Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5483/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun olaraq naturada bölünməsi və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması, mülkiyyətin müdafiəsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kolle giyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1292/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 yerləşən 0,224992 ha torpaq sahəsinin və ünvan 1 yerləşən 0,43 ha torpaq sahəsinin hər biri ½ paylarla İddiaçı və Cavabdeh mülkiyyətindədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmətikinti texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 12698 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx xxxx 2019 -cu il tarixli **********43 saylı məktubuna əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1 yerləşən 0,43 ha həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1 yerləşən tədqiq olunan ünvanda yerləşən, kənd təsərrüfatı təyinatlı 0,224992 ha torpaq sahəsindən İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarına düşən sahənin 0,1125 ha təşkil etdiyi müəyyən olunur. Lakin, ayrı-ayrı şəxslərə ayrılmış pay torpaqlarının bölünməsi (ayrılması) xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat tərəfindən aparıla bilər ki, göstərilən fakt son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 23411 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli (reyestr nömrəsi – **********85; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2019) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1kəndində yerləşən 0,43 ha torpaq sahəsinin iddiaçının və cavabdehin payına naturada b ölünməsi mümkündür. Lakin hansı qaydada bölünməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair koordinatlar təqdim edildikdən sonra müəyyən edilə bilər. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ünvan 1kəndində yerləşən İddiaçı və Cavabdeh ½ pay mülkiyyətlərində olan 0,43 ha torpaq sahəsinin bölgü planı idarədə mövcud olan elektron kadastr məlumat bazasına əsasən hazırlanaraq xx xxxxxx 2020-ci il tarixli məktubla birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriya lı, ******* nömrəli DƏDRX-dən çıxarışda olan 0,224992 ha torpaq sahəsinin və RX seriyalı, ******* nömrəli DƏDRX-dən çıxarışda olan 0,43 ha torpaq sahəsinin hər birinin ½ hissəyə naturada bölünməklə sərhədlərin müəyyən edilməsi və daşınmaz əmlakın Dövlət reyestrindən həmin torpaq sahələrinə dair ona düşən paya uyğun çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1 vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda olan 0,224992 ha torpaq sahəsinin naturada bölünməsindən imtina etdiyini göstərmiş, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli DƏDR-dən çıx arışda olan 0,43 ha torpaq sahəsinin hər birinin ½ hissəyə naturada bölünməklə sərhədlərin müəyyən edilməsi və daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin torpaq sahələrinə dair ona düşən paya uyğun çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq islahatları aparılan zaman iddiaçının və cavabdehin birgə ümumi paylı mülkiyyətlərinə 0,43 ha həyətyanı və 0,224992 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair hər birinin payı ½ hissədə müəyyən edilmiş və müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışlar verilmişdir. İddiaçı ona düşən payı ayırmaq qərarına gəlmiş, lakin cavabdeh razılaşmamışdır. Torpaq sahələrinin naturada bölünməsinə d air aralarında mübahisə yarandığına görə, həmin torpaqların könüllü, hər iki tərəfin razılığı ilə bölünməsi mümkünsüz olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 20000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş və Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə qərarı ilə tərəflərə verilmiş 0,43 ha həyətyanı torpaq sahəsinin və Aqrar İslahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə qərarı ilə verilmiş 0,22 ha kənd təsərrüfatı tə yinatlı torpaq sahələrinin 1/2 hissə olmaqla payların müəyyən olunmuşdur. İddiaçı və Cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi ilə xx xxxxx 2004-cü ildə pozulmasına baxmayaraq, nikah münasibətlərinin faktiki olaraq xx xxxxx 1996-cı ildə pozulması iş üzrə mübahisəsiz haldır. Torpaq sahələrinin 1997 və 2002-ci illərdə mülkiyyətə verilməsindən cavabdeh İddiaçı məlumatı olmasına baxmayaraq, o, xx xxxxx 1996-cı ildə evdən çıxıb gedərək bir daha geri qayıtmamış, həmin torpaq sahələrinin saxlanılmasında, aqrotexniki qulluq edilməsində, torpaq sahələrinin yararlı halda saxlanılmasında və torpaq rüsumlarının, əmlak vergilərinin ödənilməsində iştirak etməmişdir. Torpaq sahələri yanaşı olduğundan, hər iki sahənin yararsız hala düşə biləcəyini nəzərə alaraq zərurət qarşısında qalaraq bütün torpaq sahəsinin ətrafına hasarı öz vəsaiti hesabına çəkdirmiş, torpaq sahəsinə aqrotexniki qulluq göstərərək orada fındıq ağacları yetişdirmiş, torpaq sahələrinin suvarılmasına və qulluq göstərilməsinə müvafiq maddi vəsait xərcləmişdir. Bu vəsaitlər zərurət qarşısında qalaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənildiyindən, digər payçı tərəfindən ödənilməlidir. Tərəfindən hazıra kimi sərf olunmuş vəsaitin miqdarı təxminən 20000 manat təşkil edir ki, bu məbləğ cavabdeh İddiaçı tərəfindən ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) ilkin iddia təmin edilmiş, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh mülkiyyətinə verilmiş ünvan 1 yerləşən, 0,43 ha torpaq sahəsi, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxeminə uyğun şəkildə və ölçüdə (torpaq sahəsinin bölgü sxemində göstərilmiş 57x35.7x69.1x11.8, 7.3, 19.7 olçülərdə olan hissənin İddiaçı verilməklə) naturada ayrılması və onlara verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü sxemində göstərilən qaydada torpaq sahəsindən iddiaçıya düşən payın ayrılaraq verilməsi qanuni olmaqla tərəflərin qanunla qorunan mənafeyinə uyğundur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə İddiaçı 20000 manat pulun tutularaq Cavabdeh ödənilməsini iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apelyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsinin ləğv olunması və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1292/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məru zəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)-15/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin M ülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1292/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuzdur. İş üzrə bir-birinə zidd olan iki ekspert rəyinin olması apelyasiya şikayətində qeyd edilərək, ekspert rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə iş üzrə təkrar ekspertiza keçirilməsi tələb olunsa da, apelyasiya instansiya məhkəməsi buna təşəbbüs göstərməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə qulluq etmək üçün mane yaradılmamasına və iddiaçının bu işləri görməkdə maneəsiz imkanı olmasına baxmayaraq ayrılmış torpaq sahələrinin saxlanma sında, torpaq xərclərinin ödənilməsində, həmin sahədə aqrotexniki işlərin aparılmasında, ağacların əkilməsində və onlara qulluq edilməsində, torpaq sahələrinin sərhədlərinin hasarlanmasında, bağ sahəsinə qulluq edilməsində İddiaçı iştirak etməmiş, onun payına düşən çəkilmiş xərcləri ödəməmişdir. Cavabdeh tərəfindən bu işlər torpaq sahəsinin yararsız hala düşməməsi məqsədi ilə zərurət qarşısında qalaraq həyata keçirilmiş və torpaq sahələrindən heç bir qazanc əldə edilməmişdir. Kənd təsərrüfatı təyinatı üçün ayrılmış 0,22 ha torpaq sahəsində ümumiyyətlə heç bir iş görülməmiş və bu işlərin görülməsi müəyyən vəsait tələb edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlkin iddia üzrə idd iaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən s übut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mül kiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. 217.2-ci maddəsinə əsasən mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması ü sulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosess ual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutl arın düzgün qiymətləndirilməsindən asılıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin ümumi paylı mülkiyyət olması və tərəflərin paylarının müəyyən edilməsi hazırki mübahisənin predmeti deyildir. Belə ki, kasato run da qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi torpağa tərəflərin payları Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən iddiaçının payının ayrılmasını tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr səlahiyyətləri çərçivəsində işdə mövcud olan sübutları qiymətləndirərək, o cümlədən iş üzrə keçirilmiş təkrar mühəndis-texniki ekspertizasının rəyinin əsas götürərək ilkin iddianı təmin etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmi ş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş təkrar məhkəmə mühəndis-texniki ekspertizasının rəyi və həmin rəydə istinad edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin bölgü planı kasator tərəfindən mübahisələndirilsə də, həmin sənədlərin mötəbərliyinə şübhə ilə yanaşmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, ekspertiza rəyi mübahisəli torpaq sahəsinə baxış keçirilməklə, mütəxəssis rəyi (bölgü planı) isə elektron kadastr məlumat bazasına əsasən verilmiş, həmin rəylərin qeyri-mötəbər olması, o cümlədən torpaqla iddiaçının payının planda göstərilən koo rdinatlara əsasən naturada ayrılmasının qeyri-mümkünlüyü barədə məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr qarşılıqlı iddianı rədd etməklə də düzgün nəticəyə gəlmiş və bununla bağlı kasasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ilk olaraq qarşılıqlı iddia üzrə tələb olunan məbləğin xərclənməsinə və həmin xərclərin təyinatına dair hər hansı sübut məhkəmələrə təqdim olunmamışdır. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətdə olan torpaq sahəsinə xərclərin çəkilməsinə zərurət olduğunu və iddiaçının bu xərclərin ödənilməsinə razılıq verməsini əsaslandırmamış və bu hallarla da hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kolleg iyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiy asının xx xxxx 2020-ci il tarixli, 2(107)1292/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5483/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5483/2020
30.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver