Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5487/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, “xxxx” ASC-nin nümayəndəsi X1, vəkili Allahverdiyev Asif Yusif oğlunun, Cavabdeh nümayəndəsi X3 və vəkili Vəkil1 iştirakı ilə İddiaçı YYY Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli 2(103)7136/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil1tərəfindən verilmiş kassasi ya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YYY Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3729,5 manatın və 31 manat dövlət rüsumunun, cəmi 3760,5 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddiaçı iddia tələbini azaltmışdır). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Cavabdeh) 2(004)-7146/16 saylı, 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3729,5 manat məbləğində sığorta ödənişinin əvəzi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3759,5 manatın alınaraq İddiaçı YYY-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının(hakimlər İ.Şirinov - sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov) 04 iyul 2018-ci il tarixli 2(103)-7136/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7146/16 saylı, 14 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli 2(103)-7136/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14.05.2015-ci il tarixdə cavabdehin idarə etdiyi “BMW” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Tbilisi prospektində baş vermiş yol nəqliyyat h adisəsi nəticəsində “MG Moris” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən siğortalanmış “MG Moris” markalı avtomobil üçün dəymiş zərərin qiymətləndirilməsinə dair hesabat tərtib olunmuşdur. Həmin hesabata görə avtomobil tam yararsız vəziyyətə düşmüş və 9950 manat ziyan dəymişdir. Cavabdeh dəymiş ziyanla razı olmayaraq bu barədə Bakı Apelyasiya məhkəməsində şifahi və yazılı vəsatət versə də bu öz əksini qətnamədə tapmamışdır. Yasamal rayon məhkəməsində onun və ya vəkilinin iştirakı təmin edilmədiyindən həmin vəsatət apelyasiya instansiyasında verilmişdir. Məhkəməyə təqdim olunan qüsur aktında imzası olan şəxsin vəzifəsi belə qeyd edilməmişdir. Həmçinin qüsur aktı heç bir möhürlə təsdiq edilməmişdir. Ekspertiza mütləq şəkildə aparılmalı və real dəymiş ziyan müəyyən edilməli idi. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 və vəkili Allahverdiyev Asif Yusif oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, Cavabdeh 14.05.2015-ci il tarixdə “BMW 320” markalı, ** EE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Tbilisi prospektində İddiaçı YYYdə sığortalanmış “MG Moris” markalı, ** NG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçı şirkə tdə sığortalanmış sözügedən avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 və 253-1.3-cü maddələrinə əsasən 40 manat cərimə edilmiş, 18.06.2015-ci il tarixli akt ilə hadisə nəticəsində “MG Moris” markalı, ** NG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tam məhv olmuş sayılmış, iddiaçı tərəfindən sözügedən avtomobilin mülkiyyətçisinə 8450,60 manat ödənilmiş, həmin məbləğdən “xxxx” ASC tərəfindən iddiaçıya 4720 manat ödənildiyindən, iddiaçı yerdə qalan 3729,5 manatı cavabdehdən tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, apellyasiya şikayəti isə əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf avtomobilə daha az ziyan dəydiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiy i sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. - 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. - 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətl əndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. -936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından görünür ki, işə baxan məhkəmələr qəza nəticəsində “MG Moris” markalı, ** NG * ** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin tam məhv olmasını həmin avtomobilə 15.553 manat zərər vurulmasına dair İddiaçı YYY-nin texniki ekspertiza şöbəsinin 18.06.2015-ci il tarixli qüsur aktına, avtomobilin tam məhv olmuş sayılması, sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiymətinin 9.950 manat qəbul edilərək, qəzadan sonrakı qalıq dəyəri 1000 manat və 500 manat franşiza çıxılmaqla sığorta ödənişinin 8450 manat müəyyən edilməsi barədə 017735 saylı sığorta aktına istinad etməklə müəyyən edilmiş hesab etmişdirlər. Lakin məhkəmələr cavabdeh tərəfindən vurulmuş ziyanın məbləği mübahisələndirildiyindən həmin sənədlərdə göstərilənlərin, yəni hadisə zamanı “MG Moris” markalı markalı avtomobilin tamamilə yararsız vəziyyətə düşməsi, onun bərpa edilməsinin qeyri-mümkünlüyünün mötəb ər sübutlarla təsdiq edilmədiyinə diqqət etməmişdirlər. Belə ki, iş materiallarında həmin avtomobilin qəzadan sonrakı görüntülərini əks etdirən fotoşəkillər, avtomobilin qəzadan əvvəlki bazar dəyəri və qəzadan sonrakı qalıq dəyərini müəyyən edən hər hansı qiymətləndirmə rəyi mövcud deyildir. Kollegiya qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi 18.06.2015-ci il tarixli qüsur aktı tərtib edilərkən cavabdehin iştirak etməməsini nəzərə almamış, hadisə zamanı avtomobilin tam məhv olması barədə qənaətin formalaşmasına əsas verən zədələnmiş avtomobilin fotoşəkillərinin, avtomobilin hansı hissələrinin əzilməsini özündə əks etdirən yol-nəqliyyat hadisəsi ilə bağlı sənədlərin işdə olmadığına əhəmiyyət verməmiş, cavabdehin vurulmuş real ziyanın həcmini müəyyən etmək üçün müvafi q ekspertiza keçirilməsi barədə verdiyi vəsatəti tutarlı səbəb göstərmədən təmin etməmişdir. Halbuki Mülki Məcəllənin 936-cı maddəsində nəzərdə tutulmuş subroqasiya hüququ qanuna əsasən həyata keçirilən tələbin güzəştidir. Mülki Məcəllənin 202-ci maddəsinə əsasən hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Buna görə də, kollegiya hesab edir ki, cavabdeh vurulmuş ziyanın məbləğini hazırki iddia çərçivəsində mübahisələndirə bilər və məhkəmə tərəfindən avtomaşına baxış keçirilməsi mümkün olmadığı halda belə, zəruri sənədlər (məsələn fotoşəkillər və s.) olduqda, həmin sənədlər əsasında müvafiq ekspertiza keçirilməsi, bu ekspertiza zamanı avtomaşına dəymiş zərərin müəyyən edilməsindən başqa, onun bərpa edilməsinin mümkün olub-olmaması, avtomobilin qəzadan əvvəlki bazar dəyəri və qəzadan sonrakı qalıq dəyərinin müəyyən edilməsi kimi sualların aydınlaşdırılması mümkündür. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi irəli sürülən iddia tələbinin və ona olan etirazın əsası kimi istinad edilən, o cümlədən də apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların möt əbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsas landıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərin i pozmuş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Azərbaycan Respublikası MPM -in: - 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası cavabdehin kassasiya şikayətinin göstərilən hallar üzrə dəlilləri ilə razılaşı r və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməklə, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli 2(103)7136/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5487/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5487/2019
28.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver