Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5485/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)2702/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(003)-4868/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.M.Həsənov) İddiaçı cavabdeh Azərbaycan Təhsil İşçil əri X10 Suraxanı rayon Komitəsinə, üçüncü şəxs X4 və digərlərinə qarşı “təsərrüfat üzvlüyündən azad edilmə, bağ sahəsinin verilməsi haqqında qərarın ləğv edilməsi, bağ sahəsinin qaytarılması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Təsərrüfatı üzvlərinin 13 noyabr 1997-ci il tarixli iclasının qərarı X5 “xxxx” Bağçılıq Təsərrüfatı üzvlüyündən azad edilməsi, 46 saylı bağ sahəsinin üçüncü şəxs xxxya verilməsi hissəsində etibarsız hesab edilməsi və sonuncunun adına verilən hüquqların dövlət qeydiyyatı haqqında 21 iyul 2010-cu il tarixli çıxarışın 46 saylı bağ sahəsinə aid hissədə etibarsız hesab edilməklə, həmin bağ sahəsinin i ddiaçıya qaytarılması qət edilib. Üçüncü şəxs xxx qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli, 2(103)3038/2018 saylı qətnaməsi ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs xxx qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Q.Ə.Allahverdiyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Ə.Ə.Şadiyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edi lərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)2702/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, V.N.Sadıqov və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsi nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Cəmiyyətinə və üçüncü şəxs xxxya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 təsərrüfat üzvlüyündən azad edilməsi, ona ayrılmış 46 saylı bağ sahəsinin X4 verilməsi” barədə Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsi nəzdində “xxxx” Bağçılıq Təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997ci il tarixli qərarının ləğv edilməsi, X1 adına Bakı şəhəri Xəzər rayonu xxx qəsəbəsi “xxxx” b/y-nın 44-46 saylı bağ sahəsinə dair verilmiş 21 iyul 2010-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi və həmin bağ sahəsinin xxxdan alınaraq naturada ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı rayon Komitəsinin nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Cəmiyyəti və üçüncü şəxs xxx məhkəm ə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxxnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə çıxarmaqla iddia ərizəsini rədd edərkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 1968-ci ilin yanvar ayında X7 ilə ailə qurub. 28 sentyabr 1981ci il tarixdən xxx Bakı şəhəri, Suraxanı rayonu xxx qəsəbəsində yerləşən 118 saylı tam orta məktəbdə xxxx işləyib və 28 iyul 2003-cü il tarixdə öldüyü üçün işəgötürənin 19 avqust 2003cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 15 sentyabr 1987-ci il tarixli, 326 saylı qərarı ilə ayrılmış xxx rayonu xxx qəsəbəsi keçmiş xxx üzümçülük sovxozunun ərazisində 112 üzvdən ibarət bağçılıq-yoldaşlıq kollektivi yaradılıb. Eləcə də “xxxx” Bağçılıq yoldaşlığı üzvlük kitabçasına əsasən, iddiaçı 1981-ci ildən 118 saylı məktəbdə xxxx işləyir və 27 oktyabr 1987-ci il tarixdə “xxxx” Bağçılıq yoldaşlığına üzv qəbul edilib. Bağçılıq yoldaşlığının 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı protokoluna əsasən, Bakı şəhəri, xxx qəsəbəsində yerləşən sahəsi 500 kv.metr olan 46 saylı bağ sahəsi onun istifadəsinə ayrılıb. Üzvlük kitabçasının 13 oktyabr 1997-ci il tarixli, 07 saylı iclas qərarı ilə Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsinin möhürü ilə təsdiq edilib. Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı Rayon Komitəsi nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Təsərrüfatı üzvlərinin 13 noyabr 1997-ci il tarixdə keçirilmiş ümumi yığıncağının 07 saylı protokoluna əsasən, “xxxx” Bağçılıq Təsərrüfatının üzvü 46 saylı bağ sahəsinin sahibi xxx təsərrüfatın becərilməsində iştirak etmədiyinə və Bakı şəhərindən köçüb getdiyinə görə təsərrüfat üzvlüyündən azad edilib və 208 saylı orta məktəbin xxxxi xxx “xxxx” Bağçılıq Təsərrüfatına üzv qəbul edilib, 44 və 46 saylı bağ sahələrinə dair onun adına bağçının üzvlük kitabçası verilib. 24 aprel 2008-ci il tarixli qəbzə və Bakı şəhəri, xxx rayonu, xxx bələdiyyəsi tərəfindən verilən eyni tarixli arayışa əsasən 2000-2008-ci illər üzrə torpaq vergisi xxx tərəfindən tam məbləğdə ödənilib və onun bağ sahəsinə görə torpaq və əmlak vergisi borcu yoxdur. 21 iyu l 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, xxx qəsəbəsi “xxxx” b/y-nın 44-46 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə xxxnın adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini arışdırıb, kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən məcburi göstərişləri araşdırıb, cavabdeh Azərbaycan Təhsil İşçiləri Azad X2 rayon Komitəsinin 16 dekabr 2016-cı il və 14 iyun 2018-ci il tarixli məktublarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə işin yuxarıda müəyyən edilmiş faktiki hallar ı və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı iddia ərizəsində sözügedən qərarın ləğv edilməsini tələb etsə də, birinci instansiya məhkəməsi iddia tələbini qərarın etibarsız hesab edilməsi əsasları üzrə təhlil edib, hüquqi qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi qanunda göstərilən hər hansı müstəsna hallara istinad etmədən iddia tələblərindən kənara çıxaraq, əqdin etibarsız hesab edilməsi ilə, əqdin ləğv edilməsinin fərqli anlayışlar olmasını nəzərə almamış və onları biri-birindən ayıra bilməmiş və nəticədə iddia tələbin i iddiaçının ifadə etmədiyi şəkildə qiymətləndirməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etdiyi halda, qətnamənin nəticə hissəsində iddianın tam təmin edildiyini göstərib. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Təhsil İşçiləri Azad X2 rayon Komitəsi nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Təsərrüfatı üzvlərinin ümumi yığıncağının 13 noyabr 1997-ci il tarixli qərarının ləğv edilməsini tələb etdiyi halda, işə baxan məhkəmə həmin qərarı yalnız mərhum xxxun “xxxx” Bağçılıq Təsərrüfatı üzvlüyündən azad edilməsi və 46 saylı bağ-torpaq sahəsinin üçüncü şəxs xxxya ayrılması hissəsində etibarsız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əsaslanaraq müəyyən etmişdir ki, mər hum xxx 1981-ci ildən 118 saylı tam orta məktəbdə xxxx işləyib və “xxxx” Bağçılıq Təsərrüfatına üzv qəbul edilib və 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı protokol-qərara əsasən, Bakı şəhəri, xxx qəsəbəsində yerləşən sahəsi 500 kv.metr olan 46 saylı bağ sahəsi onun istifadəsinə ayrılıb. 2003-cü ildə xxx vəfat edib. Bundan sonra bağ torpaq sahəsi qanuni əsaslarla iddiaçının adına keçməyib. Belə ki, iddiaçının soyadı 1968-ci ildən Əsədova olduğu halda, onun adına verilən “xxxx” Bağçılıq yoldaşlığının üzvlük kitabçasında onun soyadı “Əsgərova” kimi qeyd edilib. Eyni zamanda iddiaçı təhsil işçisi olmadığı halda, onun adına verilən bağçının üzvlük kitabçasında o, 118 saylı məktəbin xxxxi kimi qeyd edilib və mərhum xxxun ölümündə sonra bağ torpaq sahəsinin onun adına sənədləşdirildiyi bildi rilsə də, bağçının üzvlük kitabçasında dəyişikliyin 2003-cü ildə deyil, 13 oktyabr 1997-ci il tarixdə aparıldığı qeyd edilib. Göründüyü kimi iddiaçının mübahisəli bağ torpaq sahəsinə hüququnun əmələ gəlməsinə əsas olan sənədlər qanunverciliyin tələblərinə cavab vermir və heç bir hüquqi fakta söykənmir və iddiaçı ümumiyyətlə, Təhsil İşçiləri Azad X2 rayon Komitəsinin nəzdində fəaliyyət göstərən “xxxx” Bağçılıq Təsərrüfatının üzvü olmayıb. Halbuki, Bağçılıq Cəmiyyətinin Nizamnaməsinə görə, Bağçılıq Cəmiyyətinin məqsədi Bakı şəhəri, Orconikidze rayonu xalq təhsili işçilərinə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə verilmiş Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən torpaq sahəsində kollektiv bağın təşkili üçün “xxxx” Bağçılıq Təsərrüfa tı ilə könüllü olaraq birləşməkdir. Müəssisədə çalışan 18 yaşına çatmış əməkdaşlar və işçilər, həmçinin əvvəllər həmin idarədə işləmiş təqaüdçülər Cəmiyyətə üzv ola bilərlər. Eləcə də həmin Nizamnamənin 16-cı bəndinin “a” və “v” yarımbəndinə əsasən, cəmiyyətin üzvü iki il ərzində kənd təsərrüfatı məhsullarının becərilməsi üçün ayrılmış torpaq sahəsini mənimsəmədikdə, məcburi aqrar-texniki tədbirləri həyata keçirmədikdə; bağda ümumi işlərdə iştirak etmədən imtina etdikdə və yayındıqda; ümumi yığıncağın müəyyən etdiyi ödəmələri həyata keçirmədikdə, imtina etdikdə və nizamnamənin digər tələblərini mütəmadi pozduqda; daimi yaşamaq üçün digər yaşayış yerinə köçdükdə üzvlükdən çıxarıla bilər. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, işdə iştirak edən şəxslərin izahatları v ə digər sənədlərlə müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, mərhum xxx və onun ailə üzvləri ona ayrılmış bağ torpaq sahəsindən uzun müddət istifadə etməyib və bağ torpaq sahəsi istifadəsiz qalıb. Bundan başqa 21 iyul 2010-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, xxx qəsəbəsi, “xxxx” Bağçılıq Yoldaşlığının 44-46 saylı 0,10 ha bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə üçüncü şəxs xxxnın adına qeydə alınıb və həmin bağ torpaq sahəsini sonuncu vicdanlı əldə edib. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaqdır və bu, Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı na alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilkdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reystrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq qanunvericiliyinin tələbindən görünür ki, torpaq üzərində hüquqları təsdiq edən sənəd reyestr çıxarışdır və torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məcburi şərtd ir, əks halda, həmin hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli bağ torpaq sahəsi üzərində qanuni əsasl arla hər hinsı hüquqları əmələ gəlmədiyindən və həmin bağ torpaq sahəsi 21 iyul 2010-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə üçüncü şəxs xxxnın adına qeydə alındığından və beləliklə də, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olması mülki iş materialları ilə istisna edildiiyndən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “XX şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edil məklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu şəxslərdən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu olan kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, mübahisəli bağ torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olmasını, həmin bağ torpaq sahəsindən təyinatı üzrə istifadə etməsini və sair göstərsə də,tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktla r aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv a raşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-2702/2019 saylı qətnaməsi onun k assasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5485/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5485/2019
17.09.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver