Məhkəmə qərarları › İş №2(102)-5482/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5482/2020

10.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5482/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5482/20 (Açar sözlər: torpaq sahəsinin bölünməsi, bu mümkün olmadıqda kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1061/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi və bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayon u Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa etdirmişdir. 2017-ci il tarixədək həmin mağaza binasından istifadə etmişdir. 2004-cü il tarixdən 2017-ci il tarixədək ərzaq mağazasının vergisini və digər xərclərini o ödəmişdir. Lakin 2017-ci il tarixdə qardaşı, hazırki iş üzrə Cavabdeh həmin mağazadan onu döyərək çıxartmış və 50000 manatdan yuxarı ərzaq mallarını zəbt edərək, sözügedən mağazadan istifadə edir. İş materiallarına əlavə edilmiş 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və A seriyalı 404456 nömrəli plan-ölçü sənədindən görünür ki, 0.0499 ha topraq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində iki tikili mövcudur. Mağaza binası və onun arxasında yerləşən anbar. Mübahisədən və iddia ərizəsinə əlavə edilmiş digər sübutlardan görünür ki, 19.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A seriyalı 404456 nömrəli plan-ölçü sənədinə əsasən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv.metr mağaza binası və arxasında yerləşən anbar onun tərəfindən inşa edilmişdir. Hazırda 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılaraq ona verilməsi zərurəti yaranmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov, iş № 2(033)-54/2020) iddia təmin e dilməmiş, iddiaçı Sevda Amin qızının 19.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonunun Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddia təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 19.07.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə, mübahisə predmeti olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi iddiaçının, 1/5 hissəsi isə cavabdehin payı olmaqla tərəflərin mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən mübahisənin həlli xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilmiş, məhkəməyə daxil olmuşdur ekspert rəyinə görə, tərəflərin paylı mülkiyyətində olan, sözügedən 0.0499 ha torpaq sahəsinin tərəflərin payına münasibətdə naturada ayrılması mümkün deyildir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh bacıqardaşdırlar. İddiaçı məhkəməyə müraciət edərək tərəflərin paylı mülkiyyətində olan 0.0499 ha torpaq sahəsinin paylarına uyğun olaraq naturada ayrılmasını, mümkün olmadıqda isə kompenasiya ödənilməklə cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Mübahisələndirilən 0.0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən tikilmiş mağaza binası və əlavə köməkçi tikililər vardır. Həmin torpaq sahəsinin təqribən 300 kv.metr hissəsi tikililər altında yerləşir ki, bu da işin mübahisələndirilməyən faktiki halıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhz bu səbəbi ekspert tərəfindən torpaq sahəsinin paylara münasibətdə naturada ayrılmasının mümkün olmaması rəyi verilmişdir. Yəni torpaq sahəsi təyinat üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da boş deyildir və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılması nı məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edi lməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquq normalarının məzmunundan göründüyü kimi paylı mülkiyyətçilərin payı naturada ayrıla bilər. Əgər payların naturada ayrılması mümkün deyildirsə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisindən ödənilməsini tələb edə bilər. Göründüyü kimi paylı mülkiyyətdə olan payın ödənilməsini tələb etmək hüququ paylı mülkiyyətçinin özünə məxsusdur. Yəni paylı mülkiyyətçi özü ona düşən payın digər mülkiyyətçilər tərəfindən ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı isə özünün 4/5 hissədən ibarət payının deyil, i ş üzrə cavabdehin 1/5 hissəsinə kompensasiya ödənilməsini və sonuncunun torpaq sahəsindən çıxarılmasını tələb edir. Hansı ki, iddiaçının digər paylı mülkiyyətçinin payına münasibətdə belə bir tələb hüququ yoxdur Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən o halda paylı mülkiyyətin mülkiyyətçisinin razılığı olmadan digər mülkiyyətçilərin öhdəsinə kompensasiya ödənilməsi vəzifəsini qoya bilər ki, paylı mülkiyyətçinin payı cüzi olsun və onun mühüm mənafeyi olmamış olsun. Hansı ki, hazırda mübahisələndirilən torpaq sahəsi üzərində iş üzrə cavabdeh tərəfindən tikilmiş mağaza binası və əlavə tikililər vardır ki, bu da sonuncunun mühüm mənafeyinin olmasına dəlalət edir və razılığı olmadan payların əvəzinin ödənilməsi imkanını istisna edir. Birinci instansiya məhkəmə si mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov, iş № 2(107)1061/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instasniya məhkəməsi tərəfindən iddiaçı Sevda Amin qızının 19.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonunun Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiası haqlı olaraq rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.3, 213.5, 220.2, 220.3, 220.4-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1061/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə i clasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərin ə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qan un pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1061/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar