə baxaraq, "xxxx" MMC-nin 07.11.2016-cı il tarixli 16-074 nömrəli hesabatının etibarsız hesab edilməsi və Tovuz rayonu ************* kəndində yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin12.500 manat olduğunu əsas götürməklə, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı iltarixli 2(062)-1161/2016 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasıistiqamətində icra hərəkətlərinin həyata keçirilməsi barədə qətnamə qəbul etmişdir.Apellyasiya instansiyası məhkəməsi Əmlak Ekspert Mərkəzi tərəfindən sözügedən obyektəqoyulmuş dəyərin 12.500 manat olmasına şübhə ilə yanaşmış və məhkəmə tərəfindənekspertiza təyin edilmişdir. "xxxx" MMC tərəfindən Tovuz rayonu *************kəndində yerləşən 24,2 m2 sahədən ibarət çayxanaya baxış k eçirilən vaxttərəflər həmin obyektə dəvət olunmalı olduğu halda, ekspert gizli olaraq sözügedənobyektə baxmış, özünün ağlına batan qiyməti qoymuşdur. Ekspertlərin həmin obyektəbaxmasından iddiaçının xəbəri olmamışdır. "xxxx" MMC tərəfindən Tovuzrayonu ************* kəndində yerləşən 24,2 m2 sahədən ibarət çayxanaya3.500 manat dəyərində qiymət qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən çayxanaya qoyulmuş 3.500 manat dəyərin, həmin qeyri-yaşayışsahəsinin qiymətləndirilməsinə "xxxx" MMC tərəfindən 21.02.2018-ci iltarixdə aparıldığı üçün keçən müddət, yəni 15 ay, əmlakın real bazar qiymətinincüzi olaraq 1.000 manat dəyişməsinin mümkün olmasını qeyd etmişdir. Apellyasiyainstansiyası məhkəməsinin baxış keçirmədiyi sözügedən obyektin 15 ay müddətindədəyərinin 1.000 mana t azalmasını göstərməsi və obyektin dəyərinin 2.500 manat olmasıqənaətinə gəlməsi onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindənüçüncü şəxs X4 mülahizələri əsasında qətnamə qəbul edilmişdir.Apellyasiya instansiyası məhkəməsi həmin sübuta əhəmiyyət verməmiş, işin faktikihallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarınıntələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrəBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2018-ci il tarixli qətnaməsininləğv edilməsini, işdə olan və əlavə olunan sübutlar əsasında mahiyyəti üzrə baxaraqyeni qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişlər.İşdə iştirak edən şəxslər işəbaxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı vəkili Vəki l, cavabdeh "xxxx"MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs N6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyəməlumat verməmişlər. İddiaçı bildiriş göndərərək,işə baxılmasının təxirə salınması xahiş etmişdir.Məhkəmə kollegiyası AzərbaycanRespublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsləriniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyasıməhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqiniyoxlayır. Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyası qəbul etdiyi 29.08.2017-ci il tarixli qətnaməsi ilə cavabdehX1 apellyasiya şikayətini təmin etməyib, iş üzrəBakı şəhəri Q aradağ rayon Məhkəməsinin 15.09.2016-cı il tarixli qətnaməsinin dəyişiklikedilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbuletmişdir.Belə ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarındangöründüyü kimi, iddiaçı ilə maraqlı şəxs arasındaborc münasibətləri olmuşdur. Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixliməhkəmə əmri ilə hazırkı iş üzrə iddiaçıdan maraqlı şəxsin xeyrinə 11.220 manattutulması əmr edilmişdir. Həmin məhkəmə əmrinin icrası ilə bağlı tədbirlər görülmüş,"xxxx" MMC 07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatıilə əmlakın dəyərini 2.500 manata qiymətləndirmiş və borcluya məxsus olan həminəmlak məhkəmə qərarı əsasında m araqlı şəxsin mülkiyyətinə keçmişdir. Hazırda əmlakmaraqlı şəxsin mülkiyyətindədir. İşin mübahisəli halı əmlakınreal dəyəri, həmin əmlakın məhkəmə qətnaməsi ilə müəyyən edilən qiymətə yenidənicra hərəkətlərinin davam etdirilməsi ilə bağlıdır. "xxxx" MMC 07.11.2016-cı iltarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə əmlakın dəyərini 2.500manata qiymətləndirmiş, hazırkı işə 1-ci instansiya məhkəməsində baxılarkən məhkəmətərəfindən yenidən qiymətləndirmə keçirilmiş və Əmlak Ekspert Mərkəzi tərəfindənverilmiş rəydə sözügedən əmlakın dəyərinin 12.500 manat olduğu göstərilmişdir. Birinciinstansiya məhkəməsi ikinci ekspert rəyini daha mötəbər hesab edərək mübahisənihəll etmişdir. Mübahisəli əmlakın real dəyərinin12.500 manat olması halına şübhə doğuran hallar mövcud olmuşdur. Çünki, 1-ciq iymətləndirmə ilə məhkəmə baxışı zamanı keçirilmiş qiymətləndirmə arasında kəskinfərqin olması, iddiaçının özünün məhkəməyə müraciət edərkən əmlakın dəyərinin 8.000manat olduğunu göstərməsi sonuncu rəyin həqiqiliyini şübhə altına alırdı. Bu səbəbdən,iş üzrə yenidən qiymətləndirmə keçirilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. “İcra haqqında”Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənənqiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyətihaqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindənhəyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur.İpoteka predmeti hərracdasatışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcudqanunvericiliyin tələblərinə riayət olunmalıdır.“Qiymətləndirmə fəaliyyətihaqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və yasifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlakqiymətləndirmə fəaliyyətinin obyektidir.Həmin Qanunun 5-cimaddəsinə əsasən məhkəmə hökmününvə ya qərarının təmin edilməsi məqsədiilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakınmülkiyyətçisi olan şəxslərinsifarişi ilə qiymətləndirici tərəfindənvə ya qanunvericiliyə uyğunolaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburiqaydada qiymətləndirilməsi aparılır.Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirməninnəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı m üəyyənləşdirir.Qiymətləndirmənin nəticələri haqqındahesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəməqaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyətihaqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birincihissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləriniAzərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.).Həmin Qanunun 8-cimaddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar vədigər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılabilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcudprosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzər ə alaraq qiymətləndirilənobyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.Həmin Qanunun 10-cumaddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən AzərbaycanRespublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricininvəzifəsidir. "xxxx" MMCtərəfindən verilmiş rəydə qeyri-yaşayış sahəsinin hazırkı dövrə qiymətinin3.500 manat olması müəyyənləşdirilmişdir. Əmlak Ekspert Mərkəzi tərəfindənobyektə vizual baxış keçirməklə qiymət qoyulmuşdur. Həmin ekspert rəyində əmlakındəyərinin 12.500 manat olması kifayət qədər əsaslandırılmamışdır. Həmin rəyləmüəyyən edilir ki, tikili 1954-cü ildə tikilmiş, birmərtəbəli, döşəməsi beton,tavanı linolium, qapı və pəncərələri taxtadan olan 24.2 kv.m sahədir. Bu göstəricilərəəsasən əmlakın qiymətinin 12. 500 manat təşkil etməsi inandırıcı hesab edilmir.Həmçinin qiymətləndirilmə aparılarkən obyektin tipi, tikilinin kontruksiyası,aşınması, yerləşdiyi rayon, mərtəbələliliyi, işləkliyi, ümumi sahə və sair digərfaktorlar düzgün şəkildə dəyərləndirilməmiş, obyektin ümumi qiyməti bufaktorlara uyğun olmayan şəkildə, onun real bazar qiymətindən artıq şəkildə müəyyənləşdirilmişdir.Əksinə obyektin dəyərləndirilməsinə dair "xxxx" MMC-in hesabatı dahainandırıcı görünür. Belə ki, göstərilənhesabatla qeyri-yaşayış sahəsinin 1980-ci ilə aid tikili olması, binanın birmərtəbəliliyi,ümumi sahəsinin 24 kv.m təşkil etməsi, birotaqlı olması, sahənin tavanınıntaxta və şifer olması, tikili divarlarının üz örtüyünün əhəng daşı olması, obyektin zəif təmirli olması və yerləşdiyi ərazifaktorları nəzərə alınaraq oby ektin ümumi dəyəri müəyyənləşdirilmişdir.Qeyri-yaşayış sahəsinin əmlak dəyərini onun faktiki vəziyyəti ilə qeyd edilənhesabatla kifayət qədər əsaslandırıldığından məhkəmə həmin hesabatı daha mötəbərhesab edir. Həmçinin apellyasiyainstansiyası məhkəməsi qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsinin nəticələrihaqqında ilkin hesabatla apellyasiya gedişi zamanı həyata keçirilmiş ekspertizanəticəsi arasında kəskin fərq yoxdur (07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsininnəticələri haqqında hesabatla sözügedən qeyri-yaşayış sahəsinin qiyməti 2.500manat, "xxxx" MMC tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsininqiymətləndirilməsinə dair hesabata əsasən obyektin hazırkı dövrə qiyməti 3.500 manathəcmində müəyyənləşdirilmişdir). Əmlakın qiymətləndirilməsi haqqında ilkinhesabat 07.11.20 16-cı il tarixdə aparılmış, "xxxx" MMC tərəfindən təqdimedilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabat isə 21.02.2018-ciil tarixdə aparıldığından, keçən müddət ərzində (15 ay) əmlakın real bazar qiymətinincüzi olaraq (1000 AZN həcmində) dəyişməsi mümkündür. Əmlakın qiymətinin həmin həcmdədəyişməsi manatın həmin günə nəzərən indiki dövrdə devalvasiyası, daşınmaz əmlakqiymətlərinin bazarda dəyişməsi və s. digər amillərlə bağlıdır. Buna görə də, məhkəmə ilkin hesabata əsasənsözügedən sahənin dəyərləndirilməsini daha inandırıcı qəbul etmişdir. Birincihesabatla "xxxx" MMC tərəfindən verilmiş hesabat arasında əmlakın dəyərinincüzi fərqli olması mülkiyyətçinin hüquqlarını pozan hal deyildir. "xxxx"MMC-nin hesabatında müəyyən edilmiş qiymət təqribən obyektin real dəyərini ifadəe dir. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsi əmlakın dəyəri iləbağlı Əmlak Ekspert Mərkəzinin rəyini əsaslı hesab etməmişdir.Çünki, AzərbaycanRespublikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tətdiqolunur və digər sübutlarla yanaşı qiymətləndirilir.AzərbaycanRespublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburideyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələrtərəfindən qiymətləndirilir.AzərbaycanRespublikası MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəməninrazılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.Bundanbaşqa, mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıolmamışdır. Belə ki,maraqlı şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, müba hisəli əmlak artıqonun xüsusi mülkiyyətindədir. Təqdim edilmiş 22.04.2017-ci il tarixliçıxarışdan görünür ki, əmlak X2 adına xüsusi mükkiyyətkimi qeydiyyatdan keçmişdir. Tovuz rayon Məhkəməsinin 14.03.2017-ci il tarixliqərardaddan görünür ki, əmlak həmin məhkəmə qərarı ilə icra qaydasında tələbkarınmülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə iddiaçı qeyd olunan sənədləşdirmələrimübahisələndirməmişdir, məhkəmənin qərarı qüvvədə olmaqla icra edilmişdir, əmlakisə tələbkarın mülkiyyətindədir. Belə olan təqdirdə həmin əmlakla bağlı yenidənhansısa qiymətlə icra hərəkətlərinin aparılması istisna edilir.Kassasiyakollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşırvə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədəqətnaməqəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbuletmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillərapellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdeyildir.Bu səbəbdən,kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsidəyişiklik edilmədən saxlanılmalıdır. AzərbaycanRespublikası MPM-in 417.1.1ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkənapellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklikedilmədən, şikayəti təmin etmədən saxlaya bilər.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419,421-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin.İşüzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2018-ci il tarixli2(103)-282/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyiandan qüvvəyə minir. Sədrlik edən:Hakimlər: Əsli ilə düzdürAli Məhkəmənin hakimi Mehparə Əhmədova Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5478/2018 şəhəri 03 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2018-ci il tarixli 2(103)282/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim A.Tanrıverdiyev) 08.06.2017-ci il tarixli 2(009)-686/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması» tələbinə dair iddiası təmin edilmiş, qeyd edilən qeyri-yaşayış sahəsinin qiymətinin 12.500 manat olduğu əsas götürülərək, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli 2(062)1161/2016 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 02.04.2018-ci il tarixli 2(103)-282/2018 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli 2(009)-686/2017 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə 28.11.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı 11.220 manat pul və ödənilmiş dövlət rüsumu alınıb X5 verilməlidir. Həmin icra sənədi icra olunması üçün Tovuz rayon icra şöbəsinə göndərilmişdir. Tovuz rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli qərardadına əsasən iddiaçının Tovuz rayonu ************* kəndində yerləşən 24,2 m2 sahədən ibarət çayxanası "xxxx" MMC tərəfindən 2.500 manat dəyərində qiym ətləndirilmişdir. Həmin obyekt iddiaçının xəbəri olmadan tələbkarın mülkiyyətinə keçirilmişdir. İddiaçı "xxxx" MMC-nin 07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi iddiaçının iddia ərizəsinə baxaraq, "xxxx" MMC-nin 07.11.2016-cı il tarixli 16-074 nömrəli hesabatının etibarsız hesab edilməsi və Tovuz rayonu ************* kəndində yerləşən qeyri-yaşayış sahəsinin qiymətinin 12.500 manat olduğunu əsas götürməklə, Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli 2(062)-1161/2016 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiy ası məhkəməsi Əmlak Ekspert Mərkəzi tərəfindən sözügedən obyektə qoyulmuş dəyərin 12.500 manat olmasına şübhə ilə yanaşmış və məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. "xxxx" MMC tərəfindən Tovuz rayonu ************* kəndində yerləşən 24,2 m2 sahədən ibarət çayxanaya baxış keçirilən vaxt tərəflər həmin obyektə dəvət olunmalı olduğu halda, ekspert gizli olaraq sözügedən obyektə baxmış, özünün ağlına batan qiyməti qoymuşdur. Ekspertlərin həmin obyektə baxmasından iddiaçının xəbəri olmamışdır. "xxxx" MMC tərəfindən Tovuz rayonu ************* kəndində yerləşən 24,2 m2 sahədən ibarət çayxanaya 3.500 manat dəyərində qiymət qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən çayxanaya qoyulmuş 3.500 manat dəyərin, həmin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə "xxxx" M MC tərəfindən 21.02.2018-ci il tarixdə aparıldığı üçün keçən müddət, yəni 15 ay, əmlakın real bazar qiymətinin cüzi olaraq 1.000 manat dəyişməsinin mümkün olmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin baxış keçirmədiyi sözügedən obyektin 15 ay müddətində dəyərinin 1.000 manat azalmasını göstərməsi və obyektin dəyərinin 2.500 manat olması qənaətinə gəlməsi onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxs X4 mülahizələri əsasında qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübuta əhəmiyyət verməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.20 18-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işdə olan və əlavə olunan sübutlar əsasında mahiyyəti üzrə baxaraq yeni qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı bildiriş göndərərək, işə baxılmasının təxirə salınması xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.08.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15.09.2016-cı il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə maraqlı şəxs arasında borc münasibətləri olmuşdur. Tovuz rayon Məhkəməsinin 19.02.2016-cı il tarixli məhkəmə əmri ilə hazırkı iş üz rə iddiaçıdan maraqlı şəxsin xeyrinə 11.220 manat tutulması əmr edilmişdir. Həmin məhkəmə əmrinin icrası ilə bağlı tədbirlər görülmüş, "xxxx" MMC 07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə əmlakın dəyərini 2.500 manata qiymətləndirmiş və borcluya məxsus olan həmin əmlak məhkəmə qərarı əsasında maraqlı şəxsin mülkiyyətinə keçmişdir. Hazırda əmlak maraqlı şəxsin mülkiyyətindədir. İşin mübahisəli halı əmlakın real dəyəri, həmin əmlakın məhkəmə qətnaməsi ilə müəyyən edilən qiymətə yenidən icra hərəkətlərinin davam etdirilməsi ilə bağlıdır. "xxxx" MMC 07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə əmlakın dəyərini 2.500 manata qiymətləndirmiş, hazırkı işə 1-ci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən yenidən qiymətləndirmə keçir ilmiş və Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş rəydə sözügedən əmlakın dəyərinin 12.500 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi ikinci ekspert rəyini daha mötəbər hesab edərək mübahisəni həll etmişdir. Mübahisəli əmlakın real dəyərinin 12.500 manat olması halına şübhə doğuran hallar mövcud olmuşdur. Çünki, 1-ci qiymətləndirmə ilə məhkəmə baxışı zamanı keçirilmiş qiymətləndirmə arasında kəskin fərqin olması, iddiaçının özünün məhkəməyə müraciət edərkən əmlakın dəyərinin 8.000 manat olduğunu göstərməsi sonuncu rəyin həqiqiliyini şübhə altına alırdı. Bu səbəbdən, iş üzrə yenidən qiymətləndirmə keçirilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymət lərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əm lakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərin i Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.). Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyri-yaşayış sahəsinin hazırkı dövrə qiymətinin 3.500 manat olması müəyyənləşdirilmişdir. Əmlak Ekspert Mərkəzi tərəfindən obyektə vizual baxış keçirməklə qiymət qoyulmuşdur. Həmin ekspert rəyində əmlakın dəyərinin 12.500 manat olması kifayət qədər əsaslandırılmamışdır. Həmin rəylə müəyyən edilir ki, tikili 1954-cü ildə tikilmiş, birmərtəbəli, döşəməsi beton, tavanı linolium, qapı və pəncərələri taxtadan olan 24.2 kv.m sahədir. Bu göstəricilərə əsasən əmlakın qiymətinin 12.500 manat təşkil etməsi inandırıcı hesab edilmir. Həmçinin qiymətləndirilmə aparılarkən obyektin tipi, tikilinin kontruksiyası, aşınması, yerləşdiyi rayon, mərtəbələliliyi, işləkliyi, ümumi sahə və sair digər faktorlar düzgün şəkildə dəyərləndirilməmiş, obyektin ümumi qiyməti bu faktorlara uyğun olmayan şəkildə, onun real bazar qiymətindən artıq şəkildə müəyyənləşdirilmişdir. Əksinə obyektin dəyərləndirilməsi nə dair "xxxx" MMC-in hesabatı daha inandırıcı görünür. Belə ki, göstərilən hesabatla qeyri-yaşayış sahəsinin 1980-ci ilə aid tikili olması, binanın birmərtəbəliliyi, ümumi sahəsinin 24 kv.m təşkil etməsi, birotaqlı olması, sahənin tavanının taxta və şifer olması, tikili divarlarının üz örtüyünün əhəng daşı olması, obyektin zəif təmirli olması və yerləşdiyi ərazi faktorları nəzərə alınaraq obyektin ümumi dəyəri müəyyənləşdirilmişdir. Qeyri-yaşayış sahəsinin əmlak dəyərini onun faktiki vəziyyəti ilə qeyd edilən hesabatla kifayət qədər əsaslandırıldığından məhkəmə həmin hesabatı daha mötəbər hesab edir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında ilkin hesabatla apellyasiya gedişi zamanı həyata keçirilmiş ekspertiza nəticəsi arasında kəskin fərq yoxdur (07.11.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatla sözügedən qeyri-yaşayış sahəsinin qiyməti 2.500 manat, "xxxx" MMC tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabata əsasən obyektin hazırkı dövrə qiyməti 3.500 manat həcmində müəyyənləşdirilmişdir). Əmlakın qiymətləndirilməsi haqqında ilkin hesabat 07.11.2016-cı il tarixdə aparılmış, "xxxx" MMC tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabat isə 21.02.2018-ci il tarixdə aparıldığından, keçən müddət ərzində (15 ay) əmlakın real bazar qiymətinin cüzi olaraq (1000 AZN həcmində) dəyişməsi mümkündür. Əmlakın qiymətinin həmin həcmdə dəyişməsi manatın həmin günə nəzərən indiki dövrdə devalvasiyası, daşınmaz əmlak qiymətlərinin bazarda dəyişməsi və s. digər amillərlə bağlıdır. Buna görə də, məhkəmə ilkin hesabata əsasən sözügedən sahənin dəyərləndirilməsini daha inandırıcı qəbul etmişdir. Birinci hesabatla "xxxx" MMC tərəfindən verilmiş hesabat arasında əmlakın dəyərinin cüzi fərqli olması mülkiyyətçinin hüquqlarını pozan hal deyildir. "xxxx" MMC-nin hesabatında müəyyən edilmiş qiymət təqribən obyektin real dəyərini ifadə edir. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsi əmlakın dəyəri ilə bağlı Əmlak Ekspert Mərkəzinin rəyini əsaslı hesab etməmişdir. Çünki, Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tətdiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi dey ildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa, mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, maraqlı şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli əmlak artıq onun xüsusi mülkiyyətindədir. Təqdim edilmiş 22.04.2017-ci il tarixli çıxarışdan görünür ki, əmlak X2 adına xüsusi mükkiyyət kimi qeydiyyatdan keçmişdir. Tovuz rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli qərardaddan görünür ki, əmlak həmin məhkəmə qərarı ilə icra qaydasında tələbkarın mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə iddiaçı qeyd olunan sənədləşdirmələri mübahisələndirməmişdir, məhkəmənin qərarı qüvvədə olmaqla icra edilmişdir, əmlak isə tələbkarın mülkiyyətindədir. Belə olan təqdirdə həmin əmlakla bağlı yenidən hansısa qiymətlə icra hərəkətlərinin aparılması istisna edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyi ldir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2018-ci il tarixli 2(103)-282/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehpar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar