Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-549/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5469/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan 3 otaqlı fərdi yaşayış evi Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyəytində olmuş və 11 may 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən əmlak Unibank KB Lənkəran filialında ipoteka üzrə yüklülüyü qeydə alınmışdır.
2. X4 və arvadı X5 tərəfindən həmin əmlakın İddiaçı vəsiyyət edilməsinə dair 05 fevral 2020-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş, lakin 02 mart 2020-ci il tarixdə onlar notariat kontoruna ərizə yazaraq, vəsiyyətnaməni ləğv etdirmişlər. 3. 05 fevral 2020-ci il tarixdə Hüseynov Hüseynbala Əlibarat oğlu və X1 Gülağa Hüseynbala oğluna özlərinin bütün əmlaklarına və hüquqlarına dair etibarnamə vermişlər. Cavabdeh İddiaçı həmin etibarnamə üzrə səlahiyyətlərin arvadı X6 ötürülməsi barədə Bakı şəhər 43 saylı Notariat ofisində 24 iyul 2020-ci il tarixli 7E-10247 reyestr nömrəli etibarnamə, X9 isə həmin səlahiyyətlərin qızları X7 ötürülməsi barədə xx.xx.2020-ci il tarixli 7E-10264 reyestr nömrəli etibarnamə vermişdir. 4. "xxxx" KB ASC tərəfindən təsdiq edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X2 hesabına kreditin nağd ödənilməsi təyinatı ilə xx.xx.2014-cü il tarixdə 14000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 56 manat, xx.xx.2014-cü il tarixdə 1023,58 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 254,91 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 2350 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 2690,16 ABŞ dolları, xx.xx.2020-ci il tari xdə 187,96 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 170,34 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 234,95 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə bildirişin qeydə alınması xidmət haqqı təyinatı ilə 30 manat, xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin ləğvi və daşınmaz əmlakın girovdan azad edilməsi təyinatları ilə 64 manat məbləğlərində pul vəsaiti köçürülmüşdür.
5. Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olan Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan 3 otaqlı fərdi yaşayış evini və mülkiyyətində olan 0.12712 ha torpaq sahəsinin İddiaçı bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqaviləni Hüseynov Hüseynbala Əlibarat oğlunun adından X10 24 iyul 2020-ci il tarixdə verilmiş etibarnamə əsasında imzalamış, həmçinin həmin etibarnamə əsasında X5 əvəzindən Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan 3 otaqlı fərdi yaşayış evi və 0.12712 ha torpaq sahəsinin İddiaçı bağışlanılmasına etiraz etməməsi barədə xx.xx.2020-ci il tarixli ərizə imzalamışdır.
6. Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan 3 otaqlı fərdi yaşayış evi və 0.12712 ha torpaq sahəsi 01 sentyabr 2020-ci il tarixdə İddiaçı adına 11 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. Hüseynov Hüseynbala Əlibarat oğlu, X5 tərəfindən İddiaçı verilmiş 05 fevral 2020-ci il tarixli etibarnaməyə 09 sentyabr 2020-ci il tarixdə xitam verilmişdir.
8. Lənkər an Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsinə əsasən iddiaçı Hüseynov Hüseynbala Əlibarat oğlunun cavabdehlər İddiaçı, X7, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Kontoruna, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışı, İddiaçı tərəfindən həmin mülkün qızı X7 bağışlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi, Daşınmaz Əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışı etibarsız hesab edilməsi qət edilmişdir.
9. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1798/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-1785/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 manat məbləğində pul vəsaitinin Bakı şəhəri 14 saylı Notariat Ofisindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130 kv.metr, yaşayış sahəsi 71,8 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olmuş və 11 may 2012-ci il tarixli çıxarışa əsasən əmlak kommersiya bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X5 tərəfindən (iddiaçının valideynləri) həmin əmlakın iddiaçıya vəsiyyət edilməsinə dair 05 fevral 2020-ci il tarixdə vəsiyyətnamə tərtib edilmiş, lakin 02 mart 2020-ci il tarixdə onlar notariat kontoruna ərizə yazaraq vəsiyyətnaməni ləğv etdirmişlər. 05 fevral 2020-ci il tarixdə Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X5 iddiaçıya özlərinin bütün əmlaklarına və hüquqla rına dair etibarnamə vermişdir. İddiaçı qeyd edilən etibarnamə üzrə səlahiyyətlərin arvadı X6 ötürülməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisində 24 iyul 2020-ci il tarixli etibarnamə vermiş, X9 isə həmin səlahiyyətlərin qızları X7 ötürülməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamə vermişdir. Hüseynov Hüseynbala Əlibarat oğlunun mülkiyyətində olan fərdi yaşayış sahəsinin və həmin sahənin altında yerləşən torpaq sahəsinin iddiaçıya bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqaviləni onun adından X10 xx.xx.2020-ci il tarixli etibarnamə əsasında imzalamış, həmçinin, həmin etibarnamə əsasında X3 əvəzindən Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı bağışlanılmasına etiraz etməməsi barədə xx.xx.2020-ci il tar ixli ərizə imzalamışdır. Torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair 2020-ci ilin sentyabr ayında iddiaçının mülkiyyət hüququ qeydə alınmış, daha sonra qeyd edilən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evini qızı X7 bağışlamışdır. Hüseynov Hüseynbala Əlibarat oğlu və arvadı X5 tərəfindən İddiaçı verilmiş 05 fevral 2020-ci il tarixli etibarnaməyə xitam verilmişdir. Hüseynov Hüseynbala Əlibarat oğlu tərəfindən 2020-ci ilin sonlarında məhkəməyə müraciət olunaraq yaşayış evinin və 0.12712 ha torpaq sahəsinin bağışlanılmasına dair xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən 01 sentyabr 2020-ci il tarixli çıxarışın, İddiaçı tərəfindən həmin mülkün qızı X7 bağı şlanmasına dair 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ona məxsus olmuş, fərdi yaşayış evi alınmış kredit borcu ilə əlaqədar bank qarşısında yüklü edilmiş, digər oğlanlarından fərqli olaraq oğlu Gülbala ona köməklik etməyi təklif etmiş, köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa demişdir ki, banka olan borcu nağd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. Nəticədə o, arvadı ilə birlikdə notariusa gedərək vəsiyyətnamə yazdırmışdır ki, ipoteka predmeti olan evin sənədlərini aldıqdan sonra Gülağa gətirib ona verəcəkdir. Ancaq Gülağa sənədləri gətirməmiş, o bu barədə soruşduqda məlum olmuşdur ki, Gülağa evi hansısa yolla öz adına keçirmişdir. İddiaçı bildirmişdir ki, daşınmaz əmlaka dair etibarnamə verilməsindən xəbərsiz olmuş, cavabdeh onu aldatmışdır. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən ilkin iddiaya münasibət bildirilməklə iddia təmin olunsa da, cavabdehin qarşılıqlı iddiasına hər hansı münasibət bildirilməmiş, cavabdeh işin sonrakı mərhələsində bu xüsusatı mübahisələndirsə də, ona aydın olmamışdır ki, ümumiyyətlə məhkəmə qarşılıqlı iddia ilə bağlı hansı prosessual hərəkətlər etmişdir. Müəyyən olunur ki, cavabdeh Bakı şəhəri 14 saylı Notari at Ofisinin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə ki, notariat ofisində qanunvericiliyin normalarına əməl edilməmiş, nəticədə həmin əməliyyat üzrə verilmiş sənədlər məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir. Bütün bunların nəticəsi olaraq iddiaçıya 30000 manat ziyan dəymişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı iddiaçının ərizəsinə müsbət cavab verilməmişdir. Bu vəziyyətdə iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30000 manat maddi ziyanın və mənəvi ziyanın əvəzi kimi 3000 manat, ümumilikdə 33000 manat və dövlət rüsumu kimi ödənilmiş 190 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nə simi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2(006)756/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, məhkəmələr tərəfindən etibarsız hesab edilən sənədlər müvafiq bağışlama müqavilələri və əmlaka dair dövlət reyestrindən çıxarışlardır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilən xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən qanunvericiliyin normalarına əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi zəruri notariat hərəkətləri notarius tərəfindən yerinə yetirildikdən sonra qanunvericiliyin tələblərinə uyğun qaydada notarius tərəfindən təsdiq edilməklə bağlanmışdır. Belə ki, hədiyyə verənlə hədiyyə alanın qohumluq dərəcəsi müəyyən edilmiş, hədiyyə verənin adından çıxış edən şəxsin səlahiyyətləri yoxlanılmış və həmin etibarnamə iş materiallarına əlavə edilmiş, tərəflərə müvafiq qanunvericilik normalarının məzmunu və hərəkətlərinin doğura biləcəyi hüquqi nəticələrə dair məlumatlar izah edilmiş, daşınmaz əmlakın yüklülüyü və qeydiyyatda olan şəxslər barədə müvafiq araşdırma aparılmış, müqavilənin predmeti hədiyyə verənlə arvadının ümumi birgə mülkiyyətində olan əmlak olduğuna görə onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsindən müvafiq razılıq ərizəsi alınmışdır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin hərəkətlərində heç bir qanunazidd hal aşkar olunmamışdır.
14. Bundan əlavə, hazırki iş üzrə preyudisial xarakterə malik olan Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsindən görünür ki, “məhkəmə işin faktiki hallarını müəyyən edərkən belə nəticəyə gəlmişdir ki, İddiaçı atası tərəfindən ona verilən etibarnamədən öz xeyrinə əqd bağlamaq üçün, yəni ona etibarnamə verən atasının maraqları naminə deyil, öz maraqları naminə istifadə etmişdir”. Burada qeyd edilməlidir ki, iddiaçı özü bu hərəkəti ilə mülki qanunvericiliyin normalarını pozmuş və ona verilən etibarnamədən dolayı yolla öz xeyrinə istifadə etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən, həmçinin, görünür ki, “İddiaçı Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri arvadı X6 ötürmüş, ötürülmüş səlahiyyət üzrə sonuncu isə övladı X7 Bakı ş əhəri 14 saylı Notariat Ofisində etibarnamə vermişdir. Təmsil olunan İddiaçı eyni gündə müxtəlif yerlərdə Bakı şəhəri 14 saylı Notariat Ofisində və Bakı şəhəri 43 saylı Notariat Ofisində səlahiyyətləri yaxın qohumu olan arvadına, arvadı isə qızına vermiş, X10 isə həmin etibarnamə əsasında daşınmaz əmlakı atası İddiaçı bağışlamışdır”. Bununla bağlı məsuliyyət notariat hərəkətlərini həyata keçirən notariusun deyil, onun özünün üzərindədir. Belə ki, o, dərk edərək etibarnamə əsasında ona ötürülən səlahiyyətləri müxtəlif notariat ofislərində digər şəxslərə ötürməklə nəticədə öz xeyrinə əqd bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 359.3, 364.2-ci maddələrinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və y a buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Yuxarıda qeyd edilmiş qətnamədən müəyyən olunur ki, cavabdeh tərəfindən təsdiq edilmiş sənədlərin məhkəmələr tərəfindən etibarsız hesab edilməsi məhz iddiaçının qanunvericilik normalarını pozması nəticəsində olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
15. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məhz cavabdehin təqsirli hərəkəti nəticəsində ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilmir. İddiaçıya dəyən maddi ziyanın məbləği onun tərəfindən təqdim edilmiş ərizələrdə göstərilsə də, ona həmin məbləğdə ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aydın məsələdir ki, iddiaçı əmlakı öz adına rəsmiləşdirmək üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini müxtəlif məqsədlərlə (dövlət rüsumu, əmlakı girovdan çıxarmaq üçün ödədiyini iddia etdiyi pul və s.) sərf etmiş, nəticədə əmlak barədə müqavilə etibarsız hesab edilmiş və ona müəyyən məbləğdə maddi ziyan dəymişdir. Lakin maddi ziyanın məbləği barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə həmin maddi ziyanın məhz cavabdehin təqsiri ucbatından ona dəymədiyi işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, tələb edilən mənəvi ziyanla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya mənəvi ziyan dəyməsi və mənəvi ziyanın nədən ibarət olması da məhkəmədə sübuta yetirilə bilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, göründüyü kimi o, notariat ofisinə qeyd edilən əməliyyatın aparılması ilə bağlı müraciət edərkən notarius və yaxud əməliyyatı aparan əməkdaş müqavilələrin bu formada rəsmiləşdirilməsinin hüquqi nəticələri barədə vətəndaşa məlumat verməli idi. Üstəlik notariat hərəkətləri aparılarkən bu məsələ üzrə hər hansı mübahisənin yaranacağı təqdirdə iddiaçı üzləşə biləcəyi risklərin mövcud olub-olmamasını soruşmuş, notariat ofisinin əməkdaşı əməliyyatın qanuna müvafiq aparıldığını və hər hansı hüquqi riskin mövcud olmadığını bildirmişdir. İddiaçı bundan sonra əməliyyatın aparılmasını həyata keçirmişdir. Notarius vətəndaşa hüquq və vəzifələrini lazımi qaydada izah etməmiş, əməliyyatın bu formada aparılmasının hüquqi nəticələrinə dair məlumat verməmişdir. Notariat ofisində bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından, etibarsız hesab edilmişdir. Müqavilə sadə yazılı qaydada deyil, məhz notariat qaydasında təsdiq edilmişdir. Bu baxımdan notariat ofisi qanunvericiliyin tələblərini tətbiq etməklə əməliyyatın aparılmasından imtina etsəydi və yaxud qanunvericiliyin tələblərinə uyğun aparılmasını tələb etsəydi, qeyd olunan məkəmə mübahisəsi iddiaçının (həmin işlər üzrə cavabdehin) xeyrinə yekunlaşa bilərdi. Lakin əməliyyatın qeyd edilən formada a parılması həmin işlər üzrə nəticənin iddiaçının ziyanına həllinə gətirib çıxardı. Bu baxımdan notariat ofisinin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir və bu ziyan aradan qaldırılmalıdır. Qətnamədən müəyyən olunur ki, ümumilikdə məhkəmənin yanaşmasında ziddiyət var. Qətnamənin əvvəlində məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri müəyyən olunmur, əksinə iddiaçının qanunsuz hərəkətləri nəticəsində müqavilələr etibarsız sayılmışdır. Lakin qətnamənin sonrakı mərhələlərində isə məhkəmə qeyd edir ki, notariusun hərəkətləri nəticəsində iddiaçı ziyana məruz qalmışdır, lakin həmin ziyanı təsdiq edən sübutları təqdim etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: a. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı öz atası Hüseynov Hüseynbala Əlibarat oğlunun etibarından sui-istifadə edərək sonuncunun iradəsi üzrə deyil, öz maraqlarına uyğun olaraq əqd bağlamışdır. Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(049)-361/2021 saylı qətnaməsi ilə həmin bağışlama müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən 21 sentyabr 2020-ci il tarixli çıxarışı etibarsız hesab edilməsi qət edilmişdir. b. İddiaçı apellyasiya şikayətində notariat ofisinə qeyd edilən əməliyyatın aparılması ilə bağlı müraciət edərkə n notarius və yaxud əməliyyatı aparan əməkdaş müqavilələrin bu formada rəsmiləşdirilməsinin hüquqi nəticələri barədə vətəndaşa məlumat verməli olduğunu, notariat hərəkətləri aparılarkən bu məsələ üzrə hər hansı mübahisənin yaranacağı təqdirdə iddiaçı üzləşə biləcəyi risklərin mövcud olub-olmamasını soruşduğunu, notariat ofisinin əməkdaşının isə əməliyyatın qanuna müvafiq aparıldığını və hər hansı hüquqi riskin mövcud olmadığını bildirdiyini qeyd etmişdir. Lakin, işin hallarından görünür ki, cavabdeh tərəfindən qanunvericilyin hər hansı tələbinin pozulması öz təsdiqini tapmır, yəni, zərərin məhz notariusun qanuna zidd hərəkətləri nəticəsində vurulması sübuta yetirilmir. c. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, müqavilənin etibarsızlığı üçün əsas olan halın notariusun hər hansı bir hərəkəti ilə əlaqəsi yoxdur. Müqavilənin etibarsızlığı barədə iddianın təmin olunması əsası bu olmuşdur ki, iddiaçı etibarnamə əsasında ona ötürülən səlahiyyətləri müxtəlif notariat ofislərində digər şəxslərə ötürməklə nəticədə öz xeyrinə əqd bağlamışdır. d. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə maddi zərərin tutulması, əqd bağlanlarkən cavabdehin hər hansı hüquq pozuntusuna yol verməsi və bunun nəticəsində iddiaçıya maddi zərərin vurulması təsdiq olun madığından məhkəmə kollegiyası hesab edir ki, iddianın mənəvi zərərin əvəzinin tutulması hissəsinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət də əsaslı olmuşdur.
21. Apellyasiya kollegiyası öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. K assasiya şikayəti eyniliklə apelyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsinin lazımi qaydada icra etməməsi qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Notariat haqqında” Qanun
32. Maddə
11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, tərəflər arasında yaranmış münasibətlər, notariat orqanının təsdiq etdiyi müqavilənin məhkəmə tərəfindən etibarsız sayılması səbəbindən iddiaçının məruz qaldığı iddia olunan zərərin ödənilməsi barədədir.
40. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələri nəzərdən keçirilə bilər. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək müəyyən etmişdir ki, iddiaçının qeyd etdiyi müqavilənin etibarsız sayılması notarius üçün zərərin ödənilməsi vəzifəsi törətmir.
41. Məhkə mə ona istinad etmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməl hüquqa zidd olmalıdır (hüquq qaydasının pozulması halı baş verməlidir); əməl təqsirli olaraq törədilmiş olmalıdır (təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir); törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmuş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır).
42. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, etibarsız sayılan müqavilə notariusun hərəkətləri ilə bağlı olmayıb, məhk əmə qiymətləndirməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı etibarnamədən öz xeyrinə əqd bağlamaq üçün, yəni ona etibarnamə verən atasının maraqları naminə deyil, öz maraqları naminə istifadə etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5469/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.